Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.
Təqvim
«    May 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Prezident Axundov Namik Atalla oğlu 1940-cı ildə Lənkəran şəhərində anadan olub. Neft və Kimya institutunu bitirib. 1962-ci ildən Azərbaycan Gənclər Təşkilatında işləyib. 1964-cü ildə Azərbaycan Gənclər Təşkilatı Komitəsinin sədr müavini, 1967-ci ildə isə sədri seçilib. 1969-ci ildən Nazirlər Soveti Aparatında çalışıb. 1982-ci ildə Azərbaycan KP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin sədr müavini, 1985-ci ildən isə sədri təyin olunub.
1985-ci ildə Axundov Namik Azərbaycan Ali Sovetinin deputatı və beynəlxalq işlər üzrə parlament komissiyasının sədr müavini seçilir. 1982-ci ildə Axundov Namik İctimai Elmlər Akademiyasına (Moskva ş.) daxil olur, üç ildən sonra oranı fərqlənmə diplomu ilə bitirir. 1967-ci ildə həmin Akademiyada namizədlik dissertasiyasını, 1991-cı ildə isə Rusiya İdarəetmə Akademiyasında "Müasir beynəlxalq münasibətlərdə xalq diplomatiyasının rolu" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1992-ci ildə Azərbaycan Parlamentinin Beynəlxalq əlaqələr şöbəsinin sədri işləyib. 1997-cu ilin yanvarında vəzifəsindən istefa verib. Hal-hazırda Dövlət İdarəçilik Akademiyasında Beynəlxalq Münasibətlər kafedrasının professorudur. ABŞ-ın Baton ruj və Yeni Orlean şəhərlərinin fəxri vətəndaşıdır.
Oxunub: 655 dəfə | Tarix: 1 Fevral 2004 | Kateqoriya: Bizim fəaliyyət » Əməkdaşlarımız Ətraflı...
İcraçı direktor Mövsümov Vasif Səyidəli oğlu 1983-cü ildə Azərbaycan Pedaqoji Universitetini bitirib. Tarix və hüquq sahəsində mütəxəssisdir. 1983-cü ildən texnikumda müəllimlik təcrübəsi var. Tarix və hüquq fənnləri üzrə mühazirələr oxuyub. Mövsümov Vasif təşkilati işlər təcrübəsinə malikdir. O uzun illər həmkarlar təşkilatının sədri olub.
V. Mövsümov Qeyri-Hökumət təşkilatlarında işləyib. İnsan hüquqları və Azərbaycanın regional siyasəti ilə məşğul olan qeyri-hökumət təşkilatlarının fəal üzvü olub.
Oxunub: 722 dəfə | Tarix: 1 Fevral 2004 | Kateqoriya: Bizim fəaliyyət » Əməkdaşlarımız Ətraflı...
Hüquqşünas Kazımov Nəzirməmməd İzzət oğlu 06.07.1960-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1983-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix-hüquq fakultəsini bitirib, 1985-91-ci illərdə Mədəniyyət nazirliyinin müxtəlif müəssisələrində baş elmi işçi vəzifəsində, 1991-93-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin hüquq kafedrasında müəllim işləyib. 1993-ci ildən özəl sektorda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.
1998-ci ildən QHT sektorunda çalışır. 2005-ci il yanvarın 1-dən Korrupsiyaya Qarşı Mübarizə Fondunda hüquqşunas vəzifəsində çalışır.
“Azərbaycan Demokratik Respublikası beynəlxalq hüququn subyekti kimi” elmi əsərin, “Dövlətçilikdə dörd təməl prinsipi” kitabının və eyni adlı milli dövlətçilik konsepsiyasının və Qarabağ məsələsi ilə bağlı yeni yanaşmanın müəllifidir.
- “Korrupsiyaya Qarşı Mübarizə haqqında Qanuna əlavə və dəyişikliklər" layihəsinin, “Təhsil Qanunu” layihəsinin antikorrupsion ekspertizasının müəllifidir.
Oxunub: 836 dəfə | Tarix: 1 Fevral 2004 | Kateqoriya: Bizim fəaliyyət » Əməkdaşlarımız Ətraflı...
Tərcüməçi Haşımzadə Samirə Şamil qızı 1986-cı ildə Səmərqənd şəhərində dünyaya gəlib. 2007-ci ildə ADPU-nun Filologiya – İngilis dili ixtisasını bitirib. 2008-ci ildən “Korrupsiyaya qarşı Mübarizə Fondu”nda tərcüməçi vəzifəsində çalışır. Hal-hazırda ADU-nun İngilis dili fakultəsində magistr təhsili alır.
Oxunub: 857 dəfə | Tarix: 1 Fevral 2004 | Kateqoriya: Bizim fəaliyyət » Əməkdaşlarımız Ətraflı...


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az