Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.
Təqvim
«    May 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Korrupsiyaya qarşı Mübarizə Fondunun Şəffaflıq Azərbaycan, USAID, ABA CEELI ilə birgə hazırladığı video rolik layihəsi.

İZLƏ
Oxunub: 191 dəfə | Tarix: 11 Aprel 2011 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...
«Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» Korrupsiyaya qarşı Mübarizə Fondu Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» layihəsini həyata keçirməyə başlamışdır. Layihə bir il müddətində 12 regionda – Bakı, Sumqayıt, Salyan, Masallı, Xaçmaz, Göyçay, Mingəçevir, Şəki, Qazax, Gəncə, Lənkəran və Cəlilabadda həyata keçiriləcəkdir.
Layihənin əsas məqsədi qəbul edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” barəsində ictimaiyyəti məlumatlandırmaq, onların hüquqi maarifləndirilməsini artırmaqla yanaşı korrupsiyaya qarşı mübarizədə fəallığına nail olmaqdır. Bundan əlavə layihə vətəndaşlara korrupsiya ilə bağlı ərizə və şikayətlərinin dövlət orqanlarına istiqamətləndirilməsində yardım etməyi nəzərdə tutur. Layihə çərçivəsində korrupsiyaya qarşı mübarizədə xüsusi əhəmiyyət kəsb edən ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığına nail olmaq üçün onların birgə iştirakı ilə dəyirmi masalar keçiriləcəkdir. Tədbirlərin məqsədi « Milli Strategiya”nın ictimaiyyət və dövlət orqanları qarşısında qoyduğu vəzifələrin müzakirəsi və “Milli Strategiya”nın icrasına ictimai nəzarətin təşkilidir.
Layihənin həyata keçirilməsi ilə bağlı məlumatları saytın layihələr bölməsində izləyə bilərsiniz.
Oxunub: 584 dəfə | Tarix: 1 Yanvar 2008 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...
¹
Layihənin adı
Həyata keçirilmə
müddəti
Donoru
1
Kiçik və Orta
biznesdə korrupsiya problemi və
onun aradan qaldırılması yolları
01/03/2005
01/04/2005
Korrupsiyaya qarşı
Mübarizə Fondu
2
Korrupsiyaya qarşı
Mübarizə
haqqında qanununa əlavə və
təkliflər layihəsi
01/04/2005
30/06/2005
Korrupsiyaya qarşı
Mübarizə Fondu
3
Təhsil qanunu layihəsinin
antikorrupsion ekspertizası
01/02/2006
30/03/2006
Korrupsiyaya qarşı
Mübarizə Fondu
4
Antikorrupsion video rolikin
hazırlanmasının layihəsi
05/07/2006
31/07/2006
USAİD
5
Korrupsiyaya qarşı Virtual Vəkillik
01/06/2007
30/10/2007
IATP (ABŞ)
6
Azərbaycan Respublikası
Təhsil Nazirliyində
yaradılan korupsiyaya
qarşı mübarizə üzrə
işçi qrupunun fəaliyətini
tənzimləyən layihə,
(Azərbaycan Respublikasının
Təhsil Nazirirnin 15/05/2007-ci il
¹ 473 əmri ilə təsdiq edilmişdir)
01/05/2007
01/05/2008
Azərbaycan Respublikası
Təhsil Nazirliyi
7
Korrupsiyaya qarşı
mübarizə ilə bağlı
maarifləndirmə və
virtual məsləhət mərkəzi
01/01/2008
31/12/2008
Azərbaycan Respublikası
Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiya
8
AZPAC
16/03/2008
19/03/2008
Avropa Şurası
Oxunub: 584 dəfə | Tarix: 1 Fevral 2004 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az