Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.
Təqvim
«    May 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Fondumuzun regional telekanallarda maarifləndirici çıxışları davam edir Regional telekanallarda korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici verilişlərin təşkili istiqamətində Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direkoru, Vasif Mövsümovun Gəncənin Alternativ telekanalında “Ayın 1/4” verilişinə müsahibəsi.

İzlə

İzlə

İzlə
Oxunub: 241 dəfə | Tarix: 12 May 2011 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...
Qanunların antikorrupsion ekspertizası hüquqi aktlarda və ya onların layihələrində təkcə korrupsiogen amillərin aşkar olunması və təsvir edilməsini deyil, eləcə də, onların aradan qaldırılması və məhdudlaşdırılması üçün təkliflərin hazırlanmasını da vacib bilir. Ekspertiza nəticəsində aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün verilən təkliflərin qəbul edilməsi isə qanunların işlək hala gəlməsinə şərait yaradır.

Təcrübə göstərir ki, müvafiq icra strukturunun lazım olduğundan artıq funksiyalarla yüklənməsi korrupsiyanın yaranması və genişlənməsinə şərait yaradır. Struktur islahatları da dövlət idarəetmə sistemini lazımsız funksiyalardan azad etmək və onu səmərəli mexanizmə çevirməklə korrupsiyanın qarşısının alınmasına xidmət edir. Çox təəssüf ki, bu antikorrupsion tələb «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunu layihəsində nəinki nəzərdə tutulmamış, əksinə bu layihədə təhsil sahəsində müvafiq icra hakimiyyəti orqanı olan Təhsil nazirliyini indikindən daha artıq bürokratik aparata çevirmək xəttinə üstünlük verilmişdir.
Oxunub: 475 dəfə | Tarix: 8 Aprel 2011 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...
Lənkəranda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» müzakirə edilib Korrupsiyaya qarşı Mübarizə Fondunun «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» layihəsi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə bir il müddətində 12 regionda həyata keçirilir. Növbəti tədbir Lənkəran şəhərində keçirilmişdir. Tədbirin əsas məqsədi qəbul edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» barəsində ictimaiyyəti məlumatlandırmaq, «Milli Strategiya»nın ictimaiyyət və yerli dövlət orqanları qarşısında qoyduğu vəzifələrin müzakirəsini keçirməklə onun icrasına ictimai nəzarəti təşkil etməkdir.
Tədbirdə şəhər icra hakimiyyətinin, QHT-lərin, prokurorluğun, polis idarəsinin, məhkəmənin, yerli dövlət idarələrinin, KİV-in və ictimaiyyətin nümayəndələri (80 nəfər) iştirak etmişlər. Çıxış edən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov “Milli Strategiya”nın qəbulunun korrupsiyaya qarşı mübarizədə önəmli yer tutduğunu və bu mübarizənin xüsusi əhəmiyyət kəsb edən ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığından keçdiyini qeyd etmişdir.
Dəyirmi masada çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin, yerli QHT-lərin və ictimaiyyətin nümayəndələri «Milli Strategiya»nın qəbulunun və onun icrasının korrupsiyaya qarşı mübarizəyə təkən verəcəyini və bu mübarizənin səmərə verməsi üçün hüquqi maarifləndirmə tədbirlərinin əhəmiyyəti olduğunu qeyd etdilər. Müzakirələrdə Korrupsiyaya qarşı Mübarizə Fondunun təklifi ilə Lənkəran şəhərində Milli Strategiyanın icra olunmasının monitorinqinin aparılması, ictimai nəzarətin təşkili barədə fikir mübadiləsi aparıldı. Ərizə və şikayətlərə baxılması işinin lazımı səviyyədə qurulması, yerli dövlət qurumlarının fəaliyyətində şəffaflığın olması və ictimaiyyətə hesabatların verilməsi məsələlərinin korrupsiyaya qarşı mübarizədə əhəmiyyəti yerli ictimaiyyətinin nəzərinə çatdırılmışdır.
Oxunub: 755 dəfə | Tarix: 20 Avqust 2008 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...
Saytda aparılmış sorğuya əsasən, iyul ayı üçün ən çox korrupsiyalaşmış orqanlar:

Sorğu (iyul)
Oxunub: 595 dəfə | Tarix: 2 Avqust 2008 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...
«Korrupsiyaya qarşı mübarizə haqqında» AR qanununun beynəlxalq standartlara uyğunlaşdırılması... Korrupsiyaya qarşı mübarizənin hüquqi müstəvidə aparılması üçün mükəmməl qanunvericilik bazasının yaranması çox mühüm məsələdir. Bundan ötrü «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunu korrupsiyaya qarşı mübarizə aparan orqanların həyata keçirmək istədiyi tədbirlər üçün səmərəli və işlək hüquqi baza rolunu oynamalıdır.
«Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunu təhlil edilərkən məlum oldu ki, vacib antikorrupsion normaların, xüsusilə də beynəlxalq hüquqi bazanın təkidlə tövsiyə etdiyi hüquqi normaların tətbiqi ilə bağlı çatışmazlıqlara yol verilmiş və nəticədə Qanunda boşluqlar meydana gəlmişdir. Həmin boşluqları doldurmaq, korrupsiyaya qarşı mübarizə aparmaq üçün səmərəli şərait yaratmaq və bu Qanunun beynəlxalq hüquqi normalara, o cümlədən BMT-nin “Korrupsiyaya qarşı” Konvensiyasının, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” Konvensiyalarının və digər beynəlxalq sənədlərin Azərbaycan Respublikasının qanuvericiliyinə tam implementasiyasına nail olmaq aktual məsələlərdəndir.
Oxunub: 1334 dəfə | Tarix: 25 Iyul 2008 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...
Korrupsiyaya qarşı mübarizə cəmiyyətin bütün sahələrində dünya təcrübəsinə istinad... Dünya dövlətlərini bürümüş korrupsiya problemi yalnız ayrı-ayrı ölkələrin deyil, ümumilikdə bütün dünya iqtisadiyyatının inkişafında maneələrdən biridir. Bu məsələyə beynəlxalq siyasətin əsas qayğısı kimi 1980-cı illərin əvvəllərindən baxılmağa başlandı.
Azərbaycan bu bəlaya düçar olmuş yeganə ölkə deyil. İnsanın tamahkarlığı və acgözlüyünə qalib gəlmək mümkün olmadığı kimi korrupsiyanı da tamamilə aradan qaldırmaq mümkün deyil. Korrupsiyaya qarşı mübarizənin səmərə verdiyi uğurlu ölkələrin təcrübəsinin göstərdiyi kimi korrupsiyaya qarşı mübarizəyə kompleks yanaşma olarsa, vəziyyəti güclü şəkildə sağlamlaşdırmaq olar. Çünki bu problem sosial-mədəni, iqtisadi və siyasi xarakter daşıyır. Ona görə də Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla aparmaq üçün və ölkədə korrupsiyanın səviyyəsini azaltmaq üçün aşağıdakı şərtlərin həyata keçirilməsi vacibdir.
Birinci şərt – hər birinin prinsipial proqramı olan iki partiyanın elektorat üçün mübarizə apardığı və biri-birilərinə nəzarət etdiyi real rəqabətli siyasi sistemin yaradılmasıdır. Rəqabət xarakterli siyasi mübarizənin olmadığı yerdə korrupsiya faktlarını gizlətmək asanlaşır.
İkinci şərt – rəqabətli iqtisadi sistemdir. İnhisarçılıq daima maksimal gəlir əldə etmək üçün heç nəyin qarşısında dayanmadan öz mövqeyindən istifadə edir. Yalnız rəqabətli sistem biznesin hansı yollarla, qiymətlə və hansı metodlarla bazarda üstünlük qazanmasını cəmiyyətə göstərməyi məcbur edir.
Üçüncü şərt – kütləvi informasiya vasitələrinin azadlığıdır. Onlar siyasi və iqtisadi rəqiblərdən informasiya əldə edir və onları cəmiyyətə çatdırır. Azad KİV olmadan ilk iki şərt öz səmərəsini verməyəcək. İnsanlar nələrin baş verdiyindən xəbərsiz olacaq.
Oxunub: 794 dəfə | Tarix: 7 Iyul 2008 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...
Mingəçevirdə «Şəffaflığın artırılması və korrupsiyaya Korrupsiyaya qarşı Mübarizə Fondunun «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» layihəsi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə bir il müddətində 12 regionda həyata keçirilir. Növbəti dəyirmi masa Mingəçevir şəhərində keçirilmişdir. Tədbirin əsas məqsədi qəbul edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» barəsində ictimaiyyəti məlumatlandırmaq, «Milli Strategiya»nın ictimaiyyət və yerli dövlət orqanları qarşısında qoyduğu vəzifələrin müzakirəsini keçirməklə onun icrasına ictimai nəzarəti təşkil etməkdir.
Oxunub: 645 dəfə | Tarix: 21 May 2008 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...
“2007-2011-ci illər üçün nəzərdə tutulmuş milli strategiya çərçivəsində əhali korrupsiya səviyyəsinin... “Lakin buna görə inzibatçılıq sistemində islahatlar keçirmək, rəqabət apara biləcək iqtisadi mühit yaratmaq və inhisarçılığa qarşı mübarizə aparmaq lazımdır. Ölkəmiz iqtisadi inkişafın üstünlüklərindən istifadə etməli və korrupsiyaya qarşı mübarizə aparmalıdır, biz belə imkanı əldən buraxmamalıyıq. Çünki bəzi stabil olaraq inkişafda olan ölkələrdə korrupsiyanın səviyyəsi arzuolunmaz vəziyyətdədir”, - deyə, Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov bildirib.
Oxunub: 611 dəfə | Tarix: 25 Aprel 2008 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...
Korrupsiyaya qarşı Mübarizə Fondu Masallıda «Şəffaflığın artırılması və korrupsiyaya qarşı... Korrupsiyaya qarşı Mübarizə Fondunun «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» layihəsi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə bir il müddətində 12 regionda həyata keçirəcəkdir. Layihənin əsas məqsədi qəbul edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» barəsində ictimaiyyəti məlumatlandırmaq, «Milli Strategiya»nın ictimaiyyət və yerli dövlət orqanları qarşısında qoyduğu vəzifələrin müzakirəsini keçirməklə onun icrasına ictimai nəzarəti təşkil etməkdir.
Layihə çərçivəsində növbəti dəyirmi masa aprel ayının 12-də Masallı rayonunda keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin, prokurorluğun, polis idarəsinin, məhkəmənin, yerli dövlət idarələrinin, KİV-in və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Çıxış edən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov “Milli Strategiya”nın qəbulunun korrupsiyaya qarşı mübarizədə önəmli yer tutduğunu və bu mübarizənin xüsusi əhəmiyyət kəsb edən ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığından keçdiyini qeyd etmişdir.
Oxunub: 653 dəfə | Tarix: 12 Aprel 2008 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...
AVROPA ŞURASI ŞƏKİ VƏ GƏNCƏDƏ KORRUPSİYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI SEMİNARLAR...







Avropa Şurası Azərbaycan Hökumətinin - Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi ilə martın 17-də Şəkidə, 18-də isə Gəncədə Azərbaycanın Korrupsiya ilə Mübarizə Strategiyasına Dəstək Layihəsi (AZPAC) çərçivəsində ictimai məlumatlandırma seminarı keçirmişdir.
Seminarlarda ölkəmizdə yeni antikorrupsiya strategiyası və Fəaliyyət Planı təqdim edilmişdir. Məqsəd müxtəlif regionlarda Azərbaycan hökumətinin və digər hakimiyyət orqanlarının korrupsiya ilə mübarizə məsələləri və götürdükləri öhdəliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır.
Tədbirdə dövlət orqanlarının, məhkəmələrin, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Antikorrupsiya strategiyasının icrası və onun Fəaliyyət Planı barədə fikir mübadiləsi aparılmışdır.
Oxunub: 564 dəfə | Tarix: 21 Mart 2008 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...
Korrupsiyaya qarşı Mübarizə Fondu Xaçmazda «Şəffaflığın artırılması və... Korrupsiyaya qarşı Mübarizə Fondunun «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» layihəsi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə bir il müddətində 12 regionda həyata keçirəcəkdir. Layihənin əsas məqsədi qəbul edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» barəsində ictimaiyyəti məlumatlandırmaq, «Milli Strategiya»nın ictimaiyyət və yerli dövlət orqanları qarşısında qoyduğu vəzifələrin müzakirəsini keçirməklə onun icrasına ictimai nəzarəti təşkil etməkdir.
Layihə çərçivəsində növbəti dəyirmi masa Xaçmaz rayonunda keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin, prokurorluğun, polis idarəsinin, bir sıra yerli dövlət idarələrinin, KİV-in və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Çıxış edən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov “Milli Strategiya”nın qəbulunun korrupsiyaya qarşı mübarizədə önəmli yer tutduğunu və bu mübarizənin xüsusi əhəmiyyət kəsb edən ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığından keçdiyini qeyd etmişdir.
“Təsadüfi deyil ki, layihə Azərbaycan regionlarını əhatə edir. Çünki hazırki dövrdə regionların inkişafına ayrılan dövlət vəsaitləri orada vətəndaş cəmiyyətinin inkişafını da vacib edir. Korrupsiyaya qarşı Mübarizə Fondunun son illərdə regionlarda apardığı araşdırmaların nəticələrinə və Fonda daxil olmuş ərizə və şikayətlərin məzmununa görə regionlarda əhalinin üzləşdiyi əsas problemlərdən biri də korrupsiyadır. Bunun da səbəbləri yerlərdə məmurlar tərəfindən qanunların icrasına laqeydlik, əhali tərəfindən yerli dövlət idarələrinə və məhkəmələrə olan inamsızlıq, ictimaiyyətin və yerlərdəki məmurların hüquqi maarifləndirilməsinin aşağı səviyyədə olması və vətəndaş cəmiyyətinin zəifliyidir”, deyə V.Mövsümov bildirmişdir.
Oxunub: 575 dəfə | Tarix: 18 Mart 2008 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...
Korrupsiyaya qarşı Mübarizə Fondu regionlarda korrupsiyaya qarşı mübarizə ilə bağlı yeni layihə... Korrupsiyaya qarşı Mübarizə Fondunun «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» layihəsi Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının müsabiqə proqramında qalib müəyyən edilmişdir.
Layihə bir il müddətində 12 regionda – Bakı, Sumqayıt, Salyan, Masallı, Xaçmaz, Göyçay, Mingəçevir, Şəki, Qazax, Gəncə, Lənkəran və Cəlilabadda həyata keçiriləcəkdir. Layihənin əsas məqsədi qəbul edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» barəsində ictimaiyyəti məlumatlandırmaq, onların hüquqi maarifləndirilməsini artırmaqla yanaşı korrupsiyaya qarşı mübarizədə fəallığına nail olmaqdır. Bundan əlavə layihə vətəndaşlara korrupsiya ilə bağlı ərizə və şikayətlərinin dövlət orqanlarına istiqamətləndirilməsində yardım etməyi nəzərdə tutur. Layihə çərçivəsində korrupsiyaya qarşı mübarizədə xüsusi əhəmiyyət kəsb edən ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığına nail olmaq üçün onların birgə iştirakı ilə keçiriləcək dəyirmi masalarda «Milli Strategiya»nın ictimaiyyət və yerli dövlət orqanları qarşısında qoyduğu vəzifələrin müzakirəsi və «Milli Strategiyf»nın icrasına ictimai nəzarətin təşkili həyata keçiriləcəkdir. Təsədüfi deyil ki, layihə Azərbaycan regionlarını əhatə edir. Çünki hazırki dövrdə regionların inkişafına ayrılan dövlət vəsaitləri orada vətəndaş cəmiyyətinin inkişafını da vacib edir. Fondun son illərdə regionlarda apardığı araşdırmaların nəticələrinə və Fonda daxil olmuş ərizə və şikayətlərinin məzmununa görə regionlarda əhalinin ən əsas problemləridən biri də onların korrupsiya halları ilə üzləşməsidir. Bunun da səbəbləri yerlərdə məmurlar tərəfindən qanunların icrasına laqeyidlik, əhali tərəfindən yerli dövlət idarələrinə və məhkəmələrə olan inamsızlıq, ictimaiyyətin və yerli məmurların hüquqi maarifləndirilməsinin aşağı səviyyədə olması və vətəndaş cəmiyyətinin zəifliyidir.
Oxunub: 708 dəfə | Tarix: 15 Fevral 2008 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...
Sumqayıt ictimaiyyəti “Şəffaflığın artırılması və korrupsiyaya qarşı... Korrupsiyaya qarşı Mübarizə Fondu Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə «Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və virtual məsləhət mərkəzi» layihəsini həyata keçirməyə başlamışdır. Layihə bir il müddətində 12 regionda həyata keçiriləcəkdir. Layihənin əsas məqsədi qəbul edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» barəsində ictimaiyyəti məlumatlandırmaq, onların hüquqi maarifləndirilməsini artırmaqla yanaşı korrupsiyaya qarşı mübarizədə fəallığına nail olmaqdır. Bundan əlavə layihə vətəndaşlara korrupsiya ilə bağlı ərizə və şikayətlərinin dövlət orqanlarına istiqamətləndirilməsində yardım etməyi nəzərdə tutur.
Oxunub: 600 dəfə | Tarix: 28 Yanvar 2008 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...
«Korrupsiyaya qarşı Virtual Vəkillik» layihəsinin nəticələri müzakirə olunur 9 Dekabr 2003-cü ildə Meksikanın Merida şəhərində BMT-nin təşkil etdiyi korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş yüksək səviyyəli siyasi konfrans keçirilib. Korrupsiyaya qarşı BMT Konvensiyası da burada imzalanıb. Bu konvensiya ölkələrin inkişafına zərbə vuran, demokratiyaya və hüquqi dövlət rejiminə təhlükə yaradan korrupsiyaya qarşı mübarizə aparmaq üçün əsas beynəlxalq sənəddir. Konvensiya 14 dekabr 2005-ci ildə qüvvəyə minib. Hal-hazırda 142 ölkə Konvensiyanı imzalayıb. Onlardan 80-ı isə onu artıq təsdiq edib. Azərbaycan bu Konvensiyanı 27 Fevral 2004-cü ildə imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisi isə bu hüquqi aktı 1 noyabr 2005-ci ildə təsdiq edib. BMT 9 Dekabrı beynəlxalq korrupsiyaya qarşı mübarizə günü elan edib.
Oxunub: 658 dəfə | Tarix: 7 Dekabr 2007 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...
Gürcüstanda müstəqil məhkəmələr mövcuddurmu və yaxud dünya reytinqləri obyektiv sayıla bilərmi? Biz artıq bilirik ki, keçmiş Müdafiə naziri İrakliy Okruaşvili Gürcüstan rəhbərliyinin fəaliyyətini kəskin tənqid edib və həmçinin hakimiyyətin yüksək eşelonunu nümayəndələrini korrupsiyada ittiham edib. O, Saakaşvilini iri maliyyə sazişlərini bağlayaraq, öz ailəsinin maraqlarının lobbiləşməsində ittiham edib və bildirib ki, korrupsiyaya qarşı yalançı mübarizə gedir, eyni zamanda isə baş korrupsionerlər hakimiyyət başındadırlar.
Okruaşvili prezidentə qarşı çıxdıqdan iki gün sonra, o saxlanılıb və məhkəmə istintaqı zamanı iki aylıq ibtidai həbs cəzasına məhkum edilib.
Həbsdən dərhal sonra ABŞ hökuməti bu hadisəyə qiymət verib. Avropa və Avrasiya məsələləri üzrə ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza bəyanatla çıxış edib. O, qeyd edib ki, ABŞ hökuməti ümidlə bildirir ki, Gürcüstan ədliyyəsi saxlanılmış keçmiş müdafiə nazir İrakliy Okruaşviliyə qarşı ədalətli olacaq və məhkəmə qanuna tam riayət olunmaqla keçiriləcək. Brayza qeyd edib ki, Okruaşvilinin saxlanılmasına dair işin təfsilatları ona məlum deyil, lakin baş vermiş hadisə yenə də təsdiq edir ki, Gürcüstanda məhkəmə sistemi möhkəmlənir. Bundan sonra Gürcüstan prezidenti Mixail Saakaşvili ilk dəfə həbsə dair izah verib. Prezident xəbərdarlıq edib ki, heç kim onu məhkəməyə təzyiq göstərməkdə günahlandırmasın: “Xüsusilə qeyd etmək istəyirəm, hər şeyi məhkəmə həll edəcək. Qoy heç kim məni məhkəmə prosesinə müdaxilə etməkdə təqsirləndirməsin, mənim buna heç bir konstitusiya hüququm yoxdur. Əgər insan pul oğurlayıb, bizim yaratdığımız dövlətə ziyan vurubsa, onda bütün şantaj və ittihamlara baxmayaraq, ədalət qalib gələcək və dövlət öz vəzifəsini də yerinə yetirəcək".
Ola bilərmi ki, korrupsiyaya qarşı mübarizə üzrə aparan prezidentə, keçmiş nazirin korrupsiya işlərindən yalnız onun hakimiyyətin yüksək eşelonuna, o cümlədən prezidentə də qarşı ittihamlar irəli sürdükdən sonra məlum olsun?
Oxunub: 519 dəfə | Tarix: 30 Oktyabr 2007 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az