Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Böyük sosial partlayışlar zülm altında olan sinfin ehtiyacı və fəlakəti kəskinləşdikdə deyil, insanların hakimlərə və elitaya olan hörməti itdikdə, müsbət dəyişiklər mənbəyi kimi hakimiyyətə ümid olmadıqda baş verir.
Təqvim
«    May 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
"Biz korrupsiyaya qarşı mübarizədə çox şeyə nail ola bilərdik"
"Biz korrupsiyaya qarşı mübarizədə çox şeyə nail ola bilərdik" “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunu var ki, bu Qanuna da korrupsiya ilə əlaqədar hüquqpozmalarının aşkar edilməsi və qarşısının alınması, sosial ədalətin müdafiə olunmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarını, vəzifəli şəxslərin dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.
Buna qarşı mübarizə istiqamətində 1 il ərzində atılan addımlarla bağlı Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovla əlaqə saxladıq.
Korrupsiya qarşı mübarizə ilə bağlı 2004-cü ildən müəyyən addımlar atıldığını söyləyən icraçı direktoru yeni proqramların fəaliyyət göstərməsini, Azərbaycanın korrupsiya ilə bağlı beynəlxalq konvensiyalara qoşulması və s. tədbirləri, ümumiyyətlə, bu istiqamətdə atılan addımları korrupsiya qarşı mübarizə aparmaq üçün şəraitin yaradılması ilə əlaqələndirdi: "Bu şərait qanunların qəbulu, hansısa mübarizə aparan orqanların yaradılması istiqamətində atılan addımları hətta beynəlxalq təşkilatlar da müsbət addımlar hesab edirlər. Lakin ictimai rəylərdə korrupsiyaya qarşı mübarizənin hələ də ürəkaçan bir səviyyədə olmadığına görə narazılıqlar var. Vətəndaşların şikayətlərində də bu özünü göstərir. 2011-ci ilin əvvəlinə qədər, durğunluq var idi. Lakin ötən ilin əvvəllərindən başlayaraq dövlət başçısının növbəti dəfə atdığı müsbət addımlar öz effektini göstərməyə başladı".
Son bir ili ötən illərlə müqayisə edən həmsöhbətimiz, müsbət halların artdığını vurğuladı: "Bizim 1 ildə böyük dəyişikliklər edə biləcəyimizi də düşünmək sadəlövhlük olardı. Buna baxmayaraq, çox şeyə nail ola bilərdik. Məsələn, vətəndaşlarla tez-tez ünsiyyətdə olan dövlət orqanlarında rüşvətin qarşısının alınması və s. Amma bununla ilə bağlı bir çox müsbət məqamlar da görürük. Vətəndaşların ərizə və şikayətlərinə baxılması məsələlərində də müsbət məqamlar hardasa özünü göstərir. Lakin bu da kifayət deyil. Bu, bizim gözlədiyimizdən də az oldu. Mənfi hallar hələ də qalmaqdadır. Bu da vətəndaşların inamsızlığına gətirib çıxarır. Belə bir statistikanı nəzərinizə çatdırım ki, ötən ilin birinci yarımilində fonda daxil olan şikayət ərizələrinin sayı daha çox idi, nəinki həmin ilin ikinci yarımilində. Azərbaycanda korrupsiyaya qarşı mübarizə başlayarkən “qaynar xətt” yaradılmışdı - 161 xidməti. Lakin bu kifayət deyildi ki, vətəndaşlar öz şikayətlərini etsin. Onlar məmurun özbaşınalığından, sahibkar onun fəaliyyəti ilə bağlı olan qeyri-qanuni müdaxilələrlə bağlı şikayətləri hara etməli olduqlarını bilmirdilər. “Qaynar xətt” yalnız rüşvətlə bağlı problemlərin şikayəti üçündür. Amma digər məsələlərlə bağlı vətəndaş sikayət etməyə yer tapa bilmir. Ən böyük problemlərdən biri də budur".
Vasif Mövsümov həmçinin əlavə etdi ki, bir sıra şəxslər rüşvətə şərait yaratdıqları üçün günah onların özlərindədir: "Bəzi vətəndaşlar var ki, onlardan heç kəs pul tələb etmədiyi halda, özləri pul təklif edirlər. Bu da vətəndaşın laqeydliyidir. Dövlət orqanları ilə yanaşı, vətəndaş da öz borcunu yerinə yetirməlidir".

Elnarə Kərimova
"Gündəlik Bakı"
Oxunub:227 dəfə | Tarix: 18 Yanvar 2012 | Kateqoriya: Xəbərlər


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az