Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
“Rəsmi şəxslər, siyasətçilər və məhkəmə sisteminin işçiləri korrupsiya kimi çirkin işlərlə məşğul olanda demokratiya təhlükə altına düşür. Nazirlər, parlament üzvləri və ictimai xadimlər korrupsiya ilə məşğul olduğuna görə məhkəməyə gətirməklə biz vətəndaşların demokratik institutlara və qanunun qüvvəsinə inamını artırmış olarıq”. Avropa Şurasının baş katibi Terri Devis
Təqvim
«    May 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
35 yol polisi əməkdaşı daxili işlər orqanlarından xaric edilib
35 yol polisi əməkdaşı daxili işlər orqanlarından xaric edilib Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) dövlət yol polisi əməkdaşlarının sürücülərdən rüşvət alması ilə bağlı internetdə yayılan video görüntülərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov deyib ki, qeyd olunan video görüntülər onlara məlumdur.
Onun sözlərinə görə, ötən il korrupsiya hüquqpozmaları ilə mübarizə tədbirlərinin daha da gücləndirilməsinə başlanandan sonra korrupsiya hüquqpozmaları ilə əlaqədar DİN-in aidiyyatı qurumları tərəfindən respublika üzrə 46 fakt aşkar olunub. Bu faktlar üzrə 60-dan çox əməkdaş barəsində tədbirlər görülüb. Aşkarlanmış 46 faktdan 43-ü dövlət yol polisi ilə bağlı olub ki, bu faktlar üzrə 60 yol polisi əməkdaşı barəsində tədbirlər görülüb. Onlardan 35 nəfəri daxili işlər orqanlarından xaric edilib, 22 əməkdaş tutduğu vəzifədən azad olunub, 3 nəfər barəsində isə digər inzibati tədbirlər görülüb.
E. Zahidov korrupsiya hüquqpozmaları ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin nəticələrinin bir il əvvəl ilə müqayisə edərək bildirib ki, 2010-cu ildə korrupsiya hüquqpozmaları üzrə yol polisi əməkdaşları ilə bağlı cəmi 5 fakt aşkar edilib və nəticədə 6 nəfər daxili işlər orqanlarından xaric olunub.
İnternetdə yayımlanan görüntülərə gəlincə, E. Zahidov vurğulayıb ki, bu cür xəlvəti çəkilişlər DİN-in aidiyyatı qurumları tərəfindən mütəmadi olaraq həyata keçirilib. Belə ki, 2011-ci il ərzində müşahidə kameralarından əlavə olaraq korrupsiya hüquqpozmalarına qarşı mübarizə məqsədi ilə 55 xəlvəti əməliyyat çəkilişləri aparılıb, bunların nəticəsində 40 nəfərdən çox əməkdaş cəzalandırılıb.
E. Zahidov bildirib ki, internetdə sonuncu yayılan görüntü ilə əlaqədar isə DİN rəhbərliyinin göstərişi ilə Baş Dövlət Yol Polisi İdarəsində və nazirliyin digər aidiyyatı xidmət sahələrində araşdırmalara başlanıb. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, ötən gün internetdə yol polisi əməkdaşlarının qayda pozan sürücülərdən rüşvət almasını özündə əks etdirən video görüntülər yayılıb.

APA
Oxunub:113 dəfə | Tarix: 16 Yanvar 2012 | Kateqoriya: Xəbərlər


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az