Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Korrupsiyaya qarşı mübarizə milli proqramına çevrilməlidir. Əgər hakimiyyət özünü tənzimləmək iqtidarında deyilsə, onda o heç bir ictimai dəstək ala bilməyəcək. Ictimai dəstək yalnız iş qabiliyyəti və müvəffəqiyyəti olan hakimiyyətlə təmin edilir.
Təqvim
«    May 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Azərbaycanda “Təhlükəsiz yol” Alyansı yaradılıb
Azərbaycanda “Təhlükəsiz yol” Alyansı yaradılıb Azərbaycanda “Təhlükəsiz yol” Alyansının təsis yığıncağı keçirilib. Alyansın yaradılmasının səbəbi ölkədə ötən illər ərzində yol qəzalarının və yol qəzaları qurbanlarının sayının hədsiz dərəcədə artması, yol qəzalarının ölkədə çox ciddi bir problemə çevrilməsi və problemin həllinə vətəndaş cəmiyyəti qurumlarının təxirəsalınmaz müdaxiləsi zərurətidir.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı rəsmi statistik məlumatlara əsasən Azərbaycanda 2011-ci il ərzində 2890 yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində 1016 nəfər ölüb və 3031 nəfər xəsarət alıb. Məhz bu sarsıdıcı rəqəmlər 10-dan artıq fəal qeyri-hökumət təşkilatını bir alyansda birləşərək bu sahədə birgə fəaliyyət göstərməyə sövq edib. Alyansın təsisçiləri Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupu, İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondu, “Konstitusiya” Araşdırmalar Fondu, Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi İctimai Birliyi, Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondu, Siyasi Texnologiyalar Mərkəzi, Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi, Söz Azadlığını Müdafiə Fondu, “Els” Müstəqil Araşdırmalar Mərkəzi və Korrupsiyaya Qarşı Mübarizə Fondudur.
Təsis yığıncağında vətəndaş cəmiyyəti sektorunun bu sahədə dövlət qurumları və beynəlxalq təşkilatlarla əməkdaşlığının vacibliyi və digər bu kimi mühüm məsələlər müzakirə olunub. Qeyd edilib ki, ölkədə ictimai təşkilatların belə ciddi problemlərə reaksiya verməsi təqdirəlayiq hal olsa da, aidiyyatı dövlət qurumları ilə yanaşı, sırf bu sahədə fəaliyyət göstərən QHT-lər və QHT birliklərinin bu günədək bu sahədə heç bir konkret proqram və layihələr həyata keçirməmələrinin nəticəsidir ki, bu gün Azərbaycanda 1000-dən artıq insan yol qəzası qurbanı olub. Alyans ictimai mühitdəki məhz bu boşluğu doldurmaq, bu problemə gətirib çıxaran piyada səhlənkarlığı, sürücü məsuliyyətsizliyi, yol mədəniyyəti, qanunvericilikdəki boşluqların aradan qaldırılması sahəsində müvafiq işlərin görülməsi, bu sahəyə məsul dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin artırılması məqsədi daşıyır. Yeni alyansın təqdimatı yanvarın 17-də keçiriləcək.

APA
Oxunub:137 dəfə | Tarix: 12 Yanvar 2012 | Kateqoriya: Xəbərlər


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az