Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Rüşvət alan və verən şəxs ciddi cəzalandırılmalıdır ki, o cinayət törətdiyini dərk etsin. Və hər bir işçi polisdən tutmuş hakimə qədər başa düşməlidir ki, korrupsiya onun karyerasına son qoyacaq.
Təqvim
«    May 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Azərbaycanda bələdiyyə sədri həbs edilib Azərbaycanda bələdiyyə sədri korrupsiya faktına görə həbs edilib. Məlumata görə, Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri İsrafilov Rəhman Gülağa oğlunun qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə başlanıb.
Oxunub: 11 dəfə | Tarix: 17 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Prezident ailəsinin ümumi maliyyə vəziyyətini qiymətləndirib ABŞ-ın prezidenti Barak Obama ailəsinin ümumi maliyyə durumunun 2.6 - 8.3 milyon dollar civarında olduğunu bildirib. Ağ ev bu məlumatın 1978-ci ildən hökumət üzvlərinin etik qaydalara riayət etməsi barədə qanunun tələbinə əsasən açıqlandığını vurğulayıb. Bu normativ akta əsasən, yüksək vəzifəli federal işçilər hər il öz maliyyə vəziyyətləri, həmçinin qiymətli kağızları – şirkət aksiyaları, istiqrazları barədə məlumat verməlidirlər.
Oxunub: 13 dəfə | Tarix: 16 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Milli Məclisdə korrupsiyaya qarşı mübarizə mövzusunda müzakirə keçirilib Milli Məclisdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin təşkilatçılığı ilə korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı ilə bağlı müzakirə keçirilib. Tədbirdə Milli Məclisin deputatları, əməkdaşları, “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin rəhbərliyi, QHT nümayəndələri iştirak edib.
Oxunub: 17 dəfə | Tarix: 15 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
20 futbol klubu korrupsiyada şübhəli bilinir İtaliyanın 20-dən çox futbol klubuna xəbərdarlıq edilib ki, onlar razılaşdırılmış oyunların təşkilində şübhəlidirlər. Italiyanın Futbol Federasiyası bildirib ki, istintaq çərçivəsində 52-si futbolçu olmaqla 61 nəfər prokurorluğa sorğu-sual olunmağa çağırılacaq. Prokurorluq 33 oyun üzrə şübhəli məqamları araşdırır.
Oxunub: 18 dəfə | Tarix: 14 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Yalnız vəzifəli şəxslərin həbsi ilə korrupsiyanı aradan qaldırmaq olmaz Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov Amerikanın Səsi radiosuna müsahibəsində son dövrlər korrupsiya faktları ilə bağlı vəzifəli şəxslərin həbsini dəstəkləyir.Onun fikrincə, korrupsiya ilə bağlı hüquqi tədbirlər görülməsi bu sahədə mübarizə tədbirlərini gücləndirir. “Amma, mübarizənin yalnız həbslərlə məhdudlaşması korrupsiyanın səviyyəsini azaltmayacaq. Korrupsiyaya qarşı mübarizə ciddi iqtisadi və sosial islahatlarla davam etdirilməlidir”.
Oxunub: 23 dəfə | Tarix: 14 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Bakı Dövlət Universitetinin müəllimi rüşvət alan zaman yaxalanmışdır Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin "Cinayət hüququ və kriminalogiya" kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlunun qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.
Oxunub: 60 dəfə | Tarix: 7 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Rüşvət alan şəxslər cinayət başında yaxalanmışlar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin qanunsuz əməlləri barədə daxil olmuş əməliyyat məlumatları araşdırılmışdır.
Müəyyən olunmuşdur ki, Bakı şəhər sakinindən Tibbi Sosial Ekspert Komissiyasına göndərişin verilməsi üçün 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi və əlillik dərəcəsinin təyin olunması üçün 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri rüşvət tələb etmişlər.
Oxunub: 45 dəfə | Tarix: 7 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
İndoneziyanın hakim partiyasının xəzinədarı rüşvətə görə məhkum olunub İndoneziyanın antikorrupsion məhkəməsi hakim demokrat partiyanın keçmiş xəzinədarı Muhammed Nazaruddini xüsusi iri həcmdə rüşvətalmaya görə 4 il, 10 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Nazuriddin Cənub-Şərqi Asiya oyunlarından iştirak etməyi planlaşdıran yüngül atletikaçılar üçün bazanın tikinti müqaviləsini qeydiyyatdan keçirərkən 500 min dollardan çox rüşvət almaqda günahkar bilinib.
Oxunub: 48 dəfə | Tarix: 4 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Çinin Futbol assosiasiyasının keçmiş başçısı məhkəmə qarşısında Çinin Futbol assosiasiyasının keçmiş başçısı Se Yalun və onun bir sıra işçiləri 250 min dollar rüşvət almaqda ittiham olunaraq məhkəmə qarşısına çıxıblar. Yalun məhkəməyə toplaşanlara bildirib ki, rüşvət aldığı barədə olan ifadələri işgəncə altında vermişdir.
Oxunub: 43 dəfə | Tarix: 3 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Los-Ancelesdə gömrük işçiləri narkotik üstündə tutulublar Los-Anceles aeroportunun gömrük nəzarətinin 4 işçisi Kaliforniyada korrupsiya və qanunsuz narkotika dövriyyəsi ittihamı ilə həbs olunub. Həbs olunanlar sərnişinlərin yüklərinə baxış yerində işləyirdilər. I
Oxunub: 44 dəfə | Tarix: 2 May 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Külli miqdarda vəsait poçt filialının vəzifəli şəxsləri tərəfindən mənimsənilmişdir Qobustan Poçt filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyəti Cəmiyyətindən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

Oxunub: 69 dəfə | Tarix: 26 Aprel 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Rusiyayla sərhəddə tutulan pullar haradandır?  “Əgər biz korrupsiya ilə bağlı gizli iqtisadiyyatın qarşısını ala bilsək, ölkəyə gətirilən və ölkədən gedən, eləcə də qanunsuz köçürülən küllü miqdarda pulları dayandıra bilərik. Əks halda, belə faktlar bir az da çoxalacaq.” Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov bu yaxınlarda baş verən Azərbaycandan çıxarılan pulların tutulması ilə bağlı məsələyə fikrini bildirmişdir. Dağıstan gömrüyü Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə birgə operativ-axtarış tədbirləri zamanı Azərbaycandan RF-ə gedən “Lada-Priora” avtomobilini saxlayıblar.
Oxunub: 65 dəfə | Tarix: 25 Aprel 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Şəmkirdə TSEK-in sədri rüşvət alarkən  yaxalanmışdır Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 saylı Şəmkir Tibbi Sosial Ekspert Komissiyasının sədri Səfərli Ələsgər Səfər oğlunun əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşlardan rüşvət alması barədə daxil olmuş əməliyyat məlumatları ilə bağlı təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.

Oxunub: 100 dəfə | Tarix: 23 Aprel 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Korrupsiyaya və rüşvətxorluğa qarşı daha geniş mübarizə aparmalıyıq,aparırıq və aparacağıq Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Müvafiq göstərişlər verilmişdir, sərəncamlar imzalanmışdır. Beynəlxalq təcrübə tam şəkildə tətbiq edilməlidir. Burada həm inzibati tədbirlər, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır.
Oxunub: 89 dəfə | Tarix: 17 Aprel 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
Yunanıstanda keçmiş Müdafiə naziri həbs olunub Yunanıstanın keçmiş müdafiə naziri 72 yaşlı Akis Tsoxadzopulos çirkli pulların yuyulması iddialarıyla həbs edilib.bir zamanlar “PASOK” partiyasının nüfuzlu siyasətçilərindən biri olan Akisin offşor şirkətlər vasitəsilə Alman şirkəti “Ferrostaal”-dan 8 milyon avro pul aldığı irəli sürülür.
Oxunub: 69 dəfə | Tarix: 16 Aprel 2012 | Kateqoriya: Xəbərlər Ətraflı...
← Geri    1 2 3 ... 37 38 39    İrəli →


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az