Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.
Saytda axtarış:
Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.
Təqvim
«    May 2012    »
B.eÇ.aÇC.aCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

 
Sorğu
Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?
a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Fondu
Korrupsiya qarşı Mübarizə Fondu 1 fevral 2004-cü ildə təsis edilmişdir. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etmək, insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaq məqsədilə yaradılmışdır.
Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Fond mövcüd vəziyyəti gizlətməməklə bərabər həm də yalanı şişirtməməyi qarşısına məqsəd qoymuşdur. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, Korrupsiyaya qarşı Mübarizə Fondunun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır.
Korrupsiya və yumor
















***
Bütün vəkillər iki kateqoriyaya bölünürlər: Yarısı qanunları, yarısı isə hakimləri yaxşı tanıyır
***

***
Sizin ağıldan, vicdandan və şərəfdən başqa nəyiniz var? – Rüşvətim var, cənab!
***

***
Polis işçisi evinə gec qayıdır və həyat yoldaşını yatağında tapır. Arvadı nəyə görə isə şəndir.
-Məşuqun indi buradadır? O harada gizlənib? Çarpayının altındadır? – ər soruşaraq, çarpayının altına baxır. O çarpayının altında deyil.. Bəlkə, mətbəxdədir? - mətbəxə də baxır. Mətbəxdə də yoxdur.. Dolabdadır?!
Dolabdan əl çıxır və 200 rubl pulu ona uzadır. Polis xəlvətcə ətrafa baxır və pulu götürür.
O dolabda da yoxdur. Bəs harada gizlənib??!!!
***



***
DYP-in işçisi postda dayanıb. Hər gün eyni vaxtda “Lexus” maşını dayanır və açılan pəncərədən sürücünün əli yüz dollar uzadır. Lakin günlərin birində bu baş vermir, ertəsi gündə və bir həftədən sonra da. Iki həftədən sonra sürücü peyda olur və yenə də pul verir.
DYP-in işçisi: “Nədənsə mən sizi çoxdan bəri görmürəm”.
Sürücü: “Mən Maltada istirahət edirdim”.
DYP-in işçisi: “Necə?! Mənim pullarımla?”
***



***
DYP-in postu. Bir nəfər yol polisi dayanıb, görür ki, ona tərəf qoca nənə arıq inək ilə gəlir. Qadın yaxınlaşır və polisdən iki addım olan məsafədə balaca ağacı yerə vurur və sonra inəyi ona bağlayır. Polis işçisi təəccüblənir:
-Ana, sən dəli olmusan? Bura otlaq deyil!
-Oğlum, bilmirəm, ancaq keçən il sən burada dayananda çox arıq idin...
***



***
Hərbi komissarlıqla zabit çağrıçı ilə söhbət edir
-Biz sizi uyğun gəldiyiniz sahəyə təyin etmək istəyirik. Sizin ixtisasınız nədir?
-Mən vergi müfəttişiyəm.
- Çox gözəl! Siz kazarmada “Qalxın” qışqıracaqsınız- çünki siz artıq öyrəşmisiniz, ki hamı sizə nifrət etsin.
***




***
Sənin yeni rəisin necədir? Onunla işləmək mümkündürmü?
-Çox gözəl insandır! Onun rəhbərliyi altında heç işləməmək də olar!
***



***
Rəhbər mühasibə müraciət edir:
- Qulaq asın, siz mənim firmamda 10 ildən çoxdur ki, işləyirsiniz və heç vaxt maaşınızın artırılmasını xahiş etməmisiniz. Sİz burada hansı qaranlıq işlər çevirirsiniz?
***



***
Dumada ilk oxunuşda “Oğurlama” qanun layihəsi müzakirə olunub. Deputatlar bu qanun layihəsinə 39 düzəliş ediblər.
***




***
Korrupsiya= monopoliya+özbaşınalıq - məsuliyyət
***



***
Bakılı şaxta baba: Salam, uşaqlar. Hədiyyələr satıram!
***



***
Yaşayış minimumu – hakimiyyətin yaxşı yaşaması üçün xalqa lazım olan elmi əsaslandırılmış hesabdır.
***




***
Korrupsiya və yumor







***




***
İmperator I Pyotr hirsli vaxtında əmr verməyi qərara alır. Bu qərara görə kəndirin qiyməti qədər oğurluq edən istənilən məmur asılacaq. Lakin onun tərəfdaşları belə olan halda dövlətin vətəndaşsız qalacağını bir səslə bəyan etdilər.
***



***
Yük maşınının sürücüsü yol polisinə işə düzəlir. Komandir onu daha təcrübəli işçi ilə radarla yola göndərir. Axşam komandir soruşur:
- Hə, necə, uğur əldə edə bilirsinizmi?
Təcribəli işçi cavab verir:
- Nə uğur, mən radarla dayanıram, bu isə maşında oturaraq gələn maşınlara işıqı yandırıb-söndürür!
***



***
İnsanların elə də varlı yaşamadığı ölkədə əhali öz narazılığını bildirmədiyi üçün dövlət başçısı vergiləri iki dəfə artırır: “Deməli, nəsə fikirləşir”. Müəyyən müddətdən sonra nazirlər şaha əhalinin vergilərin qaldırılmasına heç bir reaksiya vermədiyi barədə xəbər verir. Şah daha da qorxur: “İğtişaşa hazırlaşırlar. Bütün tarifləri və qiymətləri 5 dəfə qaldırıram. İğtişaşın bütün təşkilatçılarını ifşa etmək lazımdır”. Belə də edirlər. Lakin insanlar yenə də susur. Belə olan halda şah son tədbirlərə əl atır. O, şəhərə girişdə körpünün qarşısında iki hambal qoyur və şəhərə daxil olan və çıxan hər kəsi sədəqə verməyə məcbur etmə barədə əmr verir. Bir müddətdən sonra bir neçə ağsaqqalın ona xalqın adından müraciət etmək istədiklərini bildirir. Şah sevinir. Ağsaqqalları şahın yanına buraxırlar. “Hə, deyin görüm nədən narazısınız?”- deyə şah soruşur. “Şah sağ olsun. Biz hər şeydən razıyıq. Lakin körpünün yanında yalnız iki hambal azlıq edir. Böyük növbələr yaranır. Onların sayını artırın”...
***



***
Rusiyada xarici valyutanın adının tələffüz olunmasına qadağa qoyulur. Qanunvericiliyə əməl edən məmurlar dərhal rublla rüşvət almağa başlayırlar. Mərkəzi Bank çamadanların hədsiz ağır olduğunu və onları işdən evə aparmağın çətin olduğunu şikayət edənlərə cavab olaraq yubanmadan 5000-lik rubl əskinasları çıxarır.
***



***
- Həkim, mən burnumla nəfəs ala bilmirəm!
- O zaman ağzınızla nəfəs alın.
- Çox sağ olun, həkim.
- Nə sağ ol, 10 dollar ver görüm!
***



***
Əgər dövlət yol polisi yollarda qazanırsa, qoy onda hər kəs öz dairəsinə aid olan yolu təmir etdirsin!
***



***
Korrupsiya və yumor









***




***
Rusiyada elə hərc-mərclik və korrupsiya var ki, hətta pula şeytanı da buynuzu ilə bir yerdə satarlar
***





***
Qafqazın futbol yığması Braziliya yığmasına 20:0 hesabı ilə qalib gəlir. Oyundan sonra hamı, təbii olaraq, qafqazlıların məşqçisinə müraciət edərək sullar verirlər: “Necə oldu ki, qalib gələ bildiniz?” O, ciddi olaraq cavab verir:
- Əsas odur ki, kadrları düzgün seçəsən və yerləşdirəsən. Hücum zonasına mən şimali qafqazlıları yerləşdirdim. Bunlar osetinlər və dağıstanlılar idi. Onlar insan deyil, vəhşidirlər. İstənilən kəsi tikə-parça edərlər. Yarım müdafiə zonasına gürcüləri yerləşdirdim: onlar etibarlıdırlar. Müdafiə zonasına azərbaycanlıları yerləşdirdim. Onlar isə pulsuz heş kəsi qapıya buraxmazlar. Qapıçı isə erməniləri qoydum – sən qapıya top vursan da, vurmasan da, onsuz da onlara heç nə sübut edə bilməyəcəksən.
***



***
Hökumət nümayəndələrinə qarşı xalqın mübarizəsi və birliyinin prinsipi: hamı bilir ki, rüşvətsiz heç nə həyata keçmir, lakin heç kəs taariflə razılaşmır.
***




***
Korrupsiya və yumor







***


***
- Həkim sizdə vicdanın amputasiyasını etmək olar?
- Olar.. lakin ödəniş əvvəlcədən olmalıdır.
***



***
Yaponiyalı məmur Çinə gedir. Bu yaponiyalı məmur ayda 10 min dollar məvacib almasına baxmayaraq bədxərclik etmir. Bir gün, o, çinli məmur ilə görüşür və çinli məmurun ayda 100 dollar məvacib almasına baxmayaraq böyük, gözəl evi olduğunu görür və soruşur:
- Bu, necə olur? Ayda 100 dollar alırsan, ancaq belə evin var? Mən isə 10 min alıram, ancaq dövşan kimi yaşayıram....
Çinli məmur yaponiyalı məmuru pəncərəyə tərəf aparır və yolu göstərərək deyir?
- Yolu görürsən?
- Bəli, görürəm.
Çinli məmur deyir:
- Bax, ordan 25% götürmüşəm....
Daha sonra yaponiyalı məmur Niqeriyaya yola düşür, afrikalı məmurla görüşür və yenidən eyni hadisə təkrarlanır. Yalnız afrikalı məmur çinli məmur kimi ayda 100 dollar dayil, 10 dollar alır. Lakin onun evi daha da böyükdür.
Yenidən yaponiyalı soruşur:
- Bu, necə olur?
Afrikalı məmur onu pəncərəyə tərəf apararaq deyir:
- Yolu görürsən?
Yaponiyalı baxır:
- Xeyir, mən orada yol görmürəm.
- Bax, ona görə görmürsən ki, ordan mənə 100% pul çatıb!...
***




***
İş gününün qızğın vaxtı maskalı insanlar firmaya daxil olur:
- Hamı yerə uzansın, bu, qarətdir!
Baş mühasib yerə uzanaraq deyir: “Qorxutdular məni, mən də elə bildim ki, vergi polisindəndirlər...”
***




***
Sovet dönəmində bir gürcünün V.İ.Leninin mavzoleyinə necə baş çəkməsi barədə lətifə yayılmışdı. Onun növbədə nə qədər dayanması sualına gürcü belə cavab verib: “Bura bax, növbə nəyə lazımdır? Mən rüşvət verdim və məni içəri buraxdılar”.
***



***
Səndən oğurlanan pulun sən oğurladığın məbləğdən çox olmaması ürək rahatlığıdır
***




***
Bir gün vergi inspektoru, yol polisi və gömrük işçisi restorana gedir. Yeyib-içirlər. Ofisiant hesabı gətirir. Hesabı vergi inspektoruna təqdim edir. O, özündən çıxaraq deyir: “Oğru! Sabah bura vergidən yoxlama gələcək!”
Ofisiant qorxaraq hesabı yol polisinə təqdim edir. O da özündən çıxaraq deyir: “Siz nə danışırsınız! Sizin direktor hər postda saxlanılacaq!”
Offisant daha çox qorxmuş halda kömrük işçisinə yaxınlaşır: O, hesaba baxaraq deyir: “Sənədlər yerindədir. Bəs pullar hanı?”
***



***
Əməliyyat olunmuş xəstənin qohumları cərraha pul təqdim edirlər.
- Həkim, o, yaşayacaq?
Cərrag pulları sayaraq cavab verir:
- Hələ - yox.
***



***
Korrupsiya və yumor










***





***
Üç gömrükçü oturaraq dördüncü gömrükçüyə nə hədiyyə vermək barəsində düşünürlər.
- Gəl, mercedes 600 hədiyyə edək?
- Əşi yox, varıdır, keçən ad günündə bağışlamışıq.
- Onda gəl, Kanar adalarında mülk hədiyyəö edək.
- Əşi yox, varıdır.
- Tapdım! hədiyyə olaraq ona bütün növbəni tək işləməyə icazə verək!
- Nə danışırsan, dəli olmuşan. Belə bahalı hədiyyə verərlər?!
***




***
Rüşvəti ona görə alirlar ki, çünki verirlər!
***




***
Deməli, Devid Kopperfild rusiyalı gömrükçü ilə yeyib-içir. Və ona deyir:
- İstəyirsən, sənə fokus göstərim?
- Göstər!
- O vaqonu görürsən?
- Bəli.
Kopperfild:
- Hop... – vaqon yoxdur.
Gömrükçü:
- Bəs istəyirsən, mən sənə fokus göstərim? O ət konservi ilə dolu olan qatarı görürsən?
- Bəli.
- Hop (möhürə üfürərək, bəyannaməyə vurdu)... – göy noxud oldu
***



***
Yol polisi inspektoru Formula-1-ə baxa bilməyib.
Belə yüksək sürətə tamahkarlığa, o, infarkt keçirib
***



***
Korrupsiyaya qarşı mübarizənin başlanılması üçün rüşvəti görən kimə verək?
***



***
Dövlət orqanlarında korrupsiyanın səviyyəsini aşağı salmaq məqsədilə Ukraynanın DİN-i nişanlanmış kupyuralarla rüşvət almağı məsləhət görmür. Kupyuralarda qeyd olunmuş nömrələrin siyahısı hər gün DİN-nin rəsmi saytında yeniləşir
***




***
Ukrayna və Rusiyada siyasi korrupsiyanın əsas fərqi nədir?
Ukrayna korrupsionerləri nədənsə qorxurlar, lakin, rusiyalı korrupsionerlər artıq heç nədən qorxmurlar. Hətta, Allahdan belə. Mən hesab edirəm ki, Allah onları cəzalandıracaq.
***




***
Rəngli Demokratiya – yalnız ağıllıların ağılsızların dediyinə qulaq asmaq deyil, eləcə də onların dedikləri ilə hesablaşmaq deməkdir
***



***
“Rüşvət alan əl ilə salam verilməz”,- deyə Daxili İşlər naziri bildirib
***



***
DYP-dən yeni xidmət – kreditə rüşvət. İndi pulu özü ilə gəzdirməyə və bəs edər ya etməz şübhəsi ilə əzab çəkməyə ehtiyac yoxdur. Elə yerindəcə, ən sərfəli və rahat sxemlə Siz kreditə rüşvəti rəsmiləşdirə bilərsiz
***




***
Korrupsiya haqqında filmlər ifşa üçün deyil, təcrübə mübadiləsi üçün göstərilir
***




***
Əgər korrupsiyaya qarşı mübarizədə qələbə çalınarsa, o zaman ölkəni kim idarə edəcək?
***



***
Korrupsiyaya qarşı mübarizə qədər heç nə rüşvətin məbləğini bu qədər artırmır
***



***
Adamlar məmurlara könullü pul vermək istəmədikləri üçün, məmurlar onlardan zorla rüşvət tələb edirlər
***



***
Əvvəllər korrupsiya sahəsində nizamsızlıq var idi – kim bacarırdı rüşvət alırdı
İndi Sidorovun vaxtinda isə qayda - qanundur - heç bir rüşvət Sidorovdan xəbərsiz alınmır
***



***
Vicdanlı məmur rüşvət almayan deyil, rüşvəti alıb bütün vədlərini yerinə yetirəndir
***



***
- Maraqlıdır, saxta dollarlarla rüşvət verilsə, bu rüşvətdir, yoxsa yox?
- Yox, bu təhqirdir.
***



***
Stüardessa birinci dərəcəli salonda əyləşmiş sərnişinə təklif edir: “Bir az əlavə pul ödəməklə siz lordlar palatasında daha yaxşı yer əldə edə bilərsiniz”.
***



***
“Gömrükçülərlə yaxından tanış oldu və dərhal DYP-nə hörməti artdı”
***



***
“Məmurlar bürokratiyaya və korrupsiyaya qaşıdır!” plakatı “rokun narkotikaya” və ya arıların bala qarşı olmasına bənzər.
***



***
Pul kisəsi yadakı həyat? – deyə həkim əməliyyatdan əvvəl soruşdu
***



***
Ağıllı, ədalətli, vicdanlı və ədəbli hakim necə olmaq olar?

4 qayda mövcuddur:
1. Ağıllı hakim rüşvəti birbaşa müttəhimdən deyil, vəkil vasitəsilə alır.
2. Ədalətli hakim preskuranta müvafiq olaraq ciddi cəza təyin edir.
3. Vicdanlı hakim rüşvət almasını gizlətmir.
4. Ədəbli hakim yoldaşları ilə, müdiriyyətlə, prokurorla bölüşür.
***




***
Bu gün Dövlət Dumasının binası yanında “Naməlum deputat üçün abidə açılıb.
Abidənin üzərində yazılıb: SƏNİN ADIN NAMƏLUMDUR, SƏN RÜŞVƏT ALMAMISAN.
***




***
Alimlər məmurların korrupsiyalaşması ilə bağlı araşdırmalar aparıb, lakin onlara mətbuat konfransında rəqəmlər barədə məlumat vermək qəti qadağan olunub.
Bu suala:
- Məmur idarələri nə dərəcədə korrupsiyaya uğrayıb?
Belə cavab veriblər:
- Faizlə ən aşağı olan 3 ədədli tam rəqəmdir.
***



***
Korrupsiya və yumor










***




***
- Bilirsinizmi, indi ali məktəblərdə nə öyrədirlər?
- Yox, nə öyrədirlər ki?
- Daha keyfiyyətli rüşvət verməyi
***



***

Korrupsiya və yumor










***




***
Hadisələrin xülasəsi:
Dünən fövqəlada hadisə baş verib - yol polisi rüşvət almayıb. Başqa hadisələr isə əhəmiyyətsizdir: yanğınsöndürmə deposu yanıb, tikinti trestinin binası uçub və xilasetmə batiskafı batıb.
***



***
Korrupsiya və yumor










***




***
Bir neçə il bundan əvvəl məşhur Amerikalı həkim Maykl Debeyki Azərbaycanın paytaxtına gəlir və bir neçə böyük layihələri birgə həyata keçirməkdə razılaşır. Bakıdakı Amerikan səfir dərhal həkimi xəbardar edir: “ Bəs siz qorxmursunuz? Axı, burada elə korrupsiya var ki !” Debeyki sadəcə əlini yellədərək deyir: “ Sizin adlandırdığınız korrupsiya burada milli adətdir”.
***



***
- Cənab prokuror, rüşvətə görə nə edirlər?
- Həbs edirlər
- Bəs lap çox rüşvət verəndə?
- Azad edirlər
***



***
Ruslar DYP-də yenicə xidmət etməyə başlamış əməkdaşlar barədə lətifə deməyi xoşlayır. Rəis deyir: “Vladimir Vladimiroviç, siz artıq üç aydır ki, bizdə işləyirsiniz, ancaq bir dəfə də olsun belə gəlib maaşınızı götürməmisiniz”. “Eləmi, - deyə əməkdaş təəccüblə soruşur, - burada maaş da verirlər?”
***



***
Prezident Yuşenkodan soruşurlar:
- Siz 5 min dollar əmək haqqı alırsınız, 19 yaşlı oğlunuz isə 130000 min avroluq BMV-də gəzir. Bunu necə izah edərsiniz?
- Bilinsiniz, bir dəfə o, beş koka-kolanın qapağını yığmışdı və bu maşını uddu...
***



***
Məmuru rüşvətlə tuturlar, o isə özünə bəraət qazandırmaq üçün deyir:
«Nə rüşvət??? Mənə «oktrıtka» hədiyyə veriblər. Əzilmiş, yaşıl…Bencamin Franklinin yüzilliyinə həsr edilmiş!»
***




***
İki dostunun söhbəti:
- Nə oldu, krediti verdilər?
- Yox, etiraz etdilər, cünki mən anketi doldurarkən, “Kreditin məqsədi” qrafasına səmimi olaraq - “Vəzifəli şəxsə rüşvət” yazdım…
***




***
Ukrayna gömrükçüləri üçün "gömrük razılıq verir" kredit kartları buraxılmışdır. İndi onlar rüşvəti İsveçrədəki bank hesabından ala bilərlər.
***




***
Hökümətdəki korrupsiyadan həmişə keçmiş zamanda danışılır
***



***
Yüksəv vəzifəli dövlət məmuru-korrupsioner:
-Kimi korrupsiyada ittiham edirlər? Məni? ABŞ-mı? Xeyir ola! Niyə məhz indi?
***




***
Hakim müttəhimə:
- Siz bilirsinizmi nədə ittiham olunursunuz?
- Bəli möhtərəm hakim, belə məlum oldu ki, bizim dövlət də eyni ilə mən çap edən pul əskinaslarından buraxır.
***




***
Mədəniyyət xəbərləri:
DİN-nin təsis etdiyi polis haqqında ən yaxşı əsərə görə mükafata, heç vaxt rüşvət almayan polis bölməsinin əməkdaşı haqqında olan çoxseriyalı film layiq görüldü. Film belə adlanırdı- «Üç qəpiklik müvəkkil»
***




***
Prokuror - ilkin kapitalsız biznesi baslıyan sahibkardır
***



***
Soyğunçu qaranlıq küçədə bahalı geyimdə olan bir nəfəri saxlayır:
-Pullarını ver!-deyə bıçağı onun boğazına dirəyir.
-Bunu etməyi sənə məsləhət görmürəm, mən hökümət işçisiyəm!
-Ax belə! Onda mənim pullarımı ver!
***




***
MDB kömrükçülərinin sosioloci sorğusu:
-«BMW» almaq üçün sizə nə qədər vaxt lazımdır?
-Ukraynalı kömrükçü: «Təxminən üç ay»
-Belorusiyalı kömrükçü: «Beş ay»
-Rusiyalı kömrükçü bir qədər fikirləşdikdən sonra: «Beş ilə qədər»
-?
-«Axı firma çox böyükdür!»
***




***
Kömrük əməkdaşı xaricdən qayıdan sərnişinin çantasını açaraq deyir:
-Deməli belə, vətəndaş gəlin aydınlaşdıraq,burada sizin yük hansıdır, mənimki hansıdır.
***




***
Sürücüyə yaddaş:
"Dövlət yol polisinə rüşvət verəndən sonra, ona təkrar rüşvət verin ki,sizin haqqınızda rüşvət vermə maddəsi ilə cinayət işi qaldırmasın!"
***




***
Hakimlərin məşvərət otağında.
Sədrlik edən:
- İddiaçı 100 min dollar verib, javabdeh isə 150 min dollar.
- Təklif edirəm javabdehə 50 min dollar qaytaraq və qanunla mühakimə edək
***




***
Dövlət Yol Polisinin əməkdaşı sürətlə gedən maşını saxlayır:
- Burda sürət həddi 80km/saatdır, siz isə 120km/saatla gedirsiz. Hara tələsirsiz belə?
- Sizə bir “şirvanı” gətirirdim…
***




***
"Bazarın insaflı müdiri" müsabigəsində iki ikinci yer və üç üçüncü yer üçün təltiflər edildi. Lakin birinci yerin pulu ödənilmədiyi üçün qalib olmadı.
***




***
Sinif rəhbəri : “Bügünkü valideyinlər iclasının mövzusu
– müəllimlərin əmək haqqının aşağı olmasıdır”.
***




***
Dəmiryolu qəzası baş verir. Deputatları aparan xüsusi qatar relsdən çıxır. Xilasedijilər gəlib görürlər ki, yerli sakinlər qəzaya düşənlərin hamısını basdırıblar.
- Onların hamısı öldülər?
-Hə. Düzdür bir neçəsi bizi inandırmağa çalışdı ki, sağdır, amma siz ki siyasətçiləri tanıyırsınız, onlar həmişə yalan danışırlar.
***




***
-Korrupsiyaya qarşı mübarizə niyə zəif gedir?
-Çünki,korrupsiyaya qarşı mübarizədə məsul olan məmur korrupsiya ilə mübarizə proqramından ona çatası hörməti hələ almayıb
***



***
Bir nəfər vergi idarəsinə daxil olur.
- Sizə nə lazımdır?- deyə ondan soruşurlar.
- Düzünə qalsa – heç nə. Gəldim baxam ki, mən kimin üçün işləyirəm.
***




***
Dövlət məmuruna edilən dəhşətli qarqış “ Səni görüm maaşa möhtac olasan”.
***




***
Qonaqlıqda dövlət yol polisinin əməkdaşı deyir: Siz inanırsız ki, mən uşaqlıqda məhşur quldur olmaq istəyirdim?
Sizinki gətirib ki-deyə qonaqlardan biri dedi – Uşaqlıq arzuları çox az hallarda həyata keçir.
***



***
İki məmur söhbət edir: - 500$ rüşvəti alanda heç utanmadın ?
- Əlbəttə, utandım! O çox vermək istəmədi axı…
***




***
Meşə ilə varlı kömrukçü, kasıb kömrukçü və qarı nənə qedirlər. Yerdə 100$ görürlər. Pulu kim götürür?
Düzqün cavab: varlı komrukçü.
Niyə: cünki, kasıb komrükçü və qarı nənə ancaq nağıllarda olur.
***




***
Bizim pulsuz adlanan səhiyyə müəssisələrində pulsuz nəyisə əldə etmək olarsa - o da bahalı xəstəliklərdir
***




***
Terrorçular parlamentin deputatlarını və hökümət üzvlərini qirov götürürlər və onları saxlamaq üçün xalqdan pul istəyirlər. Tələbləri yerini yetirilməzsə, onlar girovları azad etməklə hədələyirlər.
***




***
Yeltsin Klintona qonaq qedir. Çayın sahilində oturub yeyib-içirlər. Yeltsin soruşur:
- Bura bax, biz hansı pula içirik?
- Bu körpünü görürsən?
- Görürəm.
- Biz bu körpüyə 1 milyon dollar xərcləməliydik. Xərclədik 500 min dollar, həmən pullara da içirik.
Klinton Yeltsinə qonaq gəlir. Çayın sahilində oturub yeyib-içirlər. Klinton soruşur:
- Biz hansı pula içirik?
-O körpünü görürsən?
-Hanı, görmürəm?
-Bax, həmən bu pula da içirik.
***



***
Sual:
- Məmur, bütün aldığı rüşvətlərdən üzvlük haqqı verməlidirmi?
Cəvab:
-Verməlidir, əgər məmurun vicdanı varsa.
***




***

Korrupsiya işi üzrə məhkəmə iclası qedir.

Prokuror müttəhimə müraciət edir "Siz 5 min dollara görə , gərarınızı dəişməkdə , özünüzü qünahkar bilirsinizmi?"

Müttəhim pəncərəyə baxaraq, özünü eşitməməzliyə vurur.

Prokuror sualı yenə təkrarlıyır "Siz 5 min dollara görə, gərarınızı dəişməkdə , özünüzü qünahkar bilirsinizmi?" Müttəhim yenə cavab vermir.

Nəhayət hakim müttəhimə müraciət edir "canab, suala cavab verin"

"O, mənə enə qəlirdi ki, o sizlə danışır"

***




***
Bəraət alan - hakimə:
"Bilmirəm sizə öz minnətdarlığımı necə bildirim!"
Hakim:
"İnsanlar pulu icad edəndən sonra, bu heç də problem deyil"
***




***
DYP-nin əməkdaşı Mersedes- 600 markalı maşını saxlayır.
Sənədləri yoxlayır- qaydasındadır, baxır sürücüyə - kəmər bağlıdır, dərman çantası və yanğınsöndürən-var…
Sürücü soruşur:
- qedə bilərəmmi ?
DYP- nin əməkdaşı:
-Əqər vicdanın varsa, qet.
***





***
Jurnalistlər deputatlığa namizəddən soruşurlar:
-Hansı məqsədlə siz namizədliyinizi irəli sürürsünüz?
-Qörün hakimiyyətdə nələr baş verir: Məmurlar çirkinliyə, oğurluğa və korrupsiyaya qurşanıblar!
-Siz bunların hamısı ilə mübarizə aparmaq itəyirsiniz?
-Yox, siz nə danışırsız- mən bunların hamısında iştirak etmək istəyirəm.
***





***
-Femidanın qözləri niyə bağlıdır?
-Aldığı rüşvəti qörməmək üçün!
***
Oxunub: 849 dəfə | Tarix: 24 Iyun 2008 | Kateqoriya: Korrupsiya və Yumor Ətraflı...


Ünvan: Azərbaycan AZ1000, Bakı, Azadlıq pr. 3/13;
Tel/Faks: (+994 12) 493 02 76; 493 77 95;
E-mail: office@aznocorruption.az