Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Elin gözü tərəzidir. Salyan camaatının ictimai rəyi ərizələrdə öz əksini tapır.

Elin gözü tərəzidir. Salyan camaatının ictimai rəyi ərizələrdə öz əksini tapır. Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovdan daxil olmuş məlumata görə, son vaxtlar bəzi KİV-lər 1-2 ay əvəl az qala dövləti cinayətlərdə ittiham etdikləri Salyan RİH-nin başçısı Tahir Kərimovun müdafiəsinə girişiblər. Bu müdafiənin nəyin müqabilində kim tərəfindən təşkil olunduğu barədə hələlik danışmırıq.Ünvanımıza gələn təhdidlər isə bitmir. Mən mətbuata verdiyim açıqlamalarımı bir daha təsdiq edirəm. Tahir Kərimovun metlax sexi üçün özünə dublikat tapması ilə bağlı bildirirəm ki söhbət başçı tərəfindən keçmiş traktor təmiri parkının (RTS) özəlləşdirilərək orada açılmış küçələrə düzmək üçün keyfiyyətsiz metlax istehsal edən sexdən gedir. Bunların sevinə-sevinə tapdıqları lay buraxan Tahir Kərimovun sexi isə tamam ayrı yerdədir və rayonda dövlət tərəfindən aparılan abadlıq işlərində onun məhsulundan 1 kv.m belə işlənməyib.
Oxunub:578 dəfə | Tarix: 18-12-2013, 18:27 | Kateqoriya: --- Ətraflı...

9 Dekabr Beynəlxalq korrupsiyaya qarşı mübarizə günü ilə bağlı müsahibə


9 Dekabr Beynəlxalq korrupsiyaya qarşı mübarizə günündə Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov Azərbaycanda korrupsiyaya qarşı mübarizə haqda danışdı.

Azadlıq Radiosu
Oxunub:342 dəfə | Tarix: 10-12-2013, 14:04 | Kateqoriya: --- Ətraflı...

Fond beynəlxalq korrupsiyaya qarşı mübarizə günündə ilə yekun vurur

Fond beynəlxalq korrupsiyaya qarşı mübarizə günündə ilə yekun vurur 2003-cü il dekabrın 9-da Meksikanın Merida şəhərində BMT-nin korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş konfransında BMT-nin Korrupsiya əleyhinə Konvensiyası qəbul edilib. Azərbaycan bu Konvensiyanı 27 Fevral 2004-cü ildə imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisi isə bu hüquqi aktı 1 noyabr 2005-ci ildə təsdiq edib. BMT 9 dekabrı Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə günü elan edib. Bu konvensiya ölkələrin inkişafına zərbə vuran, demokratiyaya və hüquqi dövlət rejiminə təhlükə yaradan korrupsiyaya qarşı mübarizə aparmaq üçün əsas beynəlxalq sənəddir. Bu əlamətdar gün ərəfəsində dünyanın müxtəlif ölkələrində antikorrupsiya aksiyaları və tədbirləri keçirilir.

Oxunub:303 dəfə | Tarix: 6-12-2013, 19:20 | Kateqoriya: --- Ətraflı...

Məmurlar gəlirlərini bəyan etmək ərəfəsində (ARAŞDIRMA)

Məmurlar gəlirlərini bəyan etmək ərəfəsində (ARAŞDIRMA) Məmurların gəlir və xərclərinin bəyan edilməsi büdcə gəlirlərini təxminən 20% qədər artıra bilər. İnkişaf etmiş ölkələrdə korrupsiyaya qarşı mubarizədə məmurların gəlir bəyannamələrinin təqdim edilməsi mühüm və təqdirəlayiq haldır, lakin bizdə bununla bağlı söz- söhbət o gədər uzun çəkdi ki, artıq yaddan çixmağa başlayır.
Keçmiş sovet dövründə - hələ yeniyetmə yaşlarımda televiziyada görduyüm bir maraqlı tamaşa yadıma düşdü. Əhvalat xəstəxananın iki nəfərlik otağında baş vermişdi. Xəstələrdən biri lotoreyada o vaxtlar üçün çox dəbdə olan “Moskviç- 407" markalı maşın udmuşdu. Ticarətçi işləyən palata yoldaşı xoşbəxt bilet sahibinin maşının yerinə pul kompensasiyası almaq fikrini bilib uduşlu biletin əvəzində maşının dəyərinin iki mislini təklif edir. Çünki o, qeyri-qanunu yolla qazandığı pula maşın alsaydı mütləq əlaqədar təşkilatların diqqətini cəlb edəcəyindən qorxurdu.
Oxunub:292 dəfə | Tarix: 5-12-2013, 16:27 | Kateqoriya: --- Ətraflı...

Korrupsiyaya qarşı mübarizə və hazırkı durum

Korrupsiyaya qarşı mübarizə və hazırkı durum Vasif Mövsümov: "Çox təəssüflər olsun ki, ikili standartlar hər yerdə olduğu kimi, bu cür reytinqlərdə də özünü göstərməkdədir”
Dünya bankı hesab edir ki, inkişaf etmiş ölkələr korrupsiya ucbatından ildə 20 milyarddan 40 milyarda qədər dollar itirir. Bankın xəbərində bildirilir ki, korrupsiya dağıdıcı xarakter daşıyır və bütün ölkələri bürüməkdədir. Bu məsələ BMT-nin korrupsiyaya qarşı konvensiyasının keçən həftəki beşinci konfransında da müzakirə olunmuşdu. Nümayəndələr bildirmişlər ki, korrupsiya inkişafı sarsıtmaqla yanaşı cinayətdir. 10 il əvvəl, 2003-cü ildə BMT-nin baş Qərargahında Korrupsiyaya qarşı konvensiya qəbul edilmişdi ki, bu gün onu 168 ölkə ratifikasiya edir.
Oxunub:292 dəfə | Tarix: 5-12-2013, 15:56 | Kateqoriya: --- Ətraflı...

Səlyanlı fəal icra hakimiyyətinin təzyiqi altında

Səlyanlı fəal icra hakimiyyətinin təzyiqi altında "Demokratiyaya yardım" QHT-nin rəhbəri Emil Məmmədov Salyan rayon İH başçısının ona qarşı təzyiqlərinin artdığını bildirmişdir. Son aylar ərzində Salyan RİH-nin başçısı Tahir Kərimovun fəaliyyəti yalnız öz şəxsi maraqlarına xidmət etdiyi üçün rayon sakinləri tərəfindən ikrahla qarşılanır.Belə ki, Salyan RİH-nin və Heydər Əliyev Mərkəzinin tikintisi üçün ayrılmış dövlət vəsaitləri hesabına o Heydər Əliyev Parkına bitişik ərazidə , köhnə uşaq baxçasının həyətini Bakı sakini olan səxsi sürücüsünün adına özəlləşdirərərk podratçı “İlkin-N” şirkətinə özü üçün 3 mərtəbəli yaşayış evi tikdirib.Rayon sakinləri şahiddirlər ki, tikinti işləri dövlət vəsaiti hesabına Salyan RİH-nin inzibati binasından daha çox başçının şəxsi evinin tikintisində daha canıyananlıqla aparılırdı.
Oxunub:685 dəfə | Tarix: 4-12-2013, 15:59 | Kateqoriya: --- Ətraflı...

Korrupsiya Qavrama İndeksi 2013

Korrupsiya Qavrama İndeksi 2013 Transparency International təşkilatının Azərbaycan milli bölməsi 2013-ci il Korrupsiya Qavrama İndeksini (KQİ) təqdim edir. Bu il indeksdə Azərbaycan 28 balla, 177 ölkə arasında 127-ci sırada yer alıb. Son iki ildə İndeks yeni qaydada hazırlanır. Əgər əvvəlki illərdə xallar 10 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyənləşdirilirdisə, ötən ildən 100 bal (çox yaxşı), 0 bal (çox korrupsiyalaşmış) nisbətində müəyyən edilir. Ötən il Azərbaycan 27 balla, 176 ölkə arasında 139-cu sırada göstərilmişdir. 2013-ci il KQİ-nin hazırlanmasında ümumilikdə 13 fərqli hesabatın göstəriciləri nəzərə alınıb. Azərbaycanla bağlı isə 6 mənbənin məlumatlarından istifadə olunub.
Oxunub:308 dəfə | Tarix: 3-12-2013, 13:58 | Kateqoriya: --- Ətraflı...

Azərbaycanda məişət korrupsiyası daha geniş yayılıb

Azərbaycanda məişət korrupsiyası daha geniş yayılıb Vasif Mövsümov: “Hesabatdan qaçan məmur bir nömrəli korrupsionerdir”

Azərbaycanda korrupsiyaya qarşı mübarizə bir sıra istiqamətlərdə aparılır. İnzibatı, iqtisadi və ictimai nəzarət formaları səmərəli nəticə verdiyindən bu vasitələr daha qabarıq müşahidə olunur. Bəs, korrupsiyaya qarşı mübarizədə daha effektli nəticə əldə edilməsi üçün daha hansı üsullardan istifadə etmək mümkündür? Müsahibimiz Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovdur.

Oxunub:361 dəfə | Tarix: 28-11-2013, 16:56 | Kateqoriya: --- Ətraflı...

İmam Hüseynin (Ə.S.) vəsiyyətnaməsi

İmam Hüseynin (Ə.S.) vəsiyyətnaməsi "Mənim inqilab və mübarizəmə səbəb haqsızlıq və azğınlığın baş alıb getməsi və İslam qanunlarının dəyişilməsidir.Bu inqilabi hərəkatda məqsəd yaxşı işlərə əməl etmək, pis işlərdən çəkindirmək və cəmiyyət arasında əxlaqsızlığı aradan qaldırmaq və İslamın unudulmuş, əvəz olunmuş hökmlərini bərpa etməkdən başqa bir şey deyildir. Mən babam Peyğəmbərin (S.A.S) ümmətini islah etmək, atam Əlinin (Ə.S) getdiyi yolu durçəltmək, haqq-ədaləti bərpa etmək üçün mübarizəyə qalxdı. Mən bəni-Üməyyənin azğınlığına son qoymalıyam. Qoy bütün dünya bilsin ki, Hüseynin vəzifə, var-dövlət və məqamı, iğtişaş və fitnə-fəsad ardınca getmək deyil!"
Oxunub:425 dəfə | Tarix: 14-11-2013, 22:50 | Kateqoriya: Azforizmlər Ətraflı...

Abadlıq adı altında 274.2 milyon manat necə xərclənib?

Abadlıq adı altında 274.2 milyon manat necə xərclənib? Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu ilin oktyabrın sonuna qədər Azərbaycanın şəhər və rayonlarına 274 milyon 200 min manat vəsaitın ayrılması barədə sərəncam verib. Bu, bir qayda olaraq Prezidentin Ehtiyat Fondundan (PEF) aidiyyəti ünvanlara göndərilib.

10 ay, 86 sərəncam və 274 milyon 200 min manat
Ölkə başçısının sərəncamına əsasən, Yardımlı rayonuna 2 (7 yanvar), Mingəçevir şəhərinə 2 (8 yanvar), Daşkəsən rayonuna 2 (10 yanvar), Şirvan şəhərinə 2 (11 yanvar), Şamaxı rayonuna 6 (18 yanvar), Quba rayonuna 5 (1 fevral), Qazax rayonuna 6,9 (18 fevral), Zaqatala rayonuna 5,5 (19 fevral), Yardımlı rayonuna 5 (21 fevral), Qax rayonuna 3 (22 fevral), Qəbələ rayonuna 4,9 (1 mart), Naxçıvan MR-in Babək rayonuna 6,3 (5 mart), Xaçmaz rayonuna 3,7 (27 mart), Xəzər rayonuna 2 (29 mart), Bakı Şəhər İcra Hakimiyyətinə 5 (3 aprel), Gəncə şəhərinə 1 (3 aprel), Sumqayıt şəhərinə 1 (3 aprel), Abşeron rayonuna 2 (5 aprel), Xudat şəhərinə 500 min (9 aprel), Sabirabad rayonuna 1 (12 aprel), Hacıqabul rayonuna 2 (17 aprel), Mingəçevir şəhərinə 7 (18 aprel), Binəqədi rayonuna 2 (22 aprel), Quba rayonuna 3 (31 may), Gəncə şəhərinə 4 (5 iyun), Qaradağ rayonuna 2 (13 iyun), Samux rayonuna 1 (14 iyun)...
Oxunub:646 dəfə | Tarix: 12-11-2013, 14:15 | Kateqoriya: Xəbərlər Ətraflı...