Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. həmin Qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Oxunub:460 dəfə | Tarix: 31-01-2014, 13:22 | Kateqoriya: Qanunlar Ətraflı...

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində əhəmiyyətli addımlar atılıb”

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində əhəmiyyətli addımlar atılıb” Azərbaycanın baş prokuroru Zakir Qaralov Azərbaycan mətbuattına müsahibə verib.
Azərbaycan Respublikasının Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov Azərbaycan mətbuattına müsahibə verib. Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə müsahibə göndərilib.
Oxunub:368 dəfə | Tarix: 30-01-2014, 16:27 | Kateqoriya: Xəbərlər Ətraflı...

Özünü yandıran əlil: “Rüşvət istədilər, dedim verməyəcəm”

Özünü yandıran əlil: “Rüşvət istədilər, dedim verməyəcəm” Dünən yanvarın 27-də səhər saatlarında Yevlax rayon Sosial Müdafiə Mərkəzinin qarşısında intihara cəhd edən Nizami Kərimov deyir ki, özünü səssiz-səmirsiz benzin tökərək yandırıb. Əlilin sözlərinə görə, 4 aydır həmin binada bütün gün var-gəl edib, haqlarını tələb edib. Lakin süründürməçilikdən zara gəlib.
Oxunub:317 dəfə | Tarix: 28-01-2014, 16:43 | Kateqoriya: --- Ətraflı...

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 2013-cü il ərzində görülmüş işlərə dair hesabatı

Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 2013-cü il ərzində görülmüş işlərə dair hesabatı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən ölkəmizin Üçüncü Dəyərləndirmə Raundunu müvəffəqiyyətlə keçməsi ilə əlaqədar qəbul etdiyi hesabatın təqdimetmə mərasimi keçirilmiş, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi 2013-cü il ərzində görülmüş işlərə dair hesabatla çıxış etmişdir.
Oxunub:371 dəfə | Tarix: 18-01-2014, 01:02 | Kateqoriya: --- Ətraflı...

20 Yanvar şəhidləri yad edildi

20 Yanvar şəhidləri yad edildi Yanvar ayının 17-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 20 Yanvar hadisəsinin 24-cü ildönümü ilə bağlı dəyirmi masa keçirmişdir. Tədbirdə bir sıra professorlar, İctimai Birliklərin nümayəndələri, o cümlədən mətbuat nümayəndələri iştirak etmişdir. Tədbir iştirakçıları əvvəlcə 1990-cı il yanvarın 20-də şəhid olmuş insanların ruhunu 1 dəqiqəlik sükutla yad etmişlər. Tədbiri AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov açaraq 20 Yanvar hadisələri və dövrün siyasi vəziyyəti barədə ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, 1990-cı ilin yanvarın 20-də Azərbaycanda vətəndaş cəmiyyətinin yaranmasının ilk rüşeymi meydana gəldi. Sonra çıxış üçün söz “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri, professor Kamil Səlimova verilmişdir.
Oxunub:325 dəfə | Tarix: 18-01-2014, 00:09 | Kateqoriya: --- Ətraflı...

Yanvarın 13-də “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir

Yanvarın 13-də “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir
“Prezident başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir. Biz öz işimizlə, öz fəaliyyətimizlə doğma xalqımıza ləyaqətlə xidmət etməliyik və ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması işində səyləri davam etdirməliyik. Mən hər bir məmurdan tələb edirəm ki, öz vəzifə borcuna vicdanla yanaşsın, insanları narahat edən problemləri həll etsin. Bütün ərizə və müraciətlərə vaxtlı-vaxtında cavab versin. Xalqa və dövlətə ləyaqətlə xidmət etsin.”

İlham Əliyev


Bu gün bütün dünya korrupsiya adlı bəla ilə mübarizə aparır. Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər. Korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının strateji kursunun əsaslarının müəyyən olunması hələ Azərbaycan Respublikası Prezidentinin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli Fərmanının qəbul edilməsi ilə başlanılmışdır.
Oxunub:660 dəfə | Tarix: 13-01-2014, 18:46 | Kateqoriya: --- Ətraflı...

Korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır, onlara qarşı cinayət işləri açılmalıdır

Korrupsiyaya bulaşmış şəxslər vəzifədən kənarlaşdırılmalıdır, onlara qarşı cinayət işləri açılmalıdır Keçən ildə olduğu kimi, bu il də korrupsiyaya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılacaqdır. Bu mübarizənin gözəl nəticələri vardır. Kompleks tədbirlər görülür. Keçən ilin əvvəlində “ASAN xidmət”in fəaliyyətə başlaması bu sahədə böyük bir dönüş yaratdı, bir yenilik gətirdi. “ASAN xidmət” Azərbaycan məhsuludur, Azərbaycan ixtirasıdır, Azərbaycan brendidir. Qısa müddət ərzində yüz minlərlə insan bu xidmətə müraciət etmişdir. Bu günə qədər eşitməmişəm ki, hər hansı bir şikayət və ya narazılıq olsun. Bütün xidmətlər şəffaf, mədəni şəkildə göstərilir.
Oxunub:271 dəfə | Tarix: 12-01-2014, 16:55 | Kateqoriya: --- Ətraflı...

“ASAN xidmət”də göstərilən xidmətlərin sayı artırılacaq

“ASAN xidmət”də göstərilən xidmətlərin sayı artırılacaq Güclü iqtisadiyyat əlbəttə ki, sosial məsələlərin həllinə də kömək göstərir. Azərbaycan bu sahədə də ardıcıl siyasət aparır. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ona görə, güclü sosial siyasət bizim əsas istiqamətimizdir. Ölkəmizdə siyasi islahatlar davam etdirilir və davam etdiriləcəkdir. Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində çox müsbət addımlar atılır, qanunun aliliyi təmin edilir, bütün azadlıqlar vardır. Azərbaycan siyasi islahatların aparılması istiqamətində də qabaqcıl ölkələrin birinə çevrilməkdədir.
Oxunub:274 dəfə | Tarix: 3-01-2014, 21:02 | Kateqoriya: --- Ətraflı...

Rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılmalıdır

Rüşvətə, korrupsiyaya bulaşmış məmurlar işdən çıxarılmalıdır Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparılan islahatlar qısa müddət ərzində öz müsbət nəticələrini verəcəkdir. Hər bir sahə üzrə təmizlik, şəffaflıq, ədalət əsas prinsiplər olacaqdır. Əminəm ki, hər bir vətəndaş, xüsusilə əlil, fiziki imkanları məhdud olan vətəndaş bunu hiss edəcəkdir.
Oxunub:357 dəfə | Tarix: 25-12-2013, 15:45 | Kateqoriya: --- Ətraflı...

Salyanda artıq büdcə pulu vurhavuru

Salyanda artıq büdcə pulu vurhavuru “2013-cü ildə Salyan rayonuna ayrılan dövlət vəsaiti tam xərclənməyib. Maliyyə ili başa çatır, il sona yaxınlaşdıqca büdcədə qalan dövlət vəsaiti də sürətlə yoxa çıxır”.
Bu sözləri virtualaz.org saytına açıqlamasında Salyan rayonundakı yerli vətəndaş cəmiyyəti fəallarından biri deyib.
Oxunub:448 dəfə | Tarix: 25-12-2013, 15:43 | Kateqoriya: --- Ətraflı...