Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

İnamsızlıq və idarəetmə qaydalarında kobud səhvlər sabitliyi poza bilər

İnamsızlıq və idarəetmə qaydalarında kobud səhvlər sabitliyi poza bilər Biz Azərbaycanda bundan sonra da sabitliyi qoruyacağıq. Sabitliyin təmin edilməsinin əsas şərti xalqla iqtidar arasındakı birlikdir. Bu da vardır. Azərbaycan bu gün nadir ölkələrdəndir ki, əsas mövzular ətrafında cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Əlbəttə ki, islahatların sürəti, çatışmayan cəhətlərin tezliklə aradan qaldırılması və bunun yolları, iqtisadi sahədə islahatlar, siyasətlə bağlı, xarici siyasətlə bağlı müxtəlif fikirlər ola bilər.
Oxunub:373 dəfə | Tarix: 29-05-2014, 13:26 | Kateqoriya: --- Ətraflı...

İctimai iştirakçılıq haqqında qanun qüvvəyə minəcək

İctimai iştirakçılıq haqqında qanun qüvvəyə minəcək İcra orqanlarının fəaliyyəti ictimai nəzarət altında olacaq.
Bu sözləri Korrupsiya qarşı Mübarizə fondunun icraçı direktoru Vasif Mövsümov eksklüziv olaraq İnterAz-a müsahibəsi zamanı bildirib.
Qurum olaraq bu ilin sonuna kimi hansı işləri həyata keçirəcəksiniz?
- Antikorrupsion dərslər məktəblərdə davam edəcək. Digər bir layihəmiz ictimai iştirakçılıq haqqında qanunun qəbulu ilə bağlıdır . Bu qanun iyunun 1-dən qüvvəyə minəcək.
Oxunub:373 dəfə | Tarix: 26-05-2014, 13:08 | Kateqoriya: --- Ətraflı...

"Müəllimin maaşı məmurun maaşı ilə eyni olsa müəllim şagirdin puluna göz dikməz"

"Müəllimin maaşı məmurun maaşı ilə eyni olsa müəllim şagirdin puluna göz dikməz" Bu sözləri Korrupsiya qarşı Mübarizə fondunun icraçı direktoru Vasif Mövsümov eksklüziv olaraq İnterAz-a müsahibəsi zamanı bildirib
- Bir qurum olaraq təhsi sistemində korrupsiyanın qarşısını almaq üçün hansı işləri görürsünüz?

"Hər bir məmur özü öz çalışdığı sahədə korrupsiya ilə mübarizə aparmalıdır. Dövlət başçımız hər zaman korrupsiyaya qarşı mübarizədə siyasi iradənin davamlı olduğunu vurğulayıb. Korrupsiya ən çox insanların məmurlarla təmasda olduğu yerlərdə baş verir. Bunu nəzərə alaraq Korrupsiyaya qarşı Mübarizə Fondu öz 10 illik fəaliyyəti dövründə əhalinin ən çox ünsiyyətdə olduğu təhsil və səhiyyə sahələrini daha çox diqqətdə saxlayır. Bu sahələrdə rüşvət nə qədər çoxdursa şikayətlər də bir o qədərdir. Eləcə də insanların bu dövlət orqanları ilə ünsüyyəti sıx olduğundan rüşvət hallarından əhali narazılıq edir.
Oxunub:327 dəfə | Tarix: 13-05-2014, 16:44 | Kateqoriya: --- Ətraflı...

"Tələbə imtahan qorxusunu pulla öldürür"

"Tələbə imtahan qorxusunu pulla öldürür" "Rüşvət üçün şərait daraldıqca tələbələr savadlanmağa məcbur qalırlar"
"Bizdə qanun qəbul edilir amma icra olunmur. Çünki qanunlarımızda boşluq olur və bəzi məmurlarımız da bu boşluqdan rahatca istifadə edib korrupsiya üçün şərait yaradırlar". Bu sözləri Korrupsiya qarşı Mübarizə fondunun icraçı direktoru Vasif Mövsümov eksklüziv olaraq İnterAz-a müsahibəsi zamanı bildirib.
Oxunub:432 dəfə | Tarix: 6-05-2014, 15:02 | Kateqoriya: --- Ətraflı...

Abşeron rayonunda antikorrupsion dərslər (FOTO)

Abşeron rayonunda antikorrupsion dərslər (FOTO) Korrupsiyaya qarşı Mübarizə Fondunun "Antikorrupsion dərslər" layihəsi çərçivəsində növbəti tədbiri Abşeron rayonu, Xırdalan şəhərinin 2 saylı orta məktəbində keçirilmişdir.




Oxunub:541 dəfə | Tarix: 30-04-2014, 14:41 | Kateqoriya: Xəbərlər Ətraflı...

"Ölkədə əmək haqqının aşağı olması, korrupsiyaya şərait yarardır"

"Ölkədə əmək haqqının aşağı olması, korrupsiyaya şərait yarardır" "Əgər həkimin və müəllimin statusu heç olmazsa məmurların statusuna yaxınlaşdırılsa bu sahələrdə koruppsiyanın səviyyəsi azala bilər"
"Bizim vətəndaşlarda günah çoxdur. Bəzi insanların təfəkkürü belə formalaşıb ki, pul verməsəm hansısa bir xəstəliyimə düzgün diaqnoz qoymazlar və sağlamlığımı itirərəm. Təəssüf ki, belə hallarla rastlaşırıq". Bu sözləri Korrupsiya qarşı Mübarizə fondunun icraçı direktoru Vasif Mövsümov eksklüziv olaraq İnterAz-a müsahibəsi zamanı bildirib.

Oxunub:406 dəfə | Tarix: 29-04-2014, 17:00 | Kateqoriya: --- Ətraflı...

Antikorrupsion dərslər davam etdirilir (Foto)

Antikorrupsion dərslər davam etdirilir (Foto)Korrupsiyaya qarşı Mübarizə Fondunun "Antikorrupsion dərslər" layihəsi çərçivəsində növbəti tədbiri Abşeron rayonu, Xırdalan şəhərinin 9 saylı orta məktəbində keçirilmişdir. Bu dərsin keçirilməsinin formatı bir az daha genişləndirilərək təqribən 100 şagird və müəllimin iştirakı ilə keçirilmişdir. Maraqlı cəhət ondadır ki, dərs iştirakçıların fəallığı nəzərə çarpmışdır. Şagirdlər yaradılan şəraitdən istifadə edərək, maraqlı suallar vermiş, fikirlər irəli sürmüş, verilən suallara öz şagird təxəyyülləri ilə dolğun cavablar vermişlər. Növbəti dərs üçün şagirdlərə tapşırıqlar verilmişdir. Dərsdə iştirak edən müəllimlər də korrupsiyaya qarşı mübarizədə öz vətəndaş mövqelərini fikirləri ilə bildirmişlər.
Qeyd edək bu layihə 2014-cü ilin sonuna kimi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun orta məktəblərində keçiriləcəkdir.
Oxunub:410 dəfə | Tarix: 22-04-2014, 19:30 | Kateqoriya: --- Ətraflı...

Avropa Şurası Parlament Assambleyası nəyə lazımdır?

Avropa Şurası Parlament Assambleyası nəyə lazımdır? “Azərbaycana qarşı heç bir Rusiya təhlükəsini hiss etmirəm”. Bunu Publika.az-a açıqlamasında Avronest Parlament Assambleyasının vitse-prezidenti, millət vəkili Elxan Süleymanov bildirib.
Avropa və digər böyük dövlətlərin Azərbaycana qarşı ayrı-seçilik etdiyini vurğulayan E.Süleymanov deyib: “Bu, göz qabağındadır. Baxın, Qərb dövlətləri Rusiyanın Krıma müdaxiləsini dərhal pislədilər və sanksiyalar tətbiq etməyə başladılar. Düzdür, Krım daha əvvəllər türk torpağı olub, amma faktiki olaraq 1954-cü ilə qədər Rusiyanın nəzarətində olub. Sonra isə Ukraynaya hədiyyə kimi verilib. Rusiya Krıma müdaxilə edəndə silah işlətmədi, amma ermənilər Qarabağı faciələr törədərək, işğal ediblər. Nədən Qərb dövlətləri bu məsələdə susqunluq nümayiş etdirirlər?
Oxunub:343 dəfə | Tarix: 22-04-2014, 15:05 | Kateqoriya: --- Ətraflı...

Antikorrupsiya qurumları nə dərəcədə müstəqildir?


Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində iki dövlət qurumu ixtisaslaşıb. Bunlar Korrupsiyaya Qarşı Mübarizə Komissiyası (bundan sonra Komissiya) və Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya qarşı mübarizə idarəsidir (bundan sonra İdarə). Hər iki dövlət qurumunun formalaşdırılmasında əsas məqsəd korrupsiyaya qarşı mübarizənin instutsionalaşdırılması və səmərli qurulmasıdır.
Oxunub:688 dəfə | Tarix: 18-04-2014, 23:58 | Kateqoriya: --- Ətraflı...

Orta məktəblərdə antikorrupsion dərslərə start verildi

Orta məktəblərdə antikorrupsion dərslərə start verildi Korrupsiyaya qarşı Mübarizə Fondu Təhsil Nazirliyi ilə birlikdə aprel ayından etibarən "Antikorrupsion dərslər" layihəsini daha geniş şəkildə həyata keçirməyə başlamışdır. İlk dərs Bakı şəhəri 20 saylı orta məktəbdə keçirilmişdir. Dərsdə Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi Sabir Həmidov da iştirak etmişdir. Layihə 2014-cü il ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun orta məktəblərini əhatə edəcəkdir.
Oxunub:440 dəfə | Tarix: 15-04-2014, 17:27 | Kateqoriya: --- Ətraflı...