Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Antikorrupsion dərslərin yekunu

Antikorrupsion dərslərin yekunu Korrupsiyaya qarşı Mübarizə Fondu 7 və 18 saylı orta məktəblərin 10-cu sinif şagirdləri arasında bir ay ərzində keçirdiyi antikorrupsion dərslərə yekun vurdu. ANS Tv-nin 7 saylı orta məktəbdə sonuncu dərsdən apardığı reportajı Buradan izləyə bilərsiniz.
Oxunub:842 dəfə | Tarix: 7-05-2013, 23:59 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Antikorrupsion dərslərin keçirilməsinə start verildi

Antikorrupsion dərslərin keçirilməsinə start verildi Korrupsiyaya qarşı Mübarizə Fondu orta məktəb şagirdləri arasında antikorrupsion dərslər keçməklə bağlı layihə hazırlamışdır. Bu layihənin məqsədi şagirdləri korrupsiya fenomeni ilə tanış etmək, korrupsiya barədə cəmiyyətdə dözülməz münasibəti formalaşdırmaq və inkişaf etdirmək, korrupsiyaya qarşı mübarizə bacarıqlarına yiyələnməkdə onlara kömək etməkdir.
Korrupsiyaya qarşı Mübarizə Fondunun nümayəndələri ötən həftə 7 və 18 saylı orta məktəblərin 10-cu sinif şagirdləri arasında ilk antikorrupsion dərslərini keçmişlər. Dərslər interaktiv şəkildə aparılmış, şagirdlərə öz fikirlərini söyləmək, yaşadıqları korrupsiya xarakterli təcrübələrini paylaşmaq, korrupsiyanın qarşısını almaq üçün öz təkliflərini vermək şansı yaradılmışdır.
Oxunub:764 dəfə | Tarix: 15-04-2013, 21:28 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Orta məktəblərdə korrupsiyaya qarşı mübarizə aparılacaq

Orta məktəblərdə korrupsiyaya qarşı mübarizə aparılacaq ANS Tv-nin reportajını Buradan izləyə bilərsiniz.

V-XI sinif şagirdlərinə bir ay müddətində antikorrupsiya dərsləri keçiriləcək. Dərsləri Korrupsiyaya qarşı Mübarizə Fondu təşkil edəcək.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planının 28.5 maddəsində Orta məktəb şagirdləri arasında korrupsiyaya qarşı mübarizə mövzusunda inşa və rəsm müsabiqələrinin, digər intellektual müsabiqələrin təşkili nəzərdə tutulmuşdur. Korrupsiyaya qarşı Mübarizə Fondu artıq belə dərslərin keçirilməsi təcrübəsinə malikdir.
Oxunub:857 dəfə | Tarix: 26-02-2013, 13:14 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Korrupsiyaya qarşı Mübarizə Fondunun 8-ci regional nümayəndəliyi fəaliyyətə başladı

Korrupsiyaya qarşı Mübarizə Fondunun 8-ci  regional nümayəndəliyi fəaliyyətə başladı Tədbirin video çəkilişini aşağıdakı linklərdə izləyə bilərsiniz:

İzlə-1

İzlə-2

İzlə-3

İzlə-4

AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlara dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsi çərçivəsində Korrupsiyaya qarşı Mübarizə Fondunun Qusarda regional nümayəndəliyi fəaliyyətə başlayıb.
Oxunub:890 dəfə | Tarix: 17-12-2012, 16:39 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Şəmkirdə Korrupsiyaya qarşı Mübarizə Fondunun regional nümayəndəliyində “Qaynar xətt” yaradılıb

Şəmkirdə Korrupsiyaya qarşı Mübarizə Fondunun regional nümayəndəliyində “Qaynar xətt” yaradılıb Tədbirdən hazırlanmış televiziya reportajlarını aşağıdakı linklərdə izləyə bilərsiniz:
Kəpəz TV- Gəncə

Turkel TV- Tovuz

AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlara dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsi çərçivəsində Şəmkirdə Korrupsiyaya qarşı Mübarizə Fondunun regional nümayəndəliyində “Qaynar xətt” yaradılıb. Bu münasibətlə Fondun Şəmkir nümayəndəliyində Qaynar xəttin və regional ofisin təqdimat mərasimi keçirilib. Tədbirdə yerli icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət orqanlarının, KİV-in və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Layihənin əsas məqsədi vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin qəbulu və onlara hüquqi yardımın göstərilməsidir.
Oxunub:1055 dəfə | Tarix: 16-07-2012, 16:01 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Fondun Ağstafada regional nümayəndəliyi təşkil olundu

Fondun Ağstafada regional nümayəndəliyi təşkil olundu
Tədbirin videosunu buradan izləyə bilərsiniz

Korrupsiyaya qarşı Mübarizə Fondunun AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlarla dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsi çərçivəsində Ağstafada yeni ofisi açılıb, “Qaynar Xətt” yaradılıb (02222 52321; 055 3166162). Məqsəd vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin qəbulu və onlara hüquqi yardımın göstərilməsidir.Yeni yaradılan qurum vətəndaşların şikayətlərinin lazımi orqanlara çatdırılmasında vasitəçi rolunu oynayacaq. Bununla bağlı Korrupsiyaya qarşı Mübarizə Fondu Ağstafa şəhərində dəyirmi masa keçirmişdir.
Oxunub:1029 dəfə | Tarix: 29-06-2012, 17:10 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Sumqayıtda gənclər korrupsiyaya yox deyirlər

Sumqayıtda gənclər korrupsiyaya yox deyirlər Korrupsiyaya qarşı Mübarizə Fondunun AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlarla dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsi çərçivəsində Fondun Sumqayıt ofisində “Qaynar Xətt” yaradılıb (Sumqayıt şəhəri, İ.Qayıbov küçəsi, Qubadlı şadlıq evinin birinci mərtəbəsi. Telefon: (001864) 83944; Mob: (055) 2562001 ). Məqsəd vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin qəbulu və onlara hüquqi yardımın göstərilməsidir. Korrupsiya şikayətləri ilə müraciət edən vətəndaşların ərizələri baxılması üçün Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və aidiyyatı dövlət orqanlarına operativ şəkildə göndəriləcəkdir.
Oxunub:1021 dəfə | Tarix: 8-06-2012, 16:14 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Korrupsiyaya qarşı Mübarizə Fondu yeni layihəyə start verir

Korrupsiyaya qarşı Mübarizə Fondu yeni layihəyə start verir Korrupsiyaya qarşı Mübarizə Fondu QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə may- oktyabr aylarını əhatə edəcək “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlarla dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsini həyata keçirməyə başlayıb. Layihə ölkənin 5 regionunda - Qusar, Şəmkir, Ağstafa, Cəlilabad, Sumqayıtda həyata keçiriləcək. Layihənin məqsədi vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin qəbulu üçün regional Qaynar xətlərin fəaliyyəti; vətəndaşların ərizə və şikayətlərinin elektron qaydada qəbulu və virtual vəkillik xidmətinin təşkili; Fondun regionlardakı ofislərində korrupsiya şikayətləri ilə bağlı vətəndaşların qəbulu və onlara hüquqi yardımın göstərilməsidir. Layihə çərçivəsində korrupsiya cinayətləri ilə bağlı şikayətlərin təşkili və onların hüquq-mühafizə orqanlarına istiqamətləndirilməsi üçün “Antikorrupsion Yaddaş” (buklet) bütün regionlarda əhaliyə paylanılacaq. Bundan əlavə, Korrupsiyaya qarşı Mübarizə Fondu öz potensialı hesabına ölkənin bütün ərazisində korrupsiyanın səviyyəsi və ona qarşı mübarizənin vəziyyəti ilə bağlı ANTIKORRUPSION ÜMUMRESPUBLIKA SORĞUSU keçirilməsini nəzərdə tutur.
Oxunub:1008 dəfə | Tarix: 1-05-2012, 14:54 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Korrupsiyaya qarşı mübarizənin aparılması, nəticələr və proqnozlar

Korrupsiyaya qarşı mübarizənin aparılması, nəticələr və proqnozlar Korrupsiyaya qarşı mübarizənin aparılması, nəticələr və proqnozlar barədə Yevlaxın EL telekanalında reportaj yayımlanmışdır. Verilişdə Korrupsiyaya qarşı Mübarizə Fondunun ekspertləri iştirak edirlər.
Videonu izlə
Oxunub:1032 dəfə | Tarix: 10-01-2012, 23:51 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günü Ağdaşda qeyd olundu

Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günü Ağdaşda qeyd olundu Korrupsiyaya Qarşı Mübarizə Fondu “Regionlarda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın maarifləndirilməsi” layihəsi çərçivəsində 9 Dekabr Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günündə növbəti dəyirmi masanı Ağdaş şəhərində keçirmişdir. Ağdaş rayonunda korrupsiyaya qarşı mübarizə ilə bağlı belə geniş formatlı bir tədbirin ilk dəfə keçirilməsi rayon ictimaiyyəti arasında xüsusi maraq doğurmuşdur. Tədbirdə əksər yerli dövlət orqanlarının, ictimaiyyətin, KİV-in və regional telekanalların da nümayəndələri iştirak etmişlər. Dəyirmi masada edilən çıxışlarda diqqət çəkən məqamlardan biri o idi ki, yerli dövlət orqanları öz fəaliyyətlərində şəffalıq prinsiplərinə əməl etmək üçün vətəndaş cəmiyyəti ilə əməkdaşlıq təklif edirdilər. Bu da məmurlar tərəfindən qanunların icrasına ictimai nəzarətin təşkilinə zəmin yaradır. Tədbirdə ötən müddət ərzində ölkədə korrupsiyaya qarşı mübarizənin vəziyyəti və bu istiqamətdə Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verildi. Qeyd olundu ki, əhaliyə hüquqi yardım göstərmək üçün Fondun Ağdaş rayonu və ətraf regionlarda fəaliyyəti genişləndirilsin. Yerli dövlət orqanları ilə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq etmək üçün Korrupsiyaya qarşı Mübarizə Fondunun regional nümayəndəliyinin təşkil olunması qərara alındı.

Korrupsiyaya qarşı Mübarizə Fondu
Oxunub:1027 dəfə | Tarix: 14-12-2011, 16:58 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...