Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Beynəlxalq rəy sorğusu - rüşvət dünyanı bürüyüb

Beynəlxalq rəy sorğusu - rüşvət dünyanı bürüyüb 107 ölkənin iştirak etdiyi sorğuda Azərbaycan rüşvət reytinqinə dair cədvələ salınmayıb
“Transparency İnternational” təşkilatı korrupsiyaya dair indiyədək keçirilmiş ictimai rəy sorğularının ən böyüyünü keçirib. Rəy sorğusu göstərir ki, dünya boyunca hər dörd nəfərdən biri son 12 ayda kiməsə rüşvət verib. Həmçinin bəlli olub ki, hər iki adamdan biri bu son iki ildə korrupsiya ilə bağlı vəziyyətin pisləşdiyini düşünür. (Azadlıq radiosu)
Lakin rəy sorğusunun iştirakçıları inanırlar ki, insanlar rüşvət və korrupsiyaya qarşı mübarizə apara, vəziyyəti dəyişə bilərlər.
“Qlobal Korrupsiya Barometri 2013" adlı rəy sorğusunda 107 ölkədən 114 min adam iştirak edib və ümumi nəticə budur ki, korrupsiya dünyada çox geniş yayılıb. Rəyi soruşulanların 27 faizi bildirib ki, son 12 ay ərzində ictimai xidmətlərdən istifadə üçün rüşvət verməli olub. Bununla belə, hər 10 nəfərdən 9-u inanır ki, korrupsiya ilə mübarizə mümkündür. Rəyi soruşulanların üçdə iksi rüşvət verməkdən imtina etdiyini bildirib.
“Qlobal Korrupsiya Barometri 2013" rəy sorğusu həmçinin aşkar edib ki, bir çox ölkələrdə adamlar korrupsiya ilə mübarizə aparmalı olan təsisatların özünə inanmırlar. 36 ölkədə adamlar polisin ən korrupsiyalı təsisat olduğunu düşünürlər və bu ölkələrdə adamların 53 faizi polisə rüşvət ödəməli olub.
20 ölkədə adamlar ədliyyə sisteminin ən korrupsiyalı sahə olduğunu düşünürlər və bu ölkələrdə adamların orta hesabla 30 faizi ədliyyə orqanlarına rüşvət verməli olub. Müəlliflər diqqəti xüsusilə də "Böyük 20-lər" qrupuna daxil hökumətlərə çəkərək yazırlar ki, bu 20-likdən 17-də rəyi soruşulanların 59 faizi hökumətlərinin korrupsiyaya qarşı kifayət qədər ciddi mübarizə aparmadığını düşünür. Bu hesabatda həmçinin siyasətçilərə xitab edilir. Bildirilir ki, 51 ölkədə insanlar siyasi partiyaların ən korrupsiyalı qurumlar olduğunu düşünürlər. Bu ölkələrdə adamların 55 faizində belə təəssürat yaranıb ki, onların hökumətləri xüsusi maraqlarla idarə olunur.
Bu hesabata görə, insanlar korrupsiya ilə mübarizə sahəsində hökumətlərə 2008-ci ildən - böhran başlanandan bəri indi daha az etimad göstərirlər. Hesabat hökumətlərə korrupsiya ilə mübarizə üçün güclü, müstəqil və yaxşı maliyyələşdirilən təsisatlar yaratmağı məsləhət görür.
Son rəy sorğusu strukturuna görə, ənənəvi hesabatlardan fərqlənir. Burada bir neçə kiçik haşiyələri çıxmaq şərti ilə 107 ölkənin heç birinə, o cümlədən, Azərbaycana fəsil ayrılmayıb. Burada ölkələr üçün reytinq indeksləri də yoxdur.
Bununla belə, rəy sorğusunun bölümlərinə görə və adamların cavablarına əsasən hər hansı ölkə faizlə hesablanan kateqoriyalara düşür. Burada verilmiş cavablara əsasən faizlərlə müəyyən edilmiş 7 bölüm var. İlk bölümə sakinlərinin 5 faizindən azının şəxsən rüşvət verdiyini söyləyən ölkələr daxil edilib. Bu qrupa korrupsiyanın ümumilikdə aşağı olması ilə fərqlənən Norveç, Belçika, Kanada, Danimarka, Finlandiya, Norveç və Yaponiya kimi ölkələr daxildir. Azərbaycanın qonşusu Gürcüstan da bu kateqoriyaya düşüb.
Birləşmiş Krallıq və Birləşmiş Ştatlar isə rəyi soruşulanların 5-dən 10 faizədək hissəsinin şəxsən rüşvət verdiyini etiraf edən qrupunda təmsil olunub. Azərbaycanın başqa bir qonşusu Ermənistandan olan respondentlərin 19 faizədək hissəsi şəxsən rüşvət verdiyini etiraf edib. Moldova və Türkiyə üçün bu rəqəm 20-30 faiz arasıdır. Bu hissədə Azərbaycanın adı yoxdur. Yeri gəlmişkən, bizi rüşvət reytinqinə dair cədvələ də salmayıblar. Rusiya, Fransa, Lüksemburq kimi ölkələrin də burada adları yoxdur. Səbəb kimi səhifənin sonunda bu ölkələrdən alınan məlumatın doğruluğuna şübhə olduğu və bu səbəbdən diaqrama daxil edilmədiyi göstərilir. Azərbaycanda sorğunu elə Azərbaycanın SİAR- Sosial və Marketinq Araşdırmaları Mərkəzi aparıb.
Maraqlı bölümlərdən biri də məmur-vətəndaş əlaqələrinə həsr olunub. Ehtimal edilir ki, bu əlaqələr nə qədər az olsa, əldən-ələ keçən rüşvətin də ehtimalı az olar. Bu cavablardan tərtib edilmiş cədvəldə əksər ölkələr, o cümlədən, Azərbaycan da yoxdur.
Daha bir bölüm ən çox korrupsiyaya bulaşdığı güman edilən qurum və sahələrə həsr olunub. Ən çox korrupsiyalı olduğu düşünülən siyasi partiyalar birinci yerdədir, 2-ci yerdə polis, 3-cü yerdə dövlət qulluqçuları, dördüncü yerdə parlamentlər, 5-ci yerdə ədliyyə və məhkəmələr, 6-cı yerdə biznes və şəxsi sektor, 7-ci yerdə tibb müəssisələri, 8-ci yerdə təhsil sahəsidir. Burada ilk dəfə olaraq medianın da adı çəkilir. Media rüşvət mənasında hətta hərbidən də əvvəl gəlir.
Azərbaycan ədliyyə və məhkəmələrin ən rüşvətxor sahə olduğuna inanılan 20 ölkənin sırasındadır. Bu qrupda Ermənistan, Moldova, Gürcüstan, Litva kimi keçmiş sovet ölkələrinin adları var.
Azərbaycan Ermənistanla birlikdə daha dörd ölkənin daxil olduğu qrupa da aid edilib. Bu qrupda olan ölkələrdə insanlar səhiyyə sisteminin korrupsiyalaşmış olduğunu düşünürlər.
Suallardan biri də təxminən belə səslənir. Sadə insanlar rüşvət və korrupsiyanın qarşısının alınmasında nəsə edə bilərmi? Ümidli adamların daha çox, yəni 61-80 faiz olduğu ölkələrin kateqoriyasında çox sayda ölkənin, o cümlədən Azərbaycanın da adı çəkilir.
Cədvəllərdən biri də rəyi soruşulanların neçə faizinin korrupsiya ilə şəxsən mübarizə aparmaq istədiyini əks etdirir. Əksər ölkələrdən olanların 80-100 faizi mübarizəyə hazır olduğunu deyib. Azərbaycan üzrə bu, 81 faizdir. Korrupsiyadan daha az şikayət edən Gürcüstanda da rəyi soruşulanların 87 faizi bu bəla ilə şəxsən vuruşmağa hazırdır. Ən paradoksal olan budur ki, korrupsiyanın demək olar olmadığı Norveç üzrə də rəyi soruşulanların 94 faizi rüşvətlə mübarizəyə günü bu gün qoşulmaq əzmində olduğunu söyləyib.
Əksər ekspertlər isə sorğuda Azərbaycanla bağlı yazılanlarla razılaşmır. Ekspertlərin fikrincə, ölkədə korrupsiyanın səviyyəsi heç də azalmayıb. Qubad İbadoğlu isə bildirir ki, korrupsiyanın ənənəvi səbəbləri pis idarəçilik və avtoritar rejimlərdir: “Demokratiyanın az vətəndaş və ictimai iştirakçılıq səviyyəsinin aşağı olmasıdır. Ayrı-ayrı ölkələrdə korrupsiya ilə mübarizə istiqamətində işlərin zəif olması səbəblərlə izah oluna bilər. Azərbaycana gəldikdə isə, bu sorğu özünün müəyyən nəticələri ilə təzad doğurur. Çünki sorğuda dövlət qurumlarında korrupsiya hallarının azaldığı, biznes sahəsində isə artdığı bildirilir. Biznes korrupsiyası artırsa, bu, o deməkdir ki, daha çox korrupsiya dövlət orqanlarına verilir. Biri artarsa, bizi azala bilməz. Onda dövlət qurumlarında da korrupsiyanın artması nəticəsinə gəlib çıxmaq olar. Başqa bir məqam vətəndaş cəmiyyətində və mediada korrupsiyanın real olduğu bildirilir. Korrupsiya ilə mübarizədə əsas iştirakçılardan biri vətəndaş cəmiyyətidir və ictimai iştirakçılıqdır. Bu da təzad doğurur ki, necə ola bilər vətəndaş cəmiyyətində və yaxud da mediada korrupsiya artır, amma dövlət orqanlarında korrupsiya azalır. Təbii ki, mən bu nəticə ilə də razılaşmıram. Amma bəzi sahələr, detallar var ki, korrupsiyanın azalmasının müəyyən əsasları var. Ali təhsil müəssislərində imtahanların mərkəzləşmiş və test üsulu ilə aparılması ilə bağlı müəllim-tələbə ünsiyyətinin aradan qaldırılması burada korrupsiyanın azalmasını şərtləndirir. Polis orqanlarında da müəyyən islahatlar aparılır, müşahidə, nəzarət imkanları genişlənib. O baxımdan əvvəlki səviyyədə geniş miqyasda korrupsiyadan danışmağa dəyməz. Azərbaycanda siyasi korrupsiya, yəni ali dövlət orqanlarının, dövlət məmurlarının korrupsiyası, vəzifəsindən istifadə edib biznes qurması ilə əlaqədar korrupsiya getdikcə genişlənməkdədir. Bu baxımdan mən bütövlükdə Azərbaycanda korrupsiyanın aşağı düşməsi fikri ilə də razılaşa bilmərəm”.

Röya RƏFİYEVA
Yeni Müsavat
Oxunub:283 dəfə | Tarix: 21-07-2013, 13:20 | Kateqoriya: Xəbərlər