Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Ümummilli lider Heydər Əliyevin anım günüdür

Ümummilli lider Heydər Əliyevin anım günüdür

Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir!
Oxunub:383 dəfə | Tarix: 11-12-2013, 17:21 | Kateqoriya: Azforizmlər Ətraflı...

İmam Hüseynin (Ə.S.) vəsiyyətnaməsi

İmam Hüseynin (Ə.S.) vəsiyyətnaməsi "Mənim inqilab və mübarizəmə səbəb haqsızlıq və azğınlığın baş alıb getməsi və İslam qanunlarının dəyişilməsidir.Bu inqilabi hərəkatda məqsəd yaxşı işlərə əməl etmək, pis işlərdən çəkindirmək və cəmiyyət arasında əxlaqsızlığı aradan qaldırmaq və İslamın unudulmuş, əvəz olunmuş hökmlərini bərpa etməkdən başqa bir şey deyildir. Mən babam Peyğəmbərin (S.A.S) ümmətini islah etmək, atam Əlinin (Ə.S) getdiyi yolu durçəltmək, haqq-ədaləti bərpa etmək üçün mübarizəyə qalxdı. Mən bəni-Üməyyənin azğınlığına son qoymalıyam. Qoy bütün dünya bilsin ki, Hüseynin vəzifə, var-dövlət və məqamı, iğtişaş və fitnə-fəsad ardınca getmək deyil!"
Oxunub:439 dəfə | Tarix: 14-11-2013, 22:50 | Kateqoriya: Azforizmlər Ətraflı...

Aforizmlər

-------------------------------------------------------------------------------
Allahın Peyğəmbəri (s) buyurub:

"Allah rüşvət verənə, rüşvət alana və onların arasında vasitəçi olana lənət etsin".

("Kənzul-Ummal", hədis 15080).

-------------------------------------------------------------------------------
Həzrəti İsanın aforizmləri

Həmişə dar qapıdan keçin. Geniş yol və qapılar insanları şirnikləndirir və onları uçuruma aparır.

Yerdə özünüzə var-dövlət toplamayın, həmin var-dövləti ya başqaları yeyəcək, ya da oğrular götürəcək. Bunun əvəzində digər dünyanız üçün var- dövlət toplayın, orada toplanan var-dövlət nə yeyilir, nə də oğurlanır.

Dünyaya işıq düşdü, insanlar qaranlığa qaçdılar. Çünki əməlləri pis idi. Pislik edənlərin hamısı işığa nifrət edir və etdikləri ortaya çıxmasın deyə işığa gəlmirlər.

Kim birinci olmaq istəyirsə, hamıdan sonda və hamının qulu olsun.
-------------------------------------------------------------------------------
“Biz dövləti ləğv etsək, korrupsiyanı da ləğv edərik.”
1992-ci il iqtisadiyyat üzrə Nobel mükafatının laureatı,
iqtisadçı Geri Stenli Bekker.

-------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------
“Korrupsiya xərçəng kimi iqtisadi inkişafa mane olur.”
Ceyms Volfenson,
1995-2005-ci illərdə Dünya bankının prezidenti

-------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------
“Ölkəni pis qanunlarla idarə etmək mümkündür, lakin ölkəni nizam-intizamsız məmurlarla idarə etmək mümkün deyil”
Almaniya imperiyasının kansleri
Otto Fon Bismark

-------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------
Karl Marks korrupsiya barədə

1.Ictimai marağın konkret bir məmurun maraqları ilə dəyişilməsi
2.Hökumətin mənimsənilməsi – daha doğrusu öz vəzifəsindən və imkanlarından şəxsi məqsədləri üçün istifadəyə can atılması
3.Həqiqi dövlət idrakının olmaması və ictimai problemlərin həll edə bilməmək
4.Vətəndaşlar, korporativizm və karyerizm münasibətlərindəki özbaşınalıq
5.Səlahiyyət və formallığa əsassız iddiaların olması

-------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------
I Pyotr bir kəndirin qiymətindən artıq məbləğ oğurlayan hər bir şəxs asılmalıdır- əmri vermişdi. Menşikov buna cavab olaraq bildirmişdi: “Bax ki, təbəələrsiz qalmayasan.”
-------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------
İngiltərədə kral VIII Henrixin hakimiyyəti dövründə rüşvərxorluğa qarşı amansız mübarizə aparılırdı. Kral idarələrinin yaxınlığında şikayət üçün qutular qoyulmuşdu. Bu yolla kral öz ölkəsində rüşvətxorluğun kökünü kəsməyə çalışırdı. Lakin Henrix tezliklə bu vasitədən imtina etməli olub. Məsələ burasındadır ki, hər bir şikayət müəllifi bir fartinq (İngiltərənin pul vahidi) pul alırdı. Şikayətlər o qədər idi ki, kral məmurları onları yoxlayıb qurtara bilmirdilər. Əsas “qanuna riayət edən” şikayətçilərin qurbanları “cadugərlər”, “falçılar” və s. olurdu.
-------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------
Burada hamının ehtiyacı üçün kifayət qədər hər şey var, lakin hamının tamahı üçün yoxdur. (Mahatma Qandi)
-------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------
Korrupsiya həmişə qaranlığı, tutqunluğu, zülməti sevir. O, belə şəraitdə daha da güclənir, şaxələnir, qol-qanad açır. Bu qaranlıq məkana işıq salanda, orada şəffaf və aydın mühit təmin edəndə korrupsiyanın gözləri tutulur. Bundan sonra o, əlbəttə, özünə yeni qaranlıq yer axtarır. Ona görə də müasir dövrdə azad, şəffaf cəmiyyətin və idarəçiliyin qurulması korrupsiyanın əsas düşməninə çevrilir.
-------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------
Bir gün Həzrəti Əli şam işığında müharibə zamanı əldə olunmuş qənimətlərin siyahısını tuturmuş. Birdən ərəb sərkərdələrindən biri içəri girir və deyir: Ya Əli, səninlə söhbətim var. Həzrəti Əli soruşur ki, söhbət şəxsidir, ya ümumi. Sərkərdə deyəndə ki, şəxsi söhbətdir, Həzrəti Əli şamı söndürür. İmam buyurur ki, bu beytül-maldandır, yəni xalqın olduğu üçün şəxsi söhbətə işlənə bilməz. Beytül-mal sonradan xalqın imkansız təbəqəsinə, əri müharibədə ölənlərə bəxş edilir.
-------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------
Dünyadaki İqtisadi Böhran şəraitində korrupsiyalaşmış hökümətlərin vəziyyəti çox ciddidir, belə ki, bu gün əsas faktorlardan biri idarərəetməsi korrupsiyaya əsaslanan ölkələrin dövlət idarəçiliyidir. Onunla mübarizə mümkün deyil. Çünki dövlət quruluşunun əsasının dağıdılması kimi bir cinayət mövcuddur.
-------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------
Cəmiyyət hökümətin deyil, hökümət cəmiyyətin quluna çevrilməyənə qədər korrupsiyanın vəziyyəti yaxşılığa doğru dəyişməyəcək. Yüksək rəhbərlər korrupsion sxemə cəlb olunan ətraflarındakı adamları qovmalıdırlar. Anti-korrupsion qanunlara ciddi riayət etmək lazımdır. Lakin bu olmayanda, korrupsioner məmurlar sakit yaşamağa davam edirlər və adi vətəndaşlar ciddi əminliklə yaşayırlar ki, bizdə rüşvətsiz heç bir problemi həll etmək olmaz.
-------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------
Nə qədər ki, hökumət və onun vəzifələri var, korrupsiya da olacaq. Korrupsiyanın azaldılması dövlətin səlahiyyətlərinin azaldılması və çox səlahiyyətlərin cəmiyyətə ötürülməsi deməkdir. Nə qədər ki, dövlət cəmiyyətin yox, cəmiyyət dövlətin xidmətindədir, nə dövlətin səlahiyyətlərinin, nə də korrupsiyanın azaldılmasından söhbət gedə bilməz. Və bu şərtlərə görə, korrupsiyaya qarşı mübarizə sadəcə hökumətin səlahiyyətlərinin və korrupsiyanın artmasına xidmət edən təmtəraqlı bir kampaniyadır.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiyanın qarşısını almaq üçün sistemin dəyişdirilməsi zəruridir. O daha açıq olmalıdır. Tənqid və daha azad mətbuat olmalıdır. Cəmiyyət bilməlidir ki, kim nə ilə məşğuldur və kim nə qədər “alır”.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiyaya qarşı müharibədə qalib gəlmək üçün təkimilləşdirilmiş antikorrupsion qanunvericilik, bütün səviyyələrdən olan korrupsioner məmurların fəaliyyətini araşdıracaq müstəqil məhkəmələr və hüquq-mühafizə orqanları lazımdır.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Insanlar korrupsiyanı artıq qanunun pozulması kimi qəbul etmirlər. Onlar bir az narahatlıq hiss edirlər, lakin reallıqda bu fenomeni norma kimi qəbul etmək məcburiyyətindədirlər. Misal üçün, insanlar bildirirlər ki, məmurların əksəriyyəti korrupsionerdirlər. Bununla yanaşı, onların üçdə iki hissəsi söyləyir ki, işlərini həll edərkən rüşvət və tanışlığa üz tutmağa üstünlük verirlər.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Yüksək hakimiyyət orqanlarının korrupsiyaya qarşı mübarizə siyasətini həyata keçirmək qərarı bəzən korrupsiya hallarını artırır. Çünki rüşvətxor məmurlar gəlirlərinin azalacağından ehtiyat edirlər. Korrupsioner məmurlar hər şeyi dərhal istəyirlər, buna görə də bu problemi həll etmək çətindir. Mübarizə rüşvət alan məmurları qorxutmur, əksinə onlar indiki vəziyyətdən maksimal gəlir əldə etməyə çalışırlar.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
“Korrupsiya yoxsul valideynlərə uşaqlarına təhsil verməyə imkan vermir, məktəbləri və şagirdləri dərs ləvazimatından məhrum edir, dərslərin səviyyəsini azaldır və nəticədə təhsilin standartlarını və gənclərimizin gələcəyini təhlükə altına qoyur. Bu cür hallar cəzasız qala bilməz.

YUNESKO-nun rəhbəri Koiçiro Matsuura
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiyanın bütün növlərindən ilk növbədə hakimlərin rüşvətlə ələ alınması aparıcı dinlər tərəfindən töhmətləndirilir: “Hədiyyələri qəbul etməyin, çünki hədiyyələr hakimləri kor və ədalətsiz edir” (Əhdi-Ətiqin 2-ci 23:8 və 5-ci kitabları); “Bir-birinizdən əmlakı mənimsəməyin, başqa adamların mülkiyyətini əldə etmək üçün hakimləri rüşvətlə almayın" (Quran 2:188-i).
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Avtoritar rejimlər hakimiyyətdən sui-istifadə hallarının böyük əksəriyyətini ictimaiyyətdən uğurla gizlətmək iqtidarındadır. Əksinə, demokratik rejimlərdə korrupsiya halları hamıya tez məlum olur və ciddi zərər vurmadan əvvəl aradan qaldırılır.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Tarixdə korrupsiyaya qarşı mübariz kimi yazılı abidədə xatırlanan ilk hökmdar bizim eradan əvvəl IV əsrin ikinci yarısında yaşamış Laqaş şəhər-dövlətinin şumer çarı Urukaqinadır. Korrupsiyanı müzakirə edən birinci elmi əsər Bharatanın (Hindistan) nazirlərindən biri tərəfindən Kautilya təxəllüsü ilə dərc edilmiş “Arthaşastra”dır. Bu əsərdə o belə bir bədbin nəticəyə gəlir ki, “hökmdarın əmlakı, bir az da olsa belə, həmin əmlakı idarə edənlər tərəfindən mənimsənilir”.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Güclü dövlətin olması hələ korrupsiyanın olmamasına təminat vermir və güclü dövlət idarəçiliyinə malik olan bir çox ölkələrdə güclü korrupsiya vardır. Cəmiyyət güclü olanda və güclü dövlətlə yanaşı cəmiyyətin özü bü təzahürə qarşı mübarizə aparanda korrupsiya zəifləyir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiya ciddi problemdir və onu kompleks şəkildə həll etmək lazımdır. Elə sistem qurulmalıdır ki, dövlətdən oğurlamaq təhlükəli və əlverişsiz olsun. Korrupsiyaya qarşı mühafizəkar üsullarla mübarizəyə ehtiyac vardır. Cərrahiyyə həddini aşmış bəzi rüşvətxorları özünə gətirtmək üçün zəruridir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Keçmişdə, imperator I Pyotrun dövründə Sibirin general –qubernatoru olan knyaz Gagarin imperatriçə üçün Çində alınmış brilyantları mənimsəmişdi. O buna görə də tutulmuş və I Pyotrun əmri ilə asılmışdı. Başqalarına ibrət olmaq üçün knyaz dar ağacında bir il asılmış vəziyyətdə qalmışdı. Gagarin o zaman məşhur məmur Nekrasov tərəfindən ifşa edilmişdi, hansı ki özü bir neçə ildən sonra korrupsiyada ittiham edilərək, asılmış və o da bir il dar ağacında qalmışdı. Amma belə tədbirlər də korrupsiyaya son qoymamışdı. Bu bəlaya qarşı mübarizədə Pyotr uduzmuşdu.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiyaya qarşı mübarizə milli proqramına çevrilməlidir. Əgər hakimiyyət özünü tənzimləmək iqtidarında deyilsə, onda o heç bir ictimai dəstək ala bilməyəcək. Ictimai dəstək yalnız iş qabiliyyəti və müvəffəqiyyəti olan hakimiyyətlə təmin edilir.

Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Hər hansı hökmdar üçün korrupsiya idarə vasitəsidir. Korrupsiya peşəkar siyasətçilərin əllərində mühüm vasitədir. Bu siyasətçilər yeni sənətə - “qalib gəlmək və bütün mümkün üsullar ilə hakimiyyəti saxlamaq sənətinə” malikdirlər.

Anarxizmin nəzəriyyəçisi Mixail Bakunin (XIX əsrinin 70-ci illəri)
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiyaya qarşı mübarizə üçün hüquqi bazanı gücləndirmək və təkmilləşdirmək, belə təzahürlərə qarşı – yollarda alınan kiçik rüşvətlərdən başlayaraq və iri dövlət sifarişlərin və müqavilələrinin verilməsi zamanı alınan iri məbləğdə rüşvətlər ilə qurtararaq cəmiyyətdə dözülməzlik mühiti yaratmaq lazımdır.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin, lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir.

Nikkolo Makiavelli
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Rüşvətin qanunların korrupsiyalaşması şəraitində yaranmasına gəlincə, sübut edin ki, korrupsiya necə ölkənin iqtisadi inkişafına mane olur. Hər halda rüşvət alan şəxs bu pulları mallara və xidmətlərə xərcləyir yəni, iqtisadi inkişafa təkan verir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Rüşvət alan və verən şəxs ciddi cəzalandırılmalıdır ki, o cinayət törətdiyini dərk etsin. Və hər bir işçi polisdən tutmuş hakimə qədər başa düşməlidir ki, korrupsiya onun karyerasına son qoyacaq.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Məşhur Çin politoloqu Şan Yan 2500 il əvvəl yazmışdır. “İnsanlar bir-birinə qarşı xəbərçilik etməyə başladıqdan sonra, onların ürəklərində qanun yer alıb. Rüşvət vermək gizli işdir. Əgər insanlar rüşvət almaq və ya təklif etmək zamanı bir birinə qarşı xəbərçilik etməyə başlasalar, onda hər şey məhv olacaq. Buna görə qanun qarşısında keçilməz qorxu olmalıdır.
İnsanlar rəhbərin qərarını yox, qanunu yerinə yetirməlidir. Bu prinsip ən ağır cəzaların köməyi ilə təyin olunub. Məsələn, taxt-tac varisi qanunlara əməl etmədiyinə görə, sarayda ən hörmətli adam olan onun müəlliminin burun və qulaqlarını kəsmişdirlər. Bundan sonra məmurlar və ölkənin əhalisi qanunları icra etməyə başlamışdır”.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imtiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Vətəndaş institutların inkişafı xalqın mənafeyinə riayət olunmasının zamini olur. Vətəndaş cəmiyyəti korrupsiyaya və bürokratiyaya qarşı olan “vətəndaş müdafiə”dir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Rüşvətxoru müəyyən etmək çətin məsələdir, çünki rüşvət açıqca verilib alınmır. Korrupsiyanın başqa formaları mövcuddur və onların sırasında tenderlər, müsabiqələr, məbləğdən qaytarılan rüşvətlər və layihələrin bahalaşmasıdır. Və həmçinin lazımı adamın “şərti mükafatlandırmasıdır”. Bu polisin və müfəttişin görə bilmədiyi onun yaxın qohumlarına səhmlərin va ya imtiyazların verilməsi də ola bilər.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Məmurların əmək haqqları hökumət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektsiz işləyirlər. Məmurların sayının və onların əmək haqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqları hökumətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiyaya qarşı mübarizədə əsas tədbirlərdən biri elektron vasitələrinin inkişafıdır ki, o da məmurun sənədə toxunmasının qarşısını almalıdır.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Qanun qarşısında bərabərlik demokratik cəmiyyətin əsasını təşkil edən prinsiplərdən biridir. Əgər korrupsiya tamahkarlıq və ya siyasi mənfəət nəticəsində məhkəmələrə nüfuz edirsə onda Femidanın tarazlığı pozulur, və bundan adi insanlar ziyan çəkirlər. Məhkəmələrdə olan korrupsiya o deməkdir ki, günahsız qurbanların səsləri eşidilmir və cinayətkarlar cəzalandırılmırlar.

Uqett Label
“Transparency International” təşkilatının
İdarə Heyətinin sədri

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Məmurun qanuna qarşı hörmətsizliyi olan zaman korrupsiya da peyda olunur
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Əgər regionlardan gələn korrupsiyaya ilə bağlı şikayətlərə və ümumiyyətlə ümummilli problemi kimi korrupsiyaya münasibət bildirilmirsə, o zaman vətəndaşların mövcud olan hakimiyyətə qarşı etibarı zəifləyəcəkdir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Orta əsrlərin Osmanlı imperiyasında korrupsiya mərəzi sultanların dövlətini o qədər yemişdir ki, indiyədək bu haqda tarixi lətifələr danışırlar: guya sultanın məmurları hətta Rusiya ilə sülh müqaviləsini də rüşvət alaraq imzalamışdırlar. Bu əlbəttə ki, diplomatik korrupsiyada iştirak edən hər iki ölkə üçün şərəf gətirmir. Yeri gəlmişkən, Osmanlı imperiyası da, Roma və Bizans imperiyaları kimi parçalanmışdır, çünki hamı və hər şeyi satırdılar və alırdılar, o cümlədən vəzifələri, xidmətləri və xeyirxahlığı.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiyanı “xəstəlik” hesab etmək, demək ki, bəraəta layiq olmayana bəraət uydurmaq deməkdir. Korrupsiya güclü müqavimət tələb edən bir cinayətdir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Vavilyon çarı Hammurapi qanunları: § 5
“Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir.

Türkiyə Cümhuriyyətin Baş naziri
Rəcəb Tayyib Ərdoğan

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiya rüşvətlə həll edilən inzibatı maneələrin nəticəsində əmələ gəlir
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
“Bu gizli iqtisadiyyatdakı insanlar, əminəm ki, bir sıra fəaliyyətlərində dürüst hərəkar edir. Ancaq vergi ödəmək məsələsinə gəldikdə isə ikili standartdan çıxış edirlər... Dövlətin xərclərini tənzimləmək üçün çırpındığı indiki dövrdə, bu ödənməmiş vergilərin büdcə kəsirini örtməkdə nə qədər faydalı olacağını düşünməmək insanın əlində deyil”.

ABŞ prezidenti Ronald Reygan,
Aprel 1982

--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsionerlər oğrudurlar, oğrular isə həbsxanada oturmalıdırlar, özü də uzun müddətə. Cəza yalnız oğrunun deyil, onun bütün ailə üzvlərinin əmlakının müsadirə olunmasını nəzərdə tutmalıdır. Bu kəskin cəzadır, lakin bu bəlanı başqa cür aradan qaldırmaq mümkün deyil.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Biz sadə və aydın olan bir faktı başa düşməliyik ki, korrupsiya az qism insanlara xeyir gətirir və böyük qism insanlara isə ziyan vurur.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiyaya qarşı mübarizədə qələbələr haqqında hesabatlar bəzən mübarizənin özünü və cinayət işləri üzrə aparılan araşdırmaları əvəz edir. Yalnız məhkəmə insanın cinayətkar olub-olmamasını müəyyən edə bilər.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiya xərçəngin oxşarı deyil. Əgər onu müalicə etmək mümkün deyilsə, o zaman onu cəmiyyət üçün təhlükəsiz olan yerə göndərmək olar.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Əgər bir neçə insan məsuilyyət daşıyırsa, digərləri isə televizor qarşısında oturaraq əllərini ovuşdurursa, hər hansı bir şəxsi qurban verməklə korrupsiyaya qarşı mübarizə aparmaq olmaz. Əsas məsələ sistem tərəfindən bu vəziyyətə düşmüş insanları həbs etmək deyil, korrupsiyanı aşağı salmaqdır
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Antikorrupsion orqanlar peşəkar iş yerinə yetirdiyi üçün konfet qutusu və ya güllər alan həkimin əlindən yapışmamalıdırlar. Onlar büdcə vəsaitlərinin bölüşdürülməsi ilə, aşağı və orta sahibkarlığa maneə törədən məmurlarla maraqlanmalıdırlar.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Yüksək rütbəniz yoxdur deyə narahat olmayın. Yüksək rütbəyə sahib olmağa layiqsinizmi ondan narahat olun. Bir çoxlarını onların yüksək vəzifə tutması deyil, məhz bu yüksək rütbənin hansı qiymətə əldə olunması narahat edir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
İnhisarçılıq infilyasiyaya səbəb olur. Lakin yalnız tamahkarlıq deyil, yüksək məbləğdə rüşvət də inhisarçılığa səbəb olur. Bu rüşvətlər təbii ki, qiymətlərə əlavə olunur. Anti-infilyasiya siyasətini korrupsiya sistemini nəzərə almadan müəyyən etmək qeyri-mümkündür.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiyaya qarşı BMT Konvensiyası məmurların rəsmi gəlirlərdən artıq vəsait hesabına yaşamalarını qadağan edir. Bununla bağlı onların əmlak müsadirəsinədək ciddi cəzalandırılması nəzərdə tutulur. Bu qanuna görə bir çox məmurları çoxdan həbs etmək olardı, lakin daha düzgünü onları sadəcə vəzifədən uzaqlaşdırmaq və dövlət xidmətini bizneslə qarışdıranların qarşısını almaqdır. Vəziyyəti yalnız prezidentin KİV və xalqla birgə iradəsi dəyişə bilər.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Tamahkar məmurlar tərəfindən dövlət əmlakının oğurlanmasının 40 yolu var. Dilin üzərində yerləşən balı mənimsəməmək mümkün olmadığı kimi çarın da əmlakı onu idarə edənlər tərəfindən az da olsa mənimsənilməyə bilməz.

Artxaşastr (qədim Hindistanın hüquq kitabı)
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiyaya qarşı mübarizə tədbirləri mərkəzi hakimiyyət tərəfindən həyata keçirilməlidir. Bu tədbirlər həmçinin vətəndaş cəmiyyəti tərəfindən də dəstək almalıdır. Siyasi liderlərin iradəsi fəal ictimai dəstəyə əsaslanarsa qısa zaman ərzində ciddi dəyişikliklər əldə etmək mümkün olar. Əksinə, əgər vətəndaşlar bütün ümidlərini “müdrik hakimlərə” həvalə edib, özləri isə passiv olaraq nəticələr gözləyərlərsə, o zaman korrupsiyaya qarşı hay-küylü mübarizə kampaniyası korrupsiyanın səviyyəsini daha da artıra bilər.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
“İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir”

Plutarx(46-127 il)
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Qanunvericilik baxımından korrupsiya və rüşvətxorluğu müvafiq cəzaya uyğun olaraq dövlətə xəyanətlə bərabərləşdirmək lazımdır, o cümlədən korrupsioner-rüşvətxordan əmlakın müsadirə olunması şərtilə
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi.

Mark Tven (ABŞ)
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiyaya qarşı mübarizə kompleks şəkildə, daimi olarsa və əgər hakimiyyətin bütün sahələri, həmçinin vətəndaş cəmiyyəti institutları bu mübarizəyə cəlb olunarlarsa, bu mübarizə səmərə verəcək. Korrupsiyanın səbəbləri cəmiyyətin siyasi təşkilatlarında və iqtisadiyyatdadır. İqtisadiyyat nə qədər açıq olarsa, korrupsiya boşluqları bir o qədər az olar, hakimiyyət daha şəffaf və ictimaiyyətin nəzarəti altında olarsa, korrupsiyaya qarşı mübarizə bir o qədər səmərəli olar.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiya dövlətin təməllərini məhv edən bəladır. Buna görə də korrupsiya cinayət qanunvericiliyində dövlətə xəyanətlə eyniləşdirilməlidir. Korrupsioneri qanunun gücü ilə cəzalandırmaqla.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiyaya qarşı mübarizə bütöv tədbirlər sistemidir. Bu, bütün dövlətin, bütün cəmiyyətin, onun siyasi və vətəndaş institutlarının işidir. Yalnız bu yolla korrupsiyaya qalib gəlmək olar. İstənilən hakimiyyət qərarını istənilən vətəndaş üçün şəffaf etmək lazımdır. Vətəndaş başa düşməlidir ki, bu qərar nə üçün qəbul olunur, bunun arxasında nə dayanır və nə üçün bunu hansısa istənilən korrupsion məqsədlər üçün istifadə etmək olmaz.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq.

Şarl Monteskye (1689-1755)
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
“İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”.

Filosof Aristotel (e.ə 384-322)
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiya dövlətin dayaqlarını içəridən yeyən pasdır. O, çox şeyi, lakin hər şeydən əvvəl insanların qəlbini məhv edir, yalnız korrupsiya qurbanlarının deyil, həmçinin korrupsionerlərin də qəlbini.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Hakimiyyətin yuxarı təbəqəsində korrupsiyaya qaşı mübarizə çox çətindir. Bu mübarizə maksimal təşkilatı resurslar və taktiki incəliklər tələb edir. Yüksək vəzifəli məmurlar daimi diqqət obyektinə çevrilməlidir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiya bütün cəmiyyətə zərbə endirir. Əgər xəstəni müalicə etmək olmursa, bunu düzgün qərar adlandırmaq olmaz. Korrupsiya sözü korroziya sözü kimi eyni kökə malikdir. Latıncadan tərcümədə “bəla” mənasını verir. Bu bəlanı isə aradan qaldırmaq lazımdır. Korrupsiyaya qarşı daha bir mübarizə tədbiri deputat araşdırılmasıdır. Belə araşdırmalar daha obyektiv və ədalətlidir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Bizdə sui-istifadələr ictimai həyatla bərabər artmaqdadır və həyatın əsas elementinə çevrilib. İdarəçilikdə həqiqətin olmadığı yerdə, oğurluğun, quldurluğun və rüşvətxorluğun mövcud olduğu hər addımda əgər 60 milyon əhalinin içərisindən 8 ağıllı nazir və 50 vicdanlı qubernator yığmaq mümkün deyilsə, ölkədə intizam və rifah mövcud ola bilərmi?

Nikolay Qreç, ХІХ əsr, Rusiya
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Hakimiyyətin və dövlətin mökhəmliyi bir vacib faktordan asılıdır - insanların hakimiyyət orqanlarına inamı. Əgər insanlar onun korrupsiyalaşdığını görürsə, o zaman bu inam itir. Bu isə çox təhlükəlidir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Rüşvətxorluğa görə məsuliyyət alınan məbləğin həcmindən asılı deyil. Çünki bu halda qayda-qanuna qəsd təhlükəsi yaranır və ictimai təhlükə hakimiyyətin və idarəçiliyin nüfuzunu aşağı salır
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Azərbaycanda korrupsiya - yalnız rüşvətxor məmur demək deyil, bu həm də əhalinin rüşvət verməyə maraqlı olmasıdır. Vətəndaşlarımızı öz problemlərini yerindəcə rüşvətlə həll etmək o qədər də narahat etmir
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Məhəmməd peyğəmbər rüşvətin böyük günah olduğunu bildirib: “Heç vaxt rüşvət almayın. Mən heç birinizi Qiyamət Günündə boynunuzda mələyən qoyun və ya kişnəyən at daşıdığını görmək istəmirəm. O insan mənə müraciət edəcək: ey Allahın elçisi mənim yerimə Allah qarşısında zamin ol! Və mən ona cavab verəcəm: Mən sənə kömək edə bilmərəm. Çünki mən Allahın hökmünü sənə çatdırmışdım”.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiya həyatımızın dərin qatlarınadək elə daxil olub ki, Azərbaycanın təhlükəsizliyini bu gün ağır zərbə altına qoyur. Lakin onu aradan qaldırmaq olar və bunu etmək vacibdir. Bu məqsədlə dövlət cinayət təqibindən tutmuş KİV vasitəsilə korrupsioner məmurların ifşa olunmasına qədər bütün vasitələrdən istifadə etməlidir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsiya iqtisadi inkişafı sarsıdır, demokratik institutları və qanunun alilik prinsipini zəiflədir, ictimai intizamı pozur, cəmiyyətin inamını məhv edir. Bu yolla mütəşəkkil cinayətin, terrorizmin və insan təhlükəsizliyini digər təhlükə altına qoyaraq çiçəkləməyə imkan yaradır.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
“Rəsmi şəxslər, siyasətçilər və məhkəmə sisteminin işçiləri korrupsiya kimi çirkin işlərlə məşğul olanda demokratiya təhlükə altına düşür. Nazirlər, parlament üzvləri və ictimai xadimlər korrupsiya ilə məşğul olduğuna görə məhkəməyə gətirməklə biz vətəndaşların demokratik institutlara və qanunun qüvvəsinə inamını artırmış olarıq”.

Avropa Şurasının baş katibi Terri Devis
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Siyasi islahatların iqtisadi islahatlardan geri qalması məmurlara dövlət əmlakı və təbii ehtiyatları ictimai nəzarətdən gizlətməyə imkan verir.
--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------
Digər ölkələrin təcrübəsi göstərir ki, korrupsiya siyasi rəqabətin və müstəqil KİV-in, hakimiyyət orqanlarında şəffaflığın, vətəndaş cəmiyyətinin mövcud olduğu yerlərdə aşağıdır. Bizdə isə siyasi rəqabət yaranmır, məmurlar istədikləri kimi tenderl
Oxunub:1696 dəfə | Tarix: 24-06-2008, 14:34 | Kateqoriya: Azforizmlər Ətraflı...