Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    May 2015    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz

   Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Milli maraqlar, Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür. Eyni zamanda, ölkəmizdə ictimai proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda vətəndaş cəmiyyəti tam formalaşıb.

Azərbaycanda daxili sabitlik qorunur, bütün azadlıqlar təmin edilir. Gələcəkdə Azərbaycanda demokratiyanın inkişafı prosesi daha da sürətlə gedəcək. Hüquqi dövlət quruculuğu prosesi də uğurla gedir. Bütün azadlıqlar bundan sonra da təmin ediləcək. Biz möhkəm demokratik əsaslar qururuq ki, ölkəmizin inkişafı dayanıqlı və uzunmüddətli olsun.

Oxunub:1065 dəfə | Tarix: 28-05-2015, 17:35 | Kateqoriya: --- Ətraflı...

Bir adam da məsuliyyətdən qaça bilməz, xüsusilə dövlət məmuru.

  Binəqədi rayonunun ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər həlak olmuş, onlarla insan yaralanmışdır.Həlak olanların ailələrinə, onların yaxınlarına, qohumlarına bir daha başsağlığı verirəm. 

   Hadisə ilə bağlı mənim Sərəncamımla Dövlət Komissiyası yaradılmışdır.
Komissiya bütün m
əsələləri araşdırıb rəy verməlidir. İlk növbədə, yanğının nəticələri araşdırılmalıdır. Hüquq mühafizə orqanlarına göstəriş verilmişdir. Onlar bu işlərlə məşğuldurlar. Dünən cinayət işi açılmışdır. Cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunmalıdırlar.Binanın təmiri ilə məşğul olan şirkətin rəhbərləri saxlanılıb və məsələ ciddi araşdırılmalıdır.
   Bu, birinci hadis
ə deyil. Bundan bir qədər əvvəl Xətai rayonunda da oxşar hadisə baş vermişdir. Xoşbəxtlikdən orada heç kim həlak olmamışdır.

Oxunub:1134 dəfə | Tarix: 25-05-2015, 10:13 | Kateqoriya: --- Ətraflı...

Hakimiyyət offşor zonalardakı pulları geri qaytarır

   Azərbaycanda offşor zonalardan kapitalın geri qaytarılmasını nizamlayan (deoffşorizasiya) qanun layihəsi hazırlanır.

Bu barədə məlumatı fineco.az agentliyi yayıb. Məlumatda deyilir ki, artıq maliyyə offşorlarında yerləşdirilmiş kapitala aministiya verilməsinin hüquqi əsasları işlənib hazırlanır.

Hələlik təfərrüatlar məlum olmasa da hakimiyyətin offşor zonalardan pulların geri qaytarılmasına imkan yaradan qanun layihəsi üzərində işləməsi ciddi iqtisadi hadisədir.

Belə ki, son illər dünyada müşahidə edilən offşorlaşma kampaniayasından Azərbaycan da kənarda qalmayıb. Dünyanın vergi cənnətləri kimi tanınan offşor zonalara Azərbaycanda da milyardlarla dollar kapital axıb. Oliqarxlar bizneslərini offşor zonalarda qeydiyyatdan keçiriblər və beləliklə vergidən azaddırlar.

 

 

Oxunub:1059 dəfə | Tarix: 25-05-2015, 10:10 | Kateqoriya: Xəbərlər Ətraflı...

ADU-da QHT nümayəndələri imtahanı izləyiblər

   Mayın 18-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun bu ilin 6 aprel tarixində imzaladığı 32 saylı əmrinə əsasən imtahanların açıq və şəffaf keçirilməsini təmin etmək məqsədi ilə tələbələrin valideynləri, o cümlədən ADU-nun İctimaiyyətlə Əlaqələr Departamentinin universitetə dəvəti çərçivəsində QHT üzvləri, ictimai təşkilat nümayəndələri universitetdə imtahanların gedişini izləyiblər. İzləmə prosesində Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Korrupsiyaya Qarşı Mübarizə şəbəkəsinin üzvü Əhməd Abbasbəyli, Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov iştirak edirdi.

 

Oxunub:1072 dəfə | Tarix: 19-05-2015, 11:08 | Kateqoriya: --- Ətraflı...

Azərbaycanda korrupsiyanın vəziyyəti

    Bu gün “Beynəlxalq Şəffaflıq” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” korrupsiyaya qarşı mübarizə ictimai birliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) layihəsi çərçivəsində hazırlanmış “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) 2014-cü il üzrə icra vəziyyətinin monitorinqinə dair hesabatı təqdim edib. Bununla bağlı keçirilən tədbirdə çıxış edən təşkilatın icraçı direktoru Rəna Səfərəliyeva deyib ki, layihənin icrasında məqsəd korrupsiya ilə mübarizə sahəsində aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının rolunu gücləndirmək, Azərbaycan hökumətinin korrupsiya ilə mübarizə strategiyası və Açıq hökumət Tərəfdaşlığı üzrə öhdəliklərinin icrası yardım göstərməkdir.

 

 

 

Oxunub:1020 dəfə | Tarix: 19-05-2015, 10:58 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Onlar cəzasını çəkəcək...”- Həbslərlə bağlı daha bir sərt reaksiya

   “Verilən kreditlərin geri qaytarılmaması Azərbaycan üçün ən böyük bəladır. Hökumət bunun qarşısını almaq, ayrı-ayrı iş adamlarında qalan vəsaitlərin geri alınması üçün sərt tədbirlərə əl atmalıydı, atdı da”. 

"Qafqazinfo" xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Milli Məclisin İqtisadi-Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyib. 

O bildirib ki, həbslər hələ davam edəcək: “Kredit borcları həddindən artıq çoxalmışdı. Banka borclar çoxdur, ona görə də belə proseslər gedir. Bu gözlənilən idi. Çünki kredit borcları haradasa, 1 milyardı ötmüşdü. Biz dəfələrlə Milli Məclisdə kredit faizlərinin yüksək olması, kreditlərin qaytarılmaması məsələlərinə toxunurduq. Qərar qəbul olunub müəyyən yoxlamalar keçirilir. Kim dövlətin qanun- qaydasını pozubsa cəzasını çəkəcək. Burada qeyri-adi bir şey yoxdur. Mənə elə gəlir ki, hələ bir müddət bu həbslər davam edəcək, qanunları pozan xeyli iş adamları cəzalanacaq”. 

Oxunub:1032 dəfə | Tarix: 19-05-2015, 10:54 | Kateqoriya: Xəbərlər Ətraflı...

Deputat “həbslər davam edəcək” deyir

    “Həbs olunanlar o pullara özləri üçün bağ, ev, obyekt alıb...” Deputat Çingiz Qənizadə qafqazinfo.az-a açıqlamasında son günlər ölkədə baş verən həbslərə münasibət bildirərkən belə deyib. Bildirib ki, bir neçə iş adamının, eyni zamanda Dövlət Bayraq Meydanının sabiq rəisinin həbs olunması və banklarda baş verən problemlər onları ciddi düşündürür: “Bu, gözlənilən idi, çünki müəyyən insanlar dövlətdən və banklardan külli miqdarda kredit adı ilə pullar götürərək onları təyinatı üzrə xərcləməyiblər. Onlar hətta kreditlərin vaxtında geri qaytarılması üçün görülən tədbirlərə reaksiya verməyiblər və beləliklə, həm banklarda pul qıtlığı yaranıb, həm də problemli kreditlərin həcmi artıb. Təəssüf hissi ilə qeyd edirəm ki, onların arasında cəmiyyətdə tanınan, böyük layihələrin sahibi olduğunu qeyd edən, bəzən də öz hərəkətləri ilə başqalarında ikrah hissi oyadanlar da var.

Oxunub:858 dəfə | Tarix: 19-05-2015, 10:42 | Kateqoriya: Xəbərlər Ətraflı...

Prezidentdən gələn qəti tapşırıq var: həddini aşanları cəzalandırmaq!

 

  Beynəlxalq Bank işi” bir sıra vəzifəli məmurların gizlətdiyi biznesini, onlara bağlı şirkətləri və iş adamlarını ortaya çıxarıb

 

İş adamlarının həbsi ölkə gündəminin əsas mövzularını arxa plana keçirib. Bu həbslərin Beynəlxalq Banka kredit borcuna görə aparıldığı iddia olunur, amma hüquq-mühafizə orqanları hələ ki rəsmi məlumat yaymağa tələsmir. Həbslərin məhz dövlət bankına kredit borcuna görə aparılmasını iş adamları barədə yalnız məhkəmənin qərarı-dələduzluq maddəsi təsdiqləyir.
Xəbərlərə görə, banka borcu olanların bəziləri həbsdən yalnız bir şərtlə qurtula biliblər: borclarını son qəpiyinədək qaytarmaqla. Məntiqlə ədalətli qərardır. Dövlətin pulunu (Beynəlxalq Bankın səhmləri dövlətə aiddir) qaytar, azadlığını qoru.



 

Oxunub:859 dəfə | Tarix: 19-05-2015, 10:12 | Kateqoriya: --- Ətraflı...

Şəffaflıq Azərbaycan Təşkilatı korrupsiya hallarını ifşa edən şəxslərin qorunması ilə bağlı dəyirmi masa keçirib

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Avropa İttifaqının maliyyələşdirdiyi “Milli Şəffaflıq Sisteminin Qiymətləndirilməsi” regional layihəsi çərçivəsində hazırladığı «Korrupsiya hallarını ifşa edən şəxslərin qorunması haqqında» konsepsiya sənədinin ictimai müzakirəsi ilə bağlı dəyirmi masa keçirib.

Gəlinən əsas qənaətə görə Azərbaycanda korrupsiyanı ifşa edən şəxslər əsasən məişət korrupsiyasını ifşa edən sahibkar və vətəndaşlar, eləcə də maliyyə fırıldaqlarını ifşa edən kiçik dövlət məmurları, eləcə də dövlət büdcəsi ilə çalışan işçilərdir. Bütun bunları nəzərə alaraq, «Şəffaflıq Azərbaycan» Təşkilatı dövlət və özəl sektorda korrupsiya hallarını ifşa edən şəxsləri qorumaq, eləcə də stimullaşdırmaq üçün yeni qanunun qəbul olunmasını vacib sayır.
Dəyirmi masada çıxış edən «Şəffaflıq Azərbaycan» Təşkilatının İcraçı Direktoru Rəna Səfərliyeva qeyd edib ki, Azərbaycan hökuməti korrupsiya hallarını ifşa edən şəxslərin qorunması ilə bağlı qanun layihəsinin hazırlanması ilə bağlı 2012-2015 Korrupsiyaya qarşı Milli Fəaliyyət Planı çərçivəsində öhdəlik götürmüşdür.

Oxunub:1053 dəfə | Tarix: 4-05-2015, 11:56 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının monitorinqinin nəticələri açıqlanıb

 “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015ci illər üçün Milli Fəaliyyət Planı”nın (MFP) monitorinqinin nəticələrinin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində fond tərəfindən MFP-nın monitorinqi ilə bağlı artıq ikinci hesabat təqdim olunur. O deyib ki, monitorinq zamanı məlum olub ki, MFP-da nəzərdə tutulan korrupsiya əleyhinə tədbirlərin 2 il 4 ay ərzində orta icra göstəricisi 71.47 faiz olub: “2012-2013-cü illərin sentyabr aylarını əhatə edən dövr üçün bu göstərici 34 faiz təşkil edib. Azərbaycanda ilk dəfə olaraq MFP-nın tam monitorinqi keçirilib. Bu layihə növbəti ildə də davam edəcək. Biz monitorinq zamanı fəaliyyət planı üzrə ayrı-ayrı icra orqanlarının nümayəndələri ilə görüşdük, fikir mübadiləsi apardıq. Monitorinq prosesi göstərdi ki, dövlət orqanları MFP ilə üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istiqamətində dinamika nümayiş etdiriblər”.

Oxunub:328 dəfə | Tarix: 4-05-2015, 11:50 | Kateqoriya: Xəbərlər Ətraflı...