Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Mart 2015    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Azərbaycan gücləndikcə bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır.

    Biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Əsrlər boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşamışdır. Ancaq öz milli xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir. İlk növbədə, biz milli dəyərlərimizi, bayramlarımızı, ədəbiyyatımızı, incəsənətimizi, doğma ana dilimizi, xalq kimi özümüzü qoruya bilmişik. Bugünkü dövr əgər bizim bütün tariximizi nəzərə alsaq, ən sürətli inkişaf dövrüdür. Biz bundan sonra da müstəqil həyatımızı təmin edəcəyik. Xalqımızın rahat yaşamasını təmin edəcəyik. Ancaq o da təbiidir ki, Azərbaycan gücləndikcə bizə təzyiqlər də artır. Bizim müstəqil siyasətimiz heç də hamıya xoş gəlmir. Belə olan halda bizə qarşı təzyiqlər də artır və təzyiq mexanizmləri də işə salınır. Bunun nəticəsidir ki, bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Biz buna hazırıq. Bu kampaniya əslində heç vaxt dayanmamışdır. Sadəcə olaraq önəmli beynəlxalq tədbirlər ərəfəsində bu kampaniya daha da eybəcər formalar alır. 

Oxunub:314 dəfə | Tarix: 20-03-2015, 22:46 | Kateqoriya: --- Ətraflı...

Putindən sərt xəbərdarlıq -pullarınız bata bilər

    Qərbin Rusiyaya qarşı sanksiyaları fonunda rusiyalı milyonçular və nüfuzlu iş adamları ilə görüşən Rusiya prezidenti Vladimir Putin, onları xaricdəki kapitallarını Rusiyaya qaytarmağa çağırıb. Putin ölkə xaricində saxlanılan pul vəsaitlərinin nə vaxtsa dondurula biləcəyini xəbərdar edib. Qeyd edək ki, bir müddət əvvəl Rusiyada kapitalın leqallaşdırılması, orta və kiçik biznesdə də dövriyyə edən vəsaitlərin şəffaflaşdırılması ilə bağlı təşəbbüslər başlamışdı. V.Putin iri biznesmenlərə xaricdəki pullarını ölkəyə gətirərək, leqallaşdırmağı və yerli banklarda yatırtmağı tövsiyə etmişdi. Yenə də həmin təklifi səsləndirən Putin oliqarxlara Qərbin sanksiyalarının onlara da təsir edə biləcəyi barədə xəbərdarlıq edib. Bzines dairələri isə Mərkəzi Bankın uçot stavkasından şikayətlənərək, ona yenidənb baxılacağı təqdirdə, xaricdəki pulların ölkəyə gətirilməsini mümkün hesab edirlər. V.Putin isə bu təkliflərə özünəməxsus şəkildə reaksiya verib: "Vətən gözləyər, ancaq xaricilər gözləmirlər. Hər an pullarınız dondurula bilər". 

Oxunub:180 dəfə | Tarix: 20-03-2015, 22:40 | Kateqoriya: Xəbərlər Ətraflı...

Binəqədinin icra başçısına şok ittihamlar - Rayonda rüşvət və korrupsiya “fontan” vurur

      Binəqədinin icra başçısı Xaləddin İsgəndərov rayonun tikinti və digər sahələr üzrə məsul olan məmurlarını səlahiyyətlərindən rəsmən təcrid edib.İcra başçısı hətta təsərrüfat şöbəsinin (memar) müdiri başda olmaqla, İcra Hakimiyyətinin bütün məsul vəzifə sahiblərinə hələ təyinatının ilk həftəsində xəbərdarlıq edib: «İcra başçısı toplantı keçirərək, tabeliyindəki hər kəsə «Hamı rəsmi öz işi ilə məşğul olsun. Və onu da bilin ki, əvvəlki kimi heç kim tikinti işlərinə müdaxilə edə bilməyəcək. Bu haqda 1-ci müavinim və təsərrüfat şöbəsinin müdirinə lazımı tapşırıq verilib. Əgər kiminsə tikinti işlərinə müdaxilə etməsi, kiminləsə sövdələşməsi xəbəri ortaya çıxarsa, o, vəzifəsini itirəcək. Və ən maraqlı proseslərdə bundan sonra başlayıb. Hər şeyi bir neçə ay əvvəl vəzifəsindən müəmmalı şəkildə qovulan 1-ci müavin Qəzənfər Novruzova həvalə edən icra başçısı sonradan yanıldığını fərq etdi. 

Oxunub:197 dəfə | Tarix: 18-03-2015, 14:53 | Kateqoriya: Xəbərlər Ətraflı...

Braziliyada korrupsiya qalmaqalı

    Braziliyada hakim “Fəhlə partiya”sının xəzinədarı Juan Vassari korrupsiyada ittiham olunur.J.Vassari rüşvət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılmasında təqsirli bilinir. Cinayət işində Braziliyanın neftçıxarma sənayesinin nəhəngi “Petrobas” şirkətinin adının da hallandırıldığı bildirilir. Xatırladaq ki, martın 16-da Braziliyada hökumətin yeritdiyi siyasətə qarşı təşkil edilmiş etiraz aksiyalarında bir milyon insan iştirak edib.

Oxunub:209 dəfə | Tarix: 18-03-2015, 14:46 | Kateqoriya: Xəbərlər Ətraflı...

Universitetdəki korrupsiya işi məhkəməyə göndərildi

    Gəncə Dövlət Universitetinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.İstintaq zamanı Vaqif Rəhimovun qeyd edilən universitetin Ekologiya və Təbiəti Mühafizə kafedrasının müdiri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə Bakı şəhəri və Ağdaş rayon sakinlərinin övladlarını ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul etdirmək adı altında etibardan sui-istifadə etmə və aldatma yolu ilə cəmi 65 min manat məbləğində özgə əmlakını ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəllənin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub. 

Oxunub:183 dəfə | Tarix: 18-03-2015, 14:26 | Kateqoriya: Xəbərlər Ətraflı...

Salyanın icra başçısı uşaq bağçanını sökdürərək, yerində özünə villa tikdirib

    Son zamanlarda Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov yenidən mətbuatın diqqət mərkəzinə düşüb. İcra başçısının fəaliyyəti, bu rayonda sahibkarların incidilməsi, dövlət büdcəsindən ayrılan xərclərin qeyri-şəffaf xərclənməsi, inzibati binaların özəlləşdirib, ələ keçirilməsi haqda saysız-hesabsız məqalələr dərc olunub. Amma görünən odur ki, heç bir dəyişiklik yoxdur. "İcra başçısı rayonun bir neçə yerini zəbt edib, özü üçün biznes qurub" - bunu musavat.com-un bir neçə gün əvvəl Salyan rayonununa ezam olunmuş müxbirinə yerli sakinlər deyiblər. Belə ki, bu zamana qədər redaksiyamıza Salyan rayonundan yetərincə şikayətlər daxil olub. Sakinlər öz şikayətlərində İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun özü üçün ideal şərait yaratdığını, rayonun isə bərbad halda olduğunu deyirlər. Məsələ ilə bağlı Salyan rayonuna ezam olunmuş müxbirimiz kiçik araşdırma aparıb. Məlum olub ki, sakinlərin dediklərində həqiqətlər var. İcra başçısı rayonun mədəniyyətinə öz “töhfə”sini verərək, Mədəniyyət Evini sökdürüb. Onun yerində isə İcra Hakimiyyətinə yeni bina tikdirib. Bunun üçün isə 5 milyon manata yaxın maliyyə vəsaiti xərclənilib. Binanın qarşısında olan parkı abadlaşdırıb. YAP-nın binasını da təmir etdirərək, müasir görünüş yaradıb.

Oxunub:170 dəfə | Tarix: 14-03-2015, 18:59 | Kateqoriya: Xəbərlər Ətraflı...

Rüşvət verirsinizmi? - VİDEOSORĞU

Azərbaycan cəmiyyətinin ən böyük bəlası və ölkəni inkişafdan saxlayan başlıca amil heç şübhəsiz ki, rüşvət və korrpusiyadır. İllərdir ki, ölkədə rüşvətxorluq əleyhinə ictimai kompaniya aparılır və hökumət korrupsiya ilə mübarizə edir. Ancaq ən yüksək səviyyədə təsdiq olunub ki, Azərbaycanda hələ də rüşvət var. Aşağılardan tutmuş yuxarılara qədər çox az adam tapılar ki, ömründə bir dəfə də olsun, rüşvət verməsin və ya rüşvət almasın. Bəs, görəsən sadə insanlar rüşvətxorluğun inkişafında nə dərəcədə “rol oynayırlar”? Musavat.com bu suallara cavab tapmaq üçün şəhər sakinlərə arasında sorğu keçirib. “Rüşvət verirsinizmi” sualına sadə vətəndaşların cavabları kifayət qədər maraqlı olub. Rəyi soruşulanların əksəriyyəti rüşvət və “şirinlik” kimi qeyri-qanuni yollara əl atdığını etiraf edib. Bu barədə daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

 

Oxunub:311 dəfə | Tarix: 13-03-2015, 21:02 | Kateqoriya: --- Ətraflı...

İlham Əliyev iqtisadi sektorda inqilaba başlayır

     Hakimiyyət iqtisadi sektorda ciddi dəyişikliyə başlayacaq. Proseslərə olimpiya oyunlarından dərhal sonra start veriləcək. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. Mənbə bildirir ki, iyulda korrupsiyanın ən çox tüğyan etdiyi gömrük sisteminin şəffaflaşdırılmasına başlanılacaq: “Gömrük yüklərinin rəsmiləşdirilməsi ASAN Xidmətə veriləcək, idxal monopoliyası aradan qalxacaq. Bu amil həm də büdcə gəlirlərinin ən azı 3-4 milyard manat artmasına səbəb olacaq. Çünki gömrükdəki indiki qeyri-şəffaf mühit büdcə daxil olmlarını azaldır – yüklərin bir qismi qeydiyyatsız ölkəyə daxil olur ”. Mənbə bildirir ki, bunun ardınca nazirliklərin statuslarına yenidən baxılması, bəzilərinin ləğv edilməsi, bəzilərinin isə yenidən qurulması nəzərdə tutulur. Eyni zamanda mərkəzi və yerli icra hakimiyyəti strukturlarında ciddi ixtisarlar gözlənilir. Neft gəlirlərinin kəskin azalması fonunda bu tədbirlər qaçılmazdır. 

Oxunub:190 dəfə | Tarix: 13-03-2015, 20:54 | Kateqoriya: Xəbərlər Ətraflı...

Məktəblərdə qanunsuz ştatlar aşkarlandı -YOXLAMA

    Normadan artıq saxlanılmış 702,5 ştat vahidi ləğv edilib Maliyyə Nazirliyi təhsil sahəsində bir sıra qanun pozuntuları aşkarlayıb. NazirlikdənLent.az-a verilən məlumata görə, nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparlan yoxlama zamanı mövcud qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 52 sinif komplekti və məktəbdənkənar müəssisələrdə təşkil olunmuş 140 dərnək və qrup, normadan artıq saxlanılmış 702,5 ştat vahidi ləğv edilib. Həmçinin normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb. Evdə təhsilə cəlb edilmiş şagirdlərin yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 73 nəfər azaldılıb. 

Oxunub:190 dəfə | Tarix: 13-03-2015, 20:50 | Kateqoriya: Xəbərlər Ətraflı...

914 vəzifəli şəxs cəzalandırıldı - AZƏRBAYCANDA

    Maliyyə Nazirliyi bir sıra dövlət qurumlarında yoxlama aparıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, ötən il ərzində (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər (kəndlər və qəsəbələr) üzrə ərazi nümayəndəliklərinə, mənzil kommunal təsərrüfatı qurumlarına, həmçinin, 14 təhsil, 7 tibb, 1 mədəniyyət, 2 meliorasiya müəssisəsinə və 2 diplomatik nümayəndəliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, habelə Maliyyə Nazirliyinin 5 yerli maliyyə orqanının yerli gəlir və xərclərin tərtibi və icrası üzrə işləri yoxlanılıb. Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına və aidiyyəti nazirliklərə məktublar göndərilib. 

Oxunub:183 dəfə | Tarix: 13-03-2015, 20:43 | Kateqoriya: Xəbərlər Ətraflı...