Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Fevral 2015    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Təhsil şöbəsinə rəhbərlik edən Şəfahət Yusifov ayrı-ayrı şəxslərə faizə pul verir

    Yeni təhsil naziri Mikayıl Cabbarovun vədlərinə baxmayaraq təhsilin səviyyəsində nəinki gözlənilən irəliləyişlər müşahidə olunmur, əksinə bir çox bölgələrdə bu səviyyə getdikcə daha da aşağı düşür. İşğal altında olan rayonlarımızın təhsilində isə korrupsiya faktları hədsiz dərəcədə çoxdur. Təhsil Nazirliyinin rəhbərliyi isə islahatların reallaşmasını əngəlləyən səbəbləri aradan qaldırmaqda acizlik nümayiş etdirir. Bu səbəblər isə ilk növbədə təhsil sisteminin bütün strukturlarında yaşanmaqda olan ciddi kadr problemləri ilə bağlıdır. Xüsusilə respublkanın rayon və bölgələrində fəaliyyət göstərən əksər təhsil şöbə və idarələrinin işi bu günümüzün tələblərinə qətiyyən cavab vermir. Bu idarələrdə hökm sürən özbaşınalıq, rəhbərliyin tətbiq etdiyi avtoritar idarə üsulu və səriştəsizliyi bütün yeniliklərin və inkişafa aparacaq başlanğıcların beşiyindəcə boğulmasına səbəb olur. Demokratiya.info-ya daxil olan çoxsaylı məlumatlarda isə korrupsiyaya uğramış təhsil şöbələrindən biri kimi Xocavənd RTŞ-nin adı çəkilir.

Oxunub:183 dəfə | Tarix: 23-02-2015, 21:37 | Kateqoriya: Xəbərlər Ətraflı...

Hansı dövlət qurumları FİN-ə uyğunlaşmayıb?

     Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura dövlət qurumlarında əhaliyə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi, genişləndirilməsi və şəffaflığın artırılması məqsədilə monitorinqə başlayıb.Monitorinq prosesində əsasən dövlət qurumlarında formalaşan informasiya sistemlərinin Fərdi indentifikasiya nömrəsinə (FİN) inteqrasiyası məsələsi araşdırılacaq. Qeyd edək ki, ölkə başçısının müvafiq Fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına görə dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin Rabitə və Yüksək Texnologiyalar nazirliyi tərəfindən dövlətqeydiyyatı (reyestri) aparılmalıdır. Həmçinin bütün Mərkəzi icra orqanları öz tabeliklərində olan infromasiya sistemlərində Fərdi indentifikasiya nömrələrini tətbiq etməlidirlər. 

Oxunub:256 dəfə | Tarix: 15-02-2015, 16:47 | Kateqoriya: --- Ətraflı...

Baş prokuror Şamaxı şəhərində vətəndaşları qəbul etmişdir

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Baş prokuror Zakir Qaralov fevralın 13-də Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Kürdəmir və Göyçayrayonlarından olan vətəndaşları qəbul etmişdir. Qəbuldan əvvəl Baş prokuror və Şamaxı rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişlər. Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 78 vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir.

Oxunub:215 dəfə | Tarix: 13-02-2015, 18:16 | Kateqoriya: Xəbərlər Ətraflı...

Astarada rüşvətxor direktor həbs edildi

      Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, respublikada təhsilin inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlə mübarizə istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir. Astara Pedaqoji Kollecinin tələbəsinin həmin kollecin vəzifəli şəxslərinin ondan rüşvət tələb etməsi barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Kollecin direktoru Əlihəsən Həmzəyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin kollecin vəzifəli şəxslərinə tələbələrdən semestr imtahanlarında müsbət qiymət yazılması üçün konkret məbləğlərdə pul alınması barədə göstərişlər verməsində, rüşvət istəməsində və almasında əsaslı şübhələr olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq materiallar əldə edilib. Faktla bağlı cinayət işi başlanıb və həyata keçirilmiş istintaq tədbirləri ilə Ə.Həmzəyevin kollecin bədən tərbiyəsi və idman şöbəsinin müdiri Aqil Veysəlov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2014-2015-ci tədris ilinin qış imtahan sessiyası zamanı ayrı-ayrı tələbələrdən alınmış ümumilikdə 8 min 200 manat məbləğində pulu xidməti otağında rüşvət kimi almasında,

Oxunub:226 dəfə | Tarix: 13-02-2015, 18:05 | Kateqoriya: Xəbərlər Ətraflı...

Aydın Hüseynov: “Korrupsiya ilə mübarizə effekt verir” AÇIQLAMA

     “Korrupsiya ilə mübarizə artıq dövlət səviyyəsində həyata keçirilir. Cənab prezident İlham Əliyev korrupsiya ilə bağlı öz fikirlərini qətiyyətlə bildirib”. Bu sözləri YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib. Onun sözlərinə görə, korrupsiya ilə mübarizə ilə bağlı dövlət tərəfindən kifayət qədər işlər görülüb. ASAN xidmətin yaradılması korrupsiya ilə mübarizənin bariz nümunəsidir: “İlk növbədə mübarizənin aparılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu yük ilk növbədə vətəndaşların, cəmiyyətin üzərinə düşür. Digər tərəfdən artıq dövlət bununla əlaqədar olaraq çox böyük işlər həyata keçirib. Belə ki, qanunvericilik bazası daha da təkmilləşdirilir. Korrupsiyaya yol açacaq addımlar qanun çərçivəsində elə tənzimlənir ki, bu hallar baş verməsin. Yəni korrupsiyaya qarşı addımlar başlanğıcından aradan qaldırılmağa çalışılır. İlk növbədə hökumətin korrupsiyaya qarşı həyata keçirdiyi ən gözəl tədbirlərdən biri ASAN xidmət sisteminin yaradılmasıdır. Eyni zamanda maliyyə, vergi, gömrük və digər sahələrdə bununla bağlı böyük işlər görülüb. 

Oxunub:204 dəfə | Tarix: 13-02-2015, 18:00 | Kateqoriya: --- Ətraflı...

Səhiyyə Nazirliyinin işçisi rüşvət alarkən həbs olunub

      Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Saatlı rayon şöbəsinin ekspertinin qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. Həmin müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq hərəkətləri nəticəsində birliyin Saatlı rayon şöbəsinin müdiri - eksperti Tahir Mehdiyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar rayon sakininin avtonəqliyyat qəzası zamanı ağır dərəcəli bədən xəsarəti almış övladı barəsində tibbi arayışın və hadisə zamanı aldığı xəsarətlə əlaqədar obyektiv rəyin verilməsi müqabilində özü üçün əvvəl 300 manat tələb etdiyi, 

Oxunub:214 dəfə | Tarix: 13-02-2015, 17:52 | Kateqoriya: Xəbərlər Ətraflı...

Hərbi-həkim Komissiyasının sədri rüşvət alarkən həbs edildi - Azərbaycanda

    Sabirabad rayon Hərbi-həkim Komissiyasının sədri rüşvət alarkən həbs edilib Həbs edilən şəxs həmçinin Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavinidir Baş Prokurorluq Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavininin həbs edilməsi ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Sabirabad rayon sakininin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin Hərbi-həkim Komissiyasının sədrinin ondan rüşvət tələb etməsinə dair müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xidmətin Sabirabad rayon şöbəsinin Hərbi-həkim komissiyasının sədri, Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Rail Musayev xidməti vəzifəsinin icrası ilə əlaqədar rayon sakininin övladının hərbi xidmətə yararsız hesab olunmasına dair müvafiq tibbi sənədlərin rəsmiləşdirilməsi müqabilində özü üçün tələb etdiyi 500 manat məbləğində pulun 200 manatını 3 fevral 2015-ci il tarixdə xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Oxunub:180 dəfə | Tarix: 5-02-2015, 10:59 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda baş həkimin müavini rüşvət alarkən həbs olunub

    Sabirabad rayon sakininin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin Hərbi-həkim komissiyasının sədrinin ondan rüşvət tələb etməsinə dair müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xidmətin Sabirabad rayon şöbəsinin Hərbi-həkim komissiyasının sədri, Sabirabad rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Rail Musayev xidməti vəzifəsinin icrası ilə əlaqədar rayon sakininin övladının hərbi xidmətə yararsız hesab olunmasına dair müvafiq tibbi sənədlərin rəsmiləşdirilməsi müqabilində özü üçün tələb etdiyi 500 manat məbləğində pulun 200 manatını fevralın 3-də xidməti otağında rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Oxunub:185 dəfə | Tarix: 5-02-2015, 10:18 | Kateqoriya: Xəbərlər Ətraflı...

Cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir

      “Aqrolizinq” ASC-nin Ağstafa və Tovuz “Aqroservis” filiallarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır. İstintaq zamanı Musa Muradovun 2007-2014-cü illərdə cəmiyyətin Ağstafa və Tovuz filiallarının müdiri vəzifəsində işləyərkən qulluq mövqeyindən sui-istifadə etməklə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmə yolu ilə cəmiyyətə məxsus 50 min 458 manat dəyərində əmlakı mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. İstintaq zamanı vurulmuş ziyanın tam məbləğdə ödətdirilməsi təmin edilmişdir. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Oxunub:185 dəfə | Tarix: 5-02-2015, 10:05 | Kateqoriya: Xəbərlər Ətraflı...

ASC-nin Göygöl rayon filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir

      “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır. Araşdırmalar zamanı qeyd olunan ASC-nin Göygöl rayon filialının rəisi Aqil Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tanışı Akif Abbasov və digərləri vasitəsi ilə saxta sənədlər tərtib etməklə cəmiyyətə məxsus “Qonaq evi”nin 47.6 kvadrat metr sahəsini öz adına rəsmiləşdirməklə özgə əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Oxunub:181 dəfə | Tarix: 2-02-2015, 10:51 | Kateqoriya: Xəbərlər Ətraflı...