Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Dekabr 2014    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

SOCAR-da idarəetmə strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş ofisində yerli və xarici kütləvi informasiya vasitələri nümayəndələri üçün Şirkətin idarəetmə strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Konfransda KİV təmsilçiləri ilə yanaşı, bir çox qeyri-hökumət təşkilatlarının rəhbərləri və hüquq müdafiəçiləri də iştirak etmişlər. Şirkətin emal üzrə vitse-prezidenti David Məmmədov, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Hüquq İdarəsinin rəisi Eldar Orucov və müvafiq struktur bölmələrinin rəhbərləri SOCAR-da həyata keçirilən islahatlar haqqında iştirakçılara məlumat vermişlər.

Oxunub:214 dəfə | Tarix: 27-12-2014, 22:51 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyaya qarşı Mübarizə Fondu 54 saylı orta məktəbdə antikorrupsion dərsləri yekunlaşdırdı

     Korrupsiyaya qarşı Mübarizə Fondu 2014 cü il Lahiyə çərçivəsinə daxil olan orta məktəblərdə antikorrupsion dərsləri yekunlaşdırdı.Bugün 54 saylı orta məktəbdə son dərsdə kecirilən dərslərin müzakirəsi,şagirdlər arasında sorğu aparıldı.Şagirdlər fondun antikorrupsion dərslərinin onlar üçün əhəmiyyətli olduğu və bu sahədə onları məlumatlandırdığımız üçün bizə təşəkkürlərini bildirdilər,belə dərslərin daimi keçirilməsinin tədqirə layiq olduğunu dilə gətirdilər. Dərs sual cavab şəklində keçirildi.

Oxunub:271 dəfə | Tarix: 26-12-2014, 18:15 | Kateqoriya: --- Ətraflı...

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları regional seminarda iştirak etmişlər

    Batumi şəhərində Gürcüstan hökumətinin dəstəyi ilə, ATƏT katibliyi, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi və İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının Antikorrupsiya Şəbəkəsi tərəfindən təşkil edilmiş “Korrupsiyanın qarşısının alınması” mövzusunda regional seminar keçirilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının da qatıldığı tədbirdə

Oxunub:170 dəfə | Tarix: 25-12-2014, 13:50 | Kateqoriya: Xəbərlər Ətraflı...

Regional qaz idarəsi müdirinə şok korrupsiya ittihamı

    İdarə müdiri üç rəisin əmək haqqı kartını mənimsəyib; sahibkarlar dilə gəldi: “140 manat rüsum əvəzinə bizdən 1000-1500 manat aldırır” Salyanın Qarabağlı kəndini qışın ortasında qazsız qoyan rayon Qaz İdarəsinin müdiri Xəyyam Rzayev yenidən mətbuatın gündəminə gəlib. 2009-cu ildə bir mübahisə zəminində bütöv bir kəndin - Qarabağlının qazını kəsdirən müdir mətbuatın məsələyə diqqətindən sonra bir müddət işdən uzaqlaşdırılıb. İndi məlum olur ki, həmin vaxt uşaqlaşdırılma müvəqqəti xarakter daşıyıb. Üstəlik, X.Rzayevin vəzifəsini böyüdüblər. Onu yeni yaradılan Salyan Regional Qaz İdarəsinə müdir təyin ediblər. Rayonun Qarabağlı, Kərimbəyli, Qaraçala kəndlərindən 

Oxunub:176 dəfə | Tarix: 25-12-2014, 13:47 | Kateqoriya: Xəbərlər Ətraflı...

"Elə bilirsiz bunlardan xəbərim yoxdur?" - Video

İlham Əliyev prezident olaraq nümunə sayılan davranışlarından nəticə çıxarmayan məmurlara qarşı çox sərt reaksiyası ilə də fərqlənir. Prezident İlham Əliyevin doğum günü (24 dekabr) ərəfəsində cəmiyyətdə kifayət qədər böyük rezonans doğuran və ölkənin daxili siyasi yönümünü müəyyənləşdirən sərt çıxışlarından bir qismini təqdim edirik.

Korrupsiyaya qarşı Mübarizə Fondu Azerbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir və korrupsiyaya qarşı mübarizədə ona uğurlar arzulayır.

 

 

Axar.az

Oxunub:222 dəfə | Tarix: 24-12-2014, 10:53 | Kateqoriya: --- Ətraflı...

"Korrupsiya anlayışı və onun neqativ nəticələri" mövzusunda növbəti maarifləndirici dərs

    Korrupsiyaya qarşı Mübarizə Fondunun təşəbbüsü ilə keçirilən növbəti maarifləndirici dərs dekabrın 9-da Bakıdakı A.Şaiq adına 54 nömrəli tam orta məktəbdə oldu. Özünün artıq məktəbdə 2-ci dərsini reallaşdıran fondun budəfəki mövzusu "Korrupsiya anlayışı və onun neqativ nəticələri" adlanırdı. Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə təsadüf edən dərsdə məktəbin 9,10, 11-ci sinif şagirdləri iştirak edirdilər. Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov şagirdlər qarşısında çıxış edərək fondun həyata keçirdiyi layihə çərçivəsində təşkil olunan dərslər barədə məlumat ver

Oxunub:213 dəfə | Tarix: 22-12-2014, 13:40 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyaya qarşı Mübarizə Fondu növbəti antikorrupsion dərsini keçdi

    Bugün Korrupsiyaya qarşı Mübarizə Fondu 54 saylı orta məktəbdə növbəti 3-cü dərsini keçdi.Dərsin mövzusu "Qanunlar"  idi.Məzmunu isə şagirdləri korrupsiya haqqında, Azerbaycan Respublikası qanunvericiliyi barədə məlumatlandırmaq,"Rüşvət, hədiyyə, minnətdarlıq və sair"  in-izahatı haqqında maarifləndirmək oldu.Şagirdlərə öz hüquqlarını başa salmaq və tələb etmə yollarını öyrətmək,rastlaşdıqları hər hansı bir qeyri-qanuni fakt haqqında bizim qaynar xəttə məlumat göndərməyin vacib olduğu bildirildi.Dərs prosesi zamanı şagirdlər sırasında öz fəallığı ilə xüsusi fərqlənən 11-ci sinif şagirdi Gündüz Osmanlı oldu.O müzakirələrdə verdiyi suallar və fikirləri ilə çox fərqlənirdi.Dərsin sonunda şagirdlər cəmiyyətimiz üçün çox önəmli olan antikorrupsion dərsləri keçirməyin dəyərli olduğunu və belə maarifləndirmə dərslərin davamlı olaraq təşkil olunmasının onlar üçün vacib rol oynadığını bildirdilər.

Oxunub:215 dəfə | Tarix: 19-12-2014, 15:25 | Kateqoriya: --- Ətraflı...

Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir

    Şabran rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır. Araşdırmalar zamanı mərkəzin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mövcud qanunvericiliyin tələblərinə zidd olaraq sosial müavinətlərin təyinatı və ödənilməsi zamanı 94 min manat məbləğində dövlət vəsaitini israf etmələrində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədilməklə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.

Oxunub:287 dəfə | Tarix: 18-12-2014, 15:53 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir

    Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Amerika Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərində Dünya Bankının dəstəyi ilə Korrupsiyaya qarşı Mübarizə Aparan Təşkilatların Beynəlxalq Birliyinin (ICHA) 3-cü iclasında iştirak edib. Baş Prokurorluqdan musavat.com-a verilən məlumata görə, korrupsiyaya qarşı mübarizə aparan 130-dan çox ölkəni təmsil edən ixtisaslaşdırılmış qurumların və istintaq orqanlarının 300-ə yaxın yüksək vəzifəli şəxsləri, habelə beynəlxalq təşkilatların nümayəndələri və ekspertlərinin təmsil olunduğu tədbiri Dünya Bankının prezidenti Cim Yen Kim və Böyük Britaniya şahzadəsi Uilyam açaraq korrupsiya və rüşvətxorluğun bəşəriyyət üçün təhlükəyə çevrildiyini, insanları daha çox narahat edən bu sosial bəlaya qarşı birgə mübarizənin aparılmasının vacibliyini bildirib. İclasın korrupsiyaya qarşı mübarizədə hüquq mühafizə orqanlarının fəaliyyəti adlı sessiyasında çıxış edən K.Əliyev ölkə başçısının siyasi iradəsinə uyğun olaraq Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində aparılan qanunverici və institusional islahatlar, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq barədə tədbir iştirakçılarına ətraflı məlumat verməklə, Azərbaycanın Avropa 

Oxunub:214 dəfə | Tarix: 18-12-2014, 15:11 | Kateqoriya: --- Ətraflı...

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Riqada ixtisas artırma proqramında iştirak etmişdir

    Latviya Respublikasının Xarici İşlər Nazirliyinin və Korrupsiyanın Qarşısının alınması və Mübarizə Bürosunun (KNAB) dəstəyi ilə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistandan olan hüquqşünaslar üçün Riqa Ali Hüquq Məktəbində (Riga Graduate School of Law) ixtisasartırma kursları keçirilmişdir. Tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı şöbəsinin prokuroru Samir Mahmudov iştirak etmişdir. 12 həftə davam etmiş intensiv kurslar zamanı yerli və xarici mütəxəssislər tərəfindən Avropa İttifaqının hüquq sistemi və anti-korrupsiya siyasətinin xüsusiyyətlərinin öyrənilməsinə dair müvafiq təlimlər keçirilmişdir. Bununla yanaşı, kurs iştirakçıları program çərçivəsində Belçika, Lüksemburq, İsveç və Estoniyaya tədris səfərləri edərək, həmin ölkələrin hüquq ənənəsi, onların müsbət anti-korrupsiya təcrübəsi ilə yaxından tanış olmuşlar. .

Oxunub:173 dəfə | Tarix: 18-12-2014, 15:05 | Kateqoriya: Xəbərlər Ətraflı...