Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    İyun 2014    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Vəkilə qarşı 95 minlik rüşvət ittihamı

Vəkilə qarşı 95 minlik rüşvət ittihamı Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iyunun 28-də saxlanılan vəkil Əliabbas Rüstəmovun həbsi ilə bağlı rəsmi məlumat yayılıb. Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir:
Oxunub:360 dəfə | Tarix: 30-06-2014, 16:50 | Kateqoriya: Xəbərlər Ətraflı...

Özbəkistan gömrüyünün 100-ə yaxın işçisi həbs olunub

Özbəkistan gömrüyünün 100-ə yaxın işçisi həbs olunub Özbəkistanın Gömrük Komitəsinin 100-ə qədər işçisi həbs olunub. Onlar korrupsiyada ittiham olunur. Gömrük işçilərini Milli Təhlükəsizlik Xidməti həbs edib. Bunu uzmetronom.com saytı xəbər verib. Özbəkistan hakimiyyəti bu xəbəri şərh etmək istəməyib.
Oxunub:309 dəfə | Tarix: 30-06-2014, 16:44 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Onlar cəmiyyət üçün təhlükə yaradırlar”

“Onlar cəmiyyət üçün təhlükə yaradırlar” Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Prezident İlham Əliyevin çıxışı kifayət qədər sərt mesajlarla yadda qaldı. Ölkəmizə qarşı təxribatların nəticə verməyəcəyini bəyan edən dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi və Qərbin ikili standartlarından da söz açdı. Prezidentin verdiyi mesajlar və gələcək prosesləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə ilə müzakirə etdik.
Oxunub:342 dəfə | Tarix: 30-06-2014, 16:40 | Kateqoriya: Xəbərlər Ətraflı...

İsmət Abbasovdan ildə otuz milyonluq subsidiya "pripiskası"

İsmət Abbasovdan ildə otuz milyonluq subsidiya "pripiskası" Dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Prokurorluğun yaydığı məlumata görə, araşdırmalar zamanı İmişli rayonunun Aranlı və Qaragüvəndikli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və yerli bələdiyyələrin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə kənd sakinlərinin guya buğda əkmələri barədə bilə-bilə yalan məlumatlar daxil edildiyi məlum olub. Bununla onlar dövlət büdcəsindən ayrılan yardımın 447 min manatını mənimsəmə və israf edilməsində şübhəli bilinirlər.
Oxunub:336 dəfə | Tarix: 30-06-2014, 16:36 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə mövzusunda Dəyirmi Masa keçirilib

“Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə mövzusunda Dəyirmi Masa keçirilib Bu gün Multimedia Mərkəzi və Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın təşkilatçılığı ilə “Vətəndaşların e-xidmətlərdən istifadə səviyyəsi və e-xidmətlərə tələbat” mövzusunda Dəyirmi Masa keçirilib.

Oxunub:395 dəfə | Tarix: 27-06-2014, 17:51 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiya mirası ölkəmizin uğurlu inkişafına ciddi zərbə vurur

Korrupsiya mirası ölkəmizin uğurlu inkişafına ciddi zərbə vurur Korrupsiyaya qarşı mübarizə bizim prioritetimizdir. Hesab edirəm ki, Azərbaycanın bu sahədə nadir təcrübəsi vardır. Əfsuslar ki, bütün keçmiş sovet respublikalarında eyni problem yaşanır.
Korrupsiya mirası ölkəmizin uğurlu inkişafına ciddi zərbə vurur. Biz Azərbaycanda bir çox tədbirlər görürük, o cümlədən inzibati və təsisat islahatlarını həyata keçiririk ki, korrupsiyaya qarşı uğurla mübarizə aparaq. Onlardan biri bu yaxınlarda dövlət xidmətləri proqramının qəbul edilməsi oldu.
Oxunub:524 dəfə | Tarix: 27-06-2014, 14:40 | Kateqoriya: --- Ətraflı...

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış etmişdir

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış etmişdir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi salamlayan AŞPA-nın sədri xanım Ann BRASÖR dedi:
- Hörmətli Prezident.
Assambleyanın iclas zalına xoş gəlmisiniz. Bu zal Sizə çox tanış gəlir. Keçmişdə parlamentdə fəaliyyət göstərmisiniz, Assambleyanın üzvü və sədr müavinlərindən biri kimi burada olmusunuz. Həmçinin Strasburqa səfərlərinizi, məsələn, 2004-cü ildəki səfərinizi xatırlayırıq. Biz Azərbaycanın bu təşkilatın Nazirlər Komitəsində sədrlik etdiyi dövrdə Avropa Sarayında Sizi salamlamaqdan olduqca məmnunuq.
Oxunub:453 dəfə | Tarix: 27-06-2014, 14:33 | Kateqoriya: --- Ətraflı...

“Azərbaycan Şəffaflıq tərəfdaşlığı”

“Azərbaycan Şəffaflıq tərəfdaşlığı” “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə hükumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında qaz təchizatı sahəsində əldə edilmiş uğurları və problemləri müzakirə etmək məqsədilə dəyirmi masa təşkil edilib. SİA-nın məlumatına görə, tədbir hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə keçirilən silsilə dəyirmi masaların davamı kimi keçirilib.
Oxunub:293 dəfə | Tarix: 26-06-2014, 15:57 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Merac Holdinq”-in rəhbəri Səbuhi Əliyev rüşvət alarkən yaxalandı - VİDEO

Bir müddət əvvəl Baş Prokurorluq “Merac Holdinq”-in rəhbəri Səbuhi Əliyevin həbs olunması ilə bağlı xəbər yaydı.
Bakıda fəaliyyət göstərən ASC əməkdaşlarından biri Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Səbuhi Əliyevdən şikayət edib. Şikayətçi “Merac Holdinq” şirkəti rəhbərinin, yaşayış evlərinin tikintisini onlara həvalə etmək üçün 24 min 480 manat pul istədiyini bildirib.
Oxunub:274 dəfə | Tarix: 26-06-2014, 13:29 | Kateqoriya: Xəbərlər Ətraflı...

Rumıniyada Prezident Trayan Beseskunun doğma qardaşı korrupsiyada şübhəli bilinərək həbs edilib

Rumıniyada Prezident Trayan Beseskunun doğma qardaşı korrupsiyada şübhəli bilinərək həbs edilib İyunun 20-də Milli Antikorrupsiya İdarəsindən jurnalistlərə bildiriblər: "Mirça Besesku kriminal avtoritet Sandu Angel barəsində əlverişli məhkəmə hökmü çıxarılması məqsədilə hakim və prokurorların pulla ələ alınması barədə cinayət işi çərçivəsində həbs edilib". İdarədən dəqiqləşdiriblər ki, onun həbsi barədə qərar bu həftənin əvvəlində yerli KİV-də gizli kameranın köməyi ilə çəkilmiş videoyazının dərc edilməsindən sonra həyata keçirilib.
Oxunub:283 dəfə | Tarix: 21-06-2014, 14:16 | Kateqoriya: Xəbərlər Ətraflı...