Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Noyabr 2013    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Azərbaycanda məişət korrupsiyası daha geniş yayılıb

Azərbaycanda məişət korrupsiyası daha geniş yayılıb Vasif Mövsümov: “Hesabatdan qaçan məmur bir nömrəli korrupsionerdir”

Azərbaycanda korrupsiyaya qarşı mübarizə bir sıra istiqamətlərdə aparılır. İnzibatı, iqtisadi və ictimai nəzarət formaları səmərəli nəticə verdiyindən bu vasitələr daha qabarıq müşahidə olunur. Bəs, korrupsiyaya qarşı mübarizədə daha effektli nəticə əldə edilməsi üçün daha hansı üsullardan istifadə etmək mümkündür? Müsahibimiz Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovdur.

Oxunub:411 dəfə | Tarix: 28-11-2013, 16:56 | Kateqoriya: --- Ətraflı...

Ünvanlı yardım alanların aztəminatlı olub-olmamalarının müəyyən edilməsində vətəndaş köməyi də önəmlidir

Ünvanlı yardım alanların aztəminatlı olub-olmamalarının müəyyən edilməsində vətəndaş köməyi də önəmlidir Noyabrın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev KİV nümayəndələri üçün brifinq keçirib. Brifinqdə məqsəd hazırda ünvanlı dövlət sosial yardımı alan vətəndaşların həqiqətən aztəminatlı olub-olmamalarının müəyyənləşdirilməsi işlərində vətəndaşların fəal olmaları üçün KİV vasitəsilə əhaliyə müraciət edilməsi olub.
Oxunub:281 dəfə | Tarix: 28-11-2013, 16:26 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”-nın icra vəziyyəti müzakirə olunub

“Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”-nın icra vəziyyəti müzakirə olunub “Şəffaflıq Azərbaycan” təşkilatının ABŞ Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” (AŞT) layihəsi çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icra vəziyyətinin monitorinqi üzrə yekun hesabatın təqdimatı olub. Təqdimatda Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və digər əlaqədar hökumət orqanlarının, Milli Məclisin təmsilçiləri, Şəffaflıq Naminə Tərəfdaşlıq Platformasının üzvləri, yerli və xarici QHT-lərin, beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin və mətbuatın nümayəndələri iştirak edib.
Oxunub:294 dəfə | Tarix: 23-11-2013, 21:14 | Kateqoriya: Xəbərlər Ətraflı...

İspaniya keçmiş müstəmləkəsindən rüşvət alıb?

İspaniya keçmiş müstəmləkəsindən rüşvət alıb? İspaniya və Ekvatorial Qvineya futbol üzrə milli komandaları arasında dünən baş tutan dostluq matçı barədə qalmaqal yaradacaq iddialar ortaya çıxıb. Ekvatorial Qvineya prezidenti Teodor Obiang Nguema Mbasogo diktatorluqda və ölkənin neft gəlirlərini mənimsəməkdə ittiham edildiyi üçün ispanların bir hissəsi matçın keçirilməsinə qarşı idi.
Oxunub:308 dəfə | Tarix: 22-11-2013, 18:09 | Kateqoriya: Xəbərlər Ətraflı...

Müdafiə Nazirliyi üçün tikinti işləri aparan şirkətlərə cinayət işi açılıb

Müdafiə Nazirliyi üçün tikinti işləri aparan şirkətlərə cinayət işi açılıb Müdafiə Nazirliyi üçün müvafiq tikinti işləri aparan bəzi şirkətlərin fəaliyyətində korrupsiya faktları aşkar edilərək barələrində cinayət işi açılıb. Bu barədə Trend-ə hərbi mənbələrdən bildiriblər.
Verilən məlumata görə, müdafiə naziri, genral-polkovnik Zakir Həsənovun əmri ilə nazirliyin Mənzil-İstismar İdarəsi ləğv edilib, idarənin rəisi polkovnik-leytenant Hafiz Əliyev isə xidmətini davam etdirmək üçün ixtisasına uyğun olaraq Naxçıvandakı hərbi birləşməyə göndərilib.
Oxunub:305 dəfə | Tarix: 21-11-2013, 17:20 | Kateqoriya: Xəbərlər Ətraflı...

Bakıda "Ümumdünya Fəlsəfə Günü"nə həsr olunan beynəlxalq konfrans keçirilir

Bakıda "Ümumdünya Fəlsəfə Günü"nə həsr olunan beynəlxalq konfrans keçirilir Bu gün AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda (FSHİ) 4 xarici ölkənin - Fransa, İtaliya, Braziliya və Mərakeşdən görkəmli alimlərin iştirakı ilə "İnformasiya texnologiyaları və fəlsəfə” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilir.

Oxunub:285 dəfə | Tarix: 21-11-2013, 17:17 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda bir müştərinin ödəmədiyi kredit, digərindən yüksək faizlə geri alınır

Azərbaycanda bir müştərinin ödəmədiyi kredit, digərindən yüksək faizlə geri alınır Əhalinin qaytara bilmədiyi kreditlərlə bağlı rəsmi statistika açıqlanıb. Rəqəmlər göstərir ki, kredit borcunu qaytara bilməyən insanların sayı durmadan artır. Problemin kökündə isə bir səbəb var: Faizlərin yüksək olması. Kredit faizləri real vəziyyəti nə dərəcədə əks etdirir? Sadə hesablamalar insanların necə aldadıldığını ortaya qoyur.
Oxunub:238 dəfə | Tarix: 21-11-2013, 17:09 | Kateqoriya: Xəbərlər Ətraflı...

Neft pullarının banklara kredit şəklində verilməsi təklif olunur

Neft pullarının banklara kredit şəklində verilməsi təklif olunur Azərbaycanda kredit faizləri müzakirə mövzusu olduğu bir vaxtda bu sahəni araşdıran ekspertlər vəziyyətdən müxtəlif çıxış yolları təklif edirdər. Bankların yüksək faizlərə əsas səbəb kimi cəlb olunan vəsaitin baha olmasını göstərir. Yəni bankirlər özlərinin aldıqları kreditin baha olduğunu əsas gətirirlər. Bankların kredit portfelinə daxil olan pulun yarıya qədərini əmanətlər təşkil edir ki, bu 8-12% arasında dəyişir. Bu faizin aşağı olmadığı fikri ilə ekspertlər də razılaşır. Amma sual ortaya çıxır: niyə banklar daha ucuz vəsait cəlb etmirlər?
İqtisadçı Nazim Məmmədov hesab edir ki, dövlət xaricdə yerləşdirilən neft pullarının bir qismini istifadə edərək banklara aşağı faizlə təklif edə bilər. Bu da kredit faizlərinin aşağı düşməsinə səbəb olar. İqtisadçının fikrincə kommersiya banklarının kredit resurslarının formalaşmasında Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin rolu da artırılmalıdır.
Oxunub:292 dəfə | Tarix: 21-11-2013, 17:06 | Kateqoriya: Xəbərlər Ətraflı...

Bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilmişdir

Bələdiyyə sədri barəsində həbs qətimkan tədbiri seçilmişdir Kürdəmir rayon sakininin rayonun Qarasaqqal kənd bələdiyyəsinin sədri Yengibar Əhmədovun üzərində evi olduğu torpaq sahəsinin həyat yoldaşının adına rəsmiləşdirilməsi məqsədi ilə ondan pul tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti araşdırılmışdır.
Oxunub:264 dəfə | Tarix: 21-11-2013, 15:54 | Kateqoriya: Xəbərlər Ətraflı...

Hüsnü Mübarəyin məhkəməsi yenidən başladı

Hüsnü Mübarəyin məhkəməsi yenidən başladı Misirdə ölkənin sabiq prezidenti Hüsnü Mübarək, onun oğlanları Aləə və Camal, sabiq daxili işlər naziri Həbib Əl-Ədli və yaxın tərəfdaşlarının məhkəmə işi yenidən start götürüb. "Euronews" kanalının məlumatına görə, Qahirədə baş tutan məhkəmədə hakimlər şahid qismində bir neçə nəfəri dindiriblər.
Oxunub:280 dəfə | Tarix: 17-11-2013, 16:59 | Kateqoriya: Xəbərlər Ətraflı...