Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Oktyabr 2013    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Respondentlərin 62%-i Azərbaycan hökumətində korrupsiyanın geniş yayıldığını bildirir

Respondentlərin 62%-i Azərbaycan hökumətində korrupsiyanın geniş yayıldığını bildirir “Korrupsiya sizin ölkənin hökumətində geniş yayılıb yoxsa yox?”
Gallup bu sualla müxtəlif ölkələrdə yerli sakinlərə müraciət edib. Azərbaycanda rəyi soruşulanların 62 faiz deyib ki, hökumətdə korrupsiya geniş yayılıb.
Çexiyada isə 94 faiz hesab edir ki, hökumət korrupsiyanın içində itib-batır.
Dünyada ən az korrupsiyalaşmış hökumətlərdən biri isə, deyəsən, Gürcüstandadır. Gürcüstan sakinlərinin cəmi 25 faizi öz hökumətində korrupsiyanın geniş yayıldığını düşünür.
Oxunub:253 dəfə | Tarix: 24-10-2013, 14:59 | Kateqoriya: Xəbərlər Ətraflı...

«AccessBank» QSC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanmışdır

«AccessBank» QSC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanmışdır «AccessBank» Qapalı Səhmdar Cəmiyyətində yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.
Cəmiyyətin «20 yanvar» filialında kredit mütəxəssisi vəzifəsində işləyən Kamal Fərəcovun, tanışları Vüqar Rəhimov və başqaları ilə qabaqcadan əlbir olub özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2009-2010-cu illərdə ümumilikdə 59 şəxsin adına cəmi 108.0 min manat məbləğində pul vəsaitini kredit şəklində götürərək ələ keçirmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanmışdır.
Oxunub:294 dəfə | Tarix: 22-10-2013, 16:16 | Kateqoriya: Xəbərlər Ətraflı...

Tikinti şirkətinin vəzifəli şəxslərinin qanunazidd hərəkətləri ifşa olunmuşdur

Tikinti şirkətinin vəzifəli şəxslərinin qanunazidd hərəkətləri ifşa olunmuşdur «Afina» Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş məlumat araşdırılmışdır.
Araşdırmalar zamanı MMC-nin direktor müavini, tikinti işləri üzrə direktoru Qüvvətəli Süleymanovun cəmiyyətin paytaxtın Yasamal rayonu ərazisində inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı mənzillərin vətəndaşlara satmaq adı altında saxta müqavilələr tərtib etməklə onlardan ümumilikdə 429.0 min manat məbləğində əmlakı qabaqcadan əlbir olduğu Rauf Xəlilovun vasitəsi ilə ələ keçirməsində və digər qanunazidd hərəkətlər etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanmışdır.
Oxunub:299 dəfə | Tarix: 22-10-2013, 16:14 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilmişdir

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilmişdir Oktyabrın 3-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binasında vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdir.
Tədbir cari ilin 9 ayı ərzində idarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər barədə geniş ictimaiyyətin məlumatlandırılması və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni inzibati binası ilə tanışlıq məqsədilə təşkil edilmişdir.
Tədbiri giriş sözü ilə açan Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev bildirdi ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı məhkəmə-hüquq islahatlarının dərinləşməsi, hüquq mühafizə, o cümlədən prokurorluq orqanlarının infrastrukturunun yaxşılaşdırılması, müasir binaların inşasına təkan vermişdir.
Oxunub:619 dəfə | Tarix: 22-10-2013, 16:05 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalıdır

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalıdır Biz müstəqil siyasət aparırıq. Müstəqil siyasətin təməlində iqtisadi müstəqillikdir. İqtisadi müstəqilliyin yaradılması mənim üçün Prezident kimi ən vacib məsələlərdən biri idi. Çünki mən 10 il bundan əvvəl çox yaxşı başa düşürdüm ki, əgər biz buna nail olmasaq Azərbaycan gələcəkdə böyük problemlərlə üzləşə bilər. Dünyada ikili standartlar təcrübəsi artıq heç kimə sirr deyildir. Bu barədə daha danışmağa da dəyməz. Çünki bu, bir aksiomadır.
Oxunub:367 dəfə | Tarix: 21-10-2013, 11:44 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiya Azərbaycanda olmamalıdır

Korrupsiya Azərbaycanda olmamalıdır Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi olmalıdır. Bu sahədə deyə bilərəm ki, yaxşı nəticələrimiz vardır.
Bu yaxınlarda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni binasının açılışı zamanı dediyim fikirləri bir daha qeyd etmək istəyirəm. Korrupsiya Azərbaycanda olmamalıdır. Bu sosial bəlanı biz aradan götürməliyik. Korrupsiya sosial-ədalət prinsiplərini pozur, cəmiyyətin uğurlu inkişafını əngəlləyir. Cəmiyyətin səyləri, dövlət siyasəti sayəsində biz korrupsiyaya qarşı daha da ciddi mübarizə aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə Azərbaycan bu göstəriciyə görə də dünya miqyasında qabaqcıl yerlərdə olacaqdır.
Oxunub:325 dəfə | Tarix: 15-10-2013, 15:07 | Kateqoriya: Xəbərlər Ətraflı...

Prokurorluğun üç əməkdaşı işdən qovuldu

Prokurorluğun üç əməkdaşı işdən qovuldu Azərbaycanda üç prokurorluq işçisi işdən çıxarılıb.
APA-nın məlumatına görə, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.
Oxunub:260 dəfə | Tarix: 4-10-2013, 18:33 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda daha çox korrupsiya faktı aşkarlanan qurumların adı açıqlanıb

Azərbaycanda daha çox korrupsiya faktı aşkarlanan qurumların adı açıqlanıb Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binasında vətəndaş cəmiyyəti nümayəndələri, qeyri-hökumət, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib. Tədbir iştirakçıları Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin yeni inzibati binası ilə tanış olublar. İdarənin rəisi Kamran Əliyev qurumun fəaliyyəti barədə məlumat verərək yeni binanın müasir standartlara cavab verən texniki vasitələrlə təmin edildiyini bildirib.
Oxunub:321 dəfə | Tarix: 4-10-2013, 15:40 | Kateqoriya: Xəbərlər Ətraflı...

ABŞ –da rüşvətxor merə 28 il iş istənilib

ABŞ –da rüşvətxor merə 28 il iş istənilib ABŞ prokuroru Miçiqan ştatının Detroyt şəhərinin keçmiş meri Kvame Kilpgtrikə azı 28 il iş tələb edib.
Məlumata görə, keçmiş şəhər başçısının istintaqı 5 ay davam edib. O, vəzifədən sui-istifadə, korrupsiyada ittiham olunur.
Oxunub:241 dəfə | Tarix: 4-10-2013, 15:37 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azay Quliyev vətəndaşları korrupsiyaya qarşı mübarizəyə çağırdı

Azay Quliyev vətəndaşları korrupsiyaya qarşı mübarizəyə çağırdı “Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi vətəndaşlarla birgə mübarizə yolunu tutub”. Bunu jurnalistlərə açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. O bildirib ki, korrupsiyaya qarşı effektiv mübarizə aparmaq üçün ciddi siyasi iradə lazımdır. “Bu iradə ortadadır. Cənab Prezident İlham Əliyev bu məsələ ilə bağlı ortaya ciddi iradə qoyub. Ölkədə korrupsiyaya qarşı mübarizə aparılır. Təbii ki, bu məsələdə vətəndaşalrımız da fəal olmalı, korrupsiyaya qarşı mübarizədə yaxından iştirak etməlidirlər. Eyni zamanda QHT-lər də bu sahədə aktiv fəaliyyət göstərməlidir”.
Oxunub:272 dəfə | Tarix: 3-10-2013, 18:34 | Kateqoriya: Xəbərlər Ətraflı...