Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Sentyabr 2013    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında iştirak etmişdir

İlham Əliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında iştirak etmişdir Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı olmuşdur.
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.
Bu gün ölkəmizdə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son illərdə bir sıra tədbirlər həyata keçirilmiş, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilmişdir. Ötən dövrdə korrupsiyaya qarşı mübarizə üzrə 2004-2006-cı illəri əhatə edən Dövlət Proqramı qəbul olunmuşdur.
Oxunub:249 dəfə | Tarix: 30-09-2013, 19:09 | Kateqoriya: Xəbərlər Ətraflı...

Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak etmişdir

Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak etmişdir Sinqapur Respublikasında Sinqapur Əməkdaşlıq Proqramının Təlim Təqaüdü (SCPTA) tərəfindən “Sinqapurun anti-korrupsiya Strategiyası” adlı təlim kursu keçirilmişdir.
Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Meksika Birləşmiş Ştatları, Serbiya, Gürcüstan, Moldova, Mərakeş Krallığı və digər ölkələrin nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycan Respublikasını Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin şöbə rəisi Rövşən Əliyev təmsil etmişdir.
Oxunub:229 dəfə | Tarix: 30-09-2013, 18:08 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycan Respublikası Antikorrupsiya Şəbəkəsinin dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur

Azərbaycan Respublikası Antikorrupsiya Şəbəkəsinin dəyərləndirilməsindən müvəffəqiyyətlə keçən ilk ölkə olmuşdur 23-25 sentyabr 2013-cü il tarixlərdə Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci iclası keçirilmişdir.
Oxunub:204 dəfə | Tarix: 30-09-2013, 17:57 | Kateqoriya: Xəbərlər Ətraflı...

Gürcüstan prezidenti BMT Baş Assambleyasında çıxış edərkən Rusiya nümayəndə heyəti zalı tərk edib

Gürcüstan prezidenti BMT Baş Assambleyasında çıxış edərkən Rusiya nümayəndə heyəti zalı tərk edib Gürcüstan prezidenti Mixail Saakaşvili BMT Baş Assambleyasının sessiyasında çıxış edərkən Rusiya nümayəndə heyəti zalı tərk edib. APA-nın xəbərinə görə, M. Saakaşvili BMT-ni Gürcüstan-Rusiya münasibətlərinə təsir etməyə çağıraraq ölkəsində yeni hökumətin formalaşmasına baxmayaraq, iki ölkə münasibətlərinin düzələcəyindən ümidli olmadığını söyləyib: “Kreml qonşu ölkələrdə daim xaos və qarışıqlığın olmasına çalışır. Onlar Gürcüstanda, Ukraynada, Moldovada güclü hökumətlərin olmasını istəmirlər”.
Oxunub:248 dəfə | Tarix: 30-09-2013, 17:38 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Azərbaycan vətəndaşlarının iradəsi builki seçkilərin də taleyini həll edən əsas amildir və hamı bu seçimə hörmətlə yanaşmalıdır”

“Azərbaycan vətəndaşlarının iradəsi builki seçkilərin də taleyini həll edən əsas amildir və hamı bu seçimə hörmətlə yanaşmalıdır” Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun APA-ya müsahibəsi
- Artıq prezident seçkisinə bir aydan da az vaxt qalır. Ümumiyyətlə, 2013-cü il seçkilərinin özünəməxsus xüsusiyyəti, onun indiyə qədər keçirilmiş analoji seçkilərdən fərqi, spesifik cəhəti varmı?
- Müstəqil Azərbaycanın 22 illik inkişaf tarixində hər bir prezident seçkisinin ümumi cəhətləri və özünəməxsus xüsusiyyətləri olub. Ümumi cəhətlər ondan ibarətdir ki, seçicilər səsvermə vasitəsilə, qanunvericiliklə müəyyən olunmuş standartlar və beynəlxalq təcrübəyə uyğun olaraq ildən ilə təkmilləşən prosedur qaydaları əsasında növbəti 5 ildə dövləti idarə edəcək və cəmiyyəti yönləndirəcək rəhbər seçirlər.
Oxunub:222 dəfə | Tarix: 30-09-2013, 17:32 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycan üzrə Universal Dövri İcmalın yekun hesabatı BMT İnsan Haqları Şurasında qəbul ediləcək

Azərbaycan üzrə Universal Dövri İcmalın yekun hesabatı BMT İnsan Haqları Şurasında qəbul ediləcək Azərbaycan üzrə Universal Dövri İcmalın yekun sənədi sentyabrın 20-də BMT İnsan Haqları Şurasında müzakirə və qəbul ediləcək. APA-nın xəbərinə görə, Şuranın Cenevrədə sentyabrın 27-nə qədər davam edəcək 24-cü sessiyasının gedişində insan haqları mövzusunda ümumi müzakirələr keçiriləcək və 14 ölkə, o cümlədən Azərbaycan üzrə Universal Dövri İcmalın nəticələri təsdiqlənəcək və tövsiyələr müzakirə olunacaq.
Oxunub:221 dəfə | Tarix: 30-09-2013, 17:13 | Kateqoriya: Xəbərlər Ətraflı...

Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak etmişdir

Baş Prokurorluğun əməkdaşı beynəlxalq tədbirdə iştirak etmişdir 11-18 sentyabr 2013-cü il tarixlərdə Sinqapur Respublikasında Sinqapur Əməkdaşlıq Proqramının Təlim Təqaüdü (SCPTA) tərəfindən “Sinqapurun anti-korrupsiya Strategiyası” adlı təlim kursu keçirilmişdir.
Oxunub:217 dəfə | Tarix: 25-09-2013, 17:59 | Kateqoriya: Xəbərlər Ətraflı...

Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir

Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir Dekabank” KB ASC-nin Nəsimi filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.
Oxunub:199 dəfə | Tarix: 19-09-2013, 18:35 | Kateqoriya: Xəbərlər Ətraflı...

Müdafiə sahəsində şəffaflıq səviyyəsi araşdırılıb

Müdafiə sahəsində şəffaflıq səviyyəsi araşdırılıb “Transparency İnternational” təşkilatının Britaniyada yerləşən müdafiə və təhlükəsizlik proqramları bölməsi müdafiə sahəsində şəffaflıq səviyyəsini araşdırıb. Hesabatda dünyanın 82 ölkəsindəki vəziyyət nəzərdən keçirilib.
Orduda korrupsiya risklərinin azaldılması istiqamətində görülən işləri araşdıran təşkilat yalnız Almaniya və Avstraliya ordularında çox sərt anti-korrupsiya mexanizmlərinin işlədiyini və bu ölkələrdə müdafiə sahəsində korrupsiya risklərinin çox aşağı səviyyədə olduğunu aşkara çıxarıb.
Oxunub:221 dəfə | Tarix: 19-09-2013, 18:34 | Kateqoriya: Xəbərlər Ətraflı...

Kürdəmir Qaz istismar sahəsinin əməkdaşının qanunsuz əməlləri ifşa edilmişdir

Kürdəmir Qaz istismar sahəsinin əməkdaşının qanunsuz əməlləri ifşa edilmişdir Kürdəmir Qaz istismar sahəsinin baş mühəndisinin qanunsuz hərəkətləri barədə Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

Baş prokurorun Mətbuat Xidməti
Oxunub:294 dəfə | Tarix: 19-09-2013, 18:28 | Kateqoriya: Xəbərlər Ətraflı...