Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    İyun 2013    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Mozalan ¹ 99. 2-ci süjet. Üzr istəyirəm



Oxunub:466 dəfə | Tarix: 30-06-2013, 20:44 | Kateqoriya: Korrupsiya və Yumor Ətraflı...

İstehlakçıların narazılığının əsas səbəbi

İstehlakçıların narazılığının əsas səbəbi “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, “Elektrik enerjisi təchizatı sahəsində əldə edilən nailiyyətlər və vətəndaşların qarşılaşdıqları problemlər”in müzakirəsi ilə bağlı dəyirmi masa keçirib.Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin dəstəyi və “Bakıelektrikşəbəkə” ASC-nin və digər tərəflərin iştirakı ilə keçirilən tədbiri “Şəffaflıq Azərbaycan” təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva açaraq iştirakçıları salamlayıb.
Oxunub:274 dəfə | Tarix: 30-06-2013, 15:31 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Bu halda korrupsiya azalar”

“Bu halda korrupsiya azalar” “Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar aparılır”.AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib. BMT-nin Baş Assambleyasının qərarı ilə 23 iyun bütün dünyada dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. DQMK sədri bildirib ki, biz də 2006-ci ildən başlayaraq cənab prezident İlham Əliyev sərəncamı ilə bu günü dövlət qulluqçularının peşə bayramı kimi qeyd edirik:
Oxunub:280 dəfə | Tarix: 30-06-2013, 14:17 | Kateqoriya: Xəbərlər Ətraflı...

Vyetnam Milli Məclisinin nümayəndə heyəti Baş Prokurorluqda olmuşlar

Vyetnam Milli Məclisinin nümayəndə heyəti Baş Prokurorluqda olmuşlar Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Qonaqları səmimi salamlayan Baş prokuror xalqlarımız arasında formalaşmış və ildən-ilə genişlənməklə dərinləşən ikitərəfli münasibətlər haqqında söz açaraq hər iki ölkənin müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq orqanları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini xüsusi vurğuladı.
Oxunub:276 dəfə | Tarix: 30-06-2013, 13:45 | Kateqoriya: Xəbərlər Ətraflı...

Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası ilə əməkdaşlıq genişlənir

Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası ilə əməkdaşlıq genişlənir İyunun 22-24-də Çin Xalq Respublikasının Cinan şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) “Texniki yardım və məlumat mübadiləsi” mövzusunda 5-ci seminarı keçirilmişdir.
Oxunub:296 dəfə | Tarix: 30-06-2013, 13:41 | Kateqoriya: Xəbərlər Ətraflı...

İşdən çıxarılan Ombudsmanın vəziyyəti ağırlaşıb

İşdən çıxarılan Ombudsmanın vəziyyəti ağırlaşıb Qırğızıstanın ombudsmanı Tursunbek Akun iyunun 27-də korrupsiya ittihamları ilə vəzifədən azad ediləndən az sonra səhhəti pisləşib. Həkimlər bildirirlər ki, parlamentin bu qərarından dərhal sonra xəstəxanaya yerləşdirilən keçmiş ombudsman hələ də huşsuz vəziyyətdədir.
Parlament komissiyasının qərarına görə keçmiş ombudsman bu ilin aprelində kriminal avtoritet Aziz Batukayevin qanunsuz olaraq vaxtından əvvəl həbsxanadan buraxılmasında ombudsman da iştirak edib.
Komissiya həmçinin ombusdman paratının xərclərində maliyyə pozuntuları aşkar etdiyini bildirib.
Tursunbek Akun Qırğızıstanda ən qocaman insan haqları fəallarından biridir. Onun ombudsman vəzifəsinə namizədliyini 2008-ci ildə o zamankı prezident Kurmanbek Bakiyev irəli sürmüşdü. Ombudsman olmazdan əvvəl isə o, Prezident yanında İnsan Haqları komissiyasının rəhbəri olub.

Azadliq.org
Oxunub:286 dəfə | Tarix: 29-06-2013, 14:19 | Kateqoriya: Xəbərlər Ətraflı...

Məhbuslara işgəncə verən vəzifəli şəxslərin siyahısı açıqlanacaq

Məhbuslara işgəncə verən vəzifəli şəxslərin siyahısı açıqlanacaq “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı “Həbs yerlərində saxlanma şəraiti və məhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair” hesabat hazırlayıb. Alyansın rəhbəri Oqtay Gülalıyev deyib ki, Bakı və regionlardakı istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində vəziyyət öyrənilib və qiymətləndirilib, həbs yerlərindəki real vəziyyətin monitorinqi əsas götürülüb.
Oxunub:277 dəfə | Tarix: 27-06-2013, 16:07 | Kateqoriya: Xəbərlər Ətraflı...

Sabiq Təhsil Şöbəsinin müdiri həbs edilə bilər

Sabiq Təhsil Şöbəsinin müdiri həbs edilə bilər Kəlbəcər rayon Təhsil Şöbəsinin sabiq müdiri Məhəmməd Bağırov rəhbərlik etdiyi qurumda yoxlamalar baş çatıb. Kəlbəcər rayonuna yeni icra başçısı təyin ediləndən sonra təhsil sistemini korrupsiya yuvasına çevirmiş olan sabiq Təhsil Şöbəsinin (TŞ) müdirinin milyonlarla vəsait mənimsəməsi aparılan yoxlamalar zamanı üzə çıxdı. Aparılan yoxlamanın nəticəsi ilə bağlı materiallar Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndəriləcək.
Oxunub:446 dəfə | Tarix: 27-06-2013, 15:49 | Kateqoriya: Xəbərlər Ətraflı...

Braziliyada etirazçılarla polis arasında qarşıdurmalar davam edir

Braziliyada etirazçılarla polis arasında qarşıdurmalar davam edir Braziliyanın Belo Horizonte şəhərində hökumət əleyhinə etiraz aksiyası keçirən insanlarla polis arasında ciddi qarşıdurmalar yaşanıb.
Oxunub:322 dəfə | Tarix: 27-06-2013, 15:24 | Kateqoriya: Xəbərlər Ətraflı...

Həkimlər imtahan verdi

Həkimlər imtahan verdi Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrində mərkəzləşdirilmiş qaydada işə qəbula dair növbəti imtahan keçirilib. Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elan olunmuş 38 ixtisas üzrə vakant yerlərə 250 müraciət daxil olub. Onlardan 208 nəfəri imtahanlarda iştirak hüququ qazanıb. İştirakçıların sayı nəzərə alınmaqla işə qəbul imtahanlarının iyunun 27-si və iyulun 2-si və 4-də keçirilməsi planlaşdırılıb. Bu gün keçirilən imtahanda 90 nəfər iştirak edib.
Oxunub:297 dəfə | Tarix: 27-06-2013, 15:18 | Kateqoriya: Xəbərlər Ətraflı...