Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    May 2013    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Mikayıl Cabbarovdan sərt açıqlama

Mikayıl Cabbarovdan sərt açıqlama “Azərbaycanın bütün ərazisində məktəb kollektivi və ya direktor tərəfindən hər hansı bir təmir işlərinin aparılması nəzərdə tutulmayıb”. Bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.
Oxunub:333 dəfə | Tarix: 31-05-2013, 18:37 | Kateqoriya: Xəbərlər Ətraflı...

Açıq hökumət - Vətəndaş gəlir-xərclərə nəzarət edə bilirmi?

Açıq hökumət - Vətəndaş gəlir-xərclərə nəzarət edə bilirmi? Rayon, şəhər və bələdiyyə büdcəsinin xərclənməsi barədə məlumatların vətəndaşlar üçün nə dərəcə açıq olmasından danışırıq. Azadlıq radiosunun qonağı Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovdur.

Dinləyin
Oxunub:552 dəfə | Tarix: 29-05-2013, 19:50 | Kateqoriya: --- Ətraflı...

Korrupsiyaya qarşı mübarizədə çox böyük uğurlar əldə edilibdir

Korrupsiyaya qarşı mübarizədə çox böyük uğurlar əldə edilibdir Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı bundan sonra da islahatlar aparılacaqdır. Biz bu islahatlara hazırıq. Əslində bu islahatların təşəbbüskarı da bizik. Azərbaycanda təhlükəsizlik tədbirləri bundan sonra da təmin edilməlidir. Bizim böyük xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşları sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayırlar. Korrupsiyaya qarşı mübarizədə çox böyük uğurlar əldə edilibdir.
Oxunub:336 dəfə | Tarix: 29-05-2013, 19:47 | Kateqoriya: Xəbərlər Ətraflı...

Sizin məktəbin şəffaflıq lövhəsi varmı?

Oxunub:401 dəfə | Tarix: 28-05-2013, 21:16 | Kateqoriya: Korrupsiya və Yumor Ətraflı...

Efiopiyada nazir korrupsiya ittihamı ilə tutulub

Efiopiyada nazir korrupsiya ittihamı ilə tutulub Efiopiya polisi 12 nəfəri, o cümlədən dövlət gəlir və gömrük yığımları nazirini korrupsiya ittihamı ilə həbs edib. Müttəhim Melaku Fent mayın 10-da həbs olunmuş 3 məmurdan biridir.
Oxunub:303 dəfə | Tarix: 27-05-2013, 19:08 | Kateqoriya: Xəbərlər Ətraflı...

Ramiz Mehdiyevdən korrupsiya ilə bağlı görüş

Ramiz Mehdiyevdən korrupsiya ilə bağlı görüş Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədri Ramiz Mehdiyev Korrupsiya əleyhinə Parlamentarların Qlobal Təşkilatının (QOPAK) Direktorlar Şurasının sədri Senator Edqardo Anqaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oxunub:324 dəfə | Tarix: 27-05-2013, 19:03 | Kateqoriya: Xəbərlər Ətraflı...

Peşə liseyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir

Peşə liseyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir Bakı şəhər sakininin Abşeron-Binə peşə liseyinində baş verən qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.
Oxunub:310 dəfə | Tarix: 27-05-2013, 18:55 | Kateqoriya: Xəbərlər Ətraflı...

PA-nın şöbə müdiri: “Ayrı-ayrı vəzifəli şəxslər işdən kənarlaşdırılıb”

PA-nın şöbə müdiri: “Ayrı-ayrı vəzifəli şəxslər işdən kənarlaşdırılıb” “Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, Azərbaycan vətəndaşları dövlət başçısının yeritdiyi iqtisadi və sosial siyasəti ürəkdən bəyənir, insanlara qayğı göstərilməsi ilə bağlı dövlət məmurları qarşısında qoyduğu ciddi tələbləri tam dəstəkləyirlər”.
Oxunub:299 dəfə | Tarix: 27-05-2013, 18:49 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda ünvanlı sosial yardım verilməsi sahəsindəki problemlər müzakirə edilib

Azərbaycanda ünvanlı sosial yardım verilməsi sahəsindəki problemlər müzakirə edilib “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə sosial təminat sahəsində ünvanlı sosial yardımın (ÜSY) rolu və bu istiqamətdə qarşıya problemlərin həlli ilə bağlı müzakirələrin aparılması məqsədilə dəyirmi masa keçirilib.
“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva bildirib ki, son illər müvafiq dövlət qurumları tərəfindən ÜSY-nin təyin edilməsi və verilməsi sahəsində xidmət səviyyəsinin artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra təşəbbüslər irəli sürülüb:
Oxunub:390 dəfə | Tarix: 27-05-2013, 18:45 | Kateqoriya: Xəbərlər Ətraflı...

İngilislər ispanlara rüşvət verib

İngilislər ispanlara rüşvət verib İngilis kəşfiyatı M16-ının İspaniyanın II Dünya Müharibəsinə girməsinin qarşısını almaq üçün rüşvət verdiyi məlum olub. The Guardian qəzeti bununla bağlı arxiv materiallarını yayımlayıb. Sənədlərdən aydın olur ki, ingilis agentləri ispan generallarına, gəmi şirkəti sahiblərinə və yüksək vəzifəli məmurlara bu məqsədlə o dövrün pulu ilə 200 milyon dollar rüşvət veriblər. Qeyd edək ki, sözügedən dövrdə 200 milyon dollar çox böyük vəsait hesab olunurdu.
Oxunub:315 dəfə | Tarix: 27-05-2013, 18:14 | Kateqoriya: Xəbərlər Ətraflı...