Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Mart 2013    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın təklifləri

Elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın təklifləri Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura “2013 -2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın Layihəsi üçün Təkliflər hazırlayıb.
Oxunub:449 dəfə | Tarix: 28-03-2013, 18:01 | Kateqoriya: Xəbərlər Ətraflı...

Maksim Bakiyev 25 il azadlıqdan məhrum edilib

Maksim Bakiyev 25 il azadlıqdan məhrum edilib Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyevin oğlu Maksim qiyabi olaraq 25 il azadlıqdan məhrum edilib. APA-nın K-News-a istinadən verdiyi məlumata görə, müvafiq hökmü Bişkek şəhər Pervomaysk rayon məhkəməsi çıxarıb. Hökm həmçinin M.Bakiyevin əmlakının müsadirə edilməsini də nəzərdə tutur.
Oxunub:468 dəfə | Tarix: 28-03-2013, 17:37 | Kateqoriya: Xəbərlər Ətraflı...

Fuad Ələsgərov: “”ASAN Xidmət” konsepsiyası çox qısa müddət ərzində özünü doğruldub”

Fuad Ələsgərov: “”ASAN Xidmət” konsepsiyası çox qısa müddət ərzində özünü doğruldub” Azərbaycan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan prezidenti İlham Əliyevin martın 18-də imzaladığı fərmanla “ASAN Xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayının artırılması ilə bağlı müsahibə verib.
- Prezident İlham Əliyevin dünən imzaladığı fərmanla “ASAN Xidmət” mərkəzlərində göstərilən xidmətlərin sayı artırılıb. Ümumiyyətlə, fəaliyyət göstərdiyi 2 ay ərzində mərkəzin fəaliyyətini necə qiymətləndirirsiniz?
- İlk növbədə xatırlatmaq istərdim ki, cənab İlham Əliyev andiçmə mərasimində “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” dedikdə “dövlət xalq üçün çalışmalıdır” prinsipini rəhbər tutaraq xalqın hər bir nümayəndəsinin qayğısına qalacağını bəyan edib. Son on il ərzində cənab prezidentin gördüyü işlərin hər birində xalqımız bunun şahidi olub.
Oxunub:489 dəfə | Tarix: 28-03-2013, 17:34 | Kateqoriya: Xəbərlər Ətraflı...

"Ermənistan ordusundakı ciddi çatışmazlıqlar əsasən korrupsiya halları ilə bağlıdır"

"Ermənistan ordusundakı ciddi çatışmazlıqlar əsasən korrupsiya halları ilə bağlıdır" Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (The International Institute for Strategic Studies, IISS) illik hesabatının məlumatına görə, Ermənistanın illik hərbi xərcləri 400 milyon dollar təşkil edir. APA-nın xəbərinə görə, hesabatda qeyd olunub ki, 2011-ci ildə Ermənistan hərbi ehtiyaclarına 396 milyon dollar sərf edib, 2012-ci ildə isə hərbi xərcləri 394 milyon dollar təşkil edib.
Oxunub:457 dəfə | Tarix: 28-03-2013, 17:22 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Həkimin 50 manat rüşvətə görə həbs edilməsi korrupsiya ilə mübarizə deyil”

“Həkimin 50 manat rüşvətə görə həbs edilməsi korrupsiya ilə mübarizə deyil” “Hökumətin hesabatında korrupsiya ilə mübarizəyə yer ayırmaq əsas deyil, önəmli olan problemə qarşı mübarizədir. Faktiki olaraq bu mübarizə aparılmır”. “Media forum” saytına danışan deputat Fazil Mustafa deyib.
Deputat deyib ki, əsas diqqət praktiki mübarizəyə yönəlməlidir: “Sadəcə həkimin, müəllimin 50 manat rüşvətə görə həbs edilməsi korrupsiya ilə mübarizə deyil.
Oxunub:459 dəfə | Tarix: 18-03-2013, 13:17 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda vəzifəli şəxs özünü güllələyib

Azərbaycanda vəzifəli şəxs özünü güllələyib Bu gün Bərdə rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən verilən məlumata görə, Bərdə şəhər sakini 1966-cı il təvəllüdlü Məmmədov Vəliş Zili oğlu səhər saatlarında anasının məzarının üstündə odlu silahla atəş açaraq özünü öldürüb. Güllə V.Məmmədovun baş nahiyəsinə tuş gəlib.
Oxunub:459 dəfə | Tarix: 18-03-2013, 13:13 | Kateqoriya: Xəbərlər Ətraflı...

İlham Əliyev yeni əsrin yeni lideridir

İlham Əliyev yeni əsrin yeni lideridir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin AzərTAc-a müsahibəsi
- Hörmətli Ramiz müəllim, XXI əsrin əvvəli dünyada ciddi qarşıdurmalar, qeyri-sabitlik, iqtisadi tənəzzül illəri kimi tarixə düşdü. Belə mürəkkəb dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inamlı inkişafı bütün dünyada, müxtəlif nüfuzlu auditoriyalarda müzakirə mövzusuna çevrilmişdir. Ölkəmizin əldə etdiyi nailiyyətləri, mövcud durumunu, daxili ictimai-siyasi vəziyyəti necə qiymətləndirərdiniz?
Oxunub:498 dəfə | Tarix: 16-03-2013, 13:03 | Kateqoriya: Xəbərlər Ətraflı...

İki vəzifəli şəxs rüşvət alarkən tutulub

İki vəzifəli şəxs rüşvət alarkən tutulub Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Baş Prokurorluq korrupsiya faktı ilə bağlı birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Şamaxı rayon sakininin Şamaxı rayon İcra Hakimiyyəti başçısının Kərkənc kəndi üzrə nümayəndəsi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinin əməkdaşının qanunsuz hərəkətləri barədə Baş Prokurorluğa daxil olmuş müraciəti üzrə Əmlak Məsələləri Dövlət Komitəsi və Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən birgə araşdırma aparılıb.
Oxunub:456 dəfə | Tarix: 15-03-2013, 14:08 | Kateqoriya: Xəbərlər Ətraflı...

Yumor

Yumor
Oxunub:345 dəfə | Tarix: 14-03-2013, 16:37 | Kateqoriya: Korrupsiya və Yumor Ətraflı...

Moldova hökuməti istefaya getdi

Moldova hökuməti istefaya getdi Moldovada Baş nazir Vlad Filat-ın hökuməti martın 8-də istefaya gedib. Əslində parlament martın 5-də Filat-ın Qərb yönümlü hökumətinə etimadsızlıq göstərmişdi.
Oxunub:497 dəfə | Tarix: 14-03-2013, 16:36 | Kateqoriya: Xəbərlər Ətraflı...