Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Dekabr 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Təhsil naziri qış imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib

Təhsil naziri qış imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib Təhsil naziri Misir Mərdanov qış imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. APA-nın xəbərinə görə, əmr ali və orta ixtisas təhsili müəssisələrində 2012/2013-cü tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək və yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə imzalanıb.
Oxunub:485 dəfə | Tarix: 26-12-2012, 17:29 | Kateqoriya: Xəbərlər Ətraflı...

Pul oğurluğu və çirkli pulların yuyulması üzrə məhkəmə yaradılacaq

Pul oğurluğu və çirkli pulların yuyulması üzrə məhkəmə yaradılacaq İran yaxın vaxtlarda pul oğurluğu və çirkli pulların yuyulması, eləcə də digər maliyyə məsələləri üzrə xüsusi məhkəmə yaratmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "IRIB News" Tehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadiyə istinadən xəbər verir.
Oxunub:508 dəfə | Tarix: 26-12-2012, 17:07 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Korrupsiya yarışmasının qalibi”

 “Korrupsiya yarışmasının qalibi” Əfqanıstan prezidentinin müqavvasına belə bir medal və fəxri diplom verilib. Əfqanıstan dünyanın üç ən korrupsiyalaşmış ölkəsindən biri seçilib. Bununla bağlı bu gün Bamian şəhərində vətəndaş cəmiyyətinin və insan hüquqları üzrə müstəqil komissiyanın üzvləri etiraz aksiyası keçiriblər.
Oxunub:480 dəfə | Tarix: 17-12-2012, 18:46 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyaya qarşı Mübarizə Fondunun 8-ci regional nümayəndəliyi fəaliyyətə başladı

Korrupsiyaya qarşı Mübarizə Fondunun 8-ci  regional nümayəndəliyi fəaliyyətə başladı Tədbirin video çəkilişini aşağıdakı linklərdə izləyə bilərsiniz:

İzlə-1

İzlə-2

İzlə-3

İzlə-4

AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlara dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsi çərçivəsində Korrupsiyaya qarşı Mübarizə Fondunun Qusarda regional nümayəndəliyi fəaliyyətə başlayıb.
Oxunub:890 dəfə | Tarix: 17-12-2012, 16:39 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Azərbaycan nümayəndə heyəti korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş görüşdə iştirak edib

Azərbaycan nümayəndə heyəti korrupsiyaya qarşı mübarizəyə həsr olunmuş görüşdə iştirak edib Azərbaycan Prezidentinin Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində korrupsiyaya qarşı mübarizədə siyasi iradənin gücləndirilməsi” mövzusuna həsr olunmuş yüksək səviyyəli görüşdə iştirak edib.
Oxunub:474 dəfə | Tarix: 14-12-2012, 18:58 | Kateqoriya: Xəbərlər Ətraflı...

Rüşvətxorluqda təqsirləndirilən şirkət icraçı direktoruna və əməkdaşına hökm oxunub

Rüşvətxorluqda təqsirləndirilən şirkət icraçı direktoruna və əməkdaşına hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvətxorluqda təqsirləndirilən “Euro-Azia-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru İlqar Yusifov və cəmiyyətin Sumqayıt filialının direktoru Mirqərib Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxunub:510 dəfə | Tarix: 14-12-2012, 18:52 | Kateqoriya: Xəbərlər Ətraflı...

Ermənistan baş nazirinin ABŞ-a səfəri bu ölkədə yaşayan ermənilərin etirazı ilə qarşılanıb

Ermənistan baş nazirinin ABŞ-a səfəri bu ölkədə yaşayan ermənilərin etirazı ilə qarşılanıb ABŞ-da yaşayan ermənilərin ekoloji fəallar qrupu Kaliforniyanın Börbank şəhərində aksiya keçirib. APA-nın Ermənistan KİV-nə istinadən məlumatına görə, aksiya Ermənistanın baş naziri Tiqran Sarkisyanın bu şəhərdə yerləşən erməni kilsəsinin qərb yeparxiyasının baş qərargahına səfəri zamanı baş tutub.
Oxunub:454 dəfə | Tarix: 14-12-2012, 18:50 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda daha bir bələdiyyənin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb

Azərbaycanda daha bir bələdiyyənin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb Azərbaycanda daha bir bələdiyyənin fəaliyyətində qanun pozuntuları aşkar edilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Kürdəmir rayonu, Xəlsə bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb.
Oxunub:495 dəfə | Tarix: 10-12-2012, 18:54 | Kateqoriya: Xəbərlər Ətraflı...

Bakıda təmirə bağlanmış xəstəxanada maliyyə pozuntuları aşkarlanıb

Bakıda təmirə bağlanmış xəstəxanada maliyyə pozuntuları aşkarlanıb Azərbaycan paytaxtında səhiyyə müəssisəsində maliyyə pozuntuları aşkarlanıb.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, 19 saylı Birləşmiş Şəhər Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən xəstəxana cari ilin yanvar ayından əsaslı təmirə bağlanmasına baxmayaraq, faktiki olaraq fəaliyyət göstərməyən stasionar şöbələrin 6 işçisinə qanunsuz olaraq 1873 manat məbləğində büdcə vəsaiti ödənilib.
Oxunub:511 dəfə | Tarix: 10-12-2012, 18:39 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycan 139-cu yerdədir

Azərbaycan 139-cu yerdədir Azərbaycan Transparency İnternational (TI)təşkilatının 2012-ci il üçün Korrupsiya Qavrama İndeksində (KQİ) 27 bal alıb və 176 ölkə arasında 139-cu sırada yer alıb. Ən yaxşı göstəricisi yüz bal olan cədvəldə Azərbaycanın balını təşkilat, “bu sahədə görüləsi işlərin hələ çox olması” kimi izah edir. Ötən il Azərbaycan 183 ölkə arasında 143-cü sırada göstərilmişdi.
Oxunub:509 dəfə | Tarix: 6-12-2012, 15:25 | Kateqoriya: Xəbərlər Ətraflı...