Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Noyabr 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib İclasda qeyd olunub ki, məhkəmə sistemində korrupsiya, süründürməçilik və digər qanun pozuntularına qarşı qəti mübarizə aparılaraq, təkcə son 3 il ərzində 52 hakim barədə intizam icraatları başlanılıb, 5 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Oxunub:526 dəfə | Tarix: 29-11-2012, 15:57 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda iki rüşvətxor həbs olundu

Azərbaycanda iki rüşvətxor həbs olundu Abşeron rayon sakini Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, işlədiyi ticarət obyektinə elektrik sayğacının quraşdırılması və həmin obyektin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar texniki şərtin verilməsi müqabilində Xırdalan Elektrik Şəbəkəsinin mühəndisi Yavər Hüseynovun ondan 500 manat pul tələb etməsi barədə məlumat verib.
Oxunub:515 dəfə | Tarix: 28-11-2012, 17:10 | Kateqoriya: Xəbərlər Ətraflı...

XV Beynəlxalq Anti-Korrupsiya Konfransı keçirilib

XV Beynəlxalq Anti-Korrupsiya Konfransı keçirilib Braziliyanın paytaxtında 7-10 noyabr tarixlərində XV Beynəlxalq Anti-Korrupsiya Konfransı keçirilib.
Konstitusiya Araşdırmalar Fondundan verilən məlumata görə, konfransda 140 ölkədən dövlət, QHT və beynəlxalq təşkilatlar təmsilçiləri, media nümayəndələri və ekspertlər olmaqla, 1900 nəfər iştirak edib.


Oxunub:534 dəfə | Tarix: 23-11-2012, 14:40 | Kateqoriya: Xəbərlər Ətraflı...

Misir Mərdanovdan sərt ittihamlar

Misir Mərdanovdan sərt ittihamlar “Bəzi məktəblər üçün alınan kompüterlər icra başçılarının, məktəb direktorlarının katibələrinin evindədir”
Təhsil naziri Misir Mərdanov orta məktəblərdə dövlət vəsaiti hesabına alınan kompüterlərin təyinatı üzrə istifadə edilməməsini kəskin tənqid edib. APA-nın xəbərinə görə, bu gün Təhsil Nazirliyində keçirilən kollegiya iclasında M.Mərdanov bildirib ki, bəzi rayonlarda dövlətin vəsaiti hesabına alınan kompüterlər icra başçılarının katibəsinin, yaxud da məktəb direktorlarının katibəsinin evindədir:
Oxunub:513 dəfə | Tarix: 19-11-2012, 16:42 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyaya qarşı qatı mübariz güllələnib

Korrupsiyaya qarşı qatı mübariz güllələnib Qvineyanın baş xəzinədarı Aysatu Buaro güllələnib. O, ölkədə korrupsiya qarşı mübarizədə barışmaz kimi ad çıxarıbmış.
«BBC»nin məlumatına görə, o, ölkə paytaxtı Konakridə yaşayış məntəqələrindən birində güllələnib. Hadisə şahidləri bildirib ki, ona hərbi geyimli şəxslər hücum edib.
Oxunub:525 dəfə | Tarix: 13-11-2012, 11:52 | Kateqoriya: Xəbərlər Ətraflı...

Ramil Usubov rəisi rüşvətə görə işdən qovdu

Ramil Usubov rəisi rüşvətə görə işdən qovdu General-polkovnik Ramil Usubov Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisini işdən qovub. Bu barədə məlumat sözügedən məktəbdən daxil olub. Məlumata görə, “Serjant şkola” kimi tanınan, nazirliyin Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbinin rəisi, polis polkovniki Əli İbrahimov vəzifəsindən rüşvət olayına görə qovulub. Belə ki, məktəbdə rüşvətxorluğun at oynatması ilə bağlı həm nazir Ramil Usubova, həm də Korrupsiyaya qarşı Mübarizə İdarəsinə xeyli sayda şikayətlər olub.
Oxunub:575 dəfə | Tarix: 13-11-2012, 11:47 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyanın qarşısını almaq üçün qanun hazırlanır

Korrupsiyanın qarşısını almaq üçün qanun hazırlanır Rusiyada idmanda korrupsiyanın qarşısını almaq üçün qanun hazırlanır. Sənədi Dövlət Dumasına şəxsən Rusiya prezidenti Vladimir Putin təqdim edəcək.
Rəsmi yarışların nəticələrinə hüquqazidd müdaxiləyə qarşı qanun layihəsi “Bədən Tərbiyəsi və İdman haqqında” Qanuna düzəlişlərdən, habelə, inzibati hüquqpozmalar barədə Cinayət, Vergi Məcəllələri və Kodekslərdən ibarət olacaq. Oyunların nəticələrinə hüquqazidd müdaxilə yarışların iştirakçıları və təşkilatçılarının satın alınması, hər hansı digər vasitələrlə ədalətsiz mübarizəyə meyllilik, məsələn, danışığa getmə sayılacaq.
Oxunub:532 dəfə | Tarix: 5-11-2012, 17:04 | Kateqoriya: Xəbərlər Ətraflı...