Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Oktyabr 2012    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Lerik rayonunun Vizəzəmin bələdiyyəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır

Lerik rayonunun Vizəzəmin bələdiyyəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən aparılmış araşdırmalarla Lerik rayonunun Vizəzəmin bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir.
Oxunub:591 dəfə | Tarix: 29-10-2012, 17:46 | Kateqoriya: Xəbərlər Ətraflı...

"Birlik-İnşaat" MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilmişdir

"Birlik-İnşaat" MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilmişdir Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində "Birlik-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsləri tərəfindən aldatma yolu ilə külli miqdarda özgə əmlakının ələ keçirilməsi faktına görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır.
Oxunub:623 dəfə | Tarix: 29-10-2012, 17:36 | Kateqoriya: Xəbərlər Ətraflı...

Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb

Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı cinayət işi başlanıb.
Baş prokurorluğun mətbuat xidmətinfən Trend-ə verilən məlumata görə, Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Oxunub:567 dəfə | Tarix: 29-10-2012, 17:28 | Kateqoriya: Xəbərlər Ətraflı...

Surqutda azərbaycanlı ondan rüşvət tələb edən 3 məmuru güllələyib

Surqutda azərbaycanlı ondan rüşvət tələb edən 3 məmuru güllələyib Rusiya Federasiyasının Surqut şəhərində azərbaycanlı iş adamı Gülhəsən İsgəndərovun oğlu 3 yerli məmuru güllələyib. Məmurlar G. İsgəndərovun şəhərdəki biznes obyektinə gələrək obyektin qanunsuz olduğu və dağıdılacağı haqda qərar göstəriblər. Yaranan mübahisə nəticəsində G. İsgəndərovun oğlu məmurlara atəş açıb. Nəticədə məmurlardan ikisi ölüb, biri isə yaralanıb. G. İsgəndərovun oğlu həbs edilib.
Oxunub:529 dəfə | Tarix: 22-10-2012, 14:36 | Kateqoriya: Xəbərlər Ətraflı...

Təfəkkür Universitetinin dosenti 3 il müddətinə azadlıqdan məhrum edilib

 Təfəkkür Universitetinin dosenti 3 il müddətinə azadlıqdan məhrum edilib Bakı Ağır Cinayətlər Məhkəməsində Təfəkkür Universitetinin dosenti və həmkarlar komitəsinin sədri vəzifəsində işləyən Rüstəmov Rüzbeh Nadir oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə oxunan hökmə əsasən, onun barəsində olan cinayət işi 311.3.3-cü (rüşvət alma) maddədən 178-ci (dələduzluq) maddəyə tövsif olunub və barəsində Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə qanunda nəzərdə tutulan cəzadan daha yüngül cəza təyin etmə) maddəsi tətbiq olunub.
Oxunub:597 dəfə | Tarix: 22-10-2012, 14:33 | Kateqoriya: Xəbərlər Ətraflı...

Binəqədi rayonunun sabiq hərbi komissarı məhkəmə qarşısında

Binəqədi rayonunun sabiq hərbi komissarı məhkəmə qarşısında Bakı Hərbi Məhkəməsində Binəqədi rayonunun sabiq hərbi komissarı Feyzi Ağabəyov və komissarlığın hərbi həkim komissiyasının sədri Zöhrab Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxunub:606 dəfə | Tarix: 22-10-2012, 14:30 | Kateqoriya: Xəbərlər Ətraflı...

"Çarpaz baxış"da korrupsiyaya qarşı mübarizənin yolları

"Çarpaz baxış"da korrupsiyaya qarşı mübarizənin yolları İctimai televiziyanın efirində yayımlanan "Çarpaz baxış" verilişində "Korrupsiyaya qarşı mübarizədə QHT-lərin rolu" mövzusu müzakirə olunmuşdur. Bu müzakirədə Korrupsiyaya qarşı Mübarizə Fondu da iştirak etmişdir.

İzlə-1

İzlə-2

İzlə-3

İzlə-4
Oxunub:665 dəfə | Tarix: 19-10-2012, 15:20 | Kateqoriya: --- Ətraflı...

Açıq Hökumət Tərəfdaşlığı Forumunun Əsasnaməsi qəbul edilib

Açıq Hökumət Tərəfdaşlığı Forumunun Əsasnaməsi qəbul edilib Bu gün Sahibkarlığın və bazar iqtisadiyyatının inkişafına yardım Fondunun ofisində Açıq Hökumət Tərəfdaşlığı Forumunun toplantısı keçirilib. Toplantıda Açıq Hökumət Tərəfdaşlığı Forumunun yaradılması barədə Memoranduma qoşulan 30 QHT-dən 22 təşkilatın nümayəndələri qatılıblar. Toplantıda Forumun Əsasnaməsi müzakirə olunub. 2 saatdan çox davam edən müzakirələr nəticəsində irəli sürülən təkliflərlə bağlı səsvermə keçirilib. Səsvermədə iştirak edən 21 QHT nümayəndəsindən 13-ü “lehinə” olmaqla Forumun Əsasnaməsi qəbul olunub.
Oxunub:626 dəfə | Tarix: 19-10-2012, 14:50 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda şəffaf məhkəmə sisteminin inkişafına çalışılmalıdır

Azərbaycanda şəffaf məhkəmə sisteminin inkişafına çalışılmalıdır "Azərbaycanda şəffaf məhkəmə sisteminin inkişafına çalışılmalıdır". Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar söyləyib.
Korrupsiya harda olmağından asılı olmayaraq, korroziyaya səbəb olur. Hökuməti bu problemlə mübarizəyə nə qədər təşviq edə bilsək, bu, Azərbaycan xalqının və dövlətinin xeyrinə olacaq. Korrupsiya iqtisadiyyatı məhv edir, insanların şanslarını boğur, xüsusilə də gənclərin istədikləri karyeranı qurmasının qarşısını alır, azad rəqabətin boğulması təcrübəsi kiçik və orta sahibkarlığın inkişafına əngəl törədir.
Oxunub:524 dəfə | Tarix: 19-10-2012, 14:46 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı

Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov və iqtisadçı-ekspert Oktay Haqverdiyev Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planı haqda fikirlərini bildirirlər.

İzlə
Oxunub:771 dəfə | Tarix: 18-10-2012, 16:07 | Kateqoriya: --- Ətraflı...