Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Sentyabr 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Kreml Rusiyanın antikorrupsion xəritəsi ilə maraqlanıb

Kreml Rusiyanın antikorrupsion xəritəsi ilə maraqlanıb Kreml administrasiyasının sədri, həmçinin korrupsiyaya qarşı mübarizə üzrə prezident şurasının başçısı Sergey İvanov Rusiyanın antikorrupsion xəritəsinin yaradılması fikrini dəstəkləyib. Sənayeçilər və Sahibkarla Rusiya Şurasının sədri Aleksandr Şoxin ictimai birliklərin nümayəndələri ilə olan iclasda belə bir təşəbbüslə çıxış edib.

Oxunub:612 dəfə | Tarix: 25-09-2012, 15:41 | Kateqoriya: Xəbərlər Ətraflı...

“ASAN” xidmətləri necə təşkil olunmalıdır?

“ASAN” xidmətləri necə təşkil olunmalıdır? İnam Kərimov: “Bu qurumun fəaliyyəti ilk növbədə vətəndaşın rahat, nəzakətli davranış mühitində dövlət xidmətlərini əldə etməsinə hesablanıb”
“Konstitusiya” Araşdırmaları Fondu "ASAN (Azerbaijan Service and Assessment Network) xidmətləri necə təşkil olunmalıdır?” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə çıxış edən “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev qeyd edib ki, layihə çərçivəsində “vahid pəncərə” modeli əsasında dövlət xidmətlərinin göstərilməsi sahəsində 9 ölkənin təcrübəsi öyrənilib.
Oxunub:616 dəfə | Tarix: 20-09-2012, 16:28 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyat-axtarış şöbəsi 44 şəxsi cinayət başında yaxalayıb

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyat-axtarış şöbəsi  44 şəxsi cinayət başında yaxalayıb Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməliyyat-axtarış şöbəsi fəaliyyətə başladığı gündən həyata keçirdiyi 43 əməliyyat tədbiri nəticəsində 44 şəxs cinayət başında yaxalanıb.
Bu barədə baş prokuror Zakir Qaralov “Azərbaycan” qəzetinə müsahibəsində bildirib. O qeyd edib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə 18 mart 2011-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və "Prokurorluq haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər edilərək MDB məkanında, habelə Azərbaycan prokurorluğunun tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi ilə bu sahədə prokurorluq orqanlarının qarşısında çox mühüm və məsuliyyətli vəzifələr qoyulub.
Oxunub:563 dəfə | Tarix: 20-09-2012, 16:24 | Kateqoriya: Xəbərlər Ətraflı...

Biləsuvar peşə liseyinin direktoru barəsində olan cinayət işi

Biləsuvar peşə liseyinin direktoru barəsində olan cinayət işi Biləsuvar peşə liseyində təhsil alan şagirdlərə dövlət tərəfindən ayrılmış təqaüdün liseyin direktoru Teymur Poladov tərəfindən mənimsənilməsi barədə Biləsuvar rayon sakininin müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.
Oxunub:568 dəfə | Tarix: 20-09-2012, 16:21 | Kateqoriya: Xəbərlər Ətraflı...

Regionlarda vətəndaşların hüquqlarının qorunması işində problemlər var

Regionlarda vətəndaşların hüquqlarının qorunması işində problemlər var Yerlədə olan məmur müqaviməti korrupsiya və rüşvətxorluğa qarşı həyata keçirilən tədbirlərə, bu sahədə qəbul edilmiş fəaliyyət planları, milli strategiya və digər sənədlərin icrasına mane olur. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyib.
Oxunub:530 dəfə | Tarix: 18-09-2012, 16:01 | Kateqoriya: Xəbərlər Ətraflı...

ASOİƏ ölkələri rəhbərləri sammitin yekun deklarasiyısını qəbul ediblər

ASOİƏ ölkələri rəhbərləri sammitin yekun deklarasiyısını qəbul ediblər Asiya Sakit Okean Iqtisadi Əməkdaşlığı təşkilatı ölkələrinin rəhbərləri Vladivostokda başa çatan sammitin yekun deklarasiyasını qəbul etdilər.
Sənəddə deyilir - “Biz, ASOİ rəhbərləri yenidən korrupsiyaya qarşı mübarizəni dəstəklədiyimizi, həmçinin şəffaflıq prinsiplərinin təmin edilməsini və gəlirlərimizə görə məsuliyyət daşıdığımızı təsdiq edirik.”
Oxunub:523 dəfə | Tarix: 14-09-2012, 15:14 | Kateqoriya: Xəbərlər Ətraflı...

Fuad Ələsgərov: “Bu, idarəçilik sistemində yeni mərhələdir”

Fuad Ələsgərov: “Bu, idarəçilik sistemində yeni mərhələdir” “Bununla dövlət orqanlarına etimad da artacaq”
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətə başlaması ilə bağlı müsahibə verib. - Azərbaycan Respublikasının Prezidenti 2012-ci il sentyabrın 6-da “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi”nin fəaliyyətinin təmin edilməsi ilə bağlı Fərman imzaladı. Yeni yaradılmış qurumun fəaliyyətini necə görürsünüz?
Oxunub:509 dəfə | Tarix: 10-09-2012, 16:52 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycan Respublikası Prezidentinin yeni Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin yeni Sərəncamı “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 05 sentyabr 2012

Fəaliyyət planlarının tam mətni ilə saytımızın QANUNLAR bölümündə tanış ola bilərsiniz.


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə qərara alıram:
Oxunub:788 dəfə | Tarix: 7-09-2012, 15:16 | Kateqoriya: --- Ətraflı...

Ramiz Mehdiyev Milli Fəaliyyət planları haqqında

Ramiz Mehdiyev Milli Fəaliyyət planları haqqında Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının təsdiq edilməsi ilə bağlı məlumat yayıb. Azərbaycan prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. 2012-2015-ci illəri əhatə edəcək Fəaliyyət Planları Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə və idarəçilik sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, idarəçiliyin müasir standartlara uyğun qurulması, açıq hökumət prinsiplərinin təşviq edilməsi məqsədini daşıyır.
Oxunub:635 dəfə | Tarix: 7-09-2012, 15:10 | Kateqoriya: Xəbərlər Ətraflı...

Prezident Milli Fəaliyyət Planlarını təsdiq edib

Prezident Milli Fəaliyyət Planlarını təsdiq edib Prezident İlham Əliyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sənəddə deyilir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanları bu iki Milli Fəaliyyət Planlarında nəzərdə tutulan tədbirlərin icrası barədə hər il yanvarın 15-dək Azərbaycanın Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabatlarını təqdim etsinlər.
Oxunub:567 dəfə | Tarix: 7-09-2012, 15:08 | Kateqoriya: Xəbərlər Ətraflı...