Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    İyul 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxsləri həbs olunmuşdur

İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxsləri həbs olunmuşdur Korrupsiya şəbəkəsi yaratmaqla uzun müddət dövlət büdcəsindən ayrılmış külli miqdarda ünvanlı sosial yardım vəsaitlərini mənimsəmə yolu ilə talamaqla məşğul olan İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin korrupsiya əməlləri ifşa edilmişdir.
Belə ki, İmişli rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində fəaliyyət göstərən "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, İmişli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları sosial yardım alan şəxslərin bank kartlarını özlərində saxlayaraq şəxsən və digər şəxslər vasitəsilə aylıq ödənişlərin bankomatlardan çıxarılmasını təşkil edərək külli miqdarda özgə əmlakını mənimsəmişlər.
Oxunub:714 dəfə | Tarix: 17-07-2012, 14:52 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi, elektron xidmətlərə keçidin sürətləndirilməsi məqsədi ilə qərara alıram:
Oxunub:504 dəfə | Tarix: 17-07-2012, 14:38 | Kateqoriya: Qanunlar Ətraflı...

Şəmkirdə Korrupsiyaya qarşı Mübarizə Fondunun regional nümayəndəliyində “Qaynar xətt” yaradılıb

Şəmkirdə Korrupsiyaya qarşı Mübarizə Fondunun regional nümayəndəliyində “Qaynar xətt” yaradılıb Tədbirdən hazırlanmış televiziya reportajlarını aşağıdakı linklərdə izləyə bilərsiniz:
Kəpəz TV- Gəncə

Turkel TV- Tovuz

AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Korrupsiya cinayətlərinin açılmasında vətəndaşlara dövlət orqanlarının əməkdaşlığının təşkilinə dəstək” layihəsi çərçivəsində Şəmkirdə Korrupsiyaya qarşı Mübarizə Fondunun regional nümayəndəliyində “Qaynar xətt” yaradılıb. Bu münasibətlə Fondun Şəmkir nümayəndəliyində Qaynar xəttin və regional ofisin təqdimat mərasimi keçirilib. Tədbirdə yerli icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, digər dövlət orqanlarının, KİV-in və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Layihənin əsas məqsədi vətəndaşların korrupsiya ilə bağlı ərizə və şikayətlərinin qəbulu və onlara hüquqi yardımın göstərilməsidir.
Oxunub:1037 dəfə | Tarix: 16-07-2012, 16:01 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Korrupsiya ilə mübarizə üçün informasiya sərbəstliyi olmalidir

Korrupsiya ilə mübarizə üçün informasiya sərbəstliyi olmalidir Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycanda Avropa ölkələrinin korrupsiyaya qarşı mübarizə təcrübəsindən istifadə yolları və imkanları müzakirə edilib. Tədbir "Cəmiyyətin və vətəndaş münasibətlərinin inkişafı" ictimai birliyi tərəfindən Marşall Fondunun dəstəyi ilə həyata keçirilən "Korrupsiyaya qarşı mübarizə: yeni fikirlər, yeni yanaşmalar, yeni qüvvələr" layihəsi çərçivəsində təşkil edilib.
Oxunub:659 dəfə | Tarix: 12-07-2012, 14:59 | Kateqoriya: Xəbərlər Ətraflı...

Dövlət orqanlarının biznes strukturlarına əsassız müdaxilə hallarına tamamilə son qoyulmalıdır

Dövlət orqanlarının biznes strukturlarına əsassız müdaxilə hallarına tamamilə son qoyulmalıdır Heç kəs üçün sirr deyil ki, qeydiyyata düşməyən, amma müəyyən işlərdə, tikintidə işləyənlər, maaş alanlar vardır. Ancaq heç yerdə bunun qeydiyyatı aparılmır. Yəni, belə hallar var və müvafiq göstərişlər verilibdir ki, bu sahədə də şəffaflıq tam şəkildə təmin edilsin və beləliklə, ölkə büdcəsinə daha da böyük vəsait daxil ediləcəkdir, o cümlədən pensiya fonduna. Beləliklə, bu sahədə də qayda-qanun yaradılmalıdır, birdəfəlik və tam şəkildə.
Oxunub:698 dəfə | Tarix: 12-07-2012, 14:11 | Kateqoriya: Xəbərlər Ətraflı...

13 saylı TSEK-in sədri rüşvət alarkən yaxalanmışdır

13 saylı TSEK-in sədri rüşvət alarkən yaxalanmışdır Prokurorluq orqanları tərəfindən rüşvət alma və vəzifəsindən sui-istifadə etməklə digər qanun pozuntularına yol verən şəxslərin ifşa edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin qanunsuz hərəkətləri barədə Abşeron rayonu sakininin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.
Oxunub:984 dəfə | Tarix: 11-07-2012, 16:43 | Kateqoriya: Xəbərlər Ətraflı...

Külli miqdarda dövlət əmlakını mənimsəmiş əməkdaşlar barəsində cinayət işi başlanmışdır

Külli miqdarda dövlət əmlakını mənimsəmiş əməkdaşlar barəsində cinayət işi başlanmışdır Bakı şəhər sakinlərinin Bakı şəhər Təhsil İdarəsinin əməkdaşlarının dövlət əmlakını mənimsəmələri barədə müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.
Müəyyən edilmişdir ki, Bakı şəhər Təhsil İdarəsinin Binəqədi-Nəsimi xidmət bölməsinin bir qrup maddi-məsul şəxsləri qabaqcadan razılaşmaqla, 2010-cu ilin may ayından 2012-ci ilin mart ayınadək olan dövrdə ayrı-ayrı orta məktəblərdə, o cümlədən paytaxtın Binəqədi rayonunun 30, 276, 284, 297, 298, 314, Nəsimi rayonunun 1, 5, 8. 9, 11, 35, 42, 46, 54 saylı və digər orta məktəblərdə işləyən müəllim və texniki işçilərin faktiki əmək haqqı məbləğlərinin şişirdilməsi yolu ilə...
Oxunub:690 dəfə | Tarix: 10-07-2012, 14:13 | Kateqoriya: Xəbərlər Ətraflı...

Lənkəran Dövlət Humanitar Kollecində rüşvətxorluq faktları aşkar edilmişdir

Lənkəran Dövlət Humanitar Kollecində rüşvətxorluq faktları aşkar edilmişdir Təhsil Nazirliyinin Lənkəran Dövlət Humanitar Kollecinin müəllimləri tərəfindən tələbələrdən rüşvət tələb edilməsi barədə Lənkəran rayon sakininin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.
Müəyyən edilmişdir ki, kollecin "İbtidai təhsil" fakültəsinin əyani şöbəsinin müəllimi Əliyeva Mailə Kazım qızı kollecin digər vəzifəli şəxsləri ilə əlbir olaraq 4b qrupunun tələbələrinin hər birindən dövlət imtahanında qiymət yazılması üçün 150 manat məbləğində pul almışdır.

Oxunub:661 dəfə | Tarix: 10-07-2012, 14:11 | Kateqoriya: Xəbərlər Ətraflı...

Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşı cinayət başında yaxalanmışdır

Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşı cinayət başında yaxalanmışdır Bakı şəhər sakininin Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 18 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi Quliyev Səməd Dadaş oğlunun ondan yaşadığı evin özəlləşdirilməsi üçün tələb olunan sənədlərin verilməsinə görə rüşvət tələb etməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciəti araşdırılmışdır.
Oxunub:680 dəfə | Tarix: 2-07-2012, 14:53 | Kateqoriya: Xəbərlər Ətraflı...

Şəki Pedaqoji Kollecinin şöbə müdiri cinayət başında yaxalanmışdır

Şəki Pedaqoji Kollecinin şöbə müdiri cinayət başında yaxalanmışdır Qəbələ rayon sakini Həmidov Məcid Həmid oğlunun Şəki Pedaqoji Kollecinin şöbə müdiri Səmədov Nəriman Vahid oğlu tərəfindən oğlunun həyat yoldaşı Aslanlı Vüsalə Əzizağa qızının həmin kolleci müvəffəqiyyətlə bitirməsinə baxmayaraq diplomun verilməsinə görə ondan pul tələb edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.

Oxunub:744 dəfə | Tarix: 2-07-2012, 14:45 | Kateqoriya: Xəbərlər Ətraflı...