Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Ədalət pozulanda, haqq tərəzisi pozulanda nəhəng korrupsiya yaranır

Ədalət pozulanda, haqq tərəzisi pozulanda nəhəng korrupsiya yaranır Şair Musa Yaqub
Bu Vətən bizim hamımızındır. Tarazlıq pozulanda, haqq sözü nəzərə alınmayanda təbii ki, ziyalı da narazıya çevrilir. Ümümiyyətlə yazarlar, ziyalılar həmişə iqtidara qarşı müxalifətdə olur. Onlar xalqın xeyrinə, rifahı naminə bu fikirdə olurlar və istəyirlər ki, hökumət xalqın xeyrinə işləsin. Xalqın xeyrinə işləməyəndə, korrupsiya ilə məşğul olanda, ancaq öz mənafeyini güdəndə təbii ki, ziyalı öz səsini qaldıracaq. Ziyalı xalq deməkdir, el deməkdir.
Oxunub:681 dəfə | Tarix: 25-05-2012, 14:57 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiya haradan gəlir, xaricdən, yoxsa?..

Korrupsiya haradan gəlir, xaricdən, yoxsa?.. Vasif Mövsümov: "Korrupsiya hər bir dövlətin öz idarəçiliyində olur"
Son vaxtlar Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı sahəsində müəyyən addımlar atılır. Dəfələrlə rəsmilər bu məsələ ilə bağlı dəyirmi masa təşkil edərək müzakirələr aparırlar. Bir neçə gün bundan öncə təşkil olunmuş belə bir tədbirdə Milli Məclis Aparatının nümayəndəsi Eldar Əsgərov çıxış edərək, korrupsiya virusunun Azərbaycana xaricdən ixrac olması kimi fikirlər səsləndirib.
Oxunub:683 dəfə | Tarix: 25-05-2012, 14:47 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Gömrük sisteminində rüşvət halları xeyli azalıb”

“Gömrük sisteminində rüşvət halları xeyli azalıb” «Əlbəttə, Azərbaycanın problemləri də var. İlk növbədə korrupsiya. Ancaq bu, həm də qlobal fenomendir. Təəssüfləndirici haldır ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizəsində əldə etdiyi mühüm nailiyyətlər barədə danışılmır. Misal üçün, Azərbaycan Britaniyanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) qoşulan ilk ölkə olub. Bu təşəbbüs enerji sektoru ilə bağlı bütün gəlirlərin və xərclərin açıq olmasını tələb edir. 2010-cu ilin oktyabrında Azərbaycan gəlirlərin şəffaflığı indeksində (Revenue Watch Index) enerji istehsal edən 41 ölkə arasında 9-cu yeri tutdu. Bu siyahıda ABŞ Azərbaycandan iki pillə arxadadır».

Oxunub:663 dəfə | Tarix: 25-05-2012, 14:43 | Kateqoriya: Xəbərlər Ətraflı...

Məmurlar vəzifələrə insanlara zülm etmək üçün təyin edilmirlər

Məmurlar vəzifələrə insanlara zülm etmək üçün təyin edilmirlər - Azərbaycan cəmiyyətində mövcud olan problemlərin kökündə ədalətin olmaması durur. İbn Sina deyirdi ki, sarımsaq min dərdin, bal yüz dərdin, nar on dərdin dərmanıdır. Mən həmişə zarafatla deyirəm ki, demokratiya sarımsaqdır. Ədalət olan yerdə halallıq da olur, rifah da, təhlükəsizlik də təmin olunur, inkişaf da. Yüz problemin yüz bir həlli yolundan danışa bilərik, ancaq bütün sular dənizə axdığı kimi bütün problemlərin həlli də sonunda gəlib bu ədalət meyarına söykənəcək.

Oxunub:623 dəfə | Tarix: 25-05-2012, 13:28 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Camaat prezidentdən narazı deyil, bunu edən dövlətlilərdir”

“Camaat prezidentdən narazı deyil, bunu edən dövlətlilərdir” Milli Məclisdə keçirilən iclasda deputat, müğənni Zeynəb Xanlarova ölkədə beş-altı varlının hegemonluq etdiyini söyləyib.
Zeynəb Xanlarova bildirib: «Çox deyirlər ki, xalq, camaat, millət küçələrə düşüb. Xalq beş-altı nəfər pullu, dövlətli adamlara görə küçələrə düşüb. O adamlar vəzifəli adamlardırlar və onların yaratdığı vəziyyət prezidentə qarşı təxribatdır. Deputat seçildiyim ərazidə Altıağac qəsəbəsi var.
Oxunub:586 dəfə | Tarix: 23-05-2012, 16:04 | Kateqoriya: Xəbərlər Ətraflı...

"Kiminsə həbs edilməsi korrupsiyaya qarşı mübarizə demək deyil"

"Kiminsə həbs edilməsi korrupsiyaya qarşı mübarizə demək deyil" Vasif Mövsümov: "Korrupsiyaya qarşı mübarizənin uğuru ondan ibarətdir ki, korrupsiya üçün yaradılan şərait aradan götürülsün"
Keçən ilin yanvar ayından etibarən Azərbaycan hakimiyyəti korrupsiya ilə mübarizə aparılması barədə qərar verərək bu sahədə müəyyən işlər həyata keçirdi. Bəzi vəzifəli şəxslərin həbsi ilə müşahidə edilən prosesin üzərində bir ildən çox zaman keçməsinə baxmayaraq, vətəndaşların rəsmi orqanların korrupsiya hallarına yol verməsi ilə bağlı şikayətləri hələ də var. Mövzu il bağlı Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov FaktXeber.com-un suallarını cavablandırıb.
Oxunub:566 dəfə | Tarix: 23-05-2012, 15:52 | Kateqoriya: Xəbərlər Ətraflı...

Yeni QHT şəbəkəsi yaranır

Yeni QHT şəbəkəsi yaranır Antikorrupsiya və Açıq Hökumət Təşəbbüsləri Şəbəkəsi hansı işləri görəcək?
QHT-lər Açıq Hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planı layihəsini müzakirə ediblər. Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin bu gün keçirilən toplantısında Açıq hökumətin təşviqi üzrə Azərbaycan Respublikasının Milli Fəaliyyət Planının (2012 – 2014-cü illər) layihəsi müzakirə edilib. Toplantıya Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının Katibliyinin əməkdaşı Vüsal Hüseynov və Milli Büdcə Qrupunun koordinatoru Qalib Abbaszadə də qatılıblar .

Oxunub:580 dəfə | Tarix: 23-05-2012, 15:46 | Kateqoriya: Xəbərlər Ətraflı...

İtaliya müxalifətinin başçısı fırıldaqçılıqda şübhəli bilinir

İtaliya müxalifətinin başçısı fırıldaqçılıqda şübhəli bilinir Dövlət sektorunda korrupsiyanı fəal tənqid edən İtaliyanın aparıcı partiyası “Şimali Liqa”nın banisi Umberto Bossi fırıldaqçılıqda şübhəli bilinir. Iş üzrə istintaq aparılır. Aprelin əvvəllərində Bossinin partiyası maliyyə qalmaqalının mərkəzində qərar tutduqdan sonra o, “Şimali Liqa”nın rəhbəri postunu tərk etməli olub.
Oxunub:550 dəfə | Tarix: 21-05-2012, 16:09 | Kateqoriya: Xəbərlər Ətraflı...

Argentinanın vitse prezidenti korrupsiya şübhəsi altında

Argentinanın vitse prezidenti korrupsiya şübhəsi altında Argentina məhkəməsi ölkənin vitse prezidenti Amado Budunun varlanma məqsədilə öz vəzifə səlahiyyətlərindən sui-istifadəsilə bağlı işini araşdırır. Argentina jurnalistlərinin vitse prezidenti öz səlahiyyətindən sui-istifadə etməkdə və dövlət müqavilələrindən qeyri-qanuni qazanc əldə etməkdə günahlandırdıqdan sonra istintaq başlayıb.
Oxunub:525 dəfə | Tarix: 21-05-2012, 15:34 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda bələdiyyə sədri həbs edilib

Azərbaycanda bələdiyyə sədri həbs edilib Azərbaycanda bələdiyyə sədri korrupsiya faktına görə həbs edilib. Məlumata görə, Xaçmaz rayon Köhnə Xaçmaz kənd bələdiyyəsinin sədri İsrafilov Rəhman Gülağa oğlunun qanunsuz hərəkətləri barədə rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 - Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə başlanıb.
Oxunub:566 dəfə | Tarix: 17-05-2012, 14:10 | Kateqoriya: Xəbərlər Ətraflı...