Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Aprel 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Külli miqdarda vəsait poçt filialının vəzifəli şəxsləri tərəfindən mənimsənilmişdir

Külli miqdarda vəsait poçt filialının vəzifəli şəxsləri tərəfindən mənimsənilmişdir Qobustan Poçt filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyəti Cəmiyyətindən daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

Oxunub:655 dəfə | Tarix: 26-04-2012, 14:28 | Kateqoriya: Xəbərlər Ətraflı...

Rusiyayla sərhəddə tutulan pullar haradandır?

Rusiyayla sərhəddə tutulan pullar haradandır?  “Əgər biz korrupsiya ilə bağlı gizli iqtisadiyyatın qarşısını ala bilsək, ölkəyə gətirilən və ölkədən gedən, eləcə də qanunsuz köçürülən küllü miqdarda pulları dayandıra bilərik. Əks halda, belə faktlar bir az da çoxalacaq.” Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov bu yaxınlarda baş verən Azərbaycandan çıxarılan pulların tutulması ilə bağlı məsələyə fikrini bildirmişdir. Dağıstan gömrüyü Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə birgə operativ-axtarış tədbirləri zamanı Azərbaycandan RF-ə gedən “Lada-Priora” avtomobilini saxlayıblar.
Oxunub:720 dəfə | Tarix: 25-04-2012, 16:05 | Kateqoriya: Xəbərlər Ətraflı...

Şəmkirdə TSEK-in sədri rüşvət alarkən yaxalanmışdır

Şəmkirdə TSEK-in sədri rüşvət alarkən  yaxalanmışdır Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 saylı Şəmkir Tibbi Sosial Ekspert Komissiyasının sədri Səfərli Ələsgər Səfər oğlunun əlillik dərəcəsinin təyin edilməsi üçün vətəndaşlardan rüşvət alması barədə daxil olmuş əməliyyat məlumatları ilə bağlı təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.

Oxunub:836 dəfə | Tarix: 23-04-2012, 16:11 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyaya və rüşvətxorluğa qarşı daha geniş mübarizə aparmalıyıq,aparırıq və aparacağıq

Korrupsiyaya və rüşvətxorluğa qarşı daha geniş mübarizə aparmalıyıq,aparırıq və aparacağıq Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır. Müvafiq göstərişlər verilmişdir, sərəncamlar imzalanmışdır. Beynəlxalq təcrübə tam şəkildə tətbiq edilməlidir. Burada həm inzibati tədbirlər, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir. Bu məsələ daim diqqət mərkəzində olmalıdır.
Oxunub:653 dəfə | Tarix: 17-04-2012, 11:11 | Kateqoriya: Xəbərlər Ətraflı...

Yunanıstanda keçmiş Müdafiə naziri həbs olunub

Yunanıstanda keçmiş Müdafiə naziri həbs olunub Yunanıstanın keçmiş müdafiə naziri 72 yaşlı Akis Tsoxadzopulos çirkli pulların yuyulması iddialarıyla həbs edilib.bir zamanlar “PASOK” partiyasının nüfuzlu siyasətçilərindən biri olan Akisin offşor şirkətlər vasitəsilə Alman şirkəti “Ferrostaal”-dan 8 milyon avro pul aldığı irəli sürülür.
Oxunub:628 dəfə | Tarix: 16-04-2012, 15:56 | Kateqoriya: Xəbərlər Ətraflı...

“ Rayon icra başçıları təmiz işləməlidir, insanlarla bir yerdə olmalıdır.”

“ Rayon icra başçıları təmiz işləməlidir, insanlarla bir yerdə olmalıdır.” Bilirsiniz, indi bütün vacib olan proqramlar qəbul edilib. Əsas məsələ ondadır ki, yerlərdə bu proqramlar düzgün icra olunsun. Yerlərdə işləyən məmurlar öz vəzifə borcunu ləyaqətlə yerinə yetirsinlər. Hesab edirəm ki, indiki dövrdə bizim əsas vəzifəmiz bundan ibarətdir.
Burada əlbəttə ki, kadrların düzgün seçilməsi məsələsi gündəmə gəlir. Mən çalışıram ki, bu kadrlar maksimum təhlil aparmaq şərti ilə seçilsin, təyin edilsin. Hər dəfə, hər bir yerə, hər bir rayona icra başçısı təyin edərkən dəvət edirəm, tövsiyələrimi, göstərişlərimi, istiqamətləri verirəm ki, necə işləməlisən.
Oxunub:608 dəfə | Tarix: 16-04-2012, 12:49 | Kateqoriya: Xəbərlər Ətraflı...

Rüşvət alarkən cinayət başında tutuldu

Rüşvət alarkən cinayət başında tutuldu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Balakən rayon Əmək və Əhalinin sosial müdafiəsi Mərkəzinin direktor müavini Əliyev Əfqan Tahir oğlunun qanunsuz hərəkətləri barədə Balakən rayon sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılmışdır.

Oxunub:657 dəfə | Tarix: 13-04-2012, 13:41 | Kateqoriya: Xəbərlər Ətraflı...

Nəsimi rayon Qaz istismarı idarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır

Nəsimi rayon Qaz istismarı idarəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdır Bakı şəhəri, Nəsimi rayon Qaz istismarı idarəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Bakı Apellyasiya Məhkəməsi tərəfindən göndərilmiş təqdimat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır. Müəyyən edilmişdir ki, "Azəriqaz" İstehsalat Birliyi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə edilmiş təbii qaza görə Nəsimi rayon Qaz istismarı idarəsinə yaranmış 295.724 manat əsas borc məbləğinin ödənilməsini tələb etmişdir.

Oxunub:882 dəfə | Tarix: 13-04-2012, 13:32 | Kateqoriya: Xəbərlər Ətraflı...

"Rüşvətxorluq halları bəzi dövlət idarələrində hələ də davam edir..."

"Rüşvətxorluq halları bəzi dövlət idarələrində hələ də davam edir..." ...bu da cəzasızlığın olmaması deməkdir." Korrupsiyaya qarşı mübarizə davamlı prosesdir.Ölkə başçısının elan etdiyi kimi, bu mübarizə davamlı olacaq. Korrupsiyaya qarşı mübarizə tədbirlərinə münasibət bildirən Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov bunları bildirdi. "Bunun nəticələrini bilmək üçün davamlı olaraq ictimaiyyət arasında sorğular keçirilməlidir, eyni zamanda da telekanallarda bununla bağlı verilişlər verilməlidir. Vətəndaşların fikri öyrənilməlidir. Təəssüflər olsun ki, bu sahədə vəziyyət arzuolunan deyil. Əgər nəticə haqqında ictimai rəy yoxdursa, xüsusilə bir il ərzində həyata keçirilən tədbirlər haqqında cəmiyyət arasında sorğu keçirilməyibsə, məsələ yarımçıq hesab olunur", deyə müsahibimiz əlavə etdi.
Oxunub:897 dəfə | Tarix: 10-04-2012, 14:10 | Kateqoriya: --- Ətraflı...

Bölgələrdə korrupsiyaya qarşı mübarizə başlayır

Bölgələrdə korrupsiyaya qarşı mübarizə başlayır Korrupsiya qarşı Mübarizə Fondu yeni bir layihənin icrasina başlayır. Bu barədə açıqlama verən Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyib. Onun sözlərinə görə, layihədə məqsəd prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrdən sonra Azərbaycanda vəziyyətin hansı istiqamətdə dəyişdiyini müəyyənləşdirməkdir. Layihə çərçivəsində 5000 nəfər sorğuya cəlb olunacaq, nəticələr geniş ictimaiyyətə açıqlanacaq. Qeyd edək ki, 2009-2010-cu illərdə vətəndaşların arasında aparılan sorğu nəticəsində ən çox rüşvət alan rəsmi orqanların siyahısı təqdim olunmuşdu.


Oxunub:673 dəfə | Tarix: 9-04-2012, 16:41 | Kateqoriya: Xəbərlər Ətraflı...