Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Dekabr 2011    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

2011-ci ildə korrupsiyaya qarşı mübarizənin nəticələri

2011-ci ildə korrupsiyaya qarşı mübarizənin nəticələri Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı ilin yekunu - nəticələr, proqnozlar barədə "Azadlıq" radiosunun "Şəffaflıq" verilişində Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovun müsahibəsində dinləyə bilərsiniz.

DİNLƏ
Oxunub:909 dəfə | Tarix: 28-12-2011, 16:48 | Kateqoriya: --- Ətraflı...

MONEYVAL Azərbaycanın ikinci tərəqqi hesabatını qəbul etdi

MONEYVAL Azərbaycanın ikinci tərəqqi hesabatını qəbul etdi 2011-ci ilin 13-16 dekabr tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) 37-ci plenar iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Plenar iclasın gündəliyinə Azərbaycan Respublikası tərəfindən pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PY/TMM) sahəsində həyata keçirilmiş tədbirlərə dair ikinci tərəqqi hesabatının müzakirəsi məsələsi də daxil edilmişdi.
Oxunub:649 dəfə | Tarix: 20-12-2011, 17:31 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiya ilə mübarizədə QHT-lərin və medianin rolu

Korrupsiya ilə mübarizədə QHT-lərin və medianin rolu Aşkarlıq və şəffaflıq korrupsiyanın qarşısını alan ən effektli vasitədirlər. Bu səbəbdən korrupsiya ilə mübarizədə Media müstəsna rola malikdir. Lakin jurnalist korpusunun imkanlarından düzgün və səmərəli istifadə olunması da vacibdir. Korrupsiya-rüşvət ümumi qlobal xəstəlik olsa da hər bir ölkədə ona qarşı fərqli müalicə üsulları tətbiq edilməlidir. Bu həmin xalqın tarixi yaşam tərzi, ictimai inkişafı, milli psixologiyası, mövcud siyasi durumu və sair şərtlərdən asılıdır.
Azərbaycan reallığında Medianın əsas vəzifələrindən başlıcası insanları fəallığa təşviq etməkdir, onlarda ümidsizlik-təslimçilik deyil, qalibiyyət ruhu yaratmaqdır. Yalnız mənfi halların sıralanması yox, uğurlu mübarizə nümunələrinin cəmiyyətə çatdırılması, korrupsiyanın məğlubiyyətləri daha çox işıqlandırılmalıdır. Bu digər vətəndaşlara da yol göstərər, onları ürəkləndirər, maarifləndirər və bu minvalla korrupsiya əleyhinə cəbhəyə yeni-yeni qüvvələr cəlb edə bilər.

Korrupsiyaya qarşı Mübarizə Fondunun da fəaliyyətini əks etdirən videonu izlə


Media Forum
Oxunub:936 dəfə | Tarix: 16-12-2011, 16:50 | Kateqoriya: --- Ətraflı...

Keçmiş Fransa prezidenti 2 il şərti azadlıqdan məhrum edildi

Keçmiş Fransa prezidenti 2 il şərti azadlıqdan məhrum edildi Parisdə məhkəmə Fransanın keçmiş prezidenti Jak Şirak-ın 2 il müddətinə şərti azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Şirak hələ paytaxt Parisin meri olarkən vəsaitləri israf etməkdə vəzifədən sui-istifadə etməkdə ittiham olunur. Bu, İkinci Dünya müharibəsindən bəri Fransada bir keçmiş dövlət başçısının azadlıqdan məhrum edildiyi ilk hadisədir.Xəstə olduğundan 79 yaşlı keçmiş prezidentin özü bugünkü məhkəmə iclasında iştirak edə bilməyib.
Oxunub:598 dəfə | Tarix: 16-12-2011, 11:47 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı yeni məlumat açıqlanıb

Azərbaycanda korrupsiya cinayətləri ilə bağlı yeni məlumat açıqlanıb Baş Prokurorluq yeni korrupsiya cinayətləri ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, prokurorluq orqanları tərəfindən mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyanın, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması, cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Belə ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmalarla müəyyən edilib ki, Cəfərov Oqtay Səttar oğlu "Royalbank" ASC-yə qarşı depozit müqaviləsi əsasında banka qoyduğu 30 min manat pul vəsaitinin geri qaytarılması barədə Yasamal rayon məhkəməsi qarşısında iddia qaldırıb.
Oxunub:586 dəfə | Tarix: 15-12-2011, 16:13 | Kateqoriya: Xəbərlər Ətraflı...

Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günü Ağdaşda qeyd olundu

Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günü Ağdaşda qeyd olundu Korrupsiyaya Qarşı Mübarizə Fondu “Regionlarda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın maarifləndirilməsi” layihəsi çərçivəsində 9 Dekabr Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə Günündə növbəti dəyirmi masanı Ağdaş şəhərində keçirmişdir. Ağdaş rayonunda korrupsiyaya qarşı mübarizə ilə bağlı belə geniş formatlı bir tədbirin ilk dəfə keçirilməsi rayon ictimaiyyəti arasında xüsusi maraq doğurmuşdur. Tədbirdə əksər yerli dövlət orqanlarının, ictimaiyyətin, KİV-in və regional telekanalların da nümayəndələri iştirak etmişlər. Dəyirmi masada edilən çıxışlarda diqqət çəkən məqamlardan biri o idi ki, yerli dövlət orqanları öz fəaliyyətlərində şəffalıq prinsiplərinə əməl etmək üçün vətəndaş cəmiyyəti ilə əməkdaşlıq təklif edirdilər. Bu da məmurlar tərəfindən qanunların icrasına ictimai nəzarətin təşkilinə zəmin yaradır. Tədbirdə ötən müddət ərzində ölkədə korrupsiyaya qarşı mübarizənin vəziyyəti və bu istiqamətdə Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verildi. Qeyd olundu ki, əhaliyə hüquqi yardım göstərmək üçün Fondun Ağdaş rayonu və ətraf regionlarda fəaliyyəti genişləndirilsin. Yerli dövlət orqanları ilə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq etmək üçün Korrupsiyaya qarşı Mübarizə Fondunun regional nümayəndəliyinin təşkil olunması qərara alındı.

Korrupsiyaya qarşı Mübarizə Fondu
Oxunub:1070 dəfə | Tarix: 14-12-2011, 16:58 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Prokurorluq dosentin həbsi ilə bağlı rəsmi xəbər yaydı

Prokurorluq dosentin həbsi ilə bağlı rəsmi xəbər yaydı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə ərazi nümayəndəsi və Təfəkkür Universitetinin dosenti ilə bağlı korrupsiya faktlarına dair rəsmi məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumata görə, Masallı rayon sakini Alışov Rasim Mirzağa oğlunun müraciəti üzrə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırmalarla müəyyən edilib ki, Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhəri üzrə ərazi nümayəndəsi vəzifəsində işləyən Sadıqzadə Laçın Cəfər oğlu özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq məhkəmə qərarı və ya buna əsas verən sair rəsmi sənəd olmadan, 2011-ci ilin iyun ayında rayon sakini, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Alışovun əsaslı etirazlarına baxmayaraq, sonuncuya məxsus Masallı şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazanın sökülməsinə qanunsuz göstəriş verib.
Oxunub:569 dəfə | Tarix: 13-12-2011, 17:18 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiya - Xalqa qarşı cinayət yoxsa dövlətə xəyanət?

Korrupsiya - Xalqa qarşı cinayət yoxsa dövlətə xəyanət? Nəzarətin olmadığı yerlərdə korrupsiya sövdələşmələri daha güclü olur. Necə deyərlər dərə xəlvət olduqda hər kəs öz bəyliyini göstərir. Son nəticədə isə əzilən sadə vətəndaşın dövlətə inamı azalır. Bu inamı sarsıdan məmurlara qarşı hazırda ölkəmizdə güclü mübarizə gedir. Ağdaş şəhərində Korrupsiyaya qarşı Mübarizə Fondunun düzənlədiyi tədbirdə bu məsələlərə bir daha diqqət yetirilib. Bildirilib ki, 2004-cü ildən etibarən Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi altında korrupsiyayla mübarizə istiqamətində bir çox vacib addımlar atıb. Azərbaycan bu sahədə bir çox beynəlxalq konvensiyalara qoşulub.
Oxunub:611 dəfə | Tarix: 13-12-2011, 17:15 | Kateqoriya: Xəbərlər Ətraflı...

Məktəblərdə fond pulu yığımı davam edir

Məktəblərdə fond pulu yığımı  davam edir Məktəblərdən fond pulu yığılması həmişı mətbuatın əsas mövzularından biri olub. PİA.AZ-a məktəblərdə qanunsuz pul toplanması haqqında məlumat daxil olub. Bu şikayəti oldumu kimi oxuğularımıza təqdim edirik:
“Hörmətli PİA.AZ redaksiyası, Bakıdakı 150 nömrəli orta məktəbin direktorunu təlim-tərbiyə yox,fond pulu toplamaq maraqlandırır. Təhsil naziri Misir Mərdanov dəfələrlə bəyan edib ki, məktəblərdə fond pulu adı ilə pul yığmaq kampaniyasına birdəfəlik son qoyulub. Hətta zaman-zaman nazir bu işlə məşğul olan məktəb direktorlarını da ciddi cəzalandıracağını bildirib.
Oxunub:646 dəfə | Tarix: 7-12-2011, 16:56 | Kateqoriya: Xəbərlər Ətraflı...

Polis mayoru rüşvət almaq ittihamı ilə tutuldu

Polis mayoru rüşvət almaq ittihamı ilə tutuldu  Vətəndaş Ramin Məmmədov Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciət edib. O, ikimərtəbəli ev tikmək istəyir, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə müvəkkili, polis mayoru Toğrul Hüseynov isə hər mərtəbə üçün ondan 1000 manat tələb edibmiş. Bu barədə DİN və Baş Prokurorluğun birgə yaydığı məlumatda deyilir.
Məlumatda bildirilir ki, T.Hüseynov xidməti otağında həmin vətəndaşdan 1000 manat rüşvət alarkən yaxalanıb.

Oxunub:596 dəfə | Tarix: 7-12-2011, 16:43 | Kateqoriya: Xəbərlər Ətraflı...