Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Noyabr 2011    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Rüşvətxorlar barədə xəbər vermək sərfəli olacaq

Rüşvətxorlar barədə xəbər vermək sərfəli olacaq RF-in Ədliyyə Nazirliyi korrupsiya barədə verilən xəbəri mükafatlandırmağı təklif edir. Nazirliyin yeni layihəsi büdcəyə qaytarılan məbləğdən faiz müəyyən edilməsini təklif edir. Bu ideya dövlət orqanları və korrupsiyaya qarşı mübarizə üzrə vətəndaş cəmiyyəti institutlarının birgə yeni konsepsiyasında yazılıb. Yaxın günlərdə sənədin Prezident yanında korrupsiyaya qarşı mübarizə Şurasına göndərilməsi planlaşdırılır.
Oxunub:641 dəfə | Tarix: 30-11-2011, 17:07 | Kateqoriya: Xəbərlər Ətraflı...

Elektron xidmətlərin göstərilməsinə hazırlıq sahəsində problemlər var

Elektron xidmətlərin göstərilməsinə hazırlıq sahəsində problemlər var Multimedia Mərkəzi tərəfindən “ Elektron xidmətlərə keçid: mövcud vəziyyət və perspektivlər ” mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz mövzu ilə bağlı təqdimatla çıxış edib. O, ölkədə elektron hökumət quruculuğu və xüsusilə də elektron xidmətlərin göstərilməsinə hazırlıqla bağlı müəyyən işlərin güldüyünü vurğulayıb. Bununla belə o, Prezidentin Elektron xidmətlərin göstərilməsinin təşkili haqqında 23 may tarixli Sərəncamında nəzərdə tutulan bəzi mələlərlə bağlı hələlik ictimaiyyətə heç bir açıqlama verilmədiyini bildirib. Təqdimatda Mərkəzi icra orqanları tərəfindən hansı xidmətlərin təqdim edilməsi və onların sosial əhəmiyyətliliyi məsələsinə toxunulub. Ümumiyyətlə bütün dövlət və bələdiyyə xidmətlərinin qabacadan inventarizasiyasının aparılmasının vacibliyi vurğulanıb.
Oxunub:616 dəfə | Tarix: 28-11-2011, 15:19 | Kateqoriya: Xəbərlər Ətraflı...

"Şəfaflığın artırılması və korrupsiyaya qarşı mübarizə" mövzusunda konfrans keçirilmişdir

"Şəfaflığın artırılması və korrupsiyaya qarşı mübarizə" mövzusunda konfrans keçirilmişdir Vergilər Nazirliyində "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə" mövzusunda konfrans keçirilmişdir. Konfransda Vergilər Nazirliyinin struktur vahidlərinin rəhbər vəzifəli şəxsləri, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin, Ombudsman Aparatının, "Şəffaflıq Azərbaycan" təşkilatının, Konstitusiya Arasdırmaları Fondunun, Korrupsiyaya Qarşı Mübarizə Fondunun, audit şirkətlərinin və digər qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.


Oxunub:622 dəfə | Tarix: 28-11-2011, 15:14 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Hər hansı məmur etdiyi əmələ görə cəzasını almalıdır”

“Hər hansı məmur etdiyi əmələ görə cəzasını almalıdır” Vasif Mövsümov: “Korrupsiyaya qarşı mübarizənin effektivliyini artırmaq üçün inzibati tədbirləri daha da gücləndirmək lazımdır”
Cari ilin ilk aylarında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlərin son vaxtlar bir qədər azalması bəzi qüvvələr tərəfindən sözügedən mübarizənin kampaniya xarakterli olduğu barədə rəyin formalaşdırılmasına yol açıb. İddia edilir ki, həmin ərəfədə ərəb ölkələrində baş verən hakimiyyət dəyişikliklərindən ehtiyatlanan ölkə iqtidarı cəmiyyətin diqqətini ərəb ölkələrindən yayındırmaq məqsədilə korrupsiya və rüşvətxorluğa qarşı kampaniya xarakterli mübarizəyə başladı. Son vaxtlar sözügedən istiqamətdə həyata keçirilən tədbirlərin bir qədər az müşahidə edilməsi də məhz bu cür qiymətləndirilir.
Oxunub:1057 dəfə | Tarix: 28-11-2011, 15:09 | Kateqoriya: --- Ətraflı...

Ədalət məhkəməsinin tam müstəqilliyi təmin olunmur

Ədalət məhkəməsinin tam müstəqilliyi təmin olunmur Hakimlik ciddi bir vəzifədir. Onun qəbul etdiyi qərardan insan taleyi asılıdır. Buna görə də hakimə sərt tələblər də vardır. Amma mənim fikrimcə, ədalət məhkəməsinin tam müstəqilliyi təmin olunmur. Bu gün hakimlər qərar qəbul edəndə hələ də hüquq və ədalətdən daha çox tərəflərin imkanlarını nəzərə alır. Bəzən belə fikirlər də səslənir ki, yuxarıdan sifarişlər var. Mən sizi əmin edirəm ki, qəbul olunan qeyri əsassız qərarların 90 faizində tapşırıq yox, onların öz şəxsi maraqları rol oynayır. Amma son vaxtlar bu işdə də irəliləyişlər var. İşində buraxdığı qüsurlara görə 70-dən artıq hakim intizam məsuliyyətinə cəlb olunub, bəzi hakimlərə korrupsiya əməlinə görə işinə xitam verilib, bəziləri yenidən seçilməyib.
Bizdə oğurluq üstündə məhkum olunmuş şəxsə birmənalı şəkildə qınaq var. Heç kim onunla bir məclisdə oturmaq, salamlaşmaq, ünsiyyət qurmaq istəmir.
Oxunub:626 dəfə | Tarix: 22-11-2011, 15:39 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiya ilə mübarizədə medianin rolu

Korrupsiya ilə mübarizədə medianin rolu Ümumiyyətlə, ciddi medianın işi nədir? Ciddi medianın əsas işlərindən biri dövlətin əlində olan və hökumətin, icra hakimiyyətinin xərclədiyi pulları izləməkdir. Pul kimin əlindədir? Hökumətin... İcra hakimiyyətinin... Və pul kimin əlindədirsə, büdcəni o xərcləyir. Ciddi jurnalistika - bulvar jurnalistikası, sari media yox, məhz ictimai önəmli jurnalistika təkcə pul qazanmağı, kommersiya fəaliyyətini deyil, əhalini bilgiləndirməyi əsas tutur. Təkrar edirəm. Ən azından pulu izləyir. Vəsait parlament tərəfindən ayrıldı, hökumətə gəldi. Bəs bu vəsait hara xərcləndi? Kimə xərcləndi? Nə vaxt xərcləndi? Nə qədər zamana xərcləndi? Nə məqsədlə xərcləndi? Bunu izləmək və ictimaiyyətə çatdırmaq yetərlidir. Ümumiyyətlə, korrupsiya deyilən yerdə cinayət var. Bəzi dövlət qurumları bir şəbəkədə görürsən birləşib dövlətin vəsaitini mənimsəyirlər. Belə hallarda hətta pulun izini itirmək üçün başqa cinayətlər də törədə bilər.
Oxunub:653 dəfə | Tarix: 22-11-2011, 15:37 | Kateqoriya: Xəbərlər Ətraflı...

Özbaşına buraxılan zəmini labüd olaraq alaq otları basacaq

Özbaşına buraxılan zəmini labüd olaraq alaq otları basacaq Cəmiyyətimizdə insanların vətəndaş əqidəsinin tərbiyəsinə, demək olar, heç bir fikir verilmir. Halbuki insanlarımız uşaqlıqdan elə tərbiyə olunmalıdır ki, haqsızlığı, başqasının malına göz dikməyi, rüşvət və korrupsiyaya bulaşmağı və bu kimi əməlləri onlar ikrahdoğurucu, murdar, mənliyi-ləyaqəti alçaldan bir şey kimi qəbul etsinlər. Vətəndaş əqidəsinin formalaşdırılması uşaq bağçasında, orta məktəbdə, Universitetlərdə və müəssisələrdə yəni hər sahədə davam etdirilməlidir. Bu daimi və çox vacib prosesdir.
Oxunub:701 dəfə | Tarix: 22-11-2011, 15:33 | Kateqoriya: Xəbərlər Ətraflı...

Böyük Britaniyada immiqrantlar ingilis dili testini rüşvətlə verirlər

Böyük Britaniyada immiqrantlar ingilis dili testini rüşvətlə verirlər Böyük Britaniyanın vətəndaşlığını almaq niyyətində olan immiqrantlar ingilis dilindən imtahan vermək üçün yüzlərlə funt rüşvət ödəyirlər. Özünü ingilis dilində güclə izah edə bilən immiqrant kimi qələmə verən jurnalist Londonun dil məktəblərindən birinin agenti ilə dövlət imtahanında kömək almaq üçün razılığa gəlib. Buna görə ondan 900 funt sterlinq rüşvət istəyiblər. Britaniya radiosunun əməkdaşına izah ediblər ki, yenə də imtahana gəlmək lazımdır, lakin heç nə etmək lazım deyil, “özünü elə göstərməlisən ki, test edirsən”.
Oxunub:724 dəfə | Tarix: 22-11-2011, 14:46 | Kateqoriya: Xəbərlər Ətraflı...

Tarixdə ilk dəfə Böyük Britaniyada rüşvətxoru cəzalandırıblar

Tarixdə ilk dəfə Böyük Britaniyada rüşvətxoru cəzalandırıblar Britaniya məhkəməsi ölkənin tarixində ilk dəfə rüşvətə görə hökm oxuyub. 22 yaşlı məhkəmə klarkı Munir Patel 6 illiyə azadlıqdan məhrum edilib. Patel rüşvət almaqda və xidməti vəzifəsində nizam-intizamı pozmaqda ittiham olunur. Londonda məhkəmədə işlədiyi müddətdə o, 500 funta sürətin yüksəldilməsi barədə məlumatları məhkəmə bazasına daxil etməməyə razılıq verib. Istintaqın nəticələrinə görə müttəhim ən az 53 nəfər yol qaydaları pozmuş şəxslərin məsuliyyətdən qaçmasına kömək edib.
Oxunub:601 dəfə | Tarix: 21-11-2011, 17:22 | Kateqoriya: Xəbərlər Ətraflı...

Hondurasda 176 zabit həbs olunub

Hondurasda 176 zabit həbs olunub Hondurasda korrupsiya şübhəsi və mütəşəkkil cinayətkarlıq şübhəsilə 176 zabit həbs edilib. Həbs edilənlər insan qətllərində, oğurluqlarda və narkobizneslə məşğul olan cinayət qrupları ilə əlbirlikdə günahlandırılır. Həbslərdən sonra iki tələbəni öldürməkdə günahlandırılan polislərin azad edilməsinə qarşı olan ictimai etirazlar başladı.
Oxunub:575 dəfə | Tarix: 16-11-2011, 16:47 | Kateqoriya: Xəbərlər Ətraflı...