Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Oktyabr 2011    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Korrupsiya ilə əlaqədar 195 cinayət işinin ibtidai araşdırması yekunlaşıb

Korrupsiya ilə əlaqədar 195 cinayət işinin ibtidai araşdırması yekunlaşıb 2011-ci il ərzində Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsində 195 cinayət işinin ibtidai araşdırması həyata keçirilib. Bu barədə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (KQMİ) rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində bildirilib.

Oxunub:585 dəfə | Tarix: 31-10-2011, 14:40 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının Ümumi Yığıncağında iştirak edib

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının Ümumi Yığıncağında iştirak edib Ədliyyə naziri Fikrət Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Mərakeşdə keçirilən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 5-ci İllik Konfransı və Ümumi Yığıncağında iştirak edib. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev Konfransın əsas məruzəçilərindən biri kimi Azərbaycanda korrupsiyaya qarşı görülən tədbirlər barədə məlumat verib. Yığıncağın sonunda təşkilatın gələcək fəaliyyətini müəyyən edən Strateji Proqram və Konfransın Bəyannaməsi qəbul edilib.
Oxunub:515 dəfə | Tarix: 28-10-2011, 14:43 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycan Korrupsiya əleyhinə BMT Konvensiyasına üzv dövlətlərin 4-cü konfransında iştirak edir

Azərbaycan Korrupsiya əleyhinə BMT Konvensiyasına üzv dövlətlərin 4-cü konfransında iştirak edir Mərakeş Krallığının Mərrakeş şəhərində Korrupsiya əleyhinə BMT onvensiyasına üzv dövlətlərin 4-cü konfransı keçirilir.
Azərbaycan tədbirdə Prezidenti Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Azərbaycanın Mərakeşdəki səfiri Sabir Ağabəyov, baş prokurorun müavini Namiq Əsgərov, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevlə təmsil olunur.
Oxunub:522 dəfə | Tarix: 28-10-2011, 13:35 | Kateqoriya: Xəbərlər Ətraflı...

Cəza tədbirləri olmadan korrupsiyaya qarşı mübarizə səmərə verməyəcəkdir

Cəza tədbirləri olmadan korrupsiyaya qarşı mübarizə səmərə verməyəcəkdir Ölkədə korrupsiyaya qarşı mübarizənin vəziyyəti və daha hansı tədbirlər görməyin vacib olması ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovun Azadlıq radiosuna müsahibəsi.

Dinlə
Oxunub:752 dəfə | Tarix: 27-10-2011, 12:26 | Kateqoriya: --- Ətraflı...

Həkim rüşvət üstündə tutulub

Həkim rüşvət üstündə tutulub Oktyabrın 25-də Respublika Prokurorluğundan yayılan rəsmi məlumata görə Bakı şəhər sakini Aydın Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə zəng edərək həkimin ondan rüşvət tələb etdiyini deyib. Vətəndaş bildirib ki, Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasının assisenti Mahmud İsmayılov ondan qızının cərrahiyyə əməliyyatı üçün 1000 manat istəyib: “Araşdırma zamanı müəyyən edilib ki, Mahmud İsmayılov Bakı sakini Aidə Hüseynovanın üzərində bu il oktyabrın 7-də cərrahiyə əməliyyatı aparıb. Həkim əvəzində də onun atasından 1000 manat tələb edib.

Oxunub:706 dəfə | Tarix: 26-10-2011, 16:23 | Kateqoriya: Xəbərlər Ətraflı...

“İcra başçisi 16 sahibkarin obyektini öz pulu ilə təmir etdirib”

“İcra başçisi 16 sahibkarin obyektini öz pulu ilə təmir etdirib” Salyanın rəhbəri Tahir Kərimovun köməkçisi Kamran Həsənov şefinə ünvanlanan ittihamlara cavab verdi
Salyana səfərimizi zəruri edən səbəblərdən başlıcası isə ötən həftənin ortalarında “Yeni Müsavat”a özünü rayon ağsaqqallarının nümayəndəsi kimi təqdim edən 3 yaşlı şəxsin gəlməsi idi. Onlar bizi prezidentin fərmanı ilə bu ilin fevralında Salyana başçı təyin olunan Tahir Kərimova qarşı qərəzli olmaqda suçlamışdı. Qəzet rəhbərliyindən tələb etmişdilər ki, bir daha başçı haqda tənqid yazmayaq. Üstəlik, redaksiyada səs-küy salıb baş redaktorun I müavinini təhqir etmişdilər. Ona görə də belə qərara alındı ki, rayona qəzetimizin əməkdaşları ilə yanaşı bir neçə qəzet və saytın müxbirləri də getsin, görüb-eşitdikləri və birbaşa başçının öz münasibətini öyrənib material hazırlasınlar.
Salyan Rayon İcra Hakimiyyətinin (RİH) binası önündə T.Kərimovun köməkçisi Kamran Həsənovla söhbətimiz zamanı ştatlı “zəhmətkeş”lər baş memarla birgə bizə yaxınlaşdı. Məlum oldu ki, onlar RİH işçiləridir. Binanın önündə başlayan söhbət sonradan köməkçinin kabinetində başçının I müavini Etibar Hüseynovun iştirakı ilə davam etdi. K.Həsənov T.Kərimovun Bakıda yas məclisində olduğunu bildirib bütün suallarımıza onun əvəzindən cavab verəcəyini söylədi. Beləliklə, onunla müsahibəni təqdim edirik:
- Sahibkarlar, sakinlər obyekt sahiblərindən abadlıq işlərinə görə pul yığıldığını bildirir, bu işlərə Kərimovun başçılıq etdiyini deyir. Bununla bağlı nə deyə bilərsiniz?


Oxunub:520 dəfə | Tarix: 25-10-2011, 19:01 | Kateqoriya: Xəbərlər Ətraflı...

Cəza tədbirləri olmadan korrupsiyaya qarşı mübarizə yarımçıq qala bilər

Cəza tədbirləri olmadan korrupsiyaya qarşı mübarizə yarımçıq qala bilər Bu il korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə çox ciddi addımlar atılmışdır, ciddi tədbirlər görülmüşdür. Bu mövzu daim diqqət mərkəzindədir. Sadəcə olaraq, ölkənin iqtisadi inkişafı ilə bağlı bu məsələyə daha da ciddi diqqət göstərilməlidir. Çünki iqtisadiyyat, dövlət xərcləri artır. Biz şəffaflığı tam şəkildə təmin etməliyik. Bizim bütün sistemimiz, maliyyə sistemimiz şəffaf olmalıdır. İnfrastruktur layihələri ilə bağlı bütün sistemimiz şəffaf olmalıdır. Elə etməliyik ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da təsirli olsun. Deyə bilərəm ki, bu il ərzində çox ciddi nailiyyətlər əldə edilmişdir. Bu sahədə çox ciddi irəliləyiş vardır.
Oxunub:588 dəfə | Tarix: 25-10-2011, 18:55 | Kateqoriya: Xəbərlər Ətraflı...

Xaçmazda korrupsiya problemi gərgin diskussiyaya səbəb oldu

Xaçmazda korrupsiya problemi gərgin diskussiyaya səbəb oldu Tədbirdən olan video çəkilişi buradan izləyə bilərsiniz
İzlə-1

İzlə-2

İzlə-3

Korrupsiyaya Qarşı Mübarizə Fondu AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın maarifləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbirini Xaçmaz şəhərində keçirmişdir. Hüquq- mühafizə və bəzi yerli dövlət orqanlarının, ictimaiyyət və KİV-in nümayəndələrinin də iştirak etdiyi tədbirdə ötən müddət ərzində ölkədə korrupsiyaya qarşı mübarizənin vəziyyəti və bu istiqamətdə Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verildi. Ölkə miqyasında korrupsiyaya qarşı mübarizə tədbirləri güclənsə də, ictimaiyyətin korrupsiyaya müqavimətinin lazımi səviyyədə olmadığı qeyd olundu. Öz növbəsində məmurların da korrupsiyaya qarşı mübarizə siyasətinə müqavimətinin artdığı, bu istiqamətdə hələ də xeyli işlərin görülməli olduğu və gələcəkdə də bu kimi layihələr həyata keçiriləcəyi bildirilmişdir.
Oxunub:778 dəfə | Tarix: 20-10-2011, 14:33 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Korrupsiyaya yox deyək

Korrupsiyaya yox deyək Bir sıra dövlət təşkilatları tanınmış “Korrupsiyaya Qarşı Mübarizə Fondu”-nun keçirdiyi tədbirə qatılmaqdan imtina ediblər. Daha öncə qeyd etdiyimiz kimi Korrupsiyaya Qarşı Mübarizə Fondu regionlarda tədbirlər planını davam etdirir. Bu plan çərçivəsində dünən adıçəkilən fond Xaçmaz rayonunda daha bir tədbir keçirdi. Dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin və KİV-nin də iştirak etdiyi tədbirdə çıxış edən fondun icraçı direktoru Vasif Mövsümov tədbir iştirakçılarını salamladıqdan sonra keçən müddət ərzində təşkilatın fəaliyyəti barədə məlumat verib.

Oxunub:528 dəfə | Tarix: 18-10-2011, 16:52 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsioner məmur dövlətin maraqlarını hər vaxt sata bilər

Korrupsioner məmur dövlətin maraqlarını hər vaxt sata bilər Azərbaycanda 2004-ci il yanvarın 30-da Korrupsiyaya Qarşı Mübarizə haqda Qanun imzalandı. Bu qanunun qəbulu ölkədə korrupsiyaya qarşı mübarizəyə start verilməsi demək idi. Bundan öncə də ayrı-ayrı fərmanlar imzalanmış, rüşvət almaq və verməyin cinayət əməli olması Azərbaycanın cinayət məcəlləsində xüsusi maddələrlə göstərilmişdi. Amma bu barədə ayrıca qanunun imzalanması həm də dövlət üzərinə məsiliyyət qoydu.
Eyni zamanda, Azərbaycan Avropa Şurasının korrupsiya ilə mübarizə üzrə 2 konvensiyasına qoşuldu, Dünya qarşısında bir öhdəçilik götürdü. Və belə bir məqamda əsas məsələlərdən biri də vətəndaş fəallığının artırılması idi. Bu cür vətəndaş mübarizliyini təmsil edən bir təşkilatın – “Korrupsiyaya Qarşı Mübarizə Fondu” - nun təsis olunması da məhz həmin ərəfəyə təsadüf etdi. Müsahibimiz Fondun icraçı direktoru Vasif Mövsümovdur.

- Vasif müəllim, ilk olaraq fəaliyyətə nədən başladınız?
Oxunub:735 dəfə | Tarix: 18-10-2011, 16:42 | Kateqoriya: --- Ətraflı...