Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    İyul 2011    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Korrupsiya ilə bağlı ən çox şikayət olunan qurumlar bəlli oldu

Korrupsiya ilə bağlı ən çox şikayət olunan qurumlar bəlli oldu Haqqında ən çox şikayət daxil olan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ən çox şikayət daxil olan qurumlar bəlli olub.Bu barədə keçirilən mətbuat konfransında idarənin rəisi Kamran Əliyev məlumat verib. O bildirib ki, haqqında idarəyə ən çox şikayət daxil olan dövlət qurumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bu qurum haqqında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə 484 şikayət daxil olub.
Sonrakı idarələr isə belədir:
Daxili İşlər Nazirliyinin yanında fəaliyyət göstərən qurumlar (DYP və s.) – 270 şikayət
Yerli İcra hakimiyyətləri – 198 şikayət
Bələdiyyələr – 128
Səhiyyə sahəsi – 112
Təhsil sahəsi – 99
“Azərenerji” ilə bağlı – 53
Torpaq və Xəritəçəkmə İdarəsi ilə bağlı – 51
Gömrük Komitəsi – 48
Əmlak Komitəsi – 41
Qaz İstismar İdarəsi – 49

Oxunub:727 dəfə | Tarix: 22-07-2011, 13:55 | Kateqoriya: Xəbərlər Ətraflı...

Salyanın İcra Başçısından Antikorrupsiya İdarəsinə şikayət hazırlanır

Salyanın İcra Başçısından Antikorrupsiya İdarəsinə şikayət hazırlanır Rayonun iş adamları Tahir Kərimovun onlardan rüşvət tələb etməsindən danışdı.
Dünən Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin növbəti toplantısı keçirilib. Toplantıda korrupsiyaya qarşı mübarizə istiqamətində şəbəkənin fəaliyyətinin genişləndirilməsi və Salyan rayonunda sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrlə bağlı məsələlər müzakirə edilib.
Şəbəkənin koordinatoru Əliməmməd Nuriyev vətəndaşların fərdi şəkildə korrupsiya hüquq pozuntularına qarşı çıxış etməsini vacib sayıb. O deyib ki, məmurların korrupsiyaya qarşı mübarizənin güclənməsinə ciddi müqaviməti müşahidə olunur: “Şəbəkəyə müraciətlər daxil olur. Xüsusən nəqliyyat sektorunda ciddi qanun pozuntuları var. Yerlərdə abadlıq işlərinin görülməsi adı altında sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr edilir, mülkiyyət hüquqları pozulur”.
Oxunub:660 dəfə | Tarix: 13-07-2011, 16:42 | Kateqoriya: Xəbərlər Ətraflı...

Məmur-vətəndaş təmasları aradan qaldırılmalıdır

Məmur-vətəndaş təmasları aradan qaldırılmalıdır Ölkəmizdə, ümumiyyətlə, islahatların aparılması və şəffaf maliyyə sisteminin gücləndirilməsi sahəsində böyük işlər görülür. Onların arasında korrupsiya və rüşvətxorluqla mübarizə çox mühüm yer tutur. Bu istiqamətdə çox təsirli addımlar atılmışdır. Bütün sahələrdə çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, cəza tədbirləri tətbiq olunur, eyni zamanda, institusional metodlardan da istifadə etməliyik. Mənim tərəfimdən imzalanmış bəzi sərəncamlar məhz bu məqsədi güdür.
Elektron hökumət prinsiplərinə keçməyimiz də korrupsiyaya qarşı mübarizədə çox təsirli amil olacaqdır. Bütövlükdə çalışmalıyıq ki, nə qədər mümkündür, məmur-vətəndaş təmaslarını aradan qaldıraq. İndi internet vasitəsilə, elektron xidmət vasitəsilə müxtəlif məlumatları da, arayışları da əldə etmək olar. Qeydiyyat məsələləri də internet vasitəsilə aparılmalıdır. Mənim tərəfimdən imzalanmış xüsusi Sərəncamda bütün bu məsələlər göstərilibdir.
Oxunub:671 dəfə | Tarix: 13-07-2011, 14:16 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda baş redaktor rüşvət alarkən həbs olunub

Azərbaycanda baş redaktor rüşvət alarkən həbs olunub Azərbaycanda baş redaktor həbs olunub. Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verilən məlumata görə, saxlanılan şəxs "Azərbaycan Gündəmi" qəzetinin baş redaktoru, Bakı şəhər sakini Elnur Məmmədovdur. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Məmmədov 1000 manat rüşvət alarkən tutulub.

APA
Oxunub:681 dəfə | Tarix: 12-07-2011, 06:34 | Kateqoriya: Xəbərlər Ətraflı...

Salyanda məmur özbaşınalığının ifşası

Salyanda məmur özbaşınalığının ifşası Son günlərdə Salyan rayonunda sahibkarların fəaliyyətinə yerli İcra Hakimiyyəti tərəfindən qeyri-qanuni müdaxilələrlə bağlı müraciətlər daxil olmuşdur. Müdaxilələr ondan ibarətdir ki, İcra Hakimiyyəti məmurları ölkə Prezidentinin adından istifadə edərək, abadlıq işlərinin görülməsi adı ilə sahibkarlardan qeyri-qanuni pul tələb edirlər. Pul verməyən sahibkarların isə dükanları zorla boşaldılır, qapısı isə daşla hörülür. Bu işin icraçısı Rayon İcra Hakimiyyətinin başçısının Salyan şəhər üzrə nümayəndəsi Kamil Əzizovdur. O isə bizimlə söhbətində dedi ki, pul verməyən sahibkarların dükanlarının qarşısının daşla hörülməsi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun göstərişidir. Onu da qeyd edək ki, bu özbaşınalıq AR Cinayət Məcəlləsinin 190-cı maddəsinin tələblərinin vəzifəli şəxslər tərəfindən kobudcasına pozulması deməkdir.
Salyanda məmurlar tərəfindən qanunlarımızın tapdanması ilə bağlı Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovun Azadlıq radiosunun "Şəffaflıq" verilişinə verdiyi müsahibəni bu linkdə dinləyə bilərsiniz.

Dinlə
Oxunub:914 dəfə | Tarix: 7-07-2011, 15:35 | Kateqoriya: --- Ətraflı...

Azərbaycanda daha 3 yol polisi korrupsiyaya görə işdən qovulub

Azərbaycanda daha 3 yol polisi korrupsiyaya görə işdən qovulub Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin üç əməkdaşı korrupsiya faktı ilə əlaqədar işdən qovulub. Bu barədə rayon hüququ-mühafizə orqanlarından bildirilib. Lakin polis əməkdaşlarının işdən çıxarılmalarının səbəbləri barədə əlavə açıqlama verilməyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov faktı təsdiqləyib. DYP əməkdaşlarının işdən çıxarılmasının səbəblərinə gəldikdə, E. Zahidov bildirib ki, korrupsiyaya qarşı mübarizə ilə əlaqədar bu ilin yanvarında Daxili İşlər Nazirliyində Tədbirlər Planı hazırlanaraq daxili işlər naziri, general polkovnik Ramil Usubovun göstərişi ilə icraya yönəldilib: “Bu sənəddə xidməti fəaliyyətdə vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılması, bu sahəyə nəzarətin daha da gücləndirilməsi haqda konkret tapşırıqlar var. Qeyd olunan Tədbirlər Planının icrası ilə əlaqədar mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirilir”.
Oxunub:662 dəfə | Tarix: 6-07-2011, 13:09 | Kateqoriya: Xəbərlər Ətraflı...

Ərizə

Korrupsiyaya qarşı Mübarizə Fonduna


Salyan şəhəri, Xəlil Rza Ulutürk 67 ünvanında yerləşən Paltar dükanının sahibi Quliyev Ağa Bayram oğlu tərəfindən

Ərizə


Sizə bildirirəm ki, sahibkarlıq fəaliyyəti ilə məşğulam. Vaxtlı-vaxtında dövlətin vergisini ödəyirəm. Bir neçə gündür ki, Salyan rayonu İH-nin şəhər üzrə nümayəndəsi Kamil Əzizov və iş icraçısı Həsən dükandan 2600 manat pul tələb edirlər. Mən o pulu vermədiyimə görə, 03.07.2011-ci il tarixdə onlar “icra başçısının göstərişidir” dükanın qapısını yerindən çıxartdıraraq onu daşla hördürmüşlər. Bununla da, Salyan rayonu İH-nin şəhər üzrə nümayəndəsi Kamil Əzizov və iş icraçısı Həsən AR Cinayət Məcəlləsinin 190-cı maddəsinin tələblərini ciddi şəkildə pozmaqla sahibkarlıq fəaliyyətimə maneçilik törətmiş oldular.


04.07.11
Oxunub:875 dəfə | Tarix: 5-07-2011, 17:14 | Kateqoriya: Ərizə və Şikayyətlər Ətraflı...

Ərizə

Korrupsiyaya qarşı Mübarizə Fonduna


Salyan şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən “Türk malları “ dükanının sahibi Rzayeva Təranə Kainat qızı tərəfindən

Ərizə


Sizə bildirirəm ki, mənim 28 iyun 2006-cı il tarixdə dövlət qeydiyyat sənədi verilmiş 7,76 kv.m-lik dükanım var.Vaxtlı-vaxtında dövlətin vergisini ödəyirəm. Bir neçə gündür ki, Salyan rayonu İH-nin şəhər üzrə nümayəndəsi Kamil Əzizov və iş icraçısı Həsən dükandan 500 manat pul tələb edirlər. Mən o pulu vermədiyimə görə, 03.07.2011-ci il tarixdə onlar “icra başçısının göstərişidir” deyə dükanın malını bayıra atdırmış, dükanın qapısını yerindən çıxartdıraraq onu daşla hördürmüşlər. Mən bu qanunsuzluqla bağlı DİN-in 102 xidmətinə məlumat verdim və hadisə yerinə gələn polis əməkdaşları bunun şahidi olsalar da, onların bu özbaşınalıqlarının qarşısını ala bilmədilər. Bununla da, Salyan rayonu İH-nin şəhər üzrə nümayəndəsi Kamil Əzizov və iş icraçısı Həsən AR Cinayət Məcəlləsinin 190-cı maddəsinin tələblərini ciddi şəkildə pozmaqla sahibkarlıq fəaliyyətinə maneçilik törətmiş oldular.
Xahiş edirəm, bu korrupsioner və özbaşına məmurların cinayət əməllərinə hüquqi qiymət verilməsinə kömək edəsiniz.

04.07.11
Oxunub:726 dəfə | Tarix: 5-07-2011, 17:11 | Kateqoriya: Ərizə və Şikayyətlər Ətraflı...

Ərizə

Korrupsiyaya qarşı Mübarizə Fonduna

Salyan şəhəri, T.Xəlilbəyli küçəsi 128 saylı evdə yaşayan Cəfərova Alimə Cəfərağa qızı tərəfindən

Ərizə



Nəzərinizə çatdırmaq istəyirəm ki, 2002-ci ildən onurğa sütunumda çürümə gedir. 2 il yataq rejimində yatmışam və I qrup əlillik dərəcəsindəyəm. Bu xəstəliklə bərabər, ağır şəkər xəstəsiyəm və insulinlə yaşayıram. Sağ gözüm 20 fevralda əməliyyat olunub. Amma əməliyyat uğursuz alındı gözum hal-hazırda görmür. Böyrəyim xəstə olduğundan yüksək təzyiqlə yaşayıram. Yoldaşım 1936-ci ildə anadan olub. İki dəfə infarkt keçirib.Gün ərzində bir neçə dəfə tutmalar tutur və bu üzdən çox gərgin həyat tərzi yaşayır. İki nəvəm də anadan qüsurla doğularaq 2-ci qrup əlildir.
Demək olar ki, biz səhhətimizlə əlaqədar çox ağır günlər keçiririk. Aldığımız təqaüd bizim aylıq dərmanlarımıza belə çatmır. Ona görə vəziyyətimizi bir az yaxşılaşdırmaq üçün öz həyətyanı sahəmizdə 24 kv.metrlik bir otaq tikib sahibkarlıqla məşğul olmaq istədik. Lahiyə hazırlandı və yerli İH orqanına təqdim olundu. Amma Salyan rayonu İH başçısı Tahir Kərimov dəfələrlə müraciət etməyimizə baxmayaraq, müraciətimizə rəsmi cavab vermədi, əvəzində isə onun köməkçisi olan qaynı Kamran bizə bildirdi ki, 3500AZN ödəsək mağazanın işləməsinə icazə verəcək, əks halda qapını hördürəcək. Mən pulu verə bilmədiyimə görə şəhər icra nümayəndəsi Kamil Əzizov dükanın qapısını sökdürüb yerini kubik daşla hörmüşdür. Həmin gün mənim və yoldaşımın vəziyyəti çox ağırlaşdı. Təcili yardım həkimlərinin səyi nəticəsində biz şok halından güclə çıxa bildik. Bu azmış kimi 01.07.2011 tarixdə Tahir Kərimov şəxsən səhər saat 8-də həyətimizə daxil olub, ”bu hasar çox hündürdür, mən buraya nə qədər lay düzməliyəm? Hasar 1metr 20 sm ya da 1metr 50 sm olar” deyə hirsləndi. Sonra İH-nin şəhər nümayəndəlikdən tikilinin üstünün 3 günə sökülməsini tələb etdi. Bunların hansı əziyyətlə tikilməsi T.Kərimovu heç maraqlandırmır, çünki T.Kərimov kimi biz də divarlara ağ lay düzdürüb pullarını əhalidən, müəllimlərin və tibb işçilərinin maaşlarından, sahibkarlardan almırıq. Alnımızın təri ilə zəhmətlə qazanırıq. Məgər Möhtərəm Prezidentimiz Salyandakı abadlıq işlərinə vəsait ayırmayıb ki? Azərbaycanda hər nə desən Avropa ilə müqaisə edilir, amma əhalini incidirlər. Elədirsə, biz də ailəliklə Azərbaycan vətəndaşlığından imtina edək, burada dırnaqarası adam kimi yaşamaqdansa, Avropada it kimi yaşamaq yaxşıdır, çünki orada itə qayğı var, bizdə insana qayğı yoxdur. Rayonumuzda məmur özbaşınalığı baş alıb gedir!
Mən bu yazını uzun-uzadı yaza bilərəm. Amma mənə elə gəlir ki, bizə kömək etməyiniz üçün kifayət qədər faktları Sizə çatdıra bildim. Sizdən çox xahiş edirəm ki, bizə kömək edəsiniz.

İmza: I qrup əlil Cəfərova Alimə
II qrup əlil Cəfərov Fuad

04.07.11
Oxunub:698 dəfə | Tarix: 5-07-2011, 17:07 | Kateqoriya: Ərizə və Şikayyətlər Ətraflı...

Azərbaycanda daxili işlər orqanlarında bu il 71 əməkdaş xidmətdən xaric edilib

Azərbaycanda daxili işlər orqanlarında bu il 71 əməkdaş xidmətdən xaric edilib Azərbaycanda daxili işlər orqanlarında bu il 26 fakt üzrə 71 əməkdaş xidmətdən xaric edilib, 11 nəfər tutduğu vəzifədən azad olunub. Bunu "Azərbaycan" qəzetinə müsahibəsində daxili işlər naziri Ramil Usubov deyib.
Nazir bildirib ki, bu ilin 6 ayında polis orqanlarında 22 rəhbər vəzifəli şəxs cəzalandırılıb, 8 material əmələ hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.
Nazirin sözlərinə görə, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli strategiya"yanın icra olunduğu dövrdə 137 mindən çox müraciət daxil olub. Həmin müraciətlərin təxminən 1 faizi əməkdaşların korrupsiya ilə əlaqədar hüquqpozmalara yol verməsi ilə bağlıdır.
"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"nın icrasının davam etdirildiyini deyən Usubov bildirib ki, 2008-2010-cu illərdə insan və vətəndaş hüquqlarının pozulması ilə bağlı aşkarlanmış 437 fakta görə 685 əməkdaş barəsində ciddi intizam tənbehi tədbirləri görülüb. O cümlədən 34 nəfər xidmətdən xaric olunub.
Oxunub:678 dəfə | Tarix: 5-07-2011, 16:06 | Kateqoriya: Xəbərlər Ətraflı...