Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    İyun 2011    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Korrupsiya dalğası Gəncəyə çatdı: 2 komissar həbs edildi

Korrupsiya dalğası Gəncəyə çatdı: 2 komissar həbs edildi Azərbaycanda daha iki hərbi komissarlıqda yoxlamalara başlanıb. Respublika Hərbi Prokurorluğu Gəncə şəhəri Kəpəz və Nizami rayonlarının Hərbi Komissarlıqlarında yoxlamalar aparır. Yoxlamalar zamanı hər iki komissarlıqda korrupsiya faktları aşkar edilib. Bildirilib ki, aparılan yoxlamalar zamanı komissarlıqda aşkar edilmiş korrupsiya faktı ilə əlaqədar bir nəfər həbs edilib. Nizami Rayon Hərbi Komissarlığı faktı təsdiqləyib. Tutulan şəxs komissarlığın 2-ci şöbəsinin rəisi Səfər Bayramovdur.
Oxunub:759 dəfə | Tarix: 30-06-2011, 17:18 | Kateqoriya: Xəbərlər Ətraflı...

Salyanda İcra Hakimiyyəti sahibkarların fəaliyyətinə mane olur

Salyanda İcra Hakimiyyəti sahibkarların fəaliyyətinə mane olur Korrupsiyaya qarşı Mübarizə Fonduna Salyan şəhəri, Yusif Qasımov küçəsində yerləşən qarışıq mallar mağazasının sahibi, ikinci qrup əlil Sevinc Sərdarovanın şikayəti daxil olmuşdur. Şikayətçi bildirir ki, Salyan rayon icra hakimiyyətinin başçısının Salyan şəhəri üzrə nümayəndəsi Kamil Əzizov və Salyan rayon icra hakimiyyəti başçısının köməkçisi Kamran Həsənov məndən bir neçə dəfə abadlaşdırma adı ilə 1400 manat rüşvət tələb ediblər. Mən imkanım olmadığını deyib həmin pulu verməkdən imtina etdim. 29.06.2011-ci il tarixdə isə Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov 25 nəfər və polislə mənim mağazama gəldi və məndən abadlıq işləri üçün pulu niyə vermədiyimi soruşdu. Mən ikinci qrup əlilliyimlə bağlı davamlı müalicəyə görə pula ehtiyacım olduğu üçün tələb olunan məbləği vermək imkanım olmadığını dedim. İcra başçısı mənim bu sözümdən sonra bərk əsəbiləşdi, əvvəlcə tapşırdı ki, vergini də bu işə cəlb edib, sahibkarın işini və sənədlərini yoxlasınlar. Polisə isə göstəriş verdi ki, “bunun mallarını yığışdırın və mağazanı da bağlayın!”. Mən onlara bütün sənədlərimin qaydasında olduğunu və vergi ilə heç bir problemimin olmadığını söylədim və dedim ki, “əgər mağazanı bağlasanız, özümü elə buradaca öldürəcəyəm” və bundan sonra onlar çıxıb getdilər. 30 iyun 2011-ci il tarixdə isə Kamil Əzizov öz işçisilə mənə xəbər göndərdi ki, “Eybi yoxdur, biz həmin məbləğin yarısına razıyıq.”. Mən isə imkanım olmadığına görə yenə də imtina etdim.
Oxunub:1334 dəfə | Tarix: 30-06-2011, 16:27 | Kateqoriya: Xəbərlər Ətraflı...

QHT-lər və KİV-lər korrupsiyaya qarşı məsuliyyətli təşəbbüslər irəli sürməlidirlər

QHT-lər və KİV-lər korrupsiyaya qarşı məsuliyyətli təşəbbüslər irəli sürməlidirlər Namiq Axundov, Korrupsiyaya Qarşı Mübarizə Fondunun prezidenti: “QHT-lər və KİV-lər korrupsiyaya qarşı məsuliyyətli təşəbbüslər irəli sürməlidirlər”

- Namik müəllim, korrupsiya və rüşvətxorluq cəmiyyət üçün ciddi problemdirmi?

- Bəli. Bu gün bütün dünyada dövlət idarəçilik sisteminin öz funksiyalarını normal həyata keçirməsinə mane olan problemlərdən biri korrupsiyadır. Korrupsiya siyasi, hüquqi, iqtisadi və mənəvi-əxlaqi cinayət kimi dövlətçiliyin təməllərini sarsıdır, eyni zamanda həm dövləti, həm də cəmiyyəti təhdid edir. Bu problemin ən qorxulu cəhəti odur ki, demokratik təsisatları, dövlətin və vətəndaşın sərvətini öz marağı üçün istismar etməklə hüquqi dövlət və demokratik cəmiyyəti ciddi şəkildə zədələyir. Təsadüfi deyildir ki, korrupsiyaya qarşı mübarizə üzrə qəbul olunmuş beynəlxalq konvensiyalarda korrupsiya daha ciddi siyasi təhlükə kimi qabardılır, eləcə də korrupsiyaya qarşı mübarizədə siyasi iradə mühüm hesab edilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci il martın 1-də regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycandakı korrupsiyanı təhlil edərək deyib ki, “korrupsiya və rüşvətxorluq böyük bəladır, böyük yaradır və bizim üçün böyük ləkədir.”

- QHT-lər Azərbaycan hökumətinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizəsinə necə dəstək verməlidirlər?
Oxunub:689 dəfə | Tarix: 30-06-2011, 15:34 | Kateqoriya: --- Ətraflı...

Korrupsiya ilə bağlı daha bir addım

Korrupsiya ilə bağlı daha bir addım Azərbaycandan kənarda korrupsiya cinayəti törətmiş ölkə vətəndaşları xarici dövlətdə məhkum olunmadığı halda Azərbaycan Cinayət Məcəlləsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Parlamentin iyunun 24-də keçirilən növbədənkənar iclasında Cinayət Məcəlləsinə bu barədə əlavə və dəyişikliklər edilib.
Dəyişikliklərə görə, Azərbaycan vətəndaşları və ölkədə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayətə görə xarici dövlətdə məhkum olunmayıblarsa, Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Oxunub:665 dəfə | Tarix: 29-06-2011, 13:23 | Kateqoriya: Xəbərlər Ətraflı...

Latviyada korrupsiyaya qarşı mübarizə bürosunun başçısını işdən azad ediblər

Latviyada korrupsiyaya qarşı mübarizə bürosunun başçısını işdən azad ediblər Korrupsiyaya qarşı Mübarizə üzrə Latviya bürosunun (KNAB) sədri Normund Vilnitis vəzifəsindən azad edilib. Bu qərar parlamentin iclasında qəbul olunub. N.Viltinis 2009-cu ildən antikorrupsion büronun sədri vəzifəsindədir. Onun sədrliyi dövründə bir çox həbsəalmalar baş vermişdi. Büronun son işlərindən biri məşhur Latviya oliqarxları ilə əlaqədar firmalarda axtarışlara başlamaları olub. Vilnitis xüsusi komissiayanın göstərişi ilə qovulub. Iyunun 15-də rəhbəri Latviyanın baş prokuroru Erik Kalnmeyers olan komissiya bildirib ki, KNAB-ın sədri öz işində hadisələr zamanı cinayət-prosessual qanunvericiliyi və büronun daxili intizamını pozmuşdur. Dəqiq hansı hüquqpozmalardan söhbət getdiyi isə bəlli deyil.
Oxunub:713 dəfə | Tarix: 17-06-2011, 13:58 | Kateqoriya: Xəbərlər Ətraflı...

Fərqlənmə nişanı neçəyədir?

Fərqlənmə nişanı neçəyədir? Bakı-Şirvan-Bakı marşrutunun sürücüləri deyirlər ki, mayın axırından işə çıxa bilmirlər. Səbəb isə Nəqliyyat Nazirliyi «Avtonəqliyyatservis» Departamentinin müfəttişlərinin onlardan hər ay qanunsuz pul yığmasıdır. Sürücü Bayram Quliyev deyir ki, iyunun 10-da «Avtonəqliyyatservis» Departamentinə fərqlənmə nişanı almaq üçün banka ödədiyi rüsumun qəbzini təqdim edib. Amma departament işçiləri ondan bu qəbzi qəbul etməyiblər ki, pulu banka yox, onlara ödəmək lazımdır. B. Quliyev deyir ki, fərqlənmə nişanı almaq üçün 46 man 80 qəpik ödəməli olduqları halda, departamentin işçiləri məcburi şəkildə bütün sürücülərdən 100 manat tələb edir. Bu tələbə əməl etməyən sürücülər isə xəttə buraxılmır:

Oxunub:1228 dəfə | Tarix: 16-06-2011, 17:40 | Kateqoriya: Xəbərlər Ətraflı...

ASLAN” MTK-nın RƏHBƏRİ SAKİNLƏRLƏ MƏHKƏMƏDƏ ÇƏKİŞİR

ASLAN” MTK-nın RƏHBƏRİ SAKİNLƏRLƏ MƏHKƏMƏDƏ ÇƏKİŞİR “Bina sahibi bizi mənzilimizdən çıxartmaq üçün ölümlə təhdid edir. Hətta ailə üzvlərimiz liftə minəndə qəsdən bizi orada saxlayırlar”. Bunu Bakı sakini Tatyana İsmayılova deyib. Onun sözlərinə görə, 2006-cı ildə Mirəli Qaşqay küçəsi 148-ci məhəllədə “Aslan” Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən inşa edilən binanın 13-cü mərtəbəsində 80 kvadratmetr sahəsi olan mənzili 41 min dollara alıb. Sonradan MTK-nın rəhbəri Fərhad Abbasov həmin mənzili onlardan alıb. İspaniya vətəndaşı olan Fərhad Abbasovla nə polis, nə məhkəmə bacara bilir


Oxunub:894 dəfə | Tarix: 16-06-2011, 17:34 | Kateqoriya: Xəbərlər Ətraflı...

Müəllim israrla direktorun onlardan pul tələb etdiyini deyir

Müəllim israrla direktorun onlardan pul tələb etdiyini deyir
Dinlə

Salyan rayonunda aparılan abadlıq işləri ilə bağlı müəllimlərdən və həkimlərdən pul yığıldığı barədə məlumat vermişdik.
Salyan rayonunun Pambıqkənd orta məktəbin ibtidai sinif müəllimi, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Firudin Əsgərov (050 3943035) iddia edir ki, məktəb direktoru Dilbər Əliyeva ondan 40 manat, həmin məktəbdə işləyən həyat yoldaşından isə 20 manat pul istəyib. Onun sözlərinə görə, direktor müəllimlərdən pul yığılması ilə bağlı göstərişin rayondan gəldiyini deyib: “May ayının maaşını alanda direktor məni otağına çağırdı və dedi ki, sənin adına 40, yoldaşının da adına 20 manat pul yazmışam və siz o pulu verməlisiniz. Mən dedim ki, aldığım maaşla özümü dolandıra bilmirəm, həm də şəkər xəstəsiyəm müalicəmə pul tapmıram. Mən 200 manat, yoldaşımsa 100 manat maaş alır. Dedi ki, bizə rayondan göstəriş verilib.”
Həmin məktəbin direktoru Dilbər Əliyeva isə müəllimlərdən pul yığılması ilə bağlı məlumatları təkzib edir. O, bu barədə danışan müəllimi qərəzli olmaqda ittiham edir: “Əgər belə bir şey olsa, bütün rayon məktəblərində olar. Misal üçün, mən öz məktəbimizin həyətində abadlıq işləri aparmışam buna 200 manatdan çox pulum çıxıb, elə yığsam onu yığaram. Plakatlar hazırlatdırmışam pul yığmaq olsa elə müəllimlərə deyərəm 3-5 manat köməklik eləsinlər. Öz cibimin pulu ilə düzüb-qoşuram abadlıq edirəm, ağaclar alıb əkirəm. Sözümün canı odur ki, əgər belə məsələ olsa rayondakı başqa məktəblərdən də zənglər olar bu barədə. Mən tək niyə pul yığmalıyam ki, belə şey olar?! Mən heç kimi otağa çağırıb ondan pul istəməmişəm”
Oxunub:754 dəfə | Tarix: 9-06-2011, 14:50 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycan Təhsil Nazirliyinin rəsmisi nazirliyin əməkdaşının saxlanılmasına aydınlıq gətirib

Azərbaycan Təhsil Nazirliyinin rəsmisi nazirliyin əməkdaşının saxlanılmasına aydınlıq gətirib “Təhsil Nazirliyində əməkdaşın saxlanması ilə bağlı baş verən proseslər nazirliyin öz təşəbbüsü ilə başlayıb”.
Bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyib. O bildirib ki, bu il mayın 7-də Təhsil Nazirliyi Rafiq Hüseynov adlı bir şəxsin təhsil sahəsi üzrə dövlət sənədlərini saxtalaşdırması ilə bağlı Respublika Baş Prokurorluğuna müraciət edib.
Oxunub:794 dəfə | Tarix: 7-06-2011, 13:59 | Kateqoriya: Xəbərlər Ətraflı...

Salyanda baş həkim pul yığılması ilə bağlı həkimlərə müraciət olunduğunu təsdiqlədi

Salyanda baş həkim pul yığılması ilə bağlı həkimlərə müraciət olunduğunu təsdiqlədi Salyanda müəllimlərdən, mədəniyyət işçilərindən pul yığıldığı bildirilir. Adının çəkilməsini istəməyən müəllimin dediyinə görə, Salyanda aparılan abadlıq işlərinə görə əvvəlcə onlardan 100 manat istənilib. Təklif narazılıqla qarşılandığından, onlara bildirlib ki, həmin məbləği hissə-hissə, bir neçə ay müddətinə də verə bilərlər. Ancaq rayon Təhsil Şöbəsinin müdiri Əbülfəz Bədəlov məktəblərin rayonda aparılan abadlıq işlərində yaxından iştirak etdiyini desə də müəllimlərdən pul yığılmasını təkzib edir. «Biz abadlıqda iştirak edirik, iməcliklərə çıxırıq, yol kənarlarını, məktəblərin, idarə və müəsssisələrin ətrafını təmizləyirik, ağacları budayırıq. Amma müəllimlərdən pul yığılması ilə bağlı mən məlumatsızam».
Təhsil Nazirliyinin Kənd Ümumtəhsil Məktəbləri Şöbəsi faktı araşdırıb, amma təsdiqini tapmayıb.
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə adı çəkilən şöbədən onlara verilən cavabla razı deyil. Deyir ki, həmin cavab müəllimlərin dediklərinə yox, rayon təhsil şöbəsinin mövqeyinə əsaslanıb.Vasif Mövsümovun fikrincə, əgər müəllim nədənsə çəkinib açıq şəkildə harasa müraciət edə bilmirsə bu o demək deyil ki, müəllimlərdən pul yığılmır. Onun deməsinə görə, indiyə qədər bölgələrdə keçirdikləri sorğularda korrupsiyadan, qanunsuz pul yığımlarından ən çox şikayətlənən elə müəllimlərdir. Vasif Mövsümov hesab edir ki, rayon təhsil şöbəsinə istinadən müəllimlərdən pul yığılmasının təkzib edilməsi də korrupsiyaya qarşı düzgün mübarizə üsulu deyil.


Oxunub:744 dəfə | Tarix: 6-06-2011, 19:51 | Kateqoriya: Xəbərlər Ətraflı...