Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    May 2011    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Salyanda abadlığa pul yığılır

Salyanda abadlığa pul yığılır
Dinlə


Dövlət büdcəsindən rayonlardakı abadlıq işlərinə kifayət qədər pul ayrıldığı halda yenidən kimlərdənsə pul yığılması qanunsuzdur. Salyan rayonunda sahibkarlardan və büdcə təşkilatlarında çalışanlardan pul yığıldığı bildirilir.
Salyan bazarında çalışan kiçik sahibkar Vahid Zamanov (ad şərtidir) AzadlıqRadiosuna bildirib ki, rayonda aparılan abadlıq işlərinə sahibkarları da cəlb etmək istəyirlər. Onlardan 50 manat istənilir: «Mən veteran adamam, 30 manat pensiya alıram. Bazarda gündəlik çörək və siqaret pulunu güclə qazanırıq».
«DEYİRLƏR 148 MİN MANAT PUL YIĞILMALIDIR»
Salyanda abadlıq işlərinə pul yığılmasından büdcə təşkilatlarında çalışanlar da narazılıq edirlər. Adının çəkilməsini istəməyən həkimin AzadlıqRadiosuna dediyinə görə, bütün həkimlərdən 100, tibb işçilərindən 50 manat istənilir: ««Sanitarka», tibb bacısı - hamı pul verməlidir. Deyirlər 148 min manat pul yığılmalıdır. Kənd xəstəxanasına 5 min, vərəm dispanserinə 15 min, psixi xəstəxanaya 20 min, kardiologiya şöbəsinə 2500, lor şöbəsinə 1400 manat haqq qoyulub. Mən 131 manat maaş alıram, haradan verim o qədər pulu?».
Oxunub:837 dəfə | Tarix: 31-05-2011, 17:41 | Kateqoriya: --- Ətraflı...

Azərbaycan prezidenti yeni fərman imzalayıb

Azərbaycan prezidenti yeni fərman imzalayıb Nazirlər Kabinetinə iki ay müddətində mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydalarını və xidmət növlərini müəyyən etmək tapşırılıb.
Mərkəzi icra hakimiyyəti orqanları isə üç ay müddətində elektron xidmətin təşkili üçün aşağıdakı tədbirləri həyata keçirməlidir:

- səlahiyyətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılması;

- elektron xidmət bölməsində aidiyyəti üzrə göstərilən xidmətin adının, bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının, müvafiq sənədlərin (ərizə, blank və digər) elektron formasının yerləşdirilməsi, şəxslərin bu bölmədən maneəsiz, sərbəst istifadəsinin təmin edilməsi;

Oxunub:695 dəfə | Tarix: 24-05-2011, 14:17 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyaya görə 11 hakim cəzalandırılıb

Korrupsiyaya görə 11 hakim cəzalandırılıb Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib. Şuradan verilən məlumata görə, MHŞ sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qurumun Korrupsiyaya qarşı mübarizə Sektorunun məlumatı dinlənilib.
Qeyd edilib ki, ölkə Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətində korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırıqlarına əsasən MHŞ tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Eyni zamanda korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə təkcə son aylar ərzində 2 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, habelə 7 hakim barədə intizam icraatları başlanılıb.

Oxunub:667 dəfə | Tarix: 24-05-2011, 14:11 | Kateqoriya: Xəbərlər Ətraflı...

Baş prokuror Azərbaycanda korrupsiyaya qarşı mübarizə haqqında

Baş prokuror Azərbaycanda korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycanın baş prokuroru Zakir Qaralov respublikada görülən korrupsiyaya qarşı mübarizə tədbirləri ilə bağlı müsahibə verib. Z.Qaralov Azərbaycanda korrupsiyaya qarşı mübarizənin mövcud vəziyyətini qiymətləndirib.

- Mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya ən qədim vaxtlardan mövcud olmaqla bütün cəmiyyətlərə xas olan ən mürəkkəb sosial problemlərdən biridir. Korrupsiya cinayətlərinə qarşı barışmaz və prinsipial mübarizə Sovetlər İttifaqı məkanında ilk olaraq məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda başlayıb, bu istiqamətdə qətiyyətli tədbirlər həyata keçirilib. 1993-cü ilin iyun ayının 15-də xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndərin rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasında mütəşəkkil cinayətkarlığa və onun təhlükəli təzahürü kimi korrupsiyaya qarşı mübarizə yeni müstəviyə qaldırılaraq, qabaqlayıcı tədbirlər önə çəkilib. Hüquqa və sosial ədalətə söykənən sivil vətəndaş cəmiyyəti və demokratik dövlət quruculuğu xəttini son 8 ildə tamamilə yeni müstəvidə uğurla davam etdirən Azərbaycan prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyası daha da genişləndirilib. Dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, fəaliyyətinin ilk vaxtlarından bu ümumbəşəri sosial bəlaya qarşı səmərəli tədbirlərə başlanılıb, 13 yanvar 2004-cü il tarixdə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanun imzalanıb. Azərbaycanda korrupsiya ilə bağlı cinayətlər üzrə həyata keçirilən ibtidai istintaq sahəsində ixtisaslaşmış antikorrupsiya orqanı olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılıb. Ölkəmiz korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulub, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” Konvensiyaları ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatının “Korrupsiya əleyhinə konvensiyası” da Azərbaycanda qüvvəyə minib. Beynəlxalq Konvensiyaların ölkə qanunvericiliyinə implementasiyası həyata keçirilib, hüquqi və institusional bazanın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılaraq korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılıb.
Oxunub:601 dəfə | Tarix: 24-05-2011, 14:07 | Kateqoriya: Xəbərlər Ətraflı...

Yerli orqanlarda həqiqətin ortaya çıxmasına mane olan məmurlar çoxdur

Yerli orqanlarda həqiqətin ortaya çıxmasına mane olan məmurlar çoxdur Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə hələ 1978-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub. Sonradan isə bu qurum Beynəlxalq Rəssamlar Konfederasiyasına çevrilib. Həmçinin Azərbaycan Rəssamlar Federasiyasının üzvü, Əməkdar rəssamdır.
-Cümhuriyyətimizin adına olan bayram payından bütün xalqımıza pay düşür. Nə qədər çatışmazlıqlar olsa da, fakt odur ki, bizim müstəqil dövlətimiz var, bu dövlət irəliləyir, inkişaf edir və beynəlxalq aləmdə öz layiqli yerini təsdiqləməyə çalışır. M. Ə. Rəsulzadənin yaratdığı respublikanın konstitusion davamçısı olan müstəqil respublikamızı inkişafda görmək çox xoşdur. Amma təbii ki, bu respublikanın ölkə xaricində düşmənləri çoxdur, onun inkişafını, yüksəklərdə qərar tutmasını istəməyənlər var. Ümumilikdə götürəndə əhval-ruhiyyə pis deyil.


Oxunub:642 dəfə | Tarix: 23-05-2011, 15:31 | Kateqoriya: Xəbərlər Ətraflı...

Ayrıca bir ölkədə korrupsiyanın kökünü kəsən insan

Ayrıca bir ölkədə korrupsiyanın kökünü kəsən insan «Sinqapur möcüzəsi»nin yaradıcısı və zəmanənin parlaq siyasətçilərindən, 87 yaşlı Li Kuan Yu nazir- mentor vəzifəsindən istefa verdi. Sinqapuru 30 il baş nazir, 7 il isə hökumətin məsləhətçisi kimi idarə edən Li Kuan Yu «gənclərə yol vermək» üçün getdiyini söylədi. Bu illər ərzində o Sinqapuru təbii ehtiyatları olmayan, kasıb balıqçı kəndindən çiçəklənin dövlətə çevirdi. Elə bir dövlətə ki, orda demək olar ki, korrupsiya yoxdur, əhalisi isə dünyanın ən varlı və savadlılarından hesab olunur.
KORRUPSİYA İLƏ MÜBARİZƏNİN SİRRİ
- Biz qeyri-adi dövlətik. Bu dövlət biz hakimiyyətə gəlməmişdən qabaq kifayət qədər korrupsiyalaşmış idi. Buna qədər bizi britaniyalılar idarə edirdilər. Onlar yerli nazirlərlə hakimiyyəti bölüşürdülər və keçid dövründə onlara daha böyük səlahiyyətlər verdilər. Belə hakimiyyət ötürücülüyü zaman- zaman rüşvətlə müşayiət olundu - hədiyyələr, pullar və s. Biz hakimiyyətə gələndə buna son qoymağa qərar verdik. Başqa cür məhv olardıq. Bizim qonşularımızın böyük sərvətləri var – neft, qaz, meşə. Onların çayları və hidroelektrik stansiyaları var. Biz isə balaca adayıq. Necə xilas olmalı? Biz başqa prinsiplərlə yaşamalı idik: sən rüşvətxorsan, mən yox, sizin iqtisadiyyatınız az effektlidir, bizdə tərsinə. Sizdə yaşamaq təhlükəlidir, bizdə təhlükəsizdir. Qadın gecə saat 3-də gəzintiyə çıxa bilər, onun heç bir qorxusu yoxdur. Biz buna necə nail olduq. Hər şeydən əvvəl insanlara başa saldıq ki, biz öz yolumuzla getməliyik, yoxsa məhv olarıq.
Oxunub:626 dəfə | Tarix: 23-05-2011, 15:19 | Kateqoriya: Xəbərlər Ətraflı...

Təhsil naziri yay imtahan sessiyasında rüşvət hallarının qarşısını almaqla bağlı əmr imzalayıb

Təhsil naziri yay imtahan sessiyasında rüşvət hallarının qarşısını almaqla bağlı əmr imzalayıb Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, yarana biləcək neqativ halların aradan qaldırılması və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq əmr imzalayıb.
Əmrdə qeyd olunub ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri tərəfindən 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili və təhsil müəssisələrində imtahan qərargahının yaradılması təmin edilsin. Həmçinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin «Qaynar xətt» xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı:qaynar-xett@edu.gov.az) dərhal məlumat verilməsi, imtahan sessiyasında şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi, imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlərin görülməsi məsələlərinin təmin olunması tapşırılıb.

Oxunub:770 dəfə | Tarix: 20-05-2011, 16:41 | Kateqoriya: Xəbərlər Ətraflı...

Sorğu: Avropa işçilərinin 20%-i rüşvət verməyə hazırdır

Sorğu: Avropa işçilərinin 20%-i rüşvət verməyə hazırdır Ernst & Young tərəfindən aparılan sorğunun nəticələrinə əsasən, iri Avropa şirkətləri işçilərinin təqribən hər beş nəfərdən biri xidmətdə yüksəlişə görə rüşvət verməyi qəbahət hesab etmir.
Sosioloqların fikrinə görə, daha çox Rusiyadan və Yunanıstandan olan işçilər rüşvətdən çəkinmirlər. Yunanıstan şirkət işçilərinin müdirlərinə bahalı hədiyyələr edən ölkələr siyahısında birincidir. Bunula bərabər, işçilərin ¼-i hesab edir ki, onların müdirləri etik normalara riayət etmir.

Oxunub:606 dəfə | Tarix: 20-05-2011, 16:35 | Kateqoriya: Xəbərlər Ətraflı...

Şəffaflıq, Korrupsiya problemləri haqqında xüsusi veriliş

Şəffaflıq, Korrupsiya problemləri haqqında xüsusi veriliş Regionlarda kiçik və orta sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələrin olması və büdcə təşkilatlarında çalışanlardan müxtəlif üsullarla pul yığılması ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov ilə müsahibə

Dinlə
Oxunub:674 dəfə | Tarix: 18-05-2011, 14:27 | Kateqoriya: --- Ətraflı...

Azərbaycanın ədliyyə naziri Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak edib

Azərbaycanın ədliyyə naziri Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclasında iştirak edib Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. Tədbirdə Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədov təmsil edib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda Assosiasiyanın inkişaf strategiyasının layihəsi müzakirə olunub. Tədbirdə çıxış edən Fikrət Məmmədov Assosiasiyanın inkişafına dair təkliflər verib, Azərbaycanda korrupsiyanın qarşısının alınması üzrə aparılan intensiv tədbirlərdən danışıb.
Səfər zamanı bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilib, antikorrupsiya fəaliyyətinə və əməkdaşlığa dair faydalı fikir mübadiləsi aparılıb.

APA

Oxunub:611 dəfə | Tarix: 17-05-2011, 16:14 | Kateqoriya: Xəbərlər Ətraflı...