Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Aprel 2011    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Gəncədə "Kiçik Və Orta Sahibkarlar Üçün Hüquqi Məsləhət Mərkəzləri" layihəsi

Gəncədə "Kiçik Və Orta Sahibkarlar Üçün Hüquqi Məsləhət Mərkəzləri" layihəsi İnsаn Hüquqlаrı üzrə Mааrifləndirmə İctimаi Birliyinin Аvrоpаdа Təhlüкəsizliк və Əməкdаşlıq Təşкilаtının (АTƏT) Bакı оfisinin dəstəyi ilə həyata keçirdiyi “Kiçik Və Orta Sahibkarlar Üçün Hüquqi Məsləhət Mərkəzləri” аdlı lаyihəsi çərcivəsində Bakı və Şəki şəhərində Orta və Kiçik Müəssisələr üçün Hüquqi Məsləhətlər Mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərdə kiçik və orta müəssisələrə (və fərdi sahibkarlara) pulsuz hüquqi yardımlar göstərilir.
Layihə çərcivəsində həmçinin Azərbaycanda dayanıqlı iqtisadi inkişaf və mükəmməl idarəetməni təşviq etməyi və öz bizneslərinin həyata keçirmək üçün kiçik və orta müəssisələrin potensialının artırılması məqsədilə ilin sonunadək müxtəlif təlim proqramlarının təşkil olunması da nəzərdə tutulmuşdur.
Bununla əlaqədar olaraq 13 aprel 2011 ci il tarixində saat 10.00-14.00 dək Gəncə şəhərində Dövlət strukturları, kiçik və orta sahibkarlar və QHT nümayəndələri üçün “Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi: məlumatlandırma və prioritetlərin müəyyən edilməsi” mövzusunda növbəti informasiya sessiyası keçirilmişdir.
Görüşdə ATƏT-in Bakı ofisinin Iqtisadi və Ekologiya şöbəsinin müdiri Yan Olsson və layihə koordinatoru Ləman Yusifova, Insan Hüquqları üzrə Marifləndirmə I.B sədri Iradə Cavadova , Beynəlxalq hüquq üzrə tanınmış ekspert Fərhad Mehtiyev, Korrupsiyaya qarşçı mübarizə Fondunun icraçı direktoru Vasif Mövsumov və həmin Fondun eksperti Nəzirməmməd Kazımov iştirak etmişdirlər. Tədbirdə ümumilikdə 56 nəfər iştirak etmiş,onlardan 35 nəfərə yaxın Gəncə Şəmkir və Daşkəsən rayonlarından sahibkarlar, Gəncə və Şəmkir Icra hakimiyyəti nümayəndələri, Gəncə şəhər Verqi Idarəsi, Fövqələdə Nazirliyinin, Iqtisadi Inkişaf Nazirliyi, Kənd Təssərüfatı Nazirliyi, Gəncə şəhər gigiyena və epidemiologiya Mərkəzinin və digər dövlət strukturları və QHT lərin nümayəndələri iştirak etmişdirlər.

Oxunub:737 dəfə | Tarix: 26-04-2011, 14:38 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiya problemləri haqqında xüsusi veriliş

Korrupsiya problemləri haqqında xüsusi veriliş Azadlıq radiosunun "Şəffaflıq" verilişinin qonağı Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov olmuşdur. Müsahibəni Maarif Çingizoğlu aparır.

Dinlə
Oxunub:789 dəfə | Tarix: 20-04-2011, 15:38 | Kateqoriya: --- Ətraflı...

Bakıda korrupsiyaya qarşı mübarizə forumu keçirilib

Bakıda korrupsiyaya qarşı mübarizə forumu keçirilib Bakıda Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının, Baş Prokurorluğun və Korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin təşəbbüsü ilə korrupsiyaya qarşı mübarizə forumu keçirilib. Korrupsiya ilə mübarizə aparan QHT-lərin məlumat və əməkdaşlıq şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev prezident İlham Əliyev tərəfindən korrupsiyaya qarşı mübarizənin vacibliyinin vurğulandığını və artıq korrupsiya hallarının qarşısının alınması üçün müəyyən işlər görüldüyünü deyib.
Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Fuad Ələsgərov bildirib ki, korrupsiya ilə mübarizədə sıx əməkdaşlıq və daimi format olmalıdır.F. Ələsgərov DİN-in Yol Patrul Xidməti və Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə əlaqədar fərmanlardan irəli gələn addımlar haqda da danışıb.

Oxunub:733 dəfə | Tarix: 16-04-2011, 13:11 | Kateqoriya: Xəbərlər Ətraflı...

Gəncədə sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi mövzusunda maarifləndirici seminar keçirilmişdir

Gəncədə sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi mövzusunda maarifləndirici seminar keçirilmişdir İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin ATƏT-in Bakı ofisinin dəstəyi ilə Gəncədə icra etdiyi “Kiçik və orta sahibkarlar üçün hüquqi məsləhət mərkəzləri” adlı layihə çərçivəsində “Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi: məlumatlandırma və prioritetlərin müəyyən edilməsi”mövzusunda seminar keçirilmişdir.
Seminarda İnsan Hüquqları üzrə Marifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova çıxış edərək layihənin məqsəd və vəzifələrindən danışmışdır.
“Yeni yaranmış inzibati məhkəmələrin sahibkarlar üçün gətirdiyi imkanlar”, Sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması”, “Sahibkarlara korrupsiyaya qarşı mübarizədə qanunvericilikdə nəzərdə tutulmuş dəstək” mövzularında məruzələr dinlənilmişdir.

Oxunub:765 dəfə | Tarix: 15-04-2011, 13:18 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə genişmiqyaslı və çoxşaxəli olmalıdır

Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə genişmiqyaslı və çoxşaxəli olmalıdır İnhisarçılığa qarşı mübarizəni daha da gücləndirməliyik. Həm idxalda, həm də ki, daxili istehsalda inhisarçılığa qarşı mübarizə daha da güclü aparılmalıdır. Bəzi hallarda inhisarçılıq deyəndə daha çox idxalla bağlı olan məsələlər yada düşür. Ancaq son hadisələr, xüsusilə Novruz bayramı ərəfəsində müşahidə olunan mənzərə onu göstərir ki, daxildə istehsal olunan malların qiymətlərinin süni şəkildə qaldırılması halları baş vermişdir. Ancaq həm idxalla, həm də daxili istehsalla bağlı inhisarçılığa yol verilməməlidir.
Əgər hansısa bir böyük istehsalçı yaranırsa, ancaq eyni zamanda, böyük şirkət istər-istəməz inhisarçıya çevrilir, bəzi hallarda öz maraqlarının təmin olunması üçün qəbuledilməz addımlar atır. Belə olan halda inhisarçılığa qarşı mübarizə həm idxalda, həm daxili istehsalda daha da güclü olmalıdır və elə etməliyik ki, xoşagəlməz hallara yol verilməsin.
Oxunub:884 dəfə | Tarix: 15-04-2011, 12:54 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiya virusdur

Korrupsiyaya qarşı Mübarizə Fondunun Şəffaflıq Azərbaycan, USAID, ABA CEELI ilə birgə hazırladığı video rolik layihəsi.

İZLƏ
Oxunub:761 dəfə | Tarix: 11-04-2011, 16:26 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

«Təhsil haqqında» Azərbaycan Respublikası Qanunu layihəsinin antikorrupsion ekspertizası

Qanunların antikorrupsion ekspertizası hüquqi aktlarda və ya onların layihələrində təkcə korrupsiogen amillərin aşkar olunması və təsvir edilməsini deyil, eləcə də, onların aradan qaldırılması və məhdudlaşdırılması üçün təkliflərin hazırlanmasını da vacib bilir. Ekspertiza nəticəsində aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün verilən təkliflərin qəbul edilməsi isə qanunların işlək hala gəlməsinə şərait yaradır.

Təcrübə göstərir ki, müvafiq icra strukturunun lazım olduğundan artıq funksiyalarla yüklənməsi korrupsiyanın yaranması və genişlənməsinə şərait yaradır. Struktur islahatları da dövlət idarəetmə sistemini lazımsız funksiyalardan azad etmək və onu səmərəli mexanizmə çevirməklə korrupsiyanın qarşısının alınmasına xidmət edir. Çox təəssüf ki, bu antikorrupsion tələb «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunu layihəsində nəinki nəzərdə tutulmamış, əksinə bu layihədə təhsil sahəsində müvafiq icra hakimiyyəti orqanı olan Təhsil nazirliyini indikindən daha artıq bürokratik aparata çevirmək xəttinə üstünlük verilmişdir.
Oxunub:1383 dəfə | Tarix: 8-04-2011, 15:58 | Kateqoriya: Bizim fəaliyyət » Fondun təşəbbüsləri Ətraflı...

Təhsil şöbəsinin keçmiş müdiri 11 il həbs aldı

Təhsil şöbəsinin keçmiş müdiri 11 il həbs aldı Bakı Ağır Cinayətlər Məhkəməsi Goranboy rayon Təhsil Şöbəsinin keçmiş müdiri Elmar Əliyevə, şöbənin əməkdaşlarına və bir neçə orta məktəb direktoruna hökm oxuyub.
Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və rüşvət almaqda təqsirləndirilənlər 3 ildən 11 ilədək həbs cəzasına məhkum olunublar. Məhkəmə hökmünə əsasən, Elmar Əliyev Goranboy rayonu ərazisindəki 52 orta məktəbdə XI sinif şagirdlərindən test imtahanlarında yüksək bal və attestat verilməsi müqabilində pul yığılmasını tapşırıb. Bu halın həmçinin, Goranboy ərazisində fəaliyyət göstərən Kəlbəcər rayonunun 11 orta məktəbində də baş verdiyi bildirilir. Məhkəmənin gəldiyi nəticəyə görə,


Oxunub:804 dəfə | Tarix: 8-04-2011, 14:13 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda həbs olunmuş hərbi komissara qarşı irəli sürülən ittihamlar açıqlanıb

Azərbaycanda həbs olunmuş hərbi komissara qarşı irəli sürülən ittihamlar açıqlanıb Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, Binəqədi rayon hərbi komissarı Feyzi Ağabəyovun barəsində Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) və 341.1-ci (hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham elan olunub.

APA


Oxunub:848 dəfə | Tarix: 8-04-2011, 14:06 | Kateqoriya: Xəbərlər Ətraflı...

Səbail bələdiyyəsinin sədri rüşvət almaq ittihamı ilə tutulub

Səbail bələdiyyəsinin sədri rüşvət almaq ittihamı ilə tutulub Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, vətəndaşlar Almas Xəlilov və Arif Şamilov martın 28-də Baş Prokurorluğun “Qaynar xətt” mərkəzinə müraciət edərək, Səbail rayonunda bələdiyyə rəsmilərinin onlardan rüşvət istədiyini bildiriblər. Onlar qeyd ediblər ki, hələ 2007-ci ildən məhkəmə onlara fərdi ev tikmək üçün bu rayonun ərazisində 0,06 ha torpaq sahəsi ayrılması barədə qərar çıxarıb. Amma Səbail bələdiyyəsinin sədri Mübariz İbrahimov, bələdiyyənin hüquqşünası Arif Əlizadə və bələdiyyənin Ərazi Tikinti Torpaq Komissiyasının sədr müavini Cavid Həsənov vasitəsilə onlardan torpaq sahəsi üçün 10 min manat rüşvət tələb edir.

Oxunub:741 dəfə | Tarix: 4-04-2011, 13:59 | Kateqoriya: Xəbərlər Ətraflı...