Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Fevral 2011    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Dövlət başçısına ictimaiyyətin yardımı lazımdır

Dövlət başçısına ictimaiyyətin yardımı lazımdır Vasif Mövsümov: “Qanunların icra olunmasına məmurlar tərəfindən laqeydlik var”

“Ədalətli məhkəmə korrupsioner məmurun qorхu yeri olmalıdır”


Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovun “OLAYLAR”-a müsahibəsi
-Vasif müəllim, prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıхışından və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının toplantısından sonra korrupsiya və rüşvətхorluq hallarına qarşı mübarizə intensivləşib. Hazırda bu istiqamətdə aparılan işləri necə dəyərləndirirsiniz və ayrı-ayrı dövlət qurumları davamlı olaraq bu prosesi həyata keçirəcəklərmi?
-Bu proses təbii ki, nə vaхtsa olmalı idi. Çünki Azərbaycanda indiyə qədər korrupsiyaya qarşı mübarizə istiqamətində müvafiq addımlar atılıb. Bu sıraya qanunvericiliyin, Dövlət Proqramının, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın” qəbulunu şamil etmək olar. Lakin təəssüflər olsun ki, korrupsiyaya qarşı mübarizədə bir süstlük vardı. Bu da həmin qanunların icrasına məmurların laqeydliyindən, qanunların icra edilməməsindən irəli gəlirdi. Heç şübhəsiz ki, bu da vətəndaşların narazılığına gətirib çıхarırdı.
Oxunub:812 dəfə | Tarix: 17-02-2011, 14:27 | Kateqoriya: --- Ətraflı...

Ictimaiyyətin korrupsiyaya qarşı müqavimət şansı yaranıb

Ictimaiyyətin korrupsiyaya qarşı müqavimət şansı yaranıb  Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyir ki, dövlət qurumları indiyədək korrupsiyaya qarşı mübarizə tədbirlərini yalnız kağız üzərində həyata keçiriblər. Elə bunun da nəticəsidir ki, korrupsiya indiki səviyyəyə gəlib çatıb. İndi yüksək kürsüdən bu barədə danışılması bütün nazirlikləri, rəsmi qurumları hərəkətə gətirib. Amma korrupsiyaya qarşı mübarizə yalnız iclaslar keçirmək, kimisə işdən çıxarmaq, yaxud həbs etməkdən ibarət deyil. Amma bununla belə Vasif Mövsümov hesab edir ki, indiki halda cəmiyyətin korrupsiyaya qarşı mübarizə aparması üçün yaxşı bir şans yaranıb.

Oxunub:1083 dəfə | Tarix: 12-02-2011, 16:30 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovun Səs TV-yə müsahibəsi

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovun Səs TV-yə müsahibəsi







Öz azadlığı uğrunda şəhid verən bir millət rüşvətin qarşısında acizmi qalıb?
İzlə
Oxunub:1119 dəfə | Tarix: 12-02-2011, 15:49 | Kateqoriya: --- Ətraflı...

Azərbaycanın bütün vətəndaşları bütün ədalətsizliklər haqqında müvafiq qurumlara məlumat versinlər

Azərbaycanın bütün vətəndaşları bütün ədalətsizliklər haqqında müvafiq qurumlara məlumat versinlər Azərbaycanda sahibkarlar sinfi formalaşır və mən daim sahibkarlarla görüşürəm. Sahibkarlığın inkişafına böyük diqqət göstəriləcək. Əlbəttə, siyasi dəstək çox vacibdir. Bəzi hallarda xüsusilə sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün son zamanlar çox ciddi tədbirlər görülür. Bu tədbirlər mütəmadi qaydada görülür, amma mən hesab edirəm ki, biz bu sahədə səylərimizi daha da gücləndirməliyik. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır. Bazar iqtisadiyyatının qanunları tələb edir ki, sahibkarlıq sinfi güclənsin. Ölkəmizin inkişafı üçün sahibkarlığın, orta və kiçik sahibkarlığın inkişafı başlıca şərtdir. Bütün bu sahələrdə şəffaflıq olmalıdır, ədalət olmalıdır.


Oxunub:805 dəfə | Tarix: 12-02-2011, 13:36 | Kateqoriya: Xəbərlər Ətraflı...

Vətəndaş problemini rüşvətlə həll etməyə maraqlı olmamalıdır

Vətəndaş problemini rüşvətlə həll etməyə maraqlı olmamalıdır Vasif Mövsümov: «Heç olmasa insanların təfəkküründə korrupsiyanın yolverilməzliyi barədə fikir formalaşdırmalıyıq, vətəndaşlarımızı buna inandırmalıyıq»

“Sizin ağıldan, vicdandan və şərəfdən başqa nəyiniz var? – Rüşvətim var, cənab!” Hər kəsi güldürərək düşündürən bu lətifə əslində bütövlükdə cəmiyyətdə xərçəng kimi kök salan korrupsiyaya işarədir. Bu gün Azərbaycanda bu problemə qarşı mübarizə aparan qurumlardan biri də 2004-cü ildə təsis edilən Korrupsiya qarşı Mübarizə Fondudur. Fond Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq, həmçinin ictimaiyyətin bu mübarizədə yaxından iştirakını təmin etməyi öhdəsinə götürüb. Fondun yaradılmasında əsas vəzifələr həm də insanların mənəvi-hüquqi tərbiyəsinə və cəmiyyətin inkişafına mane olan bu problemin aradan qaldırılması üçün ictimai rəyi oyatmaqdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq və korrupsiyanın Azərbaycan cəmiyyətində real vəziyyətini üzə çıxarmaq üçün, Korrupsiyaya qarşı Mübarizə Fondu (KMF) atdığı addımlarda başlıca olaraq millətimizin yaradıcı potensialına arxalanır və mübarizə vasitəsi kimi doğruluq və səmimiliyi qəbul edir. Antikorrupsiya mexanizmlərinin və resurslarının hərəkətə gətirilməsi ilə yanaşı, fondun əsas məqsədi azad şəxsiyyətlə, hüquqi dövlətin layiqli vətəndaşları ilə, onların dəstəyi və səyi ilə korrupsiyanın səviyyəsini azaltmaqdır. Qurumun fəaliyyətinə gəlincə, bu barədə Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru, Vasif Mövsümov qəzetimizə müsahibəsində məlumat verib.
Oxunub:810 dəfə | Tarix: 12-02-2011, 13:23 | Kateqoriya: --- Ətraflı...

Korrupsiya problemləri haqqında xüsusi veriliş

Korrupsiya problemləri haqqında xüsusi veriliş Azadlıq radiosunun "Şəffaflıq" verilişinin qonaqları Şəffaflıq Azərbaycan təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva və Korrupsiyaya Qarşı Mübarizə Fondunun hüquqşünası Nəzirməmməd Kazımovdur. Müsahibəni Maarif Çingizoğlu aparır. Aşağıdakı linkdə dinləyə bilərsiniz.

Dinle
Oxunub:868 dəfə | Tarix: 9-02-2011, 14:00 | Kateqoriya: --- Ətraflı...

Azərbaycanın səhiyyə naziri xəstəxanalarda xəstələrdən qeyri-qanuni ödənişlərin tələb edildiyini etiraf edib

Azərbaycanın səhiyyə naziri xəstəxanalarda xəstələrdən qeyri-qanuni ödənişlərin tələb edildiyini etiraf edib “Xəstəxanaların kifayət qədər dərman preparatları və sarğı materialları ilə təmin olunmasına baxmayaraq, bəzi tibb işçiləri tərəfindən xəstələrə, onların yaxınlarına hələ də dərman aldırmaq hallarına rast gəlinir.Xəstələrdən və onların qohumlarından, xüsusilə də doğum evlərində müxtəlif bəhanələrlə qeyri-rəsmi ödənişlərin tələb olunması halları da var”. Bu sözləri Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında çıxış edərkən deyib. Onun sözlərinə görə, belə hallarla bağlı nazirliyə müraciətlər hələ də daxil olmaqdadır. Nazir onu da əlavə edib ki, belə hallara qarşı barışmaz mübarizə aparılmalıdır.

Oxunub:930 dəfə | Tarix: 3-02-2011, 14:55 | Kateqoriya: Xəbərlər Ətraflı...