Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Yanvar 2011    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının iclası keçirilmişdir

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının iclası keçirilmişdir  2011-ci il yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmişdir. 2010-cu ildə Komissiyanın fəaliyyətinin yekunlarına və Nazirlər Kabinetinin son iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş toplantıda Prezident Administrasiyasının məsul əməkdaşları, mərkəzi icra hakimiyyəti, hüquq mühafizə və digər dövlət orqanlarının, təhsil müəssisələrinin rəhbərləri, Bakı şəhəri və paytaxt rayonlarının icra hakimiyyəti başçıları iştirak etmişlər.

Oxunub:997 dəfə | Tarix: 28-01-2011, 14:00 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Heritage” Fondu İqtisadi Azadlıq İndeksini açıqlayıb

“Heritage” Fondu İqtisadi Azadlıq İndeksini açıqlayıb Honqkonq 89,7 balla həmişəki kimi cədvələ liderlik edir. Sonrakı yerləri Sinqapur (87,2) və Avstraliya (82,5) tutur. Cədvəlin son üçlüyünü Kuba, Zimbabve və Şimali Koreya qapayır.
Azərbaycan 100 mümkün baldan 59,7-ni toplayaraq 92-ci yerdə dayanır. Ölkə 2008-ci ildə 107, 2009-cu ildə 99-cu, 2010-cu ildə isə 96-cı yeri tutumuşdu. Bu il ölkənin topladığı bal 0,9 bənd artıb.Reytinq cədvəlində ən aşağı bal 0, ən yüksək bal isə 100-dür. Fond balların həcmi əsasında iqtisadi azadlıq səviyyəsini belə təsnif edib:

Oxunub:833 dəfə | Tarix: 28-01-2011, 13:58 | Kateqoriya: Xəbərlər Ətraflı...

Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir

Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir Sirr deyil ki, inkişaf etmiş ölkələri fərqləndirən cəhətlərdən biri də ümumi daxili məhsulun formalaşmasında kiçik və orta sahibkarlığın xüsusi yer tutmasıdır. Bu sahədə böyük işlər görülüb və davam etdirilməlidir. Qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməliyik, azad rəqabəti təmin etməliyik, inhisarçılıq meyillərinin qarşısını almalıyıq. Lazımsız yoxlamalar aparılmamalıdır, xüsusilə hüquq mühafizə orqanları tərəfindən lazımsız yoxlamalara son qoyulmalıdır ki, ölkədə sahibkarlığı daha da sürətlə inkişaf etdirək, buna daha böyük təkan verək.
Oxunub:1157 dəfə | Tarix: 27-01-2011, 14:05 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiya o ölkələrdə çiçəklənir ki, orada hakimiyyətə nəzarət edəcək başqa qüvvə yoxdur

Korrupsiya o ölkələrdə çiçəklənir ki, orada hakimiyyətə nəzarət edəcək başqa qüvvə yoxdur Avropa Şurasının baş katibi Torbyörn Yaqland Azərbaycanın bu quruma üzvlüyünün on ili ərzində bir çox şeylərə nail olunduğunu qeyd edib: “Lakin hələ görüləsi işlər qalıb. Vacib məsələlər arasında seçki və məhkəmə sistemləri sahəsindəki islahatlar, korrupsiya ilə mübarizə kimi məsələləri qeyd etmək olar. Korrupsiya ilə mübarizə ilə bağlı ölkənizin GREKO-ya üzv olmasını və əməkdaşlığını da alqışlayıram.
Oxunub:831 dəfə | Tarix: 26-01-2011, 15:00 | Kateqoriya: Xəbərlər Ətraflı...

Qanun pozuntusu yoxdursa, vətəndaşlar incidilməməlidir

Qanun pozuntusu yoxdursa, vətəndaşlar incidilməməlidir Daxili İşlər Nazirliyində 2010-cu ildə cinayətkarlığa qarşı mübarizəyə və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində görülmüş işlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yol patrul xidməti (YPX) əməkdaşlarına xəbərdarlıq edib.
Oxunub:888 dəfə | Tarix: 24-01-2011, 12:50 | Kateqoriya: Xəbərlər Ətraflı...

Regionlarda sahibkarların üzləşdiyi korrupsiya halları

Regionlarda sahibkarların üzləşdiyi korrupsiya halları Azadlıq radiosunun "Şəffaflıq" verilişinin qonaqları Sumqayıtdan sahibkar Səxavət Mustafayev, Astaradan Vaqif Quliyev və Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovdur. Müsahibəni Maarif Çingizoğlu aparır. Aşağıdakı linkdə dinləyə bilərsiniz.

Oxunub:841 dəfə | Tarix: 19-01-2011, 12:52 | Kateqoriya: --- Ətraflı...

Rüşvətin cəzası sərtləşir

Rüşvətin cəzası sərtləşir RF prezidenti Dmitri Medvedevin administrasiyası Rusiyanın Cinayət Məcəlləsində rüşvətə görə cəzaların ağırlaşdırılması təklifi ilə çıxış edib. “Vedmosti” qəzetinin yazdfığına görə yeni təkliflər qəbul edilsə, rüşvət alanı və verəni rüşvət məbləğinin bəzi hallarda 100 qatı qədər cərimə olunacaqlar.

Oxunub:1017 dəfə | Tarix: 17-01-2011, 16:21 | Kateqoriya: Xəbərlər Ətraflı...

Medvedev rusiyalı sahibkarları yarım illik dövlət qeydiyyatından azad edib

Medvedev rusiyalı sahibkarları yarım illik dövlət qeydiyyatından azad edib Rusiya Prezidenti Dmitriy Medvedev yaxın yarım il ərzində RF sahibkarlarını nəzarət orqanlarının yoxlamalarından azad edən Dövlət Nəzarəti haqqında qanuna düzəlişi təsdiq edib. Gömrük sahəsində və antimonopoliya qanunvericiliyindəki nəzarətdən tutmuş dövlət sirrinə nəzarət məsələlərinə qədər olan yoxlanışların müvəqqəti dayandırılması siyahısı kifayət qədər genişdir.

Oxunub:807 dəfə | Tarix: 12-01-2011, 16:11 | Kateqoriya: Xəbərlər Ətraflı...

Təhsil naziri qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında əmr imzalayıb

Təhsil naziri qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında əmr imzalayıb Təhsil naziri Misir Mərdanov tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədilə ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında əmr imzalayıb.İmtahan sessiyası dövründə "Qaynar xətt" fəaliyyət göstərəcək.

Oxunub:949 dəfə | Tarix: 12-01-2011, 15:02 | Kateqoriya: Xəbərlər Ətraflı...

Amerika Əfqanıstanda milyardlarla dollar itirib

Amerika Əfqanıstanda milyardlarla dollar itirib Əfqan müharibəsinə artıq 375 milyard dollar xərclənib. Həm də bu məbləğə tikilib qurtarmayan tikintilərdən tutmuş doğru əllərə keçməyən silahlara qədər boş yerə gedən pullar daxil deyil. Amerikanın Əfqanıstana göndərdiyi milyardlarla dollar çatmalı olduğu yerə çatmır. Transparency International təşkilatının məlumatına əsasən, Əfqanıstan dünyanın ən korrupsiyalaşmış ölkələri sırasında Somalidən sonra ikinci yeri tutur. Həmid Karzayın yaxın qohumları ağılagəlməz dərəcədə milyon nəğd pullarla səyahət edir və bu da əhalidə korrupsiya barədə sual doğurur.
Oxunub:853 dəfə | Tarix: 11-01-2011, 17:13 | Kateqoriya: Xəbərlər Ətraflı...