Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Dekabr 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Vasif Mövsümovun Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə günü ilə bağlı müsahibəsi

Vasif Mövsümovun Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə günü ilə bağlı müsahibəsi Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru, Vasif Mövsümov 9 Dekabr Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə günü ilə əlaqədar olaraq Obyektiv TV- yə müsahibə verib. Müsahibəni aşağıdakı linkdən izləyə bilərsiniz.
Oxunub:959 dəfə | Tarix: 15-12-2010, 17:16 | Kateqoriya: --- Ətraflı...

Məmurların fəaliyyətini dövlət qurumları daha böyük nəzarət altında saxlamalıdır

Məmurların fəaliyyətini dövlət qurumları daha böyük nəzarət altında saxlamalıdır Azərbaycanda insan hüquqlarının qorunmasında 10 il əvvəlki vəziyyətlə Azərbaycanın bu gününü müqayisələndirdikdə heç kim inkar etməz ki, çox böyük dönüş yaranıb. Amma bununla belə heç kim də birmənalı şəkildə hüquq pozuntusunun olmadığını deyə bilməz. Belə bir bəxtəvər ölkəni də kimsə tanımır. Azərbaycanla bağlı bir sıra problemlərin mənbəyi məmur bəlası, məmur özbaşınalığıdır. Siyasi iradə, eləcə də dövlətin siyasəti heç kimin zorakılığa məruz qalmamasına yönəlib. Bilavasitə göstərişlər də var ki, hər bir zorakılıq halı çox ciddi cəzalandırılmalıdır ki, təkrarlanmasın.
Oxunub:955 dəfə | Tarix: 13-12-2010, 14:41 | Kateqoriya: Xəbərlər Ətraflı...

Rüşvəti hamıdan çox kimin aldığı barədə sorğu nəticələri

Rüşvəti hamıdan çox kimin aldığı barədə sorğu nəticələri “Transparency International” – Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycanda apardığı sorğulara görə ölkədə ən çox korrupsiyalaşmış sahə polis orqanlarıdır. Ondan sonra dövlət qulluğu, təhsil, məhkəmələr gəlir.Bu barədə təşkilatın dekabrın 9-da elan etdiyi 2010-cu il üzrə Qlobal Korrupsiya Barometrində qeyd edilir.Bu barometr dünyanın 86 ölkəsində 91500 respondent arasında keçirilən sorğu əsasında hazırlanıb.

Oxunub:1005 dəfə | Tarix: 13-12-2010, 14:28 | Kateqoriya: Xəbərlər Ətraflı...

Nigeriya hökuməti Dik Çeyni rüşvətxorluqda günahlandırır

Nigeriya hökuməti Dik Çeyni rüşvətxorluqda günahlandırır Nigeriyanın Korrupsiyaya qarşı mübarizə agentliyi ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeynə qarşı Halliburton firmasının filiallarından birində olan rüşvət qalmaqalı ilə əlaqədar ittiham irəli sürmək niyyətindədir. Söhbəti gedən rüşvət Nigeriyanın cənubunda mayeləşdirilmiş natural qaz istehsalı fabrikinin tikintisi zamanı Halliburtonun filialı KBR tərəfindən ödənilmişdir. Ötən il Amerika məhkəməsində KBR etiraf edib ki, 2007-ci ilə qədər Nigeriyada məmurların ələ alınmasına 180 milyon dollar xərcləyib. Şirkət 579 milyon dollar cərimə olundu.
Oxunub:879 dəfə | Tarix: 8-12-2010, 16:59 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyaya qarşı Mübarizə Fondu Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə gününü qeyd edir

Korrupsiyaya qarşı Mübarizə Fondu Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə gününü qeyd edir 2003-cü il dekabrın 9-da Meksikanın Merida şəhərində BMT-nin korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş konfransında BMT-nin Korrupsiya əleyhinə Konvensiyası imzalanma üçün açıq elan edilib. Azərbaycan bu Konvensiyanı 27 Fevral 2004-cü ildə imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisi isə bu hüquqi aktı 1 noyabr 2005-ci ildə təsdiq edib. Konvensiya 14 dekabr 2005-ci ildə qüvvəyə minib. BMT 9 dekabrı Beynəlxalq Korrupsiyaya qarşı Mübarizə günü elan edib. Bu konvensiya ölkələrin inkişafına zərbə vuran, demokratiyaya və hüquqi dövlət rejiminə təhlükə yaradan korrupsiyaya qarşı mübarizə aparmaq üçün əsas beynəlxalq sənəddir. Bu əlamətdar gün ərəfəsində dünyanın müxtəlif ölkələrində antikorrupsiya aksiyaları və tədbirləri keçirilir.
Oxunub:831 dəfə | Tarix: 7-12-2010, 16:05 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...