Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    İyul 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

DYP içşiləri böyük rüşvətlə tutulublar

DYP içşiləri böyük rüşvətlə tutulublar Sankt Peterburqun Daxili İşlər Baş İdarəsinin xüsusi təhlükəsizlik idarəsinin əməkdaşları ilkin məlumata əsasən avtomobil sürücüsündən 70 000 rubl rüşvət aldıqlarına görə Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin iki müfəttişini tutublar. Paytaxtın şimalının mərkəzində Əmək meydanında saxlanılan Mazda6 avtomobilinin sürücüsü hansı qanun pozuntusuna yol verdiyi barədə hələ məlumat verilmir. Lakin bu məlumdur ki, sürücü tələb olunan məbləği hissələrlə ödəməyə raılıq verib.
Oxunub:1027 dəfə | Tarix: 21-07-2010, 16:49 | Kateqoriya: Xəbərlər Ətraflı...

Inhisarçılıq iş adamlarının vəziyyətini pisləşdirir

Inhisarçılıq iş adamlarının vəziyyətini pisləşdirir Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirməyə başlamışdır. Layihə çərçivəsində Sumqayıtda sahibkarlarla keçirilən ilk görüşdə iş adamları məmurların onların işinə əsassız müdaxilə etdiklərini bildiriblər. Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru bildirib ki, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr hələ də mövcuddur. Belə halların baş verdiyini sahibkarlar da təsdiqləyir. Onların çıxışlarından məlum oldu ki, əksər qurumlar iş adamlarından rüşvət istəyir. Burda ən çox adı hallanan isə Vergilər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Əmək müfəttişliyi, Sanepidemstansiya, yerli icra strukturlarıdır.

Oxunub:978 dəfə | Tarix: 14-07-2010, 18:16 | Kateqoriya: Xəbərlər Ətraflı...

İş adamları məmurların onların işlərinə qanunsuz müdaxilə etdiklərini bildirirlər

İş adamları məmurların onların işlərinə qanunsuz müdaxilə etdiklərini bildirirlər Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirməyə başlamışdır. Layihə çərçivəsində Sumqayıtda sahibkarlarla keçirilən ilk tədbirdə yerli dövlət idarələrinin, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin və KİV-in nümayəndələri iştirak etmişlər. Korrupsiyaya qarşı Mübarizə Fondunun nümayəndələri bildiriblər ki, sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr hələ də mövcud olduğuna görə Fond sahibkarları maarifləndərməklə yanaşı, onlara hüquqi yardım göstərmək fikrindədir. İş adamları məmurların onların işinə əsassız müdaxilələrindən, onların fəaliyyətinə şəhər vergi, əmlak və reyester xidməti, əmək müfəttişliyi və sanitar epidemioloji xidmət, yerli icra strukturları əməkdaşlarının süni maneələr yaratmalarından narazılıq etdilər.
Oxunub:1034 dəfə | Tarix: 14-07-2010, 17:51 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Məmurların ailə biznesi

Məmurların ailə biznesi «Hər hansı bir məmurda milyonlara imza atmaq səlahiyyəti olursa, o istər istəməz bundan sui-istifadə edəcək. O səlahiyyət ondan alınmalıdır». Bu sözləri Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov AzadlıqRadiosunun «İşdən sonra» proqramında məmurların ailə biznesini şərh edərkən deyib.
Mövsümov deyir ki, dövlət başçısı inhisarçılığın böyük maneə olduğunu dəfələrlə deyib:
«İnhisarçılıq o deməkdir ki, dövlət məmuru səlahiyyətindən istifadə edib özünün biznesini yaradır. Məmur səlahiyyətindən istifadə edib, biznesdə rəqabətin qarşısını alır, rəqabət sisteminin olmamasından gəlir əldə edir».
Oxunub:1039 dəfə | Tarix: 10-07-2010, 12:54 | Kateqoriya: --- Ətraflı...

Azərbaycanda bələdiyyələrin işində aşkarlanmış 21 korrupsiya faktı ilə bağlı materiallar prokurorluğa göndərilib

Azərbaycanda bələdiyyələrin işində aşkarlanmış 21 korrupsiya faktı ilə bağlı materiallar prokurorluğa göndərilib Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiyada "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" prezidenti İlham Əliyevin 22 iyun 2009-cu il tarixli fərmanının qəbul edilməsindən keçən 1 il ərzində onun icrası üzrə görülmüş işlər müzakirə olunub.
Oxunub:934 dəfə | Tarix: 10-07-2010, 12:51 | Kateqoriya: Xəbərlər Ətraflı...

Məhkəmədə neqativ hallara yol verilməsini dayandırın

Məhkəmədə neqativ hallara yol verilməsini dayandırın Prezident Administrasiyasının rəhbəri R.Mehdiyev iyunun 23-də Konstitusiya Məhkəməsində nitqlə çıxış edib. Cənab Mehdiyev Konstitusiya Məhkəməsindəki hərc-mərclikdən, rüşvətxorluqdan danışaraq, bu halları çox kəskin tənqid edib. R.Mehdiyev çıxışında deyib ki, Konstitusiya Məhkəməsinin aparatına əməkdaşları qohumbazlıq, yerlibazlıq prinsipləri əsasında işə götürürlər Ramiz Mehdiyev “Siz neqativ hallara yol verirsiniz, işə qəbul olunan insanların qabiliyyətini, hüquqi savadını nəzərə almaq əvəzinə başqa meyarları üstün tutursunuz.
Oxunub:1060 dəfə | Tarix: 3-07-2010, 12:37 | Kateqoriya: Xəbərlər Ətraflı...