Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    May 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Nigeriyanın hakim partiyasının sədri istefaya getdi

Nigeriyanın hakim partiyasının sədri istefaya getdi Nigeriyanın hakim Milli Demokrat partiyasının sədri Vinsent Oqbulafor ona qarşı məhkəmədə korrupsiya ittihamı olunandan 4 gün sonra istefa verib. Oqbulafor və partiyanın digər üç üzvü 1 milyon dollardan yuxarı rüşvət aldıqlarını inkar edirlər.

Oxunub:1039 dəfə | Tarix: 27-05-2010, 18:05 | Kateqoriya: Xəbərlər Ətraflı...

Dövlət başçısı tərəfindən göstərilən siyasi iradə

Dövlət başçısı tərəfindən göstərilən siyasi iradə Vasif Mövsümov: "Yerlərdə müvafiq dövlət qurumları tərəfindən təkrar olunmur"

"Hər bir məmur bilməlidir ki, onu ədalət məhkəməsi gözləyir"


Prezidentin sərəncamı ilə təsdiq olunmuş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın icrasının üç ili tamam olur. Ötən üç il ərzində Milli Strategiyanın icrası və korrupsiyaya qarşı mübarizə istiqamətində bir sıra addımlar atılsa da, hələ də bir sıra sahələrdə korrupsiya və rüşvətxorluq halları qalmaqdadır. Bunun başlıca səbəblərindən biri isə yerlərdə Milli Strategiyanın icrasının istənilən səviyyədə həyata keçirilməməsidir. Korrrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov da yerli icra orqanlarının Milli Strategiyanın icrası istiqamətində lazım olan fəallığı nümayiş etdirmədiklərini deyib. Bildirib ki, məhz bu cür neqativ amillər korrupsiya və rüşvətxorluq hallarına qarşı aparılan mübarizənin effektini azaldır.
Oxunub:1000 dəfə | Tarix: 26-05-2010, 14:38 | Kateqoriya: --- Ətraflı...

Saakaşvilini katapult almaqda günahlandırıblar

Saakaşvilini katapult almaqda günahlandırıblar Gürcü müxalifəti ölkə prezidenti Mixail Saakaşvilini dövlət büdcəsini bir neçə ekzotik məqsədlər üçün xərcləməkdə ittiham ediblər. Leyboristlər partiyasının liderlərindən biri İosif Şatberaşvili bildirib ki, dövlət başçısı öz təyyarəsində qiyməti 12 milyon lari (7 milyon dollara yaxın) olan bir yerlik katapult sistemi quraşdırıb.
Oxunub:1140 dəfə | Tarix: 26-05-2010, 14:34 | Kateqoriya: Xəbərlər Ətraflı...

Medvedyev Qafqazda separatizmin mənbəyini məmurların korrupsionerliyində görür

Medvedyev Qafqazda separatizmin mənbəyini məmurların korrupsionerliyində görür RF prezidenti Dmitriy Medvedev Şimali Qafqazdakı korrupsionerləri separatistlərin və terrorçuların əlbirləri adlandırıb. Onun sözlərinə görə, ölkənin digər yerlərindən fərqli olaraq bu regionda korrupsiya birbaşa milli təhlükəsizlik üçün qorxuludur.

Oxunub:1114 dəfə | Tarix: 26-05-2010, 14:33 | Kateqoriya: Xəbərlər Ətraflı...

Çin rüşvətə görə milyarderi mühakimə edir

Çin rüşvətə görə milyarderi mühakimə edir Həbs zamanı Huan Quanquyun kapitalı 2.7-6.3 milyard dollarla qiymətləndirilib. Çinin ən varlı adamları siyahısının başında duran biznesmen gizli məlumatı satdığına və rüşvətxorluğa görə məhkəmə qarşısında cavab verməli olub. Çindəki ən böyük elektronik mağazalar şəbəkəsinin əsasını qoymuş Huan Quanquy ötən ilin yanvarında nəzarət altına götürülüb. O, öz sərvətini 30 il əvvəl məktəbi ataraq sıfırdan qazanıb. Nəticədə onun biznesi Çinin bütün ərazisində 1300 mağazaya qədər artıb.

Oxunub:1095 dəfə | Tarix: 17-05-2010, 18:24 | Kateqoriya: Xəbərlər Ətraflı...

Rusiyada ənənvi rüşvət sahələrinə yeniləri də əlavə edilir

Rusiyada ənənvi rüşvət sahələrinə yeniləri də əlavə edilir Rusiyada əhalinin yarıdan çoxu hesab edir ki, rüşvət ən yaxşı problem həll edən vasitədir. Bu qənaətə "Levada" Mərkəzi yeni keçirdiyi sorğudan gəlib. Mərkəz 1600 rusiyalı arasında sorğu keçirib. Onların 55 faizi bildirib ki, Rusiyada hakimiyyətə gələn hər kəs rüşvət alır.

Oxunub:1065 dəfə | Tarix: 17-05-2010, 16:34 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda yaxşı qanunlar pis işləyir?

Azərbaycanda yaxşı qanunlar pis işləyir? Azərbaycanda hazırda əsas problem yaxşı qanunların pis icrasıdır. Beynəlxalq Şəffaflıq təşkilatının üç Cənubi Qafqaz respublikasında Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planının icrası ilə bağlı hesabatın Azərbaycana aid hissəsində belə deyilir.«Transparency İnternational» – Beynəlxalq Şəffaflıq təşkilatı Avropa Qonşuluq Siyasətinə qoşulmuş üç Cənubi Qafqaz respublikasında vəziyyətə dair hesabat yayıb. Hesabat həmin ölkələrin təsdiq etdiyi Fəaliyyət Planının icrasının monitorinqinə həsr edilir.
Oxunub:1127 dəfə | Tarix: 11-05-2010, 14:08 | Kateqoriya: Xəbərlər Ətraflı...

Biz bu rüşvətxorluğa son qoymalıyıq. Nə qədər olar?!

Biz bu rüşvətxorluğa son qoymalıyıq. Nə qədər olar?! Hər il dövlət büdcəsindən sahilbərkitmə işlərinə vəsait ayrılır və o, az vəsait deyildir. Ancaq hər il, yaxud da ki, iki ildən bir bu sahilbərkitmə işlərinin nəticələrini su yuyub aparır. Yəni, hər il demək olar ki, biz bu işləri yenidən görməli oluruq. Ona görə bu tədbirlər birdəfəlik və kompleks şəkildə görülməlidir. Sahilboyu yerlərdə tikilmiş qanunsuz evlər oradan köçürülməlidir. O qanunsuz sərəncamları vermiş məmurlar cəzalandırılmalıdır. Əfsuslar olsun ki, biz ölkəmizin müxtəlif yerlərində belə xoşagəlməz hadisələrlə üzləşirik. Yerli icra orqanları harada gəldi, kimə gəldi torpaq sahələri ayırırlar və vətəndaşlar orada evlər tikirlər. O evlər orada yaşayanlar üçün təhlükə mənbəyidir. Ona görə bu vaxta qədər buraxılmış bütün nöqsanlar, bəzi hallarda cinayətlər ciddi araşdırılmalıdır. Qanunsuz sərəncamları verən şəxslər müəyyən edilməlidir, onlara qarşı tədbirlər görülməlidir. Baxmayaraq ki, indi onlar vəzifədədir, yoxsa vəzifədən uzaqlaşdırılıblar və mənə tezliklə məlumat verilməlidir.

Oxunub:1175 dəfə | Tarix: 11-05-2010, 13:35 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyada ittiham olduğuna görə italiyalı nazir istefa verdi

Korrupsiyada ittiham olduğuna görə italiyalı nazir istefa verdi İtaliyanın İqtisadi İnkişaf naziri Klaudio Skayola istefaya getdiyini bəyan edib. Skayola öz qərarını bununla izah edib ki, onun ünvanına korrupsiya ittihamı qaldırıbar.

Oxunub:1058 dəfə | Tarix: 5-05-2010, 13:23 | Kateqoriya: Xəbərlər Ətraflı...

Kürdə daşqınları korrupsiya törədir?

Kürdə daşqınları korrupsiya törədir? Bu barədə “Demokratiyaya Yardım İctimai Birliyi”nın sədri Emil Məmmədov məlumat verib. Mütəxəssislərin apardıqları ciddi araşdırmalar zamanı su daşqınlarının Mingəçevir su anbarının düzgün tənzimlənməməsi üzündən baş verdiyi məlum olub. Mingəçevir su anbarında suyun səviyyəsi 70 metrdən artıq olmamalıdır. Təlimata əsasən anbarındakı su avqust ayından fevral ayınadək boşaldılmalıdır.
Oxunub:1076 dəfə | Tarix: 4-05-2010, 15:45 | Kateqoriya: Xəbərlər Ətraflı...