Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Aprel 2010    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Korrupsiyaya qarşı Mübarizə Fondunun Xaçmaz regional nümayəndəliyinin Məlumatı

Korrupsiyaya qarşı Mübarizə Fondunun Xaçmaz regional nümayəndəliyinin Məlumatı 2010-cu ilin yanvar-mart aylarında Korrupsiyaya qarşı Mübarizə Fondunun Xaçmaz regional nümayəndəliyinə 12 ərizə və 20 şifahi müraciət daxil olmuşdur. Xaçmaz rayon qaz təchizatı və satışı idarəsindən, Xaçmaz gömrük idarəsindən, Xaçmaz rayon polis şöbəsinin yol polisi bölməsindən, Xaçmaz rayonu Əmək və Əhalinin Sosial Müdafiəsi mərkəzindən, Qusar rayon polis şöbəsinin yol polisi bölməsindən, Bakı şəhər Baş polis idarəsi yol patrul xidmətindən, Xudat şəhər elektrik şəbəkələri idarəsindən, Quba rayonunda yerləşən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik bitkilər İnstitutundan şikayət ərizələri alınmışdır.
Oxunub:1681 dəfə | Tarix: 28-04-2010, 14:29 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

BVF neftdən asılılığı azaltmasını Bakıdan xahiş edib

BVF neftdən asılılığı azaltmasını Bakıdan xahiş edib BVF Azərbaycanı qeyri-neft sektorunu inkşaf etdiməyi, maliyyə sisteminin şəffaflığını artırmağı, korrupsiyaya qarşı mübarizəyə və iqtisadiyyatın şaxələnməsi üçün təcili ölçülər götürməyə çağırıb. Baxmayaraq ki, Dünya Bankı Azərbaycanı 2007-2008-ci illər üçün islahatçılar siyahısında birinci qeyd edib, BVF biznesin aparılmasına mane olan bürokratik proseduru qanunvericiliyə uyğun kənarlaşdırmaq, korrupsiyaya qarşı mübarizə aparmaq və maliyyə sistemində şəffalığı artırmağa çağırır.

Oxunub:1087 dəfə | Tarix: 26-04-2010, 16:45 | Kateqoriya: Xəbərlər Ətraflı...

Rusiyanın birinci şəxslərinin gəlirləri elan olunub

Rusiyanın birinci şəxslərinin gəlirləri elan olunub Hökumətin saytında hökumətin birinci şəxslərinin 2009-cu il üçün gəlirləri və əmakı barədə məlumat yerləşdirilib. 2009-cu ildə RF-in baş naziri Vladimir Putin 3 mln. 889 min 807 rubl, Rusiyanın prezidenti Dmitriy Medvedev isə 3 mln. 335 min 281.39 rubl qazanıb.

Oxunub:1093 dəfə | Tarix: 26-04-2010, 16:44 | Kateqoriya: Xəbərlər Ətraflı...

Baş prokurorun yaninda Korrupsiyaya Qarşi Mübarizə idarəsinin 5 yaşi tamam olmuşdur

Baş prokurorun yaninda Korrupsiyaya Qarşi Mübarizə idarəsinin 5 yaşi tamam olmuşdur Baş prokurorluğun Elm-Tədris Mərkəzində Azərbaycan Respublikasının baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin fəaliyyətinin 5 illiyinə həsr olunmuş nəşrin və “Korrupsiya: anlayışı, əsas xüsusiyyətləri və istintaqı” kitabının təqdimat mərasimi keçirilmişdir.

Oxunub:994 dəfə | Tarix: 23-04-2010, 17:08 | Kateqoriya: Xəbərlər Ətraflı...

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsiAzərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyət göstərdiyi 5 il ərzində 480 nəfər barəsində cinayət işi qaldırıb. Bu barədə Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev idarəsinin 5 illiyinə həsr olunmuş tədbirdə bildirib.

Oxunub:4191 dəfə | Tarix: 23-04-2010, 16:21 | Kateqoriya: Xəbərlər Ətraflı...

Sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr var

Sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələr var Regionlarda fəaliyyət göstərən sahibkarlara qarşı hələ də qeyri-qanuni müdaxilə halları mövcuddur. Bu barədə açıqlama verən Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyib ki, bəzi yerli icra orqanları prezident İlham Əliyevin sahibkarlara qarşı qeyri-qanuni müdaxilə hallarının aradan qaldırılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələrə əməl etmirlər:
Oxunub:1041 dəfə | Tarix: 14-04-2010, 17:53 | Kateqoriya: Xəbərlər Ətraflı...

Tailandın seçki komissiyası korrupsiyalaşmış partiyanı ləğv edib

Tailandın seçki komissiyası korrupsiyalaşmış partiyanı ləğv edib Tailandın seçki komissiyası seçkilər zamanı korrupsiyada ittiham olunan aparıcı koalisiyanın başında dayanan Demokratik partiyanı ləğv etməyi qərara alıb.

Oxunub:1003 dəfə | Tarix: 14-04-2010, 16:49 | Kateqoriya: Xəbərlər Ətraflı...

AD GÜNÜ TƏBRİKİ

AD GÜNÜ TƏBRİKİ Korrupsiyaya Qarşı Mübarizə Fondunun prezidenti cənab Namik Axundovun 70 yaşı tamam olur !


Hörmətli Namik müəllim!

Azərbaycanda korrupsiyaya qarşı mübarizədə özünəməxsus sözü və yeri olan, yaradıcısı və rəhbəri olduğunuz təşkilatın uğurları Sizin adınızla bağlıdır. Fondun fəaliyyətinin əsas prinsipi olan doğruluq və səmimilik həm də sizin həyat amalınızdır. Sizi bu yubiley günündə səmimi qəlbdən təbrik edirik. Sizə Azərbaycanda korrupsiyaya qarşı mübarizəni uğurla başa çatdırmaq üçün uzun ömür və can sağlığı arzulayırıq.



Korrupsiyaya Qarşı Mübarizə Fondu

7 Aprel 2010-cu il
Oxunub:1183 dəfə | Tarix: 6-04-2010, 18:46 | Kateqoriya: --- Ətraflı...

Pakistanda məmuru prezidentə qarşı olan cinayət işinə yenidən baxmadığına görə həbs ediblər

Pakistanda məmuru prezidentə qarşı olan cinayət işinə yenidən baxmadığına görə həbs ediblər Pakistanın Ali məhkəməsi ölkənin federal antikorrupsiya agentliyinin vəzifəli şəxslərin cinayətkarlığına qarşı mübarizə şöbəsinin rəhbərinə qarşı həbs sanksiyası tətbiq edib. Əhməd Riaz Şeyxi rəhbərlik etdiyi ofislər və digər xidmətlər məhkəmənin korrupsiya barədə işi yenidən araşdırmaq barədə tələbi yerinə yetirmədiklərinə görə həbs ediblər. Bu korrupsiya işində əsas subyektlər Pakistanın prezidenti və digər yüksək vəzifəli məmurlardır.

Oxunub:946 dəfə | Tarix: 6-04-2010, 18:08 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiya qalmaqalı: yüksək vəzifəli Litva məmuru istefaya göndərilib

Korrupsiya qalmaqalı: yüksək vəzifəli Litva məmuru istefaya göndərilib Litva FNTT-nin (Maliyyə cinayətlərini araşdırma xidməti) rəhbəri general Romualdas Boreyka istefa ərizəsi verib. Litva seyminin Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Arvidas Anuşauskas rəsmi olaraq öz ehtimallarını bildirib ki, ölkədə daima “pulların yuyulması” prosesi gedir.
Oxunub:867 dəfə | Tarix: 6-04-2010, 18:07 | Kateqoriya: Xəbərlər Ətraflı...