Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Mart 2010    »
BeÇaÇCaCŞB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Çinli kommunistlər yeni əxlaq məcəlləsi qəbul ediblər

Çinli kommunistlər yeni əxlaq məcəlləsi qəbul ediblər Bu məcəllədə Çin Xalq Respublikasının ciddi problemlərindən olan korrupsiyaya qarşı mübarizəyə dair 52 maddə var. Çin kommunizmini yaradanların məcəlləsində israr olunur ki, partiyalılar öz şəxsi məqsədlərinə görə öz vəzifələrindən sui-istifadə etmədən xalqın rifahı üçün çalışmalıdırlar. Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin razılığı alınan yeni qaydalara görə xüsusilə çinli kommunistlər hədiyyə qəbul etməməli və ya öz səlahiyyətlərindən ailə üzvlərinin xeyrinə istifadə etməməlidirlər.
Oxunub:894 dəfə | Tarix: 27-03-2010, 18:55 | Kateqoriya: Xəbərlər Ətraflı...

Hansı əməlləri korrupsiya hesab etmək olar

Hansı əməlləri korrupsiya hesab etmək olar Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktou Vasif Mövsümovun sözlərinə görə, antikorrupsion qanunvericilik bazası yenilənməlidir. O, deyir ki, Fond hazırda korrupsiyaya qarşı milli qanunvericiliyin “boşluqlarını” araşdırır. “Korrupsiya hüquqpozmalarının subyektlərinin dairəsinin məhdudlaşdırılması korrupsiyaya qarşı mübarizəni daha da çətinləşdirir. Beynəlxalq təcrübədə korrupsion fəaliyyət hesab edilən 30-dan çox hüquqpozma müəyən edilib. Bütün bu fəaliyyətlər Azərbaycan üçün xarakterikdir. Lakin bizim qanunvericilikdə korrupsiya əməli hesab edilən yalnız 7 hüquqpozma var.”
Oxunub:1104 dəfə | Tarix: 19-03-2010, 18:18 | Kateqoriya: --- Ətraflı...

Youtube-da yerləşdirdiyi videoçarxa görə Peruda polisi həbs ediblər

Youtube-da yerləşdirdiyi videoçarxa görə Peruda polisi həbs ediblər Peru polisi öz əməkdaşlarından birini Youtube-da yerləşdirdiyi videoçarxa görə həbs edib. 49 yaşlı Roxelio Eskalante bu sayta polisdə olan ədalətsizlikdən və korrupsiyadan şikayət etdiyi videoçarx yerləşdirib. Bundan əlavə, Eskalante polislər üçün əmək haqqının qaldırılmasını tələb edib və öz həmkarlarını aprelin 5-ə planlaşdırılan tətilə qoşulmağa çağırıb.
Oxunub:871 dəfə | Tarix: 19-03-2010, 18:14 | Kateqoriya: Xəbərlər Ətraflı...

K. Slimin var-dövləti meksikalıların qəzəbinə səbəb oldu

K. Slimin var-dövləti meksikalıların qəzəbinə səbəb oldu Mexiko dünyanin ən böyük milyarderi, biznesmen Karlos Slimin etirafına dəfələrlə reaksiya verib. Bəzi həmyerliləri biznesmen K. Slimi tənqid edərək deyirlər ki, onun belə varlı olmasının səbəbi ölkədə korrupsiyanın geniş yayılmasıdır. Meksikanın siyasi sistemindəki qüsurlara görə ölkədə milyonlarla kasıb olduğu halda, bəziləri varlanmağı bacarır.
Oxunub:850 dəfə | Tarix: 19-03-2010, 18:11 | Kateqoriya: Xəbərlər Ətraflı...

Sahibkarların fəaliyyətinə yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır

Sahibkarların fəaliyyətinə yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır Biz elə etməliyik ki, kiçik və orta sahibkarlıq nə vaxtsa Azərbaycan iqtisadiyyatının əsasını təşkil etsin. Dövlət qurumları, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, yerli sahibkarlar və vətəndaşlar yerlərdə bu məqsədə doğru planlı şəkildə, birlikdə addımlasınlar. Hər bir rayon üzrə nəzərdə tutulmuş proqramlar icra edilməlidir.
Oxunub:1141 dəfə | Tarix: 13-03-2010, 15:21 | Kateqoriya: Xəbərlər Ətraflı...

Məhkəmə Tailandın keçmiş baş nazirindən 1.4 milyard dollar müsadirə edib

 Məhkəmə Tailandın keçmiş baş nazirindən 1.4 milyard dollar müsadirə edib Tailandın ali məhkəməsi sübut edib ki, ölkənin keçmiş baş naziri Taksin Çinavat “maliyyə aktivlərinin bir hissəsini “qeyri-qanuni yolla, ictimai maraqları tapdalayaraq və vəzifəsindən sui-istifadə edərək” qazanıb.


Oxunub:812 dəfə | Tarix: 11-03-2010, 18:18 | Kateqoriya: Xəbərlər Ətraflı...

Alabamadan olan mer rüşvətə görə 15 il cəza aldı

Alabamadan olan mer rüşvətə görə 15 il cəza aldı Alabama ştatının ən böyük şəhəri olan Birmingemin meri rüşvətxorluğa görə 15 il həbs cəzasına məhkum edilib. Məhkəmə iclasçıları Lari Lenqfordu 2009-cu ilin oktyabrın sonunda təqsırlı bildi. Dövlət ittihamçısı müttəhimə ən azı 24 il, müdafiə tərəf isə cəmi 4 il həbs cəzası kəsilməsini istəyib. İşin materiallarına əsasən, Lenqford sərfəli müqavilələr əldə etməyə kömək etdiyi üçün öz tanışlarından ümumi məbləği 241843 $ olan dəyərli hədiyyələr və pul alıb. Əvvəlcə müdafiə tərəf sübut etməyə çalışdı ki, hədiyyələr heç bir məqsəd güdülmədən verilib.
Oxunub:812 dəfə | Tarix: 11-03-2010, 18:12 | Kateqoriya: Xəbərlər Ətraflı...

Ünvanlı Sosial Yardımın təyinatında rüşvət amili

Ünvanlı Sosial Yardımın təyinatında rüşvət amili Son illər ərzində Azərbaycanda iqtisadi və sosial sahələrdə bir sıra təqdirəlayiq tədbirlər həyata keçirilsə də, bu sahələrdə problemlər də yoх deyil. Dövlət orqanları və onların yerli qurumlarının həmin problemlərin həllinə olan biganə münasibəti isə vətəndaşların üzləşdikləri çətinlikləri bir qədər də artırır. İnsan Hüquqlarına dair Beynəlхalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun yerlərdə keçirdiyi monitorinqlər və vətəndaşlarla təşkil edilən görüşlərdə dövlət qurumlarından edilən şikayətlər bunu deməyə əsas verir.
Oxunub:1068 dəfə | Tarix: 11-03-2010, 17:10 | Kateqoriya: --- Ətraflı...

Rüşvət əməliyyatı: 24 yol polisi və onların rəisi saxlandı

Rüşvət əməliyyatı: 24 yol polisi və onların rəisi saxlandı Türkiyədə Mərmərədəki limandan İsranbula yük daşımaqla məşğul olan sürüclərdən rüşvət almaq ittihamı ilə yerli yol polisinin rəhbəri də daxil olmaqla 24 polis əməkdaşı saxlanıb. Əməliyyat yük daşıyan şirkətin müdarinin şikayəti ilə başlayıb.

Oxunub:942 dəfə | Tarix: 9-03-2010, 14:55 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiya Yunanıstana hakim kəsilib

Korrupsiya Yunanıstana hakim kəsilib Transparency İnternational təşkilatı Yunanıstanın 6 mindən çox vətəndaşı arasında sorğu keçirib və belə nəticəyə gəlib ki, bu dövlət Avropada ən korrupsiyalaşmış ölkələrdən biridir. Rəyi soruşulanların 13.4%-i bildirib ki, 2009-cu ildə heç olmasa bir dəfə rüşvət veriblər.
Oxunub:818 dəfə | Tarix: 9-03-2010, 14:52 | Kateqoriya: Xəbərlər Ətraflı...