Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Sentyabr 2009    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Baş Prokurorluq təhsil sistemindəki korrupsiya faktları ilə bağlı rəsmi məlumat yayıb

Baş Prokurorluq təhsil sistemindəki korrupsiya faktları ilə bağlı rəsmi məlumat yayıb Baş Prokurorluq Goranboy Rayon təhsil şöbəsi və orta məktəblərin vəzifəli şəxslərinin korrupsiya cinayəti ilə bağlı rəsmi məlumat yayıb. Baş Prokurorluğa daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan araşdırma nəticəsində bir qrup Goranboy rayon sakininin orta məktəblərin XI sinif şagirdlərindən buraxılış imtahanları və attestat almaları üçün rüşvət yığılması faktı aşkar olunub.



Oxunub:1131 dəfə | Tarix: 29-09-2009, 17:42 | Kateqoriya: Xəbərlər Ətraflı...

Çin məmurları öz əmlakları barədə məlumat verməyə məcburdurlar

Çin məmurları öz əmlakları barədə məlumat verməyə məcburdurlar Çində dövlət məmurları bundan sonra onlara və ailə üzvlərinə məxsus mülkiyyətləri barədə məlumat verməli və gəlir mənbələrinin “təmiz” olub-olmadığını izah etməli olacaqlar. Bu barədə Sinhua məlumat verir. Bundan əlavə, Çinin dövlət məmurları öz yaxın qohumlarının iş yerləri və gəlirlərinin məbləği barədə lazımi orqanlara məlumat verməlidirlər.

Oxunub:879 dəfə | Tarix: 29-09-2009, 17:39 | Kateqoriya: Xəbərlər Ətraflı...

Qazaxıstanda beynəlxalq antikorrupsiya konfransı keçirilib

Qazaxıstanda beynəlxalq antikorrupsiya konfransı keçirilib İqtisadi əməkdaşlıq və inkişaf Təşkilatının dəstəyi ilə, BMT, ATƏT korrupsiya əleyhinə dövlət qurumları, Avropa Şurası və Transparency İnternational –ın iştirakı ilə Beynəlxalq antikorrupsiya konfransı 16-18 sentyabrda Astanada keçirilib.

Oxunub:926 dəfə | Tarix: 29-09-2009, 16:40 | Kateqoriya: Xəbərlər Ətraflı...

RF korrupsiyaya qarşı mübarizə aparacaq

RF korrupsiyaya qarşı mübarizə aparacaq “Korrupsiya problemi özünəməxsus totalitar üsulla tez həll oluna bilər, lakin bizim seçdiyimiz üsul bu deyil” – Rusiya prezidenti Dmitriy Medvedev İsveçrəyə səfəri zamanı İsveçrə KİV-inə müsahibəsində bəyan edib.

Oxunub:939 dəfə | Tarix: 29-09-2009, 16:34 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiya kiçik və orta biznes üçün ağır yükdur

Korrupsiya kiçik və orta biznes üçün ağır yükdur ABŞ dövlət katibinin müavini Uilyam Berns: «Biz Azərbaycanın inkişaf etmiş bazar iqtisadiyyatı olan demokratik dövlət olmasını istəyirik. Bu Azərbaycana və bütün regiona sabitlik gətirəcək, bu da Azərbaycanın mənafeyinə uyğundur» - deyə Berns bildirib.
Yalnız iqtisadi artımla işləməklə yanaşı iqtisadiyyat, həmçinin demokratiya sahəsində islahat aparmaq çox vacibdir.
Oxunub:994 dəfə | Tarix: 23-09-2009, 17:42 | Kateqoriya: Xəbərlər Ətraflı...

Tayvanın keçmiş prezidenti rüşvət aldığına görə ömürlük həbsə məhkum edilib

Tayvanın keçmiş prezidenti rüşvət aldığına görə ömürlük həbsə məhkum edilib Tayvan məhkəməsi ölkənin keçmiş prezidenti Çen Şui-byanı korrupsiyada təqsirli bilərək, onu ömürlük həbs cəzasına məhkum edib. Tayvan telekanalı ETTV xəbər verib ki, belə sərt cəza ittihamın üç maddəsinə görə verilib – dövlət vəsaitlərini xərcləmə, pulların yuyulması və rüşvət alma.
Oxunub:936 dəfə | Tarix: 16-09-2009, 17:03 | Kateqoriya: Xəbərlər Ətraflı...

Məmur acgözlüyü ilə dövləti də, əqidələrini də pula satarlar

Məmur acgözlüyü ilə dövləti də, əqidələrini də pula satarlar “Məscid sökülərsə, onun tikintisinə icazə verən məmur cəzalandırılmalıdır”, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. O, istənilən məscidin bu və ya digər formada sökülməsinin əleyhinə olduğunu bildirib: “Mən Şeyxəm və mənim səlahiyyətim dövlət qurumlarında çalışanlarınkı qədər deyil. Mən hansısa məscid sökülməsinin əleyhinə olmuşam, ölənə qədər də əleyhinə olacağam. Çünki mənim əqidəm belədir”.
Oxunub:877 dəfə | Tarix: 16-09-2009, 16:28 | Kateqoriya: Xəbərlər Ətraflı...

Amerikanın Konnektikut ştatının paytaxtının meri korrupsiyaya görə həbs olunub

Amerikanın Konnektikut ştatının paytaxtının meri korrupsiyaya görə həbs olunub 2001-ci ildən Hartforda rəhbərlik edən Eddi Peres şəhərin mərkəzi hissəsinin tikintisi ilə məşğul olan biznesmendən rüşvət almaqda təqsirli bilinir. Pereslə birgə Konnektikutun qanunverici iclasının keçmiş üzvü Abraham Qaylza qarşı da ittiham irəli sürülüb.
Demokratik partiyanın nümayəndəsi 51 yaşlı Peres polis məntəqəsinə könüllü gəlib.
Oxunub:823 dəfə | Tarix: 15-09-2009, 18:03 | Kateqoriya: Xəbərlər Ətraflı...

Qubada korrupsiya araşdırmalarının ilkin nəticəsi açıqlandı

Qubada korrupsiya araşdırmalarının ilkin nəticəsi açıqlandı Korrupsiyaya Qarşı Mübarizə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda antikorrupsion maarifləndirmə və hüquqi yardım” layihəsini həyata keçirir. Layihə çərçivəsində növbəti tədbir Quba şəhərində keçirilmişdir. Tədbirdə yerli ictimaiyyətin, KİV-in, icra strukturlarının, hüquq-mühafizə orqanlarının nümayəndələri iştirak etmişlər.
Oxunub:1045 dəfə | Tarix: 15-09-2009, 18:00 | Kateqoriya: Bizim fəaliyyət » Layihələr Ətraflı...

Rüşvət aldıqlarına görə iki polis birdən 7 illik cəzaya məhkum edilib

Rüşvət aldıqlarına görə iki polis birdən 7 illik cəzaya məhkum edilib Moskvada məhkəmə milis podpolkovnikini bir milyon yarım rüşvət aldığına görə yeddi ildən yuxarı azadlıqdan məhrum etmə ilə cəzalandırıb. Belə bir cəzaya 10 min dollar alan milis müstəntiqi də məhkum edilib. Moskvanın Tver məhkəməsi milis podpolkovniki Mixail Şibayevə 7 il yarım həbs cəzası verib. O, bir biznesmendən irihəcmli rüşvət almağa cəhd edib.
Oxunub:883 dəfə | Tarix: 14-09-2009, 17:45 | Kateqoriya: Xəbərlər Ətraflı...