Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    Avqust 2009    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

ŞAS prezident Peresdən korrupsioner naziri bağışlamağı tələb edir

ŞAS prezident Peresdən korrupsioner naziri bağışlamağı tələb edir Ultra-dini partiya ŞAS-ın rəhbəri və Daxili İşlər Naziri Eli İşay İsrail prezidenti Şimon Peresə İsrailin keçmiş Səhiyyə və Sosial Təminat naziri Şlomo Benizrini əhv etməsi barədə rəsmi xahiş göndərib. Xatırladaq ki, İsrailin keçmiş naziri Şlomo Benizri öz xidməti vəzifəsinin icrası zamanı çoxsaylı mülki cinayətlərə görə 4 il həbs cəzası və 250.000 şekel cərimə alıb.
Oxunub:882 dəfə | Tarix: 26-08-2009, 16:02 | Kateqoriya: Xəbərlər Ətraflı...

Vətəndaş idarəsinin məmuru fələstinlilərə İsrailə getmək üçün viza satıb

Vətəndaş idarəsinin məmuru fələstinlilərə İsrailə getmək üçün viza satıb Vətəndaş İdarəsinin İudeya və Samariya ərazisində fələstinlilərin həyat şəraitlərini qaydasına salan və fələstinlilərin “yaşıl sərhəd”dən keçməsinə icazə verən ən yüksək məmurlarından biri korrupsiyada şübhəli bilinir.
Oxunub:857 dəfə | Tarix: 26-08-2009, 15:57 | Kateqoriya: Xəbərlər Ətraflı...

80% vətəndaşlar ölkənin inkişafı istiqamətini düzgün hesab etmir

80% vətəndaşlar ölkənin inkişafı istiqamətini düzgün hesab etmir Ukraynalıların böyük əksəriyyəti əmindir ki, ölkədəki hadisələr doğru istiqamətdə inkişaf etmir. Bununla bərabər 1991-ci illə müqayisədə müsbət dəyişiklik kimi Ukrayna vətəndaşlarının böyük hissəsi ölkədə yalnız demokratiyanın səviyyəsinin qalxdığını görür. Bu barədə Ukraynanın müstəqilliyinin 18-ci ildönümündə Razumkov mərkəzi tərəfindən aparılan sosial sorğunun nəticələri belə deyir. Ukraynanın bütün regionlarında 18 yaşdan yuxarı 2006 respondentin rəyi soruşulub.

Oxunub:777 dəfə | Tarix: 26-08-2009, 15:34 | Kateqoriya: Xəbərlər Ətraflı...

Litvada korrupsiya barədə məlumata görə mükafatı qanuniləşdirəcəklər

Litvada korrupsiya barədə məlumata görə mükafatı qanuniləşdirəcəklər Litvada korrupsiya ilə əlaqədar cinayətlər barədə məlumat verilməsinə görə mükafat verilməsini qanuniləşdirmək niyyətindədirlər. Orqanlara dəyərli məlumatları çatdıran şəxs dövlət vəsaitlərinə dəyilən ziyanın 10%-ə qədərini ala biləcək.
Oxunub:784 dəfə | Tarix: 26-08-2009, 15:30 | Kateqoriya: Xəbərlər Ətraflı...

Portuqaliyalı nazir parlamentdəki opponentin göstərdiyi ədəbsiz jestə görə istefaya gedib

Portuqaliyalı nazir parlamentdəki opponentin göstərdiyi ədəbsiz jestə görə istefaya gedib Portuqaliyanın İqtisadi-İnkişaf naziri Manuel Pinyu parlamentdə opponentin göstərdiyi ədəbsiz jestə ucbatından istefaya gedib. Bu hadisə parlament debatları zamanı baş verib. Kommunist Partiyasının fraksiya rəhbəri Bernardinu Soareş Manuel Pinyunun fəaliyyətini tənqid edərək başına iki barmağını qoyaraq, öz siyasi rəqibinə buynuz göstərdi.
Oxunub:856 dəfə | Tarix: 24-08-2009, 17:27 | Kateqoriya: Xəbərlər Ətraflı...

Bütün məmurlar nə isə gizlədirlər

Bütün məmurlar nə isə gizlədirlər Ukrayna dövlət işçiləri artıq 15 ildir ki, öz gəlirləri barədə məlumat verirlər. Lakin belə bir vərəqin doldurulmasının nə mənası olduğu naməlumdur. Bu il 81.1% doldurulmuş məlumat vərəqləri yalançı çıxdı.

Oxunub:778 dəfə | Tarix: 24-08-2009, 17:22 | Kateqoriya: Xəbərlər Ətraflı...

Korrupsiyaya qarşı Mübarizə Fondu regionlarda yeni layihə həyata keçirir

Korrupsiyaya qarşı Mübarizə Fondu regionlarda yeni layihə həyata keçirir Korrupsiyaya qarşı Mübarizə Fondu Tovuzda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Regionlarda antikorrupsiya: maarifləndirmə və hüquqi yardım” layihəsini təqdim etmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini Fikrət Tağıyev layihənin mahiyyəti barədə iştirakçılara məlumat vermiş, bu sahədə görülən işlərdən söhbət açmışdır.
Oxunub:765 dəfə | Tarix: 20-08-2009, 18:11 | Kateqoriya: Xəbərlər Ətraflı...

Prezidentin korrupsiya ilə mübarizə haqqında yeni fərmanı regionlarda müzakirə olunur

Prezidentin korrupsiya ilə mübarizə haqqında  yeni fərmanı regionlarda müzakirə olunur Korrupsiyaya Qarşı Mübarizə Fondu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda antikorrupsion maarifləndirmə və hüquqi yardım” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi qəbul edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın” icrasının və regionlarda keçirilmiş antikorrupsion sorğuların nəticələrinin yerli dövlət orqanları və ictimaiyyətin nümayəndələri ilə birgə müzakirəsi və Milli Strategiyanın icrasına ictimai nəzarətin təşkilidir.
Oxunub:1496 dəfə | Tarix: 19-08-2009, 17:09 | Kateqoriya: --- Ətraflı...

ÇXR aeroportunun keçmiş başçısı korrupsiyaya görə edam edilib

ÇXR aeroportunun keçmiş başçısı korrupsiyaya görə edam edilib Çin rəhbərliyi ən böyük Pekin aeroportunun keçmiş başçısını korrupsiya ittihamı ilə əlaqədar edam edib. Capital Airports Holdinqin direktorlar Şurasının başçısı Sinhua Li Peyinq 14 il ərzində 12 milyon dollar dövlət vəsaitini mənimsəyib. O, həmçinin dörd milyon dollar rüşvət alıb.

Oxunub:771 dəfə | Tarix: 17-08-2009, 15:59 | Kateqoriya: Xəbərlər Ətraflı...

Azərbaycanda vətəndaşların korrupsiyaya müqaviməti artır

Azərbaycanda vətəndaşların korrupsiyaya müqaviməti artır Azərbaycan regionlarında əhali arasında aşağı dövlət orqanlarında olan korrupsiya əleyhinə müqavimət artıb. Təkcə hazırkı ilin ilk yarım ilində Korrupsiyaya qarşı Mübarizə Fondunun qaynar xəttinə 200-dən çox şikayət daxil olub. Bu da 2008-ci ildəki göstəricidən 2 dəfə çoxdur. Bu barədə 1news.az-a Fondun icraçı direktoru Vasif Mövsümov xəbər verib.

Oxunub:731 dəfə | Tarix: 6-08-2009, 13:26 | Kateqoriya: Xəbərlər Ətraflı...