Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    İyul 2009    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Bu il bank sektoru və kredit qurumları ilə bağlı korrupsiya halları artıb

Bu il bank sektoru və kredit qurumları ilə bağlı korrupsiya halları artıb 2009-cu ilin ilk yarımilliyində Azərbaycanda korrupsiya faktları ilə bağlı 55 cinayət işi başlanıb. Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev məlumat verib. İdarə rəisi bildirib ki, bələdiyylərlə bağlı başlanmış 5 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib, 11 cinayət işinin istintaqı isə idarədə davam etdirilir.

Oxunub:858 dəfə | Tarix: 31-07-2009, 16:03 | Kateqoriya: Xəbərlər Ətraflı...

Bakıda və Abşeronda korrupsiya ilə əlaqədar iki orta məktəb direktoru işdən çıxarılıb

Bakıda və Abşeronda korrupsiya ilə əlaqədar iki orta məktəb direktoru işdən çıxarılıb Təhsil Nazirliyində ali və orta məktəblərdə korrupsiya halları barədə məlumat vermək üçün “qaynar xətt” fəaliyyət göstərir. Təkcə bu ilin iyulunda 496-34-82; 496-37-61 nömrələrinə və qaynar-xett@edu.gov.az elektron ünvanına 46 nəfər müraciət edib.
Oxunub:949 dəfə | Tarix: 23-07-2009, 17:39 | Kateqoriya: Xəbərlər Ətraflı...

Obama Qana parlamentində Afrikada korrupsiyaya qarşı mübarizəni gücləndirməyə çağırıb

Obama Qana parlamentində Afrikada korrupsiyaya qarşı mübarizəni gücləndirməyə çağırıb ABŞ prezidenti Barak Obama Afrikaya rəsmi səfəri zamanı Qana parlamenti qarşısında çıxış edərək Afrikalıları korrupsiyaya qarşı mübarizə aparmağa çağırıb. “Hakimiyyət investiyanın 20%-i öz cibinə qoyarsa, heç bir biznesmen ölkəyə kapital qoymayacaq. Heç bir insan qanunların qəddarlığa və rüşvətxorluğa icazə verdiyi bir cəmiyyətdə yaşamaq istəmir...
Oxunub:748 dəfə | Tarix: 23-07-2009, 17:36 | Kateqoriya: Xəbərlər Ətraflı...

Çinli rüşvətxor neft funksioneri ölüm cəzasına məhkum edilib

Çinli rüşvətxor neft funksioneri ölüm cəzasına məhkum edilib Ən böyük Çin neft şirkəti Sinopec-in keçmiş rəhbəri Tunxay Çen 29 milyon dollar rüşvət aldığına görə ölüm cəzasına məhkum edilib. Çen cəzanın yerinə yetirilməsinə görə iki il möhlət alıb. O, 1999-2007-ci illər ərzində cinayət törədib.


Oxunub:755 dəfə | Tarix: 21-07-2009, 14:03 | Kateqoriya: Xəbərlər Ətraflı...

Çin rəhbərinin oğlu korrupsiya ilə əlaqədar istintaqa cəlb olunur

Çin rəhbərinin oğlu korrupsiya ilə əlaqədar istintaqa cəlb olunur ÇXR-nın rəhbərinin böyük oğlu Xu Tsintao korrupsiya və fırıldaqçılıq işi ilə əlaqədar şahid kimi istintaqa cəlb oluna bilər. Namibiyadakı dövlət şirkətinin rəhbərliyi və fəaliyyəti şübhə altına alınıb. Çin rəhbərinin oğlu bu şirkətə başçılıq edirdi. ÇXR-nın rəhbərinin böyük oğlu Xu Xayfen gərək Nuctech Dövlət texnologiya şirkətində korrupsiya və fırıldaq faktlarını araşdıran müstəntiqlərə cavab versin.
Oxunub:751 dəfə | Tarix: 21-07-2009, 13:12 | Kateqoriya: Xəbərlər Ətraflı...

Çində məmurlara iclas vaxtı yatmağı qadağan ediblər

Çində məmurlara iclas vaxtı yatmağı qadağan ediblər Çinin Cənubi-Qərbində yerləşən Meyşan şəhərinin məmurlarına məşuqə saxlamağı və iclas vaxtı yatmağı rəsmi olaraq qadağan ediblər. Qanunu pozanları 146 dollar cərimə edəcəklər. Sıçuan əyalətinin Meyşan şəhər hökumətinin yeni qərarı məmurlara iş vaxtı qurtardıqdan sonra da düzgünlüklərini saxlamağı əmr verir. “Sizdən mənfəət güdən insanlarla çox yaxın münasibət saxlamaq və əks cinsin nümayəndələri ilə qeyri-normal əlaqəyə girmək olmaz.”

Oxunub:785 dəfə | Tarix: 14-07-2009, 16:53 | Kateqoriya: Xəbərlər Ətraflı...

Böyük səkkizlərin rəhbərləri hamını korrupsiya əleyhinə BMT konvensiyasını təsdiqləməyə çağırıb

Böyük səkkizlərin rəhbərləri hamını korrupsiya əleyhinə BMT konvensiyasını təsdiqləməyə çağırıb “Böyük səkkizlər” ölkələrinin rəhbərləri korrupsiyaya qarşı mübarizədə güclərini birləşdirmək barədə razılığa gəliblər. Sammitdə qəbul olunan iqtisadiyyat üzrə bəyannamədə inkişaf etmiş iri sənaye ölkələrinin rəhbərləri bütün dünyanı korrupsiya əleyhinə BMT konvensiyasını təsdiqləməyə çağırıb.

Oxunub:799 dəfə | Tarix: 14-07-2009, 12:47 | Kateqoriya: Xəbərlər Ətraflı...

Siemens Russia korrupsiya qalmaqalı ilə əlaqəlidir

Siemens Russia korrupsiya qalmaqalı ilə əlaqəlidir Araşdırma zamanı məlum olub ki, Siemens Russia korrupsiya ilə əlaqəsi olub. Bundan sonra Alman sənaye qrupunun törəmə şirkəti Siemens Russia korrupsiyaya qarşı mübarizəyə 100 milyon dollar ayırmağa razılaşıb.
Oxunub:703 dəfə | Tarix: 4-07-2009, 15:57 | Kateqoriya: Xəbərlər Ətraflı...

Britaniya parlamentinin üzvləri xəzinəyə 650 min funt qaytarıb

Britaniya parlamentinin üzvləri xəzinəyə 650 min funt qaytarıb Britaniya parlamentinin İcmalar palatasının 264 deputatı dövlət xəzinəsinə təxminən 650 min funt qaytarıblar. Bu, Daily Telegraph qəzetinin parlament üzvlərinin xərclərinin kompensasiya sistemi barədə jurnalist araşdırmasına başlamasından sonra baş verib. Parlamentdə bildirilən rəsmi bəyanata əsasən, bu ödənişlər hazırkı ilin aprel ayının 1-dən icra edilir və mətbuatda dərc olunması vacib deyil.
Oxunub:759 dəfə | Tarix: 4-07-2009, 15:54 | Kateqoriya: Xəbərlər Ətraflı...

Dövlət əmlaki və vəsaitləri üzərində nəzarət gücləndirilir

Dövlət əmlaki və vəsaitləri üzərində nəzarət gücləndirilir Prezident İlham Əliyev “Dövlət və bələdiyyə əmlakının, vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” fərman imzalayıb. Sənədin preambulasında deyilir:

Oxunub:842 dəfə | Tarix: 3-07-2009, 14:01 | Kateqoriya: Xəbərlər Ətraflı...