Korrupsiyaya qarşı Mübarizə Fondu ölkə ərazisində ”Kiçik və orta sahibkarlıqda qanunsuz müdaxilələrin və korrupsiya probleminin həlli yolları” layihəsini həyata keçirir.

Təqvim

«    May 2009    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Buklet

Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

a) Həmişə verirəm
b) Hərdən məcbur oluram
c) Heç vaxt vermirəm
d) Cavab verməkdə çətinlik çəkirəm

 
 
  • Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Dünya Bankı və sair bu kimi beynəlxalq təşkilatlar korrupsiyaya qarşı mübarizəyə stimul yaradırlar. Lakin onlar təcrübəli ştatlarla, informasiya və böyük maliyyə vəsaitləri ilə hansısa ölkədə hökumət və vətəndaşın bu mübarizədə iradə və qətiyyəti olmadan korrupsiyanı uğurla aradan qaldıra bilməzlər.

  • Vavilyon çarı Hammurapi qanunları: § 5 “Əgər hakim işə baxaraq, qərar qəbul edirsə və möhür ilə sənədi təsdiqləyirsə, lakin sonra qərarını dəyişdiribsə, o vaxt həmin hakimi verdiyi qərarını dəyişdirildiyinə görə ifşa etmək lazımdır, və bu işdə mövcud iddianın məbləğinı, o on iki dəfə artıq miqdarda ödəmələdir; bundan savayı o məclisdə hakim kürsüsündən qovulmalıdır, və o məhkəməyə qayıdaraq və hakimlər ilə birgə iclasdə işə baxmamalıdır”. İnsanı ucalt ki, dövlət yüksəlsin. Məqsəd insandır, bütün sistemlər vasitədir, din də vasitədir. Kimsə sistemləri məqsəd halına gətirməsin. Çünki ən şərəfli varlıq insandır və önəmli olan ona xidmətdir. Türkiyə Cümhuriyyətin Prezidenti Rəcəb Tayyib Ərdoğan

  • Müqəddəs Peyğəmbərimiz deyib: “Vaxt gələcək ki, mənim ümmətimin üzvləri beş şeyi sevəcək, digər 5 şeyə isə məhəl qoymayacaqlar.

  • Korrupsioner məmurlar ölkədə xüsusi düşmən sinfinə çevriliblər, yaranmış vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı dəyişə bilər.

  • Ölkənin bugünkü iqtisadi vəziyyəti məmurların əmək haqqını xeyli artırmağa imkan verir. Lakin bu kifayət deyil. Mədəniyyəti, vətənpərvərliyi gücləndirmək və mənəvi dəyərləri bərpa etmək lazımdır. Bu məsələləri dövlət və din həll etməlidirlər. İnam adamları düşünülməmiş tədbirlərdən çəkindirir. Firavanlıq və mənəviyyat korrupsiyaya qarşı mübarizənin təməlidir.

  • Rüşvətxorluğa qarşı sərt qanunlar qəbul etmək olar. Lakin bu qanuna görə qərarlar çıxaran məhkəmə sisteminin özünün korrupsiyaya uğradığını unutmaq olmaz.

  • Korrupsiya vərəm xəstəliyinə bənzərdir. Əvvəlcə onu müəyyən etmək çətin lakin müalicə etmək daha asandır, əgər xəstəliyin inkişafının qarşısı vaxtında alınmayıbsa, onda “vərəmi təyin etmək asan, amma sağaltmaq çətindir”. Korrupsiyalaşmış xalqın müstəqil qalması çox çətindir. Nikkolo Makiavelli.

  • Rəhbərliyin göstərişi ilə deyil, yalnız demokratiyanın köməkliyi ilə korrupsiyaya qalib gəlmək olar

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

  • Dövlət məmuru: rüşvəti bölüşdürən xalqın seçdiyi şəxsdir. Mənim ölkəmin hökuməti sadəlövh düzlüyə nifrət edir, əvəzində rüşvətxorluğu məharətlə genişləndirir və mənə elə gəlir ki, dövlət xidmətində bir və ya iki il işləsəydim məndən qabiliyyətli cib oğrusu ola bilərdi. Mark Tven (ABŞ)

  • Son illərdə dünyada terrorizmə qarşı mübarizəyə böyük vəsaitlər sərf olunur, bəlkə də ona qarşı mübarizə çox vacibdir, lakin onu da qeyd etmək lazımdır ki, terrorizm korrupsiyanın nəticəsində meydana çıxır.

  • Hər bir səviyyədən olan məmur, nəhayət ki, əhalinin qarşısında olan məsuliyyətini dərk etməlidir və hüquqmühafizə orqanları rüşvətxorları aşkar etməkdə nə qədər qəti mübarizə aparırlarsa, o qədər də insanların hakimiyyətə qarşı etibarı artır.

  • Korrupsiya yalnız vəzifəli şəxsin ona məxsus olmayan resurslardan istifadə etdiyi zaman mövcuddur. Vəzifəli şəxs hüquq (konstitusiya, qanunlar və digər normativ aktlar) və ictimaiyyətin təqdir etdiyi mədəniyyət və mənəvi normaları tərəfindən təyin edilmiş məqsədlərə əsaslanaraq qərarlar qəbul etməlidir. Korrupsiya onda başlayır ki, nə vaxt bu məqsədlər vəzifəli şəxsin konkret hərəkətlərində əks olunan tamahkar maraqları ilə əvəz edilir.

  • Bütün nəzarət sistemləri korrupsiyanı yaradır, yalnız şəffaf bazar mexanizmləri daha səmərəlidir

  • Qanunvericilik hakimiyyəti icraedici hakimiyyətdən daha da yararsız hala düşdükdə dövlət məhv olacaq. Şarl Monteskye (1689-1755)

  • Korrupsiya inkişafa xələl gətirməklə yanaşı, həm də ölkənin milli təhlükəsizliyinə ciddi zərbə vurur. Korrupsiyaya uğrayan məmurlar ölkəyə təhlükəli insanların və təhlükəli materialların gətirilməsinə imkan verirlər.

  • Müqəddəs peyğəmbər deyib: “Vaxt gələcək insanlar alimlərə gözəl geyimlərinə görə hörmət edəcəklər. Qurana onu oxuyanın xoş səsinə görə qulaq asacaqlar. Allaha, ancaq, Ramazan ayında ibadət edəcəklər. Qadınlar utanmağı, binəsiblər səbri yaddan çıxaracaqlar. Varlılar səxavəti yaddan çıxarıb aza qane olmayacaqlar və tamahları doymaq bilməyəcək. Onlar yalnız mədələrini doldurulmasının qayğısına qalacaqlar. Onların dini pul, var-dövlət, qibləsi isə qadınlar olacaqdır. Onların evləri onlar üçün məscid olacaqdır. Onlar öz müdriklərindən quzu canavardan qaçan kimi qaçacaqlar. Onlar bu dünyanı sevəcək, o biri dünyanı inkar edəcəklər. Onlar var-dövləti sevəcək, Qiyamət gününü unudacaqlar. Onlar (kişilər) əxlaqsız qadınları sevəcək, cənnət hurilərini unudacaqlar. Onlar sarayları sevəcək, qəbirləri unudacaqlar. Nəhayət, onlar özlərini sevəcək, Allahı unudacaqlar. Onlar məni sevmir və mən də onları sevmirəm”.

  • Məmurların əmək haqqları hökümət işinin effektliyindən asılıdır. Korrupsiyanın səviyyəsi sübut edir ki, məmurlar effektisiz işləyirlər. Məmurların sayının və onların əmək haqqlarının artırılması əvəzinə inzibati islahatı keçirmək lazımdır. Məmurların yüksək əmək haqqları hökümətdə mövcud korrupsiyaya qalib gəlməlidir, lakin cəmiyyətin fikrincə, rüşvətxorların sayı azalmayıb.

  • “İstənilən dövlət sisteminin qurulmasında əsas amil o olmalıdır ki, vəzifəli məmurlar varlana bilməsin”. Filosof Aristotel (e.ə 384-322)

  • Korrupsiya ilə bağlı vəziyyəti yalnız vətəndaş cəmiyyətinin fəal iştirakı ilə dəyişdirmək mümkündür. Nə qədər ki hökumətin və bürokratiyanın yalanı cəmiyyəti qane edir, o vaxtadək vəziyyəti dəyişdirmək mümkün deyil. Bürokratiya özünü heç vaxt sağaltmayacaq, çünki onun üçün korrupsiya əsas, əlavə və çox perspektivli qazancdır. Və cəmiyyət korrupsiyanın təhlükəsinin reallığını dərk etməlidir.

  • Korrupsiya faktlarının aşkarlanması üçün bu işə ictimaiyyəti fəal şəkildə cəlb etmək lazımdır. Bunun üçün isə xüsusilə hakimiyyətin dövlət orqanlarında rüşvətxorluq barədə məlumat verən vətəndaşların müdafiəsi mexanizmini işləmək, onların müdafiəsi üçün proqram hazırlamaq və müvafiq informasiyanın yığımı və təhlili üçün “qaynar xətt” müəyyən etmək vacibdir.

  • Korrupsiya fahişəliyə bənzəyir, lakin əxlaqsız qadınlar çətin maddi vəziyyətlərini və uşaqlarını saxlamağı bəhanə gətirərək öz əməllərinə bəraət qazandıra bilərlər. Yüksək vəzifəli məmurlar isə öz vəzifələri ilə alver edərək və ya qeyri-qanuni fəaliyyət ilə məşğul olaraq mersedeslər və jiplər, bahalı mənzillər və villalar, ofşor zonalarda bank hesabları, öz yarımqanuni biznesləri ilə yüksək mövqelərə malikdirlər. Məmurun iştahasının böyüklüyü hakimiyyət pilləsindəki olan statusuna proporsionaldır, hər bir rüşvətxor-məmur daha üstün və imyiyazlı vəziyyətə malik olan adi əxlaqsız qadından fərqli olaraq siyasi fahişə olmasa da, bir növ dövlət fahişəsidir.

  • Əgər bu və ya digər ölkədə korrupsion dairələr hakimiyyətdən güclüdürsə, belə dövlətlər öz ictimaiyyətini uçuruma aparır və nəticədə dövlətin özünü məhv edirlər

  • “İctimai işlərdən qazanc götürməyi bacaran şəxslər hətta qəbirləri də oğurlaya bilər, cəmiyyətə xidmət edərkən qazanc götürmək cinayətdir” Plutarx(46-127 il)

Buraxılış siniflər rüşvəti birbaşa testə qoyublar

Buraxılış siniflər rüşvəti birbaşa testə qoyublarUkrayna dili və ədəbiyyatından testin nəticələrini yoxlayan zaman regional mərkəzlərdən birinin əməkdaşları pul əskinası və kömək haqqında xahiş məktubu bəndlənmiş cavab blankı tapıblar. Bu barədə Ukraynanın Təhsilin keyfiyyətinin qiymətləndirilməsi mərkəzi xəbər verir.
Oxunub:895 dəfə | Tarix: 30-05-2009, 13:16 | Kateqoriya: Xəbərlər Ətraflı...

Ukraynada rüşvətxorluğa görə ömürlük cəzaya məhkum edəcəklər

Ukraynada rüşvətxorluğa görə ömürlük cəzaya məhkum edəcəklərUkraynanın Yuxarı Radası qərar qəbul edib. Bu qərara əsasən rüşvətxorluğa görə əmlakın müsadirə olunması ilə ömürlük həbs cəzasına məhkum edəcəklər. Bu cəza hakim, prokuror və müstəntiqlər üçün də nəzərdə tutulur.
Oxunub:843 dəfə | Tarix: 30-05-2009, 13:12 | Kateqoriya: Xəbərlər Ətraflı...

Siemens-in meneceri beynəlxalq axtarışdadır

Siemens-in meneceri beynəlxalq axtarışdadırYunanıstan İnterpol vasitəsilə Siemens konserninin yerli şöbəsinin keçmiş rəhbərinin korrupsiya ilə əlaqədar olaraq beynəlxalq axtarışını elan edib. Afinada prokurorluq alman konserninin xeyrinə konsernin menecerlərinin siyasətçilərə, məmurlara və dövlət şirkətlərini idarə edənlərə ödədikləri irihəcmli rüşvət işlərini araşdırır.



Oxunub:940 dəfə | Tarix: 26-05-2009, 18:16 | Kateqoriya: Xəbərlər Ətraflı...

Koreyanın keçmiş prezidenti intihar edib

Koreyanın keçmiş prezidenti intihar edibCənubi Koreyada ölkənin keçmiş prezidenti No Mu Hen müəmmalı şəraitdə dünyasını dəyişib. Yerli polisdən məlumat veriblər ki, o, Pusan şəhərindəki qayadan yıxılaraq həyatını dəyişib. Koreya Respublikasının hüquq mühafizə orqanları belə variant da irəli sürürlər ki, bu intihar ola bilərdi.

Oxunub:894 dəfə | Tarix: 26-05-2009, 18:13 | Kateqoriya: Xəbərlər Ətraflı...

“Korrupsiyaya qarşı Mübarizədə Cəmiyyətin Rolu” mövzusunda konfrans keçirilmişdir

“Korrupsiyaya qarşı Mübarizədə Cəmiyyətin Rolu” mövzusunda konfrans keçirilmişdirBakıda Parlamentlərin Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) Cənubi Qafqaz üzrə şəbəkəsinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizədə cəmiyyətin rolu” mövzusunda konfrans keçirilmişdir.

Oxunub:746 dəfə | Tarix: 25-05-2009, 18:42 | Kateqoriya: --- Ətraflı...

Mitropliti korrupsiyaya görə vəzifəsindən məhrum ediblər

Mitropliti korrupsiyaya görə vəzifəsindən məhrum ediblərEllada pravoslav kilsəsi son illərin ən böyük korrupsiya qalmaqalını əsas götürərək paytaxt vilayəti Attikanın keçmiş mitropolitini vəzifəsindən məhrum edib. Kilsə məhkəməsi oğurluğa görə cəzasını çəkən mitropolit Panteleimonu vəzifəsindən qovmaq qərarına gəlib. Son yarım əsrdə yunan kilsəsində bu birinci belə qərardır.
Oxunub:837 dəfə | Tarix: 22-05-2009, 16:15 | Kateqoriya: Xəbərlər Ətraflı...

ABŞ Maliyyə Nazirliyi çoxdan ölmüş insanlara 10 min dotasiyalı çek göndərib

ABŞ Maliyyə Nazirliyi çoxdan ölmüş insanlara 10 min dotasiyalı çek göndəribABŞ Maliyyə Nazirliyi çoxdan ölmüş insanlara təxminən 10 min dotasiyalı çek göndərib. Çeklərin formallaşdırılması ilə məşğul olan Sosial Təminat Administrasiyası nümayəndələrinin sözlərinə görə adlarına qiymətli kağızlar göndərilən insanların ölümünün ABŞ-ın heç bir idarəsində qeydiyyatdan keçməməsində səhvlər qeydə alınıb.
Oxunub:939 dəfə | Tarix: 22-05-2009, 16:12 | Kateqoriya: Xəbərlər Ətraflı...

Britaniya konservatoru korrupsiya qalmaqalı ilə əlaqədar parlamenti tərk edəcək

Britaniya konservatoru korrupsiya qalmaqalı ilə əlaqədar parlamenti tərk edəcəkBritaniya parlamentinin hörmətli üzvü Entoni Stin korrupsiya qalmaqalı ilə əlaqədar olaraq istefaya getmək niyyətindədir. Konservatorlar partiyanın ən nüfuzlu üzvü hesab olunan Entoni Stini vergi ödəyicilərinin on minlərlə funt vəsaitini əsassız xərcləməkdə günahlandırıblar.
Oxunub:923 dəfə | Tarix: 22-05-2009, 16:09 | Kateqoriya: Xəbərlər Ətraflı...

Yunanıstan Siemensdən korrupsiyanın əvəzini ödəməyi tələb etdi

Yunanıstan Siemensdən korrupsiyanın əvəzini ödəməyi tələb etdiYunanıstan Alman konserni Siemens-in yerli şobəsindən korrupsiyanın əvəzini ödəməsini tələb edib. Araşdırmanın verdiyi nəticəyə əsasən, Yunan hökuməti konsernin nümayəndələrinin yunan siyasi xadimlərinə, partiyalara və dövlət şirkətlərinin menecmentinə vurduqları rüşvətdən gələn mənəvi zərərə görə 500 min avro tələb edib.
Oxunub:885 dəfə | Tarix: 20-05-2009, 14:28 | Kateqoriya: Xəbərlər Ətraflı...

Britaniyanın Ədliyyə Naziri vəzifəsindən azad edilib

Britaniyanın Ədliyyə Naziri vəzifəsindən azad edilib	Böyük Britaniyada parlament üzvlərinin təsdiq olunmamış xərcləri ilə bağlı qalmaqal artmaqda davam edir. Ölkənin baş naziri Qordon Braun ikinci evini almağa və saxlamağa xərclədiyi dövlət vəsaitinin qanunsuz istifadəsində günahlandırılan Ədliyyə Naziri Şahid Malikin fəaliyyətini araşdırmağa başlayıb. Malik eyni zamanda qanuna riayətə cavabdeh olan kabinetin baş üzvülük vəzifəsini də dayandırıb.

Oxunub:913 dəfə | Tarix: 16-05-2009, 16:26 | Kateqoriya: Xəbərlər Ətraflı...